Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə104/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   100   101   102   103   104   105   106   107   ...   156

 

315 


Cümhuriyyəti  hökumətinin  Naxçıvana göndərdiyi 10 nəfərlik zabit 

heyəti  Araz-Türk  Respublikasının  hərbi  hissələrində  təlim  keçmiĢ, 

kəĢfiyyat  iĢlərinin  təĢkilində  və  sərhəd  xətlərinin  möhkəmləndiril-

məsində  iĢtirak  etmiĢdi. 

1919-cu il martın 16-da  öz ərizəsiylə  general-qubernator vəzi-

fəsindən  istefa  verən B. Naxçıvanski onun yerinə təzəcə təyin olun-

muĢ  general-qubernator  Əliyar  bəy  HaĢımbəyovun  mülki  iĢlər  üzrə 

köməkçisi  keçmiĢdi (bu vəzifədə ondan əvvəl öz xahiĢi ilə çıxan Ha-

cı Mehdi  Bağırov çalıĢmıĢdı.). Həmin ilin avqustundan ġərur-Dərə-

ləyəz    General-Qubernatorluğunun  köməkçisi  (rotmistr)  vəzifəsində 

olmuĢ  Bəhram  xan  Naxçıvanski  Azərbaycan  Xalq  Cümhuriyyəti 

hökuməti tərəfindən Bakıya çağırılaraq, 1919-cu ilin sonunda Daxili 

ĠĢlər  Nazirliyinin  Lənkəran  Qəzası  yanında  Xüsusi  Səlahiyyətli  

müvəkkili  təyin  edilmiĢdi. Bu vəzifə general-qubernator  vəzifəsinə 

(vali) bərabər hüquqlu vəzifə idi. Qəza rəisi də ona tabe idi. Bəhram 

xan  bu  vəzifədə  kadr  təyinatlarında  sərbəst  və  müstəsna  əmrlər 

vermək  hüququna  malik  idi.  Məsələn,  B.  Naxçıvanskinin  21  aprel 

1919-cu il tarixli 70 nömrəli əmri ilə bu vaxtadək Lənkəran qəzasının 

rəisi vəzifəsində iĢləmiĢ və DĠN-in əmri ilə tutduğu vəzifəsindən azad 

olunaraq  Balaxanı-Sabunçu  polismeysteri  vəzifəsinə  irəli  çəkilmiĢ 

Rüstəm bəy Kərimbəyovun  yerinə  onun böyük köməkçısı Adil bəy 

Kəngərlinskini  rəis  əvəzi  təyin  etmiĢdi.  B.Naxçıvanski  Lənkəran 

qəzası  yanında  DĠN-in  Səlahiyyətli  müvəkkili  vəzifəsində  Azərbay-

can Cümhuriyyətinin süqutunadək xidmət göstərmiĢdi. 

Azərbaycanda,  o  cümlədən  Naxçıvanda  sovet  hakimiyyəti 

qurulduqdan    sonra  B.Naxçıvanski  təqibdən,  həbsdən    və    labüd  

güllələnmədən yaxa qurtarmaq üçün bir çox milli təəssübkeĢlərimiz 

kimi  xaricə  -  Parisə  mühacirət  etmək  məcburiyyətində  qalmüĢdı. 

Qeyd  etmək  lazımdır  ki,  B.Naxçıvanskinin  mənsub  olduğu  Kən-

gərlilər  nəsli  də  sovet  hökumətinin  onlara  qarĢı  ağır  repressiyasına 

məruz qalmıĢdı.  Bu məğrur nəsildən  elə  təkcə  6  general   çıxmıĢdı. 

Bunların  4-ü çar ordusunda, biri sovet ordusunda, biri  isə  Ġran  or-

dusunda  xidmət  göstərmiĢdi... 

1926-cı ildən baĢlayaraq, Kəngərli Naxçıvanskilərin Azərbay-

can  SSR  BaĢ Dövlət Siyasi Ġdarəsi tərəfindən repressiyası, həbsi və 

sürgünlərə  göndərilməsi  xüsusilə  güclənmiĢdi...Elə  həmin  arada 




 

316 


Bəhram  xan  Naxçıvanski  Fransadan Təbrizə  köçmüĢ,  orada ev    al-

mıĢ  və  yaĢamağa  baĢlamıĢdı...Digər  Kəngərlilərin  böyük  qismi 

Naxçıvandan  qaçaraq  Maku  Ģəhərində  məskunlaĢmıĢdılar.  Burada 

onların nəslindən qohumları yaĢayırdı.Bu haqda Makuya səfər etmiĢ 

AMEA-nın  Naxçıvan  Bölməsi  Tarix-Etnoqrafiya  Ġnstitutunun  elmi  

iĢçisi, tarix  üzrə  fəlsəfə doktoru Musa  Quliyev və hazırda Mosk-

vada  yaĢayan  istedadlı  tədqiqatçı,Kəngərlilər  nəslindən  olub  san-

ballı  monoqrafiya  yazmıĢ  Fərhad  Nağdalıyev  yazmıĢdır...  Onların 

yazdıqlarından  məlum  olur  ki,  Bəhram  xan  Naxçıvanski  1928-ci 

ildə hələ Təbrizdə yaĢayırdı. O, Ģah qulluğunda xidmətdə olan həm-

yerlimiz,  mühəndis  Məlik-Aslanovun  köməyi  ilə  Təbriz-Culfa 

dəmir  yolunda  nəzarətçi  vəzifəsinə  düzəlmiĢdi... Oğlu  Əziz xan  da 

Urmiya Ģəhərində, Urmiya gölünün Ģimal-qərb qurtaracağında  yer-

ləĢən  xəstəxanada  feldĢer  iĢləyirdi.  Tarixi  ədəbiyyatda  Əziz  xanın 

1928-ci  ildə  dünyasın    dəyiĢməsi    barədə  məlumat  vardır...  Azər-

baycan  BDSĠ-nin  məlumatına  görə  Bəhram  xan  “bitərəf”  antisovet 

mühacir qrupunun üzvlüyünə və gizli “Müstəqil Qafqaz” təĢkilatına 

daxil idi... Lakin Bəhram xanın nə vaxt vəfat etdiyi  məlum deyildir. 

Adlarını  çəkdiyimiz  tədqiqatçılar  bildirirlər  ki,Bəhram  xan  və 

Cənubi Azərbaycanda  mühacirət həyatı yaĢayan digər Naxçıvanski-

lər  Ġkinci  Dünya  müharibəsi  dövründə  sovet  qoĢunları  Ġrana  daxil 

olanda oranı tərk etmiĢdilər... 

 

 



 

317 


 

XUDADAT bəy RƏFİBƏYLİ 

(1877-1920) 

 

Xudadat  bəy  Rəfibəyli  (Rəfibə-



yov)  Azərbaycan  Xalq  Cümhuriyyə-

tinin görkəmli ictimai-siyası və dövlət 

xadimlərindən  biridir.  O,  1877-ci  ildə 

Gəncə  Ģəhərinin  Bala  Bağman  məhəl-

ləsində məĢhur xeyriyyəçi Ələkbər bəy 

Kərbəlayi  Həsən  oğlu  Rəfibəylinin 

(1839,  Gəncə  -  3  aprel  1919,  Gəncə, 

80  yaĢ)  ailəsində  dünyaya  gəlmiĢdi. 

Rəfibəylilər 

əsilli-nəcabətli  böyük 

sülalə idi. Təkcə onu demək kifayətdir 

ki, o zamanlar Gəncə Ģəhər Dumasının 

60  üzvündən  7  nəfərini  Rəfibəylilər 

təĢkil edirdi. 

Rəfibəylilərin  ağsaqqalı  Gəncənin  də  ağsaqqalı  sayılan, 

müdrik  və  xeyirxah  əməlləri  ilə  xalq  arasında  böyük  nüfuz  sahibi 

olan  Ələkbər bəyin özü də əvvəllər, çar Rusiyasının seçilən məmur-

larından  olmuĢdu.  Belə  ki,  o,  Nuxa  (ġəki)  qəzası  Bum  sahəsinin 

polis  pristavı,  Yelizavetpol  (Gəncə)  qəzasının  polis  sahəsinin 

pristavı,  ƏrəĢ  qəzasının  1-ci  sahəsinin  polis  pristavı  (1884-1888), 

Yelizavetpol  (Gəncə)  Ģəhərinin  pristavı  (1890-1896)  vəzifələrində 

xidmət etmiĢ, özünü qanunları  gözləyən və  ədalətli  bir  Ģəxs  kimi  

tanıtmıĢdı.  Ələkbər  bəy  cinayətkarlıqla  mübarizədə,  ümumiyyətlə, 

dövlət qulluğunda göstərdiyi  səmərəli  fəaliyyətə  görə “Müqəddəs 

Vladimir” ordeninə təqdim olunmuĢ, Rusiya  Senatının  fərmanı ilə 

rütbəsi  artırılmıĢdı.  Ələkbər  bəy  saray  müĢaviri  rütbəsi  aldıqdan 

sonra polisdə  xidmətini  baĢa  vurmuĢdu. 

Gəncə  Müsəlman  Xeyriyyə  Cəmiyyəti  (1904-1919)  Ələkbər 

bəy  Rəfibəylinin  təĢəbbüsü  ilə  yaradılmıĢdı  və  o,  özü  bu  qurumun 

ilk sədri olmuĢdu. Ə. Rəfibəyli o vaxt bütün Gəncəbasarda yaĢayan 

ermənilərin əl-qol açmasına yol verməmiĢdi. Xudadat bəy Gəncənin 

general-qubernatoru təyin ediləndə (6 may 1919) atası Ələkbər bəy 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə