Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə14/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   10   11   12   13   14   15   16   17   ...   156

 

42 


ildə  güllələnmiĢdi)  ərə  getmiĢ  və  onun  soyadını  qəbul  etmiĢdi. 

UĢaqları olmamıĢdı. Tamara xanım Xoyski 1990-cı ildə 88 yaĢında 

vəfat etmiĢdir. 

Fətəli xanın üç qardaĢı və bir bacısı vardı. Ġsgəndər xanın ġəh-

rəbanu  xanımdan  olan  bacıları  Tubu  bəyim  1837-ci  ildə  anadan 

olmuĢ və 1871-ci il noyabrın 10-da cəmi 34 yaĢında dünyasını də-

yiĢmiĢdi...  Fətəli  xanın  böyük,  ögey  qardaĢı  Cahangir  xan  Xoyski 

Ġsgəndər  xanın  Səadət  bəyimdən  olan  övladı  idi.  O,  9  sentyabr 

1849-cu  ildə  döğulmuĢ  və  1920-ci  ildə  71  yaĢında  vəfat  etmiĢdi... 

Cahangir  xan  Titulyar  məsləhətçi  idi...  Cahangir  xanın  kiçik  oğlu 

Teymur xan Xoyski  1891-ci  il noyabrın  27-də Gəncədə  anadan ol-

muĢdu.  Gəncə  klassik  gimnaziyasını  və  1915-ci  ildə  Tiflis  hərbi 

məktəbini  bitirmiĢdi.  Birinci  Dünya  müharibəsində  iĢtirak  etmiĢ, 

artilleriya  kapitanı  rütbəsi  almıĢdı.Azərbaycan  Xalq  Xümhuriyyəti 

dövründə milli ordumuzda xidmət göstərmiĢdi. CavanĢir alayında 1-

ci  batalyonun  komandiri  idi.  Gəncə  üsyanında  (24  may  -  4  iyun 

1920-ci il) bolĢeviklərə qarĢı savaĢmıĢdı. Azərbaycanda sovet haki-

miyyəti qurulduqdan sonra 1920-ci ilin iyununda həbs edilərək ailə-

silə birlikdə Sibirə sürgün olunmuĢdu... 

Fətəli  xanın  Cahangirdən  sonrakı,  özündən  böyük  ikinci  qar-

daĢı  Hüseynqulu  xan  Xoyski  (22  sentyabr  1869,  Gəncə  -  7  dekabr 

1955, Ġstanbul) xalqımızın istiqlaliyyəti uğrunda axıradək mücadılə 

aparmıĢ  Ģəxsiyyətlərdən  biri  olmuĢdur...  Fətəli  xan  Xoyskinin  bir 

qardaĢı  da  (ögey)  Səadət  xanımdan  olmuĢ  Abbasqulu  xan  idi.  O, 

1878-ci il avqustun 8-də Gəncədə anadan olmuĢ,1889-cu ildə vaxt-

sız, cəmi 11 yaĢında həyatdan köçmüĢdü. 

Fətəli  xan  Xoyskinin  ġəhrəbanu  xanımdan  olmuĢ  sonbeĢik 

qardaĢı Rüstəm xan Xoyski də (1888,Gəncə - 1939, Moskva) Azər-

baycan  milli  istiqlal  hərəkatının  fəal  iĢtirakçılarından  biriydi.  O, 

1888-ci  il  noyabrın  15-də  Gəncədə  doğulmuĢdu...  Ġxtisasca  hüquq-

Ģünas  idi,  Peterburq  Universitetini  (1913)  bitirmiĢdi.  Rüstəm  xan 

Xoyski  1918-ci  ilə  qədər  hüquq-mühafizə  orqanlarında  xidmət 

göstərmiĢdi.  Azərbaycan  Xalq  Cümhuriyyəti  dövründə  qardaĢı  Fə-

təli xan Xoyskinin baĢçılıq etdiyi 1-ci və 2-ci hökumət kabinetlərin-

də ĠĢlər Ġdarəsinin müdiri iĢləmiĢdi. N.Yusifbəylinin baĢçılıq etdiyi 

5-ci hökumət kabinetində himayə naziri vəzifələrində çalıĢmıĢdı (O, 




 

43 


Nikolayev (indiki Ġstiqlaliyyət) küçəsi 25-də otururdu, xidməti tele-

fonu 57-19; mənzil telefonu 9-01 idi). R.Xoyski  Azərbaycanda so-

vet hakimiyyəti dövründə lazımlı, hazır savadlı bir kadr kimi Azər-

baycan SSR Ali Ġqtisad ġurası Rəyasət Heyətinin katibi, kooperativ 

hüququ  üzrə  hüquqĢünas  vəzifələrində  iĢləmiĢdi.  Lakin  Xoyskilər 

nəslinə mənsub Ģəxs kimi Azərbaycan SSR-in xüsusi xidmət orqan-

ları  tərəfindən  təqiblərə  məruz  qaldığından,  Moskvaya  köçməyə 

məcbur olmuĢ, 1939-cu ildə orada vəfat etmiĢ və Novodeviçye mo-

nastrının qəbristanlığında, qaynı - mühəndis Ġ.Ġ. Yutkeviçin yanında 

dəfn  olunmuĢdur.  Bu  zaman  Rüstəm  xan  Xoyskinin  cəmi  51  yaĢı 

vardı. UĢağı olmayıb. 

Fətəli  xan  Xoyski  Tiflisdə  Azərbaycan  dramaturgiyasının  ba-

nisi  Mirzə Fətəli Axundovun  (1812, Nuxa (ġəki) -  1878,  Tiflis) və 

görkəmli Azərbaycan Ģairi Mirzə ġəfi Vazehin (1792, Gəncə - 1852, 

Tiflis) qəbirləri yanında dəfn olunmuĢdur.Yeri behiĢtlik olsun! 

Fətəli xan Xoyskinin xatirəsi  xalqımız tərəfindən əziz tutulur 

və  əbədiləĢdirilmiĢdir.  Azərbaycan  xalqının  ümummilli  lideri  Hey-

dər Əliyev Fətəli xan Xoyskinin Azərbaycan dövlətçiliyi tarixindəki 

fəaliyyətini  yüksək  qiymətləndirmiĢdir.  1995-ci  il  dekabrın  18-də 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev  “Fətəli xan 

Xoyskinin anadan olmasının 120 illiyinin qeyd edilməsi haqqında” 

sərəncam  imzalamıĢdı.  Həmin  sərəncamla  F.Xoyskinin  anadan 

olmasının 120 illiyinin təntənəli surətdə qeyd olunması üçün geniĢ 

tərkibdə təĢkilat komitəsi yaradılmıĢdı. 

Məhz ümummilli  liderin diqqəti və  qayğısı nəticəsində  1996-cı 

il martın 9-da Tbilisidə Nəbatat bağında Fətəli xanın uyuduğu qəbi-

rüstü  abidəsinin  yenidən  görülmüĢ  abadlıq  iĢlərindən  sonra  açılıĢı 

olmuĢ, məzarı üzərində xatirə abidəsi ucaldılmıĢdır. AçılıĢda Azər-

baycan  Respublikasının  Prezidenti  Heydər  Əliyev  və  Gürcüstan 

Respublikasının  Prezidenti  Eduard  ġevardnadze  iĢtirak  etmiĢdilər. 

Abidənin  açılıĢ  mərasimində  H.  Əliyev  görkəmli  tarixi  Ģəxsiyyət 

olan  Fətəli  xan  Xoyskinin  həyat  və  fəaliyyəti  barədə  geniĢ  nitq 

söyləmiĢ, onu yüksək qiymətləndirmiĢdi... 

Gəncədə Fətəli xanın adına küçə vardır. Vaxtıilə orada yaĢadı-

ğı binaya 1992-ci il mayın 28-də xatirə baralyefi vurulmuĢdur. Fətə-

li  xanın  yaĢadığı  malikanə  Gəncədə  filarmoniya  tikilməsi  ilə  əla-




 

44 


qədar  Ġkinci  Dünya  müharibəsindən  sonra  sökülüb  dağıdıldığından 

onun  baralyefini  Azərbaycan  Cümhuriyyətinin  digər  görkəmli  xa-

dimi  Adil  xan  Ziyadxanlının  (Ziyadxanovun)  salamat  qalmıĢ  Ģəxsi 

mülkünün  divarına  vurmuĢlar  (Ġndiki  Gəncə  Ġcra  hakimiyyətinin 

yeri  isə  vaxtı  ilə  Adil  xanın  qardaĢı,  AXC-nin  görkəmli  ictimai-

siyasi  xadimlərindən  biri  Ġsmayıl  xan  Ziyadxanlının  (Ziyadxano-

vun) (1867 -1920) mülkü olmuĢdur). 

Fətəli  xan  Xoyskinin  adına  Bakıda  prospekt  vardır.  Vaxtilə 

Bakıda yaĢadığı binaya (Filarmoniya ilə üzbəüz bina. KeçmiĢ Niko-

layev  (Ġndiki  Ġstiqlaliyyət)  küçəsi,  ev  21)  xatirə  lövhəsi  vurulmuĢ-

dur.  1995-ci  ildə  Fətəli  xan  Xoyskinin  anadan  olmasının  120  illiyi 

münasibətilə poçt markası  buraxılmıĢdır. 

 

 

 



BEHBUD  XAN  CAVANŞİR 

(1877-1921) 

 

Azərbaycanın  görkəmli  ictimai-



siyasi  və  dövlət  xadimi.  Azərbaycan 

Xalq  Cümhuriyyəti  dövründə  Fətəli 

xan  Xoyskinin  2-ci  hökumət  kabineti 

zamanı (17 iyun – 7 dekabr 1918-ci il) 

Azərbaycan  Respublikasının  daxili 

iĢlər naziri olmuĢdur. 

Qarabağ  xanı  Ġbrahim  Xəlil  xa-

nın yeddinci oğlu Məmmədqasım ağa-

nın  oğlu  PaĢa  ağanın  ikinci  oğlu,  

Azad ağanın (1845-ci ildə ġuĢada ana-

dan olmuĢdu) 4 oğlundan  böyük  oğlu 

Behbud  ağa  CavanĢir  1877-ci  ildə 

ġuĢa  Ģəhərində  nəsil  Ģəcərəsi  əsil-

nəcabətə  söykənən  ailədə  dünyaya 

gəlmiĢdi. O, ġərqin qüdrətli sərkərdəsi və hökmdarı, Qırxlı – AvĢar 

(ƏfĢar)  Nadir  Ģahın  (1688-1747)  öldürülməsindən  (  19  iyun  1747) 

sonra  müstəqillik  qazanmıĢ,  paytaxtı  Pənahabad  (indiki  ġuĢa)  olan 



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə