23
ötürə bilər. Lakin akseptləĢməmiĢ veksel ödəyici tərəfindən akseptləĢmiĢ veksellərlə
müqayisədə az yayılmıĢdır. Aksept tam və natamam (qismən) ola bilər.
Tam aksept bildirir ki, trassat vekseldəki məbləği təyin olunmuĢ müddətdə tam
həcmdə ödəyəcək. Natamam aksept isə borclunun məbləğin yalnız bir hissəsini
ödəməyə razı olduğunu bildirir. Deməli, məbləğin digər hissəsi akseptləĢməmiĢ qalır.
Veksel sahibi natamam akseptlə razı olmalı və akseptləĢməmiĢ məbləğə qarĢı etiraz
göndərməlidir. Beləliklə, veksel sahibi veksel üzrə borclu olan bütün Ģəxslərə qarĢı
reqressiv tələblər sürə bilər. Bu, Cenevrə konvensiyası ilə nəzərdə tutulub.
Ingiltərə qanunvericiliyində tam və natamam akseptin fərqli qaydası nəzərdə
tutulur. Tam aksept Ģərtsiz səciyyə daĢıyır. Lakin qanunvericilik ödəmənin
edilməsinə dair müəyyən Ģərtləri də mümkün edir. Belə ki, vekseldə ödəmənin yalnız
hansısa hadisə baĢ verdikdə mümkünlüyü göstərilə bilər. Hadisə baĢ vermədikdə,
ödəyici veksel məbləğin qismən ödənilməsinə razılıq verə bilər, yəni natamam
(qismən) aksept edə bilər. Veksel sahibi isə natamam akseptdən imtina edə bilər.
Veksel, verildiyi gündən ödəmə gününə qədərki müddətdə istənilən an akseptə
təqdim oluna bilər. Ödəmə müddəti bitdikdən sonra da vekselin akseptə təqdim
edilməsinə yol verilir. Belə olduqda borclu veksel üzrə adi qaydada cavab verir.
Ödəyici təqdim olunan vekselin akseptindən yaxud artıq akseptləĢmiĢ vekseli
ödəməkdən imtina etdikdə veksel sahibi vekseli propest (vekseldən imtina) edə bilər,
yəni imzaları indossamentlərdə olan vekselin əvvəlki sahiblərinə qarĢı reqressiv
tələblər irəli sürə bilər.
Sxem 2. Köçürmə vekselin hərəkəti
24
IĢarələr:
1,5-əmtənin göndərilməsi;
2-akseptsiz veksel;
3-vekselin akseptə göndərilməsi;
4-akseptləĢmiĢ vekselin qaytarılması;
6-akseptləĢmiĢ vekselin alınan əmtəənin müqabilində verilməsi;
7-vekselin ödənilməkdən ötrü təqdim edilməsi;
8-pul vəsaitlərinin qəbul edilməsi.
Vekselin bir Ģəxsdən digərinə keçməsi hər dəfə onun arxa tərəfində edilən və
indossament adlanan ötürmə qeydi vasitəsilə baĢ verir. Qeydi edən Ģəxsə indossant,
qeydin nəticəsində vekseli alan Ģəxsə isə indossat deyilir. Ötürmə qeydindəki
məlumatın həcmindən asılı olaraq indossamentlərin bir neçə növü mövcuddur.
Birincisi, indossament tam və natamam (qismən) ola bilər. Tam indossament veksel
üzrə bütün hüquqları indossatın üzərinə keçirir. Natamam indossament isə bu
hüquqların yalnız bir hissəsini keçirir.
Ikincisi, indossamentin blank, adlı və tapĢırıqlı növlərini fərqləndirirlər. Blank
indossamentində ötürmə qeydində ödəmənin edilməsi əmrini verən Ģəxs göstərilmir.
Belə olduqda, veksel təqdimatlı hesab olunur. Indossant vekseli imzalayır və onu yeni
sahibinə ötürür. Veksel sonradan yenidən ötürüldükdə yeni ötürmə qeydinin edilməsi
tələb olunmur. Təqdimatlı vekseli adlı da etmək olar. Bunun üçün ötürmə qeydində
ödəmə əmrini verən Ģəxsi göstərmək kifayətdir. Adlı indossament ötürmə qeydində
vekselin ötürüldüyü Ģəxsin göstərildiyini bildirir. Belə olduqda adlı qiymətli kağız
mövcuddur.
5
[17]
TapĢırıqlı indossament ötürmə qeydində göstərilən Ģəxsə müəyyən əməliyyatların
keçirilməsini etibar etmək məqsədilə edilir. Adətən banka ödəyicidən pul
vəsaitlərinin alınmasına, ödəməmə zamanı protest edilməsinə, vekselin girov
qoyulmasına və s.dair tapĢırıq verilir. Vekseli təqdimatlı indossament üzrə alan Ģəxs
5-
17. Белов В.А. Вексельные возражения 2000г.
25
onun sahibinə çevrilmir. O, yalnız ötürmə qeydində göstərilən tapĢırığı yerinə yetirir.
Vekseldəki bütün sonrakı indosamentlər də yalnız tapĢırıqlı ola bilər.
Üçüncüsü, indossament dövriyyəli və dövriyyəsiz ola bilər. Dövriyyəli
indossament edildikdə, veksel sahibi veksel haqda heç bir qeyd-Ģərt etmir. Bu o
deməkdir ki, reqress zamanı o, veksel öhdəlikləri üzrə tam həcmdə cavab verir.
Dövriyyəsiz indossament vekselin üzərində “üzərimə qaytarılmamaqla” qeydin
edilməsi vasitəsilə baĢ verir. Borclu veksel məbləğini aksept etmədikdə yaxud
ödəmədikdə dövriyyəsiz indossamenti edən Ģəxs veksel öhdəlikləri üzrə məsuliyyəti
öz üzərindən atır. Belə olduqda dövriyyəli indossamenti edən bütün Ģəxslər veksel
üzrə müĢtərək (birgə) məsuliyyət daĢıyır.
Ötürmə qeydi vekselin arxa tərəfində edilir. Vekselin çoxsaylı indossamentlərə
məruz qalması ehtimal edildikdə, onlar üçün vekselə əlavə vərəq qoĢulur ki, buna da
allonj deyilir.
Vekselin etibarlığının və ödəmənin keçirilməsi zəmanətinin artırılması məqsədilə
veksel üçüncü Ģəxslər tərəfindən aval edilir. Aval hüquqi Ģəxsin borclu öz öhdəliyini
yerinə yetirmədikdə vekselin tam yaxud qismən ödənilməsinə zəmanət verməsidir.
Aval zamanı vekselin üz tərəfində “Aval hesab etməli” qeydi edilir. Veksel üzrə aval
hər bir məsul Ģəxsə görə edilə bilər. Buna görə də, avalçı zamin olduğu Ģəxsi
göstərməlidir. Belə qeyd olmadıqda hesab olunur ki, aval vekselverənə görə edilib.
Eyni zamanda, veksel dövriyyəsinin veksel üzrə məsuliyyəti üzərindən atmıĢ Ģəxslərə
görə edilə bilməz. Məsələn, veksel aksept etməyən borcluya görə, yaxud ötürmə
qeydində “üzərimə qaytarılmamaqla” yazmıĢ indossanta görə edilə bilməz.
Avalin edilməsi avalçını veksel dövriyyəsinin iĢtirakçısı edir, yəni o, vekseldə
imzası olan digər Ģəxslər kimi veksel sahibi qarĢısında birgə məsuliyyət daĢıyır.
Avalçı veksel üzrə ödəməni edibsə, veksel dövriyyəsinin iĢtirakçısı kimi ödəməni
əvəzində etdiyi Ģəxsədn, həmçinin axırıncıya borclu olan digər iĢtirakçılardan
ödənilmiĢ məbləğin əvəzinin ödənilməsini tələb etmək hüququ əldə edir.
Veksel rekvizitlərindən biri ödəmə müddətinin göstərilməsidir. Veksel verənin və
ya trassatın maliyyə vəziyyətindən asılı olaraq ödəmə tarixinin müəyyən edilməsinin