Kərimov Erkin İnqilab oğlu Kommersiya banklarında veksel əməliyyatları



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə5/22
tarix08.09.2018
ölçüsü1,65 Mb.
#66888
1   2   3   4   5   6   7   8   9   ...   22

15 

 

tunc 



(ĢiĢirdlimiĢ)) 

 

 



     Vekselin əsas səciyyəvi əlamətləri bunlardır: 

-pul öhdəliyinin Ģərtsizliyi, yəni veksel üzrə borclunun müəyyən məbləğin ödəyəcəyi 

öhdəliyi yaxud vekselin ödənilməsi haqqında üçüncü Ģəxsə verilən əmr heç bir Ģərtlə 

məhdudlaĢdırıla bilməz; 

-öhdəliyin  mücərədliyi,  yəni  vekselin  mətnində  onun  əsasında  hansı  növ  əqdin 

durmasına dair qeydlərə yol verilmir; 

-vekselin  doldurulması  (tərtib  olunması)  qaydalarının  dəqiq  müəyyən  edilməsi,  yəni 

veksel  bütün  zəruri  rekvizitlərə  malik  olmalıdır.  Onlardan  hətta  birisinin  olmaması 

vekseli etibarsız edir; 

-müĢtərək  məsuliyyət,  yəni  veksel  üzrə  borclu  olan  hər  bir  Ģəxsin  veksel  sahibi 

(kreditor)  qarĢısında  tam  məsuliyyət  daĢıması.  Veksel  üzrə  borc  ödənilmədikdə 

veksel sahibi veksel üzrə borclu olan bütün Ģəxslərə yaxud onlardan bəzilərinə qarĢı 

indossantların ardıcıllığına riayət etmədən iddia qaldıra bilər.

 

 



     Veksel sahibinin bu hüququ reqress hüququ adlanır. 

     Hal-hazırda dünya miqyasında veksel hüququnun iki sistemi mövcuddur. Ən 

geniĢ  yayılanı  Cenevrə  sistemidir  ki,  onun  əsasını  sadə  və  köçürmə  vekselləri 

haqqında Vahid Qanun təĢkil edir. Dünyanın 70-dən çox ölkəsi bu sistemə qoĢulub. 

Dünyanın  40-a  yaxın  ölkəsində  isə  Ġngiltərənin  1882-ci  ilin  köçürmə  vekselləri 

haqqında Qanunu tətbiq edilir. Bu Qanun hal-hazırda da Ġngiltərədə qüvvədədir. 

     AĢağıda veksel hüququ qrupları üzrə dünya ölkələrinin təsnifatı verilib (bax 

cədvəl 1).                                                                    

Cədvəl 1:Veksel hüququ dövlətləri                             



16 

 

Veksel  hüququnun  Cenevrə  sisteminə 



daxil olan ölkələr 

Almaniya, Avstriya, Belçika, Braziliya, 

Danimarka, 

Finlyandiya, 

Fransa, 

Hollandiya, 

Ġsveç, Ġsveçrə, Ġtaliya, Lyuksemburq, 

Macarıstan, Monako, Norveç, PolĢa, 

Portuqaliya, Rusiya Federasiyası, Yaponiya

Yunanıstan

 

Cenevrə veksel konvensiyalarının üzvü 



olmayan, 

lakin 


milli 

veksel 


qanunvericiliyi, 

onların əsasında qurulmuĢ bəzi ölkələr

 

Arqentina, Bolqarıstan, Çexiya, Əlcəzair, 



Xorvatiya, Vatikan, Ġraq, Ġndoneziya, 

Ġslandiya,  Koreya  Respublikası,  Küveyt, 

MərakeĢ, Səudiyyə Ərəbistanı, Slovakiya

Sloveniya, Suriya, Türkiyə, Yuqoslaviya.

 

Ġngilis-Amerikan  hüquq  sisteminə  daxil 



olan bəzi ölkələr 

ABġ, Avstraliya, CAR, Ġngiltərə, Ġrlandiya, 

Ġsrail, Hindistan, Honkonq, Kanada, Kipr, 

Pakistan, Yeni Zelandiya. 

Nə Cenevrə, nə də Ġngilis 

-Amerikan  hüquq  sistemlərinə  daxil 

olmayan bəzi ölkələr 

Çili, Ġran, Ġspaniya, LixtenĢteyn, Meksika, 

Misir, Kolumbiya, Kuba, Tayvan, Tailand 

 

     Praktiki fəaliyyətdə vekselin aĢağıdakı növlərinin fərqləndirilməsi qəbul olunub. 



     1.  Kommersiya  (əmtəə)  vekseli.  Vekselin  bu  növü  kommersiya  (ticarət),  alqı-

satqı) əqdlərində tətbiq olunur. 

     Kommersiya vekseli vasitəsilə satıcı alıcıya möhlətlə satılmıĢ əmtəənin dəyərinin 

ödənilməsi qaydasında vekseli qəbul etməklə kommersiya krediti verir. Kommersiya 

vekseli  iki  funksiyanı  yerinə  yetirir.  Bir  tərəfdən,  o,  Ģərtsiz  borc  öhdəliyidir.  Digər 

tərəfdən  isə  kommersiya  vekseli  ödəmə  vasitəsi  funksiyasını  yerinə  yetirir,  çünki 

veksel  sahibi  öz  ortaqları  ilə  göndərilən  mallar,  göstərilən  xidmətlər,  görülən  iĢlər 

üzrə hesablaĢmanı veksellə keçirə bilər.

 3 

[10] 


                                                           

3-

 



Sadı qov Elnur  “Bank ə mə liyyatları ” Bakı -2010 


17 

 

     2.  Maliyyə  vekselinin  əsasında  əmtəə  alqı-satqısı  ilə  bağlı  olmayan  maliyyə 



əməliyyatı  durur.  Maliyyə  vekseli  kreditin  alınması  ilə  əlaqədar  maliyyə  əqdini 

rəsmiləĢdirir. Kreditorla borcalan arasında kredit müqaviləsi tərtib olunmur, sadəcə 

borcalan investora vekseli satmaqla maliyyə resurslarını cəlb edir. Maliyyə vekseli 

vasitəsilə  müəssisələr  bir-birinə  kredit  verə  bilər,  həmçinin  müəssisələrin  büdcəyə 

ödəmələr üzrə vaxtı keçmiĢ kreditor borcunu rəsmiləĢdirə, büdcə maliyyələĢməsini 

keçirə  bilər  və  s.  Qərb  ölkələrində  qeyri-bank  qurumlarının  buraxdığı  maliyyə 

vekselləri geniĢ yayılıb. Sabit kredit tarixli və birinci dərəcəli borcalan nüfuzlu böyük 

Ģirkətlər bu cür veksellərin buraxılıĢına müraciət edir. Onlar təminatsız qaydada qısa 

müddətə buraxılır və dövlət qeydiyyatına məruz qalmır. Onların geri  alınması üçün 

emissiya  prospekti,  auditor  rəyi,  qeydiyyatdan  keçmək  tələb  olunmadığından 

emissiyası sadələĢir, maliyyə  resurslarının  cəlb olunması  tezləĢir və xərclərə qənaət 

olunur. 


     Bank  vekselləri  maliyyə  veksellərinin  dünya  təcrübəsində  geniĢ  yayılmıĢ 

növlərindəndir.  Onların  vasitəsilə  bankların  depozit  əməliyyatları  keçirilir.  Veksel, 

üzərində  göstərilən  məbləğin  müĢtəri  tərəfindən  banka  daxil  edildiyini  təsdiqləyir, 

bank  isə  müəyyən  müddət  ərzində  faizlə  birlikdə  vekselin  ödənilməsi  öhdəliyini 

qəbul edir. Əslində bank vekseli depozit sertifikatı rolunu oynayır. 

     3.  Saxta  veksel.  Ona  tunc  veksel  də  deyilir.  Bu  cür  veksel  fırıldaqçılıq 

əməliyyatlarının keçirilməsi məqsədilə keçirilir. Onun əsasında nə kommersiya, nə 

də  maliyyə  əməliyyatı  durur.  Bir  qayda  olaraq,  veksel  tədavülündə  iĢtirak  edən 

Ģəxslərdən biri uydurulmuĢdur. 

     4.  Dost  veksel.  Bunları  Ģəxslər  eyni  məbləğə  və  eyni  müddətə  bir-birinə  verir. 

Dost  veksellər  heç  bir  real  əməliyyatla  əsaslandırılmır.  Onların  buraxılıĢından 

məqsəd maliyyə çətinliyi ilə üzləĢən tərəflərdən birinə yardım etməkdir. 

     Bütün  buraxılan  veksellər  sadə  və  köçürmə  veksellərlə  ayrılır.  Sadə  veksel 

borcalanın  (vekselverənin,  vekselyazanın)  kreditora  (veksel  sahibinə)  müəyyən 

məbləğin  müəyyən  yerdə  və  təyin  olunmuĢ  müddətdə  ödəyəcəyi  yaxud  kreditorun 

əmri ilə üçüncü Ģəxsə köçürəcəyi haqda öhdəliyidir. Sadə vekselin fərqləndirici cəhəti 




Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə