Kərimov Erkin İnqilab oğlu Kommersiya banklarında veksel əməliyyatları



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə8/22
tarix08.09.2018
ölçüsü1,65 Mb.
#66888
1   ...   4   5   6   7   8   9   10   11   ...   22

26 

 

müxtəlif  variantları  ola  bilər.  Veksel  tədavülündə  ödəmə  müddətləri  aĢağıdakı  cür 



tətbiq olunur: 

     1. Ödəmə  müddəti qətiləĢməyib, veksel təqdim olunduqda müəyyən olunur. Belə 

halda  vekseldə  “Təqdim  olunduqda  ödənilməli”  qeydi  göstərilməlidir.  Bəzi  hallarda 

vekselin ödəməyə təqdim oluna biləcəyi zaman kəsiyi təyin olunur. Belədə, vekselin 

hansısa konkret tarixdən tez ödəməyə təqdim oluna bilməməsi göstərilməlidir. Zaman 

kəsiyi təyin olunmayıbsa, veksel onun yazıldığı gündən baĢlayaraq bil il müddətində 

istənilən vaxt ödəməyə təqdim oluna bilər. 

     2.  Ödəmə  müddəti  vekselin  təqdim  olunma  tarixindən  etibarən  müəyyən  sayda 

gün  ərzində  təyin  olunur.  Ödəmə  müddətinin  göstərilməsinin  bu  variantı,  məsələn 

“Təqdim olunduqdan 30 gün sonra ödənilməli” qeydi ilə rəsmiləĢir. Təqdimolunma 

tarixi  kimi  ödəmə  aksepti  tarixi  yaxud  akseptə  protest  (etiraz)  tarixi  hesab  olunur. 

Burada,  vekselin  tədavül  müddəti  nəzərə  alınmalıdır  ki,  o  da,  bir  ildən  çox 

olmamalıdır.  Buna  görə  də,  veksel  əvvəlcədən  təqdim  olunmalıdır  ki,  yazılma 

günündən  etibarən  onun  tədavül  müddəti  ödəmə  müddəti  ilə  birlikdə  bir  ildən  çox 

olmasın. 

     3.  Ödəmə  müddəti  yazılma  günündən  baĢlayaraq  müəyyən  müddət  ərzində  təyin 

olunur.  Belə  olduqda  vekseldə  “Ġrəli  sürülmə  günündən  baĢlayaraq  (filan  qədər) 

gündən  sonra  ödənilməli”  ifadəsi  olmalıdır  və  yazılıĢ  gününün  səhərisi  veksel 

ödəməyə  təqdim  oluna  bilər.  Lakin  trassat  göstərilən  müddətin  son  günündə  də 

vekseli ödəyə bilər. 

     4. Ödəmə müəyyən gündə edilir. Vekseldə ödəmənin konkret tarixi göstərilir. 

     Yuxarıda  deyildiyi  kimi,  veksel  üzrə  ödəmənin  təxirə  salınmaz  yol  verilməzdir. 

Lakin  veksel  tədavülü  tarixi  böyük  olan  ölkələrin  təcrübəsindən  o  da  məlumdur  ki, 

cari  fəaliyyətdə  ödəmə  tarixinin  uzadılması  tələb  olunur.  Bunun  üçün  vekselin  üz 

tərəfində  “ödəmə  tarixi  (filən  tarixə)  qədər  uzadılmıĢdır”  qeydi  edilir.  Qeydin 

qüvvəyə minməsi üçün veksel üzrə borclu olan bütün Ģəxslərin imzası tələb olunur. 

Bu Ģəxslərdən hansası yeni ödəmə tarixi ilə razı olmadıqda, o, əvvəlki ödəmə vaxtı 

keçdikdən  sonra  veksel  üzrə  öhdəlik  daĢımır.  Ödəmə  tarixinin  təxirə  salınmasının 




27 

 

baĢqa  yolu  ödəmə  tarixi  uzadılmıĢ  yeni  vekselin  yazılmasıdır.  Belə  halda,  əvvəlki 



veksel ödəyici yeni aksept etdikdən sonra ona qaytarılır. 

     Hansısa üçüncü Ģəxsin veksel üzrə ödəyici təyin edilməsi vekselin domisilyasiyası 

adlanır.  Vekselin  domisilyasiyaya  məruz  qalması  onun  mətnində  “ödəmə  (filən) 

bankda  ifadəsinin  olmasından  bilinir.  Adətən  bu  vəzifəni  bank  yerinə  yetirir.  Bank 

veksel üzrə borclu olan Ģəxslə onun veksellərinin domisyasiyası barəsində müqavilə 

bağlayır. Müqaviləyə əsasən bank müĢtərinin veksellərini ödəyir, veksellərin ödəniĢə 

təqdim  edilməsi  qaydasına  riayət  edir.  Qeyd  olunmalıdır  ki,  bank  müĢtərinin 

vekselləri  üzrə  ödəmələri  yalnız  müĢtəri  tərəfindən  müvafiq  pul  məbləğləri 

əvvəlcədən təqdim olunduqda həyata keçirir. Əks halda bank vekselləri ödəməkdən 

imtina edir. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 


28 

 

1.3



 

Vekselin hesablaşma vasitəsi kimi kommersiya kreditində 

rolu. 

     Veksel  krediti  banklar  tərəfindən  veksel  sahiblərinə  və  təchizatçılar  tərəfindən 

alıcılara verilən kredit növüdür.Müəsisələrə xas ilk formas öz alıcı və sifariĢçilərinə 

geniĢ kommersiya krediti  təklif edir və uyğun olaraq samballı veksel portfelinin bir 

hissəsini  banka  uçot  üçün  təqdim  edir.Müəssisələr  əhəmiyyətli  veksel  portfelinə 

malik olmadığı təqdirdə təchizatçı tərəfindən verilən veksel krediti növündən istifadə 

edə bilər- öz tədarükçülərinə yazmaq olar sonuncu isə onu alıcının bankına sata bilər. 

     Müəssisə eyni zamanda onun kredit ödəmı qabiliyyətinə uyğun olan həm adi həm 

də  veksel  kreditindən  istifadə  edə  bilər.Beləliklə  bir  qayda  olaraq    veksel  krediti 

alıcılara,adi  kredit  is  satıcılara  lazımdı.Həmçinin  sonuncunun  da  özünəməxsus 

forması ona da xüsusi borc hesabının açılması ilə bağlıdır.Hüququ baxımdan bu ikisi 

arasındakı fərq ondan ibarətdir ki, vekselin uçotu zamanı veksel indossament vasitəsi 

ilə  banka  təqdim  olunur  və  bank  veksel  sahibi  olur.  Bank  qarĢısında  öhdəliklərin 

yerinə  yetirilmədiyi  halda  veksel  girova  verilir  və  bu  onun  üzərində  müĢtəri 

hüquqlarının itirilməsi deməkdir. 

     Bank üçün adi kredit müqaviləsinin və ya veksel krediti müqaviləsinin bağlanması 

arasındakı  fərq  nədən  ibarətdir?

 

Kreditin  veksel  forması  daha  çevikdir  və 



etibarlıdır.Veksel bankda təsərrüfat əməliyyatlarından sonra peyd olur bu da kreditin 

verilməsi əsaslı və etibarlı edir.Bütün əməliyyatı təhlil etməyə  ehtiyac qalmır  yalnız 

müĢtərinin ödəniĢ qabiliyyəti təhlil olunur.Nəhayət,hüquqi baxımdan veksel kreditin 

ödənilməsinin etibarlı təminatıdır.

 6 

[20] 


     Beləliklə,müəssisə  ödəniĢ  müddəti  çatanadək  indossament  vasitəsilə  vekselə  aid 

bütün  hüquqları  banka  verə  bilər,  veksel  məbləği  almaq  yerinə  isə  vaxtından  əvvəl 

pulun  alınmasına  görə  azaldılmıĢ  uçot  fazi  dərəcəsi  əldə  edə  bilər.Məbləğin 

ödənilmədiyi  təqdirdə  belə  bir  müqavilənin  adi  Ģərti  olaraq  ödənilməmiĢ  və  etiraz 

                                                           

6-

 



Зорин Н.А. Обязанности "вторичных" должников по векселю 2001 г. 


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə