Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə2/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   2   3   4   5   6   7   8   9   ...   156

 

TanınmıĢ  tarixçi  alim  Ġltifat  Əliyarlının və  polis polkovniki, 



əməkdar  müəllim  Tahir  Behbudovun  “Ġstiqlal  fədailəri  -  Azərbay-

can  Xalq  Cümhuriyyətinin  “Daxili  ĠĢlər  Nazirləri  və  silahdaĢları” 

ensiklopedik  məlumat  kitabını  mən  son  illərin  unikal  nəĢrlərindən 

biri adlandırardım. 

Hər bir vətən övladının  stolüstü  kitabı  olmağa layiq bu möh-

təĢəm kitab həm də yaddaĢ məhkəməsi, yaddaĢ ağrısı, harayıdır. 

Böyük zəhmətin, axtarıĢların, yuxusuz gecələrin məhsulu olan 

bu  kitabın  hər  birimizə  xitabən  bir  “Özünə  qayıt!  Sən  özünə  qayı-

danda güclü, qüdrətli, yenilməz olursan!”  harayı  var. 

 

Bu haray həm də dünənin 



Başım cəllad əlində

Dilim səni haraylar 

nidası,harayıdır...  

Haraya qoşul! 

 

 



Zülfüqar Şahsevənli 

 

 



 

 



 

 



ÖN SÖZ 

 

 



Tarixi  olduğu  kimi  qəbul  etmək,  dərk  etmək  və 

olduğu  kimi  qiymətləndirmək  lazımdır...  XX  əsr  bizim 

xalqımız üçün faciəli olubdur. Bunu dürüst qeydə almaq, 

bütün  baş  verənləri  necə  olubsa, o  cür  yazmaq lazımdır. 

Bütün  bunlar  bizim  xalqın  özünü  dərk  etməsi,  həm  də 

müasir siyasətimiz üçün vacibdir. 

 

HEYDƏR ƏLİYEV 

 

 

Belə bir deyim var: ”Əgər xalq öz keçmiĢini xatırlamırsa, hə-



min xalqın istiqbalı da olmayacaq”. Bu, döğrudan da belədir. Azad 

istiqlala,  müstəqil  dövlətə,  dövlətçiliyə  can  atmayan  millət  və  xalq 

yəqinki,  yoxdur.  Müstəqil  dövləti,  sərbəst  dili  olmayan  millət  və 

xalq ölüdür. 

Müstəqil  dövlət  xalqın  milli  sərvətidir.  Bu  mənada  müstəqil 

dövlətimizi göz bəbəyi kimi qorumalı, onun tərəqqi etməsi, zəngin-

ləĢməsi və qüdrətlənməsi üçün töhfəmizi verməliyik. Eyni zamanda 

öz milli dövlətçiliyimiz tarixini də yaxĢı bilməli, tədqiq edib öyrən-

məli,  yazılmayan,  öyrənilməyən  səhifələrini  obyektiv  Ģəkildə  qələ-

mə  almalı,  təbliğ  etməli  və  gələcək  nəsillərə  ötürməliyik.  Bu  mə-

nada  XX  əsrin  baĢlanğıcında  öz  əzmli  mübarizəsilə  “xalqlar  həbs-

xanası” sayılan çar Rusiyasının əsarət boyunduruğundan qurtularaq, 

müstəqil dövlətini – ġərqdə ilk parlamentli demokratik respublika-

Azərbaycan  Xalq Cümhuriyyətini  yaradan xalqımızın görkəmli ic-

timai-siyasi  xadimləri  M.Ə.Rəsulzadə,  F.Xoyski,  N.Yusifbəyli, 

Ə.M.TopçubaĢov,  H.Ağayev,  M.Y.Cəfərov,  B.CavanĢir,  M.H.Ha-

cınski, X.Xasməmmədov, M.Vəkilov, M.S.Ağabəyzadə, ġ.Rüstəm-

bəyli,  A.AĢurov,  A.Səfikürdski  və  baĢqaları  əsl  istiqlal  fədailəri, 

müstəqil dövlətimizin qurucuları və qoruyucuları olmuĢlar. 

Xalqımızın müstəqil dövlətçiliyi tarixində Birinci Respublika 

kimi səciyyələndirilən Azərbaycan Xalq Cümhuriyyəti (Azərbaycan 



 

Demokratik Respublikası (28 may 1918-27 aprel 1920-ci il), (Ġkinci 



Respublika - Azərbaycan SSR (28 aprel 1920-ci il-17 oktyabr 1991-

ci  il;  Üçüncü  Respublika  -  Müasir  Azərbaycan  Respublikası  (18 

oktyabr  1991-ci  il.  Azərbaycan  Respublikası  əbədidir...)  iki  ilə 

yaxın,  23  ay,  cəmi  721  gün  mövcud  olmuĢdur.  Azərbaycan  Xalq 

Cümhuriyyətinin  yaradıcılarından  biri,  görkəmli  ictimai-siyasi  xa-

dim Məhəmməd Əmin Rəsulzadə Birinci Respublika – Azərbaycan 

Xalq  Cümhuriyyətinə  həsr  etdiyi  “Əsrimizin  SəyavuĢu”  əsərində 

yazırdı:  ”Hər  Ģeydən  əvvəl,  Azərbaycan  Cümhuriyyətinin  əsas 

idarəsi bütün vətəndaĢlarının  bərabər  hüquqla  yaĢaması  üzərində 

qurulmuĢdur.  Burada  hər  insanın  möhtərəm  Ģəxs,  Azərbaycan 

vətəndaĢı  olduğu  üçün  hüququ  qorunurdu...  Burada  heç  bir  sinif 

digər  sinifə  hakim  deyildi...  Burada  hələ  Avropada  tətbiq 

olunmayan həqiqi bir xalq Cümhuriyyəti qurulmuĢdu”. 

Adlarını  sadaladığımız  görkəmli  ictimai-siyasi  xadimlər,  ha-

belı onların silahdaĢlarıı olan digər Ģəxsiyyətlər arasında o zamankı 

mürəkkəb Ģəraitdə hər cür çətin məhrumiyyətlərə sinə gərərək, hətta 

bəzən öz həyatlarını labüd təhlükə qarĢısında qoyub, milli müstəqil 

dövlətimizin təĢəkkülü, möhkəmlənməsi və uzunömürlü olması na-

minə var qüvvələrini sərf etmiĢlər. Onlardan bəziləri daxili iĢlər na-

ziri,  bəziləri  daxili  iĢlər  nazirinin  müavini,  general-qubernator,  qu-

bernator, qəza rəisi, polis rəisi, polis pristavı və s. məsul vəzifələrdə 

xidmət  göstrərmiĢ,  bir  çoxları  bu  müqəddəs  amal  yğrunda  özlərini 

fəda etmiĢlər... 

Fəqət,  görkəmli  ictimai-siyasi  xadimlərimiz  kimi  tanıdığımız 

bir sıra Ģəxslərin daxili iĢlər naziri, nazir müavini, general-quberna-

tor,  qubernator,qəza  rəisi  və  s.  vəzifələrində  xidməti,  fəaliyyəti  və 

gördükləri  iĢlər  barədə  fikrimizcə,  geniĢ  oxucu  kütlələrinin  xəbəri 

azdır. Beləki, Birinci Respublika – Azərbaycan Xalq Cümhuriyyəti 

dövründə 7 nəfər daxili iĢlər naziri, 4 nəfər isə nazir müavini vəzifə-

sində  fəaliyyət  göstərmiĢdir.  Nazirlərdən  altısı  mülki,1  nəfəri  isə 

hərbi rütbəli (general), nazir müavinlərindən biri hərbi rütbəli (gene-

ral), üçü isə mülki olmuĢdur. Daxili iĢlər nazirlərinin, həmçinin on-

ların  müavinləri  M.Hacınskinin,  Ə.HaĢımbəyovun,  Ġ.Heydərovun, 

ġ.Rüstəmbəylinin keĢməkeĢli həyatı və fəaliyyəti, hətta acı aqibətlə-

ri  belə  gənc  nəslimiz,  bütövlükdə  xalqımız  üçün  daimi  örnəkdir. 



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə