Kərimov Erkin İnqilab oğlu Kommersiya banklarında veksel əməliyyatları



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə6/22
tarix08.09.2018
ölçüsü1,65 Mb.
#66888
1   2   3   4   5   6   7   8   9   ...   22

18 

 

odur  ki,  onu  həmiĢə  məhz  borc  alan  tərtib  edir.  Veksel  sahibi  onu  öz  ortaqları  ilə 



hesablaĢmalarda  istifadə  edir  və  belədə  öz  borcunu  vekselverənə  (vekselyazana) 

ötürür. Sadə vekselin üzərində yalnız borcalanın imzası olduğunda ona solo veksel də 

deyilir. 

 

 



Sadə və köçürmə vekselin nümunəsi 

 

 



 


19 

 

 



 


20 

 

     Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsində  (maddə  1048)  sadə  vekselin 



rekvizitləri aĢağıdakı kimi göstərilmiĢdir:

 

 



-mətnin özünə daxil edilmiĢ “veksel” adı; 

-müəyyən məbləği ödəmək barəsində sadə və heç nə ilə ĢərtləĢdirilməmiĢ vəd; 

-ödəniĢ kimə və ya sərəncamı ilə icra edilməlidirsə, onun adı; 

-vekselin tərtib edildiyi tarix; 

-veksel verənin imzası; 

-vekselin tərtib edildiyi yer; 

-vekselin ödənilməsi vaxtı (veksel üzrə ödəniĢ müddəti); 

-ödəniĢin icra edilməli olduğu yer. 

     Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 2 fevral 2000-ci il tarixli “Azərbaycan 

Respublikasında veksellərin dövriyyəsi haqqında” əsasnaməsində (bölmə XIII) sadə 

vekselin rekvizitləri belə verilmiĢdir:

 4 


[36] 

a) sənədin adı kimi onun yazıldığı dildə “Sadə veksel” sözləri; 

b) müəyyən bir məbləği Ģərtsiz ödəmək vədi; 

c) ödəniĢ vaxtı; 

ç) ödəniĢ yeri; 

d) ödəniĢin çatacağı və ya ödəniĢ barəsində sərəncam verən Ģəxsin adı; 

e) vekselin verilmə tarixi və yeri; 

ə) vekselverənin imzası; 

f) veksel blankını çap etmiĢ mətbəənin adı və QKDK tərəfindən verilmiĢ lisenziyanın 

nömrəsi, tarixi və VÖĠN-i. 

     Yuxarıda  deyildiyi  kimi,  veksel  bütün  zəruri  rekvizitlərə  malik  olmalıdır. 

Onlardan hətta birisinin olmaması vekseli etibarsız edir. Bu müddəanın doğruluğuna 

Ģübhə  olmasa  da,  “Azərbaycan  Respublikasında  veksellərin  dövriyyəsi  haqqında” 

əsasnamədə istisna halları göstərilmiĢdir. Belə ki, sadə vekseldə: 

-ödəniĢ vaxtı göstərilməyibsə, sənəd təqdim edilən kimi ödənməli olan veksel sayılır; 

                                                           

4-

 

 Azərbaycan respublikasinda Nağdsiz hesablaĢmalar və Pul köçürmələri haqqında Təlimat 



 


21 

 

-ayrıca bir göstəriĢ yoxdursa, ödəyicinin adı yanında qeyd edilmiĢ yer həm də ödəniĢ 



yeri və eyni zamanda ödəyicinin iqamətgahı sayılır; 

-verilmə  yeri  göstərilməyən  sadə  veksel  vekselverənin  adı  yanında  qeyd  edilmiĢ 

yerdə imzalanmıĢ sayılır. 

     Kommersiya  əməliyyatında  sadə  vekselin  hərəkətini  belə  təsvir  etmək 

olar.(sxem1) 

Sxem 1.Sadə vekselin hərəkəti 

 

     Köçürmə  veksel  yaxud  tratta  kreditorun  (vekselverən)  vekseldə  göstərilən 



məbləğin göstərilən müddətdə üçüncü Ģəxsə (remitent) ödənilməsi haqda borclu Ģəxsə 

(trassat) verdiyi əmrdir. Trattanı yazan Ģəxs, yəni vekselverən trassant adlanır. 

     Azərbaycan Respublikasının Mülki Məcəlləsində (maddə 1005) köçürmə vekselin 

rekvizitləri aĢağıdakı kimi göstərilmiĢdir: 

-sənədin mətninə daxil edilmiĢ “veksel” adı; 

-veksel  verənin  müəyyən  məbləği  ödəmək  barəsində  sadə  və  heç  nə  ilə 

ĢərtləĢdirilməmiĢ göstəriĢi; 

-kim ödəməlidirsə, onun (ödəyicinin) adı; 

-ödəniĢ kimə və ya kimin sərəncamı ilə icra edilməlidirsə, onun adı; 

-vekselin tərtib edildiyi tarix; 

-veksel verənin imzası; 

-vekselin tərtib edildiyi yer; 




22 

 

-vekselin ödənilməsi vaxtı (veksel üzrə ödəniĢ müddəti); 



-ödəniĢin icra edilməli olduğu yer. 

     “Azərbaycan  Respublikasında  veksellərin  dövriyyəsi  haqqında”  əsasnaməsində 

(bölmə II) köçürmə vekselin rekvizitləri belə verilmiĢdir: 

a) sənədin adı kimi onun yazıldığı dildə “köçürmə veksel” sözləri; 

b) söz və rəqəmlə yazılmıĢ müəyyən pul bəbləğini Ģərtsiz ödəmək haqqında təklif; 

c) ödəyicinin tam adı, hüquqi ünvanı və bank rekvizitləri; 

ç) ödəniĢin müddəti; 

d) ödəniĢin yeri; 

e) remitentin və ya sərəncam verən Ģəxsin tam adı, hüquqi ünvanı, bank rekvizitləri; 

ə) vekselin verilmə tarixi və yeri; 

f) vekselverənin möhürlə təsdiqlənmiĢ imzası; 

q) veksel blankını çap etmiĢ mətbəənin adı və QKDK tərəfindən verilmiĢ lisenziyanın 

nömrəsi, tarixi və VÖĠN-i. 

     Köçürmə vekseldə: 

-ödəniĢ  vaxtı  göstərilməyibsə,  sənəd  təqdim  edilən  kimi  ödənilməli  olan  köçürmə 

veksel sayılır; 

-ayrıca bir göstəriĢ yoxdursa, ödəyicinin adı yanında qeyd edilmiĢ yer eyni zamanda 

ödəniĢ yeri və ya ödəyicinin ünvanı sayılır; 

-verilmə yeri göstərilməyən köçürmə veksel vekselverənin adı yanında qeyd edilmiĢ 

yerdə imzalanmıĢ sayılır. 

     Trattanın  buraxılması  və  tədavülü  xüsusiyyəti  ondadır  ki,  o,  adi  tədiyə  vasitəsi 

kimi  çıxıĢ  etmir.  Vekseli  alan  remitent  orada  göstərilən  trassatın  ödəməni 

keçirəcəyinə  əmin  deyil.  Buna  görə  də,  ən  əvvəl  borclunun  vekseldəki  məbləği 

ödəməyə  razılığına  əmin  olmaq  gərəkdir.  Belədə,  veksel  aksept  edilməkdən  ötrü 

trassata  göndərilir.  Aksept  veksel  üzrə  öhdəliyin  yerinə  yetirilməsi  haqda  yazılı 

razılıqdır.  Özünün  razılığını  trassat  vekselin  üz  tərəfində  etdiyi  qeydlə  təsdiqləyir. 

Qeyd edilməlidir ki, veksel sahibi onu ödəyicinin aksepti olmadan da baĢqa Ģəxsə 



Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə