Kərimov Erkin İnqilab oğlu Kommersiya banklarında veksel əməliyyatları



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə3/22
tarix08.09.2018
ölçüsü1,65 Mb.
#66888
1   2   3   4   5   6   7   8   9   ...   22

 

yaymağa  çalıĢan  siyasətinin  tərəfdarları  idi)  və  ya  qvelflər(bu  siyasətin  əleyhinə 



olanlar,ticarət təbəqəsindən çıxmıĢlar)tərəfindən yaradılmıĢdır.Qibellinlər və qvelflər 

Ġtaliyadan  qovulduqdan  sonra  Amsterdamda  məskunlaĢıblar.Özlərinin  Ġtaliyada 

qalmıĢ  kapitalını  qaytarmaq  üçün  onlarda  yəhudilər  kimi  eyni  üsüldan  istifadə 

etmiĢlər.  J.Savarinin  fikrincə  (sonralar  bu  fikrə  ġ.Monteskyö  qoĢulmuĢdur  

“Qanunların  ruhu”  adlı  kitabında  )bunun  sayəsində  Amsteram  tacirləri  vekseldən 

geniĢ istifadə etməyə baĢladı və onu Avropaya yaydı, Lion tacirləri vasitəsilə xüsusi 

ilə Fransaya.Bu geniĢ yayılmıĢ əfsanəni maddi sbütlar olmadığına görə elmi cəhətdən 

vekselin yaranma nəzəriyyəsi adlandırmaq çətindi. 

     Vekselin yaranması ilə bağlı daha bir mülahizə Xaç yürüĢləri ilə bağlıdır.Bu fikrə 

görə  veksəl  Xaç  yürüĢlərinin  nəticəsində  yaranmıĢ  tamplier  ordeninin  fəaliyyəti  ilə 

bağlıdır.

 

Ordenin  ilkin  məqsədi  Avropadan  Fələstinə  gedən  ticarət  karvanları 



qorunması idi.Tamplierlərin ərazi təsir dairəsi hər birinin öz ticarət kontoru olmaqla 

əyalətlərə  bölünmüĢdü.Əgər  əvvəllər  tamplierlərin  maliyyə  fəaiyyəti  fələstin 

zəvvarlarına kömək etmək idisə lakin XII ci əsrdə borc pul vemək (borcun verilməsi 

ilə  bağlı  ilk  məĢhur  hadisə  1135-ci  ilə  aiddir)  adəti  yaradıldı.Kredit  fəaliyyətinin 

həcmi  geniĢlənirdi  və  bu  ordenin  maliyyə  xidmətlərindən  Romadan  qovulmuĢ  kral 

VII Lüdovik və III Aleksand istifadə etmiĢlər. 

     Vekselin  yaranmasına  dair  ilk  elmi  nəzəriyyə  XIX  əsrin  əvvəllərində  meydana 

gəlmiĢdi  və  Frans  Avqust  Binerə  (1787-1861)  məxsus  idi.Ġtalyanların  bu  zamanlar 

vekseldən  istifadə  etdiyini  nəzərə  alaraq  məhz  onların  vekseli  yaratdığını  demək 

olar.F Biner öz nəzəriyyəsini onunlar əsaslandırırdı ki,o vaxta aid tanınmıĢ ilk veksel 

sənədləri  Ġtalyada  yaranmıĢdı  və  avropa  beynəlxalq  ticarəti  əlaqələrinin  inkiĢafı  ilə 

sıx  bağlı  idi.Bundan  baĢqa  mühasibat  uçotu  Ġtaliyada  icad  olunub  və  kambistlər 

(veksel  əməliyyatları  haqqında  ilk  iĢlərin  müəllifləri)  də  Ġtalyan  idi.Nəhayət  bütün 

veksəl  terminologiyası  (aksept,  indossoment,  trassant,rimessa,  avizo)  italyan 

mənĢəlidi.QarĢı  arqument  kimi  bunu  göstərmək  olar  ki,  Ġtalayan  tacirləri  ilə  eyni 

vaxtda Hanz Ġttifaqına mənsub alman tacirləri də geniĢ ticarət əlaqələrinə sahib idi. 




 

     XIX cu əsrin 2 ci yarısında alman müəlliflərinin vekselə və onun yaranmasına dair 



çoxlu  sayda  əsərləri  meydana  gəldi.Maks  Neyman  veksel  hesab  etdiyi  tapılmıĢ  bir 

neçə  orta  əsr  alman  borc  sənədləri  əsasında  belə  mülahizə  yürüdürdü  ki,  xarici 

ölkələrlə    ticarət  əməliyyatlarının  geniĢliyi  vekselin  yaranmasına  zərurət 

yaratdığından veksel Hanz ittifaqına məxsus Alman tacirləri tərəfində yaradılıb.Otto 

ġtobbe  bu  nöqteyi  nəzərdən  yanaĢmanı  dəstəkləyib,  Vilhelm  Endeman  isə  buna 

tənqidi yanaĢaraq, veksel əməliyyatları ilə bağlı alman ənənənlərinin mövcudluğunu 

rədd edirdi.Təxminən eyni vaxtda alman müəlliflərinin əsərlərində (K.Eynert  F.Libe 

) belə fikir səsləndirilib ki, veksel orta əsrlərdə tacirlər və sərraflar tərəfindən demək 

olar  ki,  eyni  vaxtda  müxtəlif  ölkələrdə  öz  məhdud  əhatələrində  istifadə  üçün 

yaradılıb. 

     Veksellərin  aĢkar  üstünlükləri  kifayət  qədər  sürətlə  özünü  göstərdi  və  bu,  veksel 

hüquq  normalarının  tədricən  inkiĢafı  ilə  yanaĢı  onun  yayılmasını  Ģərtləndirdi.Bu 

nöqteyi nəzərdən öz fikirlərini Alman hüquqĢünası Karl Eynert (1777 - 1875) özünün 

“XIX  cu  əsr  Veksel  qanunu  və  Veksel  iĢi”  həmçinin  Fridrix  Libe  “BraunĢvayq 

hersoqluğu  üçün  veksel  nizamnaməsinin  Layihəsi”  adlı  kitabında  söyləmiĢdir. 

Sonradan  bu  nəzəriyyəni  Maks  Neyman  da  dəstəkləyib.O  dəfələrlə  sübut  etməyə 

çalıĢıb ki,veksel məhz Almaniyada meydana gəlib. 

     XIX    əsrə  aid  daha  2  nəzəriyyə  Qustav  Lastinq  və  Karl  Frendtə  aiddir.Belə  ki, 

Q.Lastinq  hesab  edirdi  ki,  vekselin  yaranma  mənĢəyi  sərraf  və  tacirlərin  borclu 

olduqları  Ģəxsin  hesabına  borcun  köçürülməsi  ilə  əlaqədar  yaranmıĢdır.Fikrimcə  , 

əslində  bu  əməliyyatar  vekselin  yaranmasının  yox,  çekin-sadə  ödəniĢ  sərəncamının 

yaranmasına zəmin yaradıb və bunu veksellə eyniləĢdirmək olmaz. 

     K.Frendt hesab edirdi ki,veksel ödəniĢ sərəncamı və ya mandatından yaranıb,hansı 

ki  hökmdarlar  və  digər  hakimiyyət  nümayəndələri  öz  xəzinədarlara  verirdilər.Bu 

nəzəriyyəni  tərəfdarlarından  biri  də  Jül  Valeri  idi.O  ehtimal  edir  di  ki,  ödəniĢ 

tapĢırıqları  orta  əsr  avropasında  hələ  XIII  cü  əsrdə  məlum  idi,  yaranması  isə  çox 

güman  Səlib  yürüĢləri  dövrünə  təsadüf  edib.Bu  iri  həcmli  pulların  uzaq  məsafəyə 



10 

 

köçürülməsi  zərurətindən  qaynaqlanıb.



   

J

.



Valerinin  fikrincə,  yığcam  və  direktiv 

üslubu  bu  sənədlərin  mətnini  veksellərin  klassik  tipi  ilə  müqayisə  etmək  olar. 

Bununla  belə  V.Xoldsvort    J.Valerinin  Ġngilis  hüquq  tarixinə  həsr  olunmuĢ  iĢinin 

mövqeyini  tənqid  edərək  qeyd  edib  ki,  veksellərin  iqtisadi  funksiyası  və  ödəniĢ 

sərəncamları  müxtəlif  tipli  idi.Köçürmə  vekselinin  əsas  funksiyası  kreditorun 

maraqlarında  pul  köçürməsi  etmək  ,  ödəniĢ  sərəncamında  isə  köçürməni  borcluya 

uyğun yerdə həyata keçirmək idi. 

     Fikrimcə , bu nəzəriyyəni zəifliyi ondadır ki, bu tip mandatlar özündə vekselin heç 

bir  əlamətini  əks  etdimirdi.Görünür  bu  cür  nəzəriyyənin  yarananmasına  səbəb 

Müqəddəs  Luinin  7  ci  Səlib  yürüĢləri  zamanı  dövriyyəyəburaxdığı  mandatlarla 

veksellərin bəzi uyğunluğu olmuĢdu. 

     Vekselin  antik  mənĢəli  olmasına    dair  nəzəriyyə  hələ  XIX  əsrdə  formalaĢmağa 

baĢladı.Müxtəlif  müəlliflərin  əsərlərində  vekselin  daha  qədim  prototiplərinin 

axtarıĢına  cəhd  olunurdu.XIX  əsrin  sonu  XX  əsri  əvvəllərində  bu  nəzəriyyəyə  rus 

müəlliflərinin  əsərlərində  daha  çox  rast  gəlinir.Bunun  mahiyyəti  ondan  ibarətdir 

ki,veksel pul köçürməsi vasitəsi kimi ticarət əlaqələrinin yüksək inkiĢaf etdiyi qədim 

Yunanıstan və Roma da tanınmıĢdır.Vəziyyət yaranırdı ki,tacir özü baĢqa yerdə olsa 

da  eyni  Ģəhərdə  onun  həm  kreditoru  həm  də  borclusu  ola  bilərdi.Pul  köçürməsinin 

qarĢısını alaraq tacir,baĢqa Ģəhərdə olan kreditora öz borcunu həmin Ģəhərdə yaĢayan 

və ona borclu olan 3-cü Ģəxs vasitəsiylə ödəyə bilərdi. 

     Vekselin ərəb mənĢəli olması barədə nəzəriyyə bu fərziyyənin üstündə qurulub ki, 

X-XI  əsrlərdə  ġərq  ölkələrində  vekselin  oxĢarı  olan  kredit  sənıdlərindən  istifadə 

olunub.F.Brodelin  dediyi  kimi,kreditin  bütün  alətləri-veksel,borc  məktubu,ödəniĢ 

sərəncamı  hələ  X  əsrdə  müsəlman  ölkələri  tacirlərinə  məlum  idi.Bunu  Qahirənin 

qədim  sinaqoqundakı  arxiv  sənədləri  də  təsdiqləyir.Müsəlman  ölkələri  tacirlərinin 

təsiri altında,bütün aralıq dəniz hövzəsində baĢ vermiĢ səlib yürüĢlərindən sonra Qərb 

XIII əsrdə özü üçün köçürmə vekselini açdı. 



Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə