Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə3/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   2   3   4   5   6   7   8   9   ...   156

 

Belə  Ģəxslər  barədə  Azərbaycan  Respublikasının  Prezidenti  Ġlham 



Əliyev  demiĢdir:  Azərbaycan  tarixində  xidmətləri  olmuĢ  Ģəxslərin 

xatirəsinə  həmiĢə  hörmətlə  yanaĢmalıyıq,  onları  həmiĢə  ehtiramla 

yad etməliyik”. 

Ötən əsrin əvvəllərində yaranıb qısa zaman kəsiyində mövcud 

olmasına  baxmayaraq,  üç  minillik  dövlətçilik  tariximizdə  özünə-

məxsus  yer  tutan  və  həmin  müddətdə  önəmli  iĢlər  görən  Azər-

baycan Xalq  Cümhuriyyətinin  daxili iĢlər nazirləri  olarkən də,  xal-

qımıza  xidmətlər  göstərməklə  silinməz  izlər  qoymuĢ  F.Xoyski, 

N.Yusifbəyli, M.H.Hacınski, X.Xasməmmədov, B.CavanĢir, M.Və-

kilov,  M.S.Ağabəyzadə,  onların  silahdaĢları  -  daxili  iĢlər  nazirinin 

müavini  vəzifəsində  çalıĢmıĢ  Mehdi  bəy  Hacınski,  general-mayor 

Əliyar bəy  HaĢımbəyov,  Ġbrahim bəy Heydərov, ġəfi bəy Rüstəm-

bəyli,  general-qubernator, general-mayor Murad  Gəray bəy Tlexas, 

general-mayor  Ġbrahim  ağa  Vəkilov,  Əmir  bəy  Nərimanbəyov, 

Xosrov  bəy  Sultanov,  Xudadat  bəy  Rəfibəyli,  RəĢid  bəy  Axund-

zadə,  Cavad  bəy  Məlik-Yeqanov,  Bəhram  xan  Naxçıvanski,  Quda 

Qudiyev, Teymur bəy Məlik-Aslanov, Məhəmməd Kovxa, Məhəm-

məd bəy ġahmalıyev və baĢqaları Azərbaycan Respublikasının Pre-

zidenti  Ġlham  Əliyevin  yuxarıda  söylədiyi  o  qəbil  Ģəxslərdəndir. 

Odur  ki,  təqdim  etdiyimiz  bu  kitabda  həmin  Ģəxslərin  həyat  və 

fəaliyyətindən bəhs olunur. 

 

 



 


 

10 


 

 

BİRİNCİ FƏSİL 



 

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN 

DAXİLİ İŞLƏR NAZİRLƏRİ 

 

 

 



   

FƏTƏLİ  XAN  XOYSKİ 

(1875 – 1920) 

 

A



zərbaycanın  görkəmli  ic-

timai-siyasi  xadimi,  böyük  istiq-

lal  fədaisi,  Birinci  Azərbaycan 

Respublikasının  –  Azərbaycan 

Xalq  Cümhuriyyəti  Nazirlər  ġu-

rasının  ilk  sədri,  müstəqil  Azər-

baycan Respublikasının ilk daxili 

iĢlər naziri. 

Fətəli xan Ġsgəndər xan oğ-

lu  Xoyski  1875-ci  il  dekabrın  7-

də  (Yuli  təqvimi  ilə  1875-ci  il 

noyabrın  25-də)  Nuxa  (ġəki)  Ģə-

hərində  əsilzadə  ailədə  anadan 

olmuĢdu.  Əsli  Güney  (Cənubi) 

Azərbaycanın Xoy Ģəhərindən idi. Buna görə də Xoyskilər soyadını 

daĢımıĢlar. Xoyskilər nəslindən görkəmli sərkərdələr, dövlət xadim-

ləri və ziyalılar çıxmıĢdır. 

Mərhum akademik Ziya Bünyadov (1923-1997) yazmıĢdır ki, 

Xoyskilər  nəslinin  adı  Dünbülü  Batman  Qılıncdır.  Fətəli  xanın  ulu 

babası Cəfərqulu xan Dünbülü Batmanqılınc Xoyda ömür sürən, nə-

sil Ģəcərəsi əslən ġiraz xənadanına gedib çıxan Dünbulü sülaləsinin  



 

11 


baĢçısı idi. 1747-ci il iyunun 19-da öz yaxınları tərəfindən Nadir Ģah 

ƏfĢarın  (1688-1747)  öldürülməsindən  sonra  Xoy  əyalətinin  əsilli-

nəsilli sülaləsi olan Xoyskilərin nümayəndələri xan olublar. Ġlk Xoy 

xanı  ġahbaz  xan  1747-ci  ildən  1763-cü  ilədək  hakimiyyətdə  olub. 

Onu  qohumu  Əhməd  xan  Xoyski  əvəz  edib  və  23  il  (1763-1786) 

xanlığı  idarə  edib.  O,  xanlığı  Xoyski  adı  ilə  1763-cü  ildən  idarə 

etməyə  baĢlayıb.1786-cı  ilin  fevralında  saray  çevriliĢi  nəticəsində 

Əhməd  xanın  öldürülməsindən  sonra  qohumu,  Xoyun  nüfuzlu 

əyanlarından Cəfərqulu xan Xoyski hakimiyyətə keçmiĢ və xanlığı 

1797-ci  ilə  qədər  idarə  etmiĢdi...  O,  1804-1813-cü  illər  birinci 

Rusiya-Ġran müharibəsi zamanı, 1804-cü ildə Nuxaya köçüb və Ru-

siyanın  təbəəliyini  qəbul  edib,  onun  xidmətinə  keçib.  Rusiya  qo-

Ģunları tərkibində xidmətlərinə görə Cəfərqulu xan imperator Birin-

ci  Aleksandr  (1801-1925)  bahalı  brilyantla  bəzədilmiĢ  qızıl  medal 

və qızıl lələklə təltif olunmuĢdu. 1806-cı ilin oktyabrında Səlim xa-

nın  üsyanı  yatırıldıqdan  sonra  həmin  il  dekabrın  22-də  Cəfərqulu 

xan  ġəki  (Nuxa)  xanı  elan  edilmiĢ,ona  general-leytenant  rütbəsi 

verilmiĢdi. Bu münasibətlə o Tiflisə çağırılmıĢ, onun ġəki xanı təs-

diq  edilməsi  elan  edilmiĢ,  ona  almaz  qələm,  Ali  Fəxri  Fərman  və 

dövlət  gerbi  təqdim  olunmuĢdu.  Cəfərqulu  xan  Xoyski  dövlətə  sə-

daqətlə qulluq edəcəyi barədə and içmiĢdi... Tezliklə o, Birinci dərə-

cəli “Müqəddəs Anna” ordeni ilə təltif olunmuĢdu. 

Cəfərqulu  xan  1814-cü  ilədək  hakimiyyətdə  olub.  1814-cü  il 

avqustun  22-də  (Yuli  təqvimi  ilə)  bundan  əvvəl  ağır  xəstələnmiĢ 

Cəfərqulu  xan  vəfat  edib.  1814-cü  il  sentyabrın  3-dən  (təzə  stillə) 

oğlu Ġsmayıl xan hakimiyyətə keçib. Çarın fərmanı ilə ona general-

leytenant rütbəsi verilmiĢdi. Beləliklə, Xoyskilər Xoyda olduğu ki-

mi ġəkidə də xanlığı davam etdiriblər. Beləki, Ġsmayıl xan 1814-cü 

il  sentyabrın  3-dən  (Yuli  təqvimi  ilə  avqustun  22-dən)  1819-cu  il 

avqustun 5-dək (Yuli təqvimi ilə 24 iyul 1819-cu ilədək) ġəki xanı 

olmuĢdu. Ġsmayıl xan Cəfərqulu xan Xoyskinin ikinci oğlu idi, ġə-

rəf  Nisə  bəyimdən  doğulmuĢdu  (onun  3  arvadı  vardı).  (Cəfərqulu 

xanın  birinci  oğlu  Əhməd  xan  Tehranda  girov  kimi  yaĢayırdı...). 

Car Birinci Aleksandarın fərmanı  ilə  Ġsmayıl xana 1815-ci  ildə  ge-

neral-mayor  rütbəsi  verilmiĢdi...  1819-cu  ilin  iyulunda  qızdırma 

xəstəliyindən vəfat edən Ġsmayıl xan ġəkinin axırıncı xanı olmuĢdur 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə