Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə28/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   24   25   26   27   28   29   30   31   ...   81

56 
 
Əhalinin  56%-ni  protestantlar  və  5%-ni  katoliklər  təşkil  edir.  Dindarların 
arasında müsəlmanlar, industlər, yəhudilər var. Təbii artım yüksəkdir. 
İşləyən əhalinin 33%-i kənd təsərrüfatı, meşəçilik, balıqçılıq sahəsində, 15%-i 
sənayedə, 32%-i xidmət sahəsində, qalanları  ticarətdə, nəqliyyatda, rabitədə  və  s. 
sahələrdə çalışır. 
Urbanizasiyanın  səviyyəsi  yüksəkdir.  Əhalinin  50%-dən  çoxu  şəhərlərdə 
yaşayır. 
Yamaykanın  paytaxtı  Kinqston  adanın  cənub  sahilində  ən  böyük  portdur. 
Dəmir  və  avtomobil  yolları  qovşağıdır.  Yaxınlıqda  beynəlxalq  aeroport  yerləşir. 
Əhali 3 il müddətinə bələdiyyə şurası seçir: şuraya Yamayka parlamentinin aşağı 
palatasının Kinqetondan olan deputatları daxil edilir. 
Yamaykanın ən qədim əhalisi aravak dilləri ailəsindən olan hindular olmuşlar. 
1494-cü  ildə  X.Kolumb  adanı  kəşf  etmiş,  Santyaqo  adlandırmışdı.  Yamayka  adı 
hindu  dilində  -  «bulaqlar  ölkəsi»  deməkdir.  İspan  müstəmləkəçiliyi  nəticəsində 
yerli  əhali  demək  olar  ki,  tamamilə  məhv  edilmişdir.  1513-cü  ildən  başlayaraq 
buraya  Afrikadan  qul  gətirməyə  başladılar.  Yamaykanı  1655-ci  ildə  ingilislər 
tutmuş  və  Yamayka  dünyanın  ən  iri  qul  alveri  bazarlarından  birinə  çevrilmişdir. 
Qulların amansız istismarı XVII-XVIII əsrlərdə dəfələrlə üsyanlara səbəb olmuşdu. 
1833-cü  ildə  köləliyin  ləğvi  haqqında  qanun  verildi.  Keçmiş  kölələrin 
plantasiyalardan  getməsi  ölkənin  şəkər  sənayesində  böhran  doğurdu.  XX  əsrin 
əvvəllərində  ABŞ  kapitalı  Yamaykanın  iqtisadiyyatında  hakim  rol  oynamağa 
başladı.  1962-ci  ildə  Yamayka  müstəqil  dövlət  elan  edilərək  BMT-yə  qəbul 
olundu. 
1969-cu 
ildən 
Amerika 
Dövlətləri 
təşkilatının, 
1973-cü 
ildən isə Karib birliyinin üzvüdür. 
Yamaykanın  dövvlət  başçısı  İngiltərə  kralıdır  (kraliçasıdır);  onu  general-
qubernator  təmsil  ellir.  Millətlər  birliyinin  üzvüdür.  Qanunverici  hakimiyyəti 
general-qubernatordan  və  2  palatadan  (Nümayəndələr  Palatası  və  Senat)  ibarət 
parlament  həyata  keçirir.  İcra  hakimiyyəti  baş  nazir  başda  olmaqla  hökumətə 
məxsusdur. Hökumətin tərkibini parlament təsdiq edir. 
Yamayka Karib hövzəsində iqtisadi cəhətdən ən çox inkişaf etmiş ölkələrdən 
biridir.    İqtisadiyyatında  ABŞ  və  Böyük  Britaniya  kapitalı  mühüm  rol  oynayır. 
Yamaykanın  iqtisadiyyatı  müstəmləkə  dövründən  qalmış  beynəlxalq  əmək 
bölgüsündə aqrar-xammal ixtisaslaşması ilə çıxış edir. Onun əsasını - ixracat üçün 
boksit çıxarılması və alüminium oksidi və alüminium əridilməsi təşkil edir. Xarici 
kapital  boksit  hasilatına  elektrik  enerjisi  istehsalına,  ixrac  üçün  kənd  təsərrüfatı 
bitkiləri, emal sənayesi və bütün alüminium oksidi istehsalına nəzarət edir. 
Yamayka boksit ehtiyatına görə dünyada 10-cu, hasilatına görə Avstraliya və 
Qvineyadan  sonra  3-cü  yeri  tutur.  Emal  sənayesində  yüngül  və  yeyinti  sənaye 
sahələri  üstünlük  təşkil  edir.  Alüminium  oksidi,  şəkər,  pambıq-parça,  ayaqqabı, 
neft məhsulları, tikinti materialları istehsal olunur. 
Kənd təsərrüfatı əsasən ixracat məhsulları istehsalı üzrə ixtisaslaşmışdır. Əsas 
kənd  təsərrüfatı  bitkilərindən  -  şəkər  qamışıdır.  Banan  əsasən  ixracat 
əhəmiyyətlidir,  həmçinin  sitrus  bitkiləri.  Kiçik  miqdarda  ixracat  üçün  qəhvə, 


57 
 
kakao, ananas, kokos, qozu, yamayka bibəri, tütün becərilir. Əsas tələbat bitkiləri 
batat, maniok, kartof, paxla, qarğıdalı, çəltik də becərilir. 
Heyvandarlıq zəif inkişaf etmişdir. 
Dəmir   yollarının   uzunluğu   294   km,   avtomobil yolların   18200 km, o 
cümlədən    5,4  min  km-i  bərk  örtüklü  yollardır.  Əsas  portlar  -  Kinqston  və 
Monteqo-Beydir.  Bu  limanların  yaxınlığında  beynəlxalq  əhəmiyyətli  aeroportlar 
yerləşir. 
Yamaykanın  ixracı:  boksit,  alüminium  oksidi,  kənd  təsərrüfatı  məhsulları; 
idxalı: avadanlıq və nəqliyyat vasitələri, yanacaq, istehlak mallarıdır. Əsas ticarət 
partnyorları:  -  ABŞ  (mal  dövriyyəsinin  40%-dən  çox),    Böyük  Britaniya,  AFR, 
Kanada, Venesuela, Trindad və Tabaqo və b-dır. 
 
Pul vahidi - yamayka dollandır. 
 
 
 
 
 
 
 
PUERTO-RİKO 
                                         Sahəsi – 9,1 min km
2
 
                                                                  Əhalisi – 4,3 mln. nəfər (2007-ci il) 
                                       Paytaxtı – San-Xuan 
Təbii şəraiti, təbii ehtiyatları, əhalisi və məskunlaşma xüsusiyyəti 
Puerto-Rikonun  relyefi  çox  mürəkkəbdir.  Adanın  şimalında  Atlantik 
okeanının  ən  dərin  çökəkliyi  olan  Puerto-Riko  çökəkliyi  yerləşir.  Böyük  Antil 
adaları  içərisində  ən  daglıq  adadır.  Adanın  mərkəzi  hissələri  dağ  və  təpəliklərlə, 
yalnız  sahil  zolağı  düzənliklərlə  əhatələnmişdir.  Şimal  və  cənub  sahillərində 
nisbətən geniş düzənliklər vardır ki, onların da eni şimalda 13-20 km, cənubda 3-
13  km-dir.  Mərkəzi  sıra  dağlarda  adanın  ən  hündür  zirvəsi  olan  Serro-de-Punta 
(1341 m) yerləşir. Bu sıra dağların daha çox rütubətlənən şimal yamacı çaylar və 
bulaqlar tərəfındən çox parçalanmış, onun təbiətini daha füsunkar etmişdir. Burada 
meşələr  qırıldıqdan  sonra  başlamış  erroziya  prosesi  bəzi  ərazilərin  tamamilə 
çılpaqlaşmasına,  əhəng  daşlarının  səthə  çıxmasına  səbəb  olmuşdur.  Əhəngdaşları 
asanlıqla  yuyulduğundan karst  relyef formaları  yaranmağa başlamışdır. Bu relyef 
formaları adanın şimal-qərb hissəsində daha çoxdur. 
Ölkədə  müxtəlif  növ  faydalı  qazıntılar  vardır,  lakin  onların  çoxu  sənaye 
əhəmiyyətli  deyildir.  Ən  geniş  yayılmışı  manqan  və  yüksək  keyfıyyətli  dəmir 
filizidir.  Bundan  başqa  qızıl,  gümüş,  mis,  qurğuşun,  qalay,  civə  platin,  nikel 
ehtiyatları  da  vardır.  Bunlardan  demək  olar  ki,  istifadə  edilmir.  Tikinti 
materiallarından kaolin, mərmər, əhəng, qranit və s. istehsal edilir. 
Puerto-Rikonun  iqlimi  tropik,  dəniz  iqlimidir.  Ada  daimi  olaraq  şimal-şərq 
passatlarının  təsirinə  məruz  qalır.  Yanvar  ayının  orta  temperaturu  24°C,  iyulun 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə