Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə5/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   2   3   4   5   6   7   8   9   ...   156

 

15 


1918-ci  il  Mayın  “28-də  axĢam,  bir  saatlıq  fasilədən  sonra 

Azərbaycan  Milli  ġurası  tərəfindən  ilk  müvəqqəti  hökumət  təsis 

olundu.  Hökumətin  təĢkili  Fətəli  xan  Xoyskiyə  həvalə  edildi.  Özü 

bitərəf olan Fətəli xan 4 partiyanı təmsil edən birinci koalisiyalı mü-

vəqqəti hökumət  kabinetini 9 nəfərdən ibarət  təĢkil etdi. F.  Xoyski 

milli  hökumətin  əsas  qurucusu  idi.  F.  Xoyski  Milli  ġura  Heyəti-

Vükalə rəisi - Nazirlər ġurasının sədri olmaqla bərabər, daxili iĢlər 

naziri  vəzifəsini  də  üzərinə  götürmüĢdü.  Ali  təhsilli  hüquqĢünas 

olan F. Xoyski 1918-ci il Mayın 28-də təsis olunan müstəqil Azər-

baycan Respublikasının ilk daxili iĢlər naziri (mülki) olmuĢdu. 

1918-ci  il  mayın  30-da  Azərbaycan  Xalq  Cümhuriyyətinin 

yarandığını  elan  edən  6  maddədən  ibarət  “Ġstiqlal  Bəyannaməsi” 

məhz  Azərbaycan  Cümhuriyyətinin  Nazirlər  ġurasının  ilk  sədri  F. 

Xoyskinin imzası ilə radioteleqrafla dünya ölkələrinin paytaxtlarına 

və  dövlət  baĢçılarına  göndərilmiĢdi...  Bütün  türk  mənĢəli  dövlətlər 

əsasən dini təməl üzərində qurulduğu halda, Azərbaycan Xalq Cüm-

huriyyəti dünyəvi təməl üzərində təĢəkkül tapmıĢdı. Sonralar- 1918-

ci  il    dekabrın  7-də  Azərbycan  Parlamentinin  təsis  iclasında  çıxıĢ 

edən ilk milli hökumətimizin baĢçısı F.Xoyski bu tarixi hadisəni be-

lə  qiymətləndirmiĢdi:  ”Bu  gün  öylə  böyük  və  mübarək  gündür  ki, 

bunu biz azərbaycanlılar yuxumuzda da görə bilməzdik”. 

F.Xoyski Azərbaycan Xalq Cümhuriyyətinin 5 hökumət kabi-

netinin  ilk  üçündə  Nazirlər  ġurasının  sədri  olmuĢdu.  Birinci  kabi-

netdə  hökumət  baĢçısı  kimi  eyni  zamanda  daxili  iĢlər  naziri  vəzi-

fəsini icra etməyi də öz üzərinə götürməsi o dövrdəki çox mürəkkəb 

ictimai - siyasi Ģəraitdə bu Nazirliyin  yerinə yetirməli olacağı çətin 

funksiyalarla  əlaqədar  idi.  Həmin  çətin  vəzifələrin  real  həyata 

keçirilməsinin  öhdəsindən  bir  təcrübəli  hüquqĢünas  kimi  yalnız  F. 

Xoyski,  peĢəkar  siyasi  -  ictimai  xadim  gələ  bilərdi.  Çünki,  Fətəli 

xan çar Rusiyasının və Osmanlı Türkiyəsinin DĠN (polis) və hərbi 

sistemləriinə,  onların  təkamülü  və  fəaliyyətinin  tarixi  təcrübəsinə 

bələd olan Ģəxsiyyət idi. Ġlk dövrdə olduqca vacib olan Azərbaycan 

Xalq  Cümhuriyyəti  və  Osmanlı  Türkiyəsi  arasında  “Dostluq  haq-

qında” 1918-ci il iyunun 4-də bağlanan müqavilə də məhz F. Xoy-

skinin təĢəbbüsü ilə həyata keçmiĢdi. 



 

16 


Həmin  müqavilənin  4-cü  bəndinə  əsasən  Azərbaycan  Xalq 

Cümhuriyyətini tanıyan Osmanlı hökuməti  “qayda-qanunu və ölkə-

nin  təhlükəsizliyini  təmin  etmək  üçün  ehtiyac  olduğu  təqdirdə         

F.  Xoyskinin  Azərbaycan  hökumətinə  silahlı  qüvvə  ilə  yardım  et-

mək öhdəliyi”ni yerinə yetirirdi Bunu Azərbaycan Xalq Cümhuriy-

yətinin  Stepan  ġaumyanın  (1878-ci  ildə  Tiflisdə  anadan  olmuĢdu) 

baĢçılıq  etdiyi  Bakı  Xalq  Komisarları  Soveti  (25  aprel  -  31  iyul 

1918-ci il),  “Sentrokaspi”  Diktaturası (1 avqust 1918 - 15 sentyabr 

1918-ci  il)  və  digər  düĢmənləri  ilə  mübarizədə  canını  fəda  etmiĢ 

qardaĢ türk əsgər və zabitlərinin Azərbaycan ərazisində indi də qal-

maqda  olan  məzarları  sübut  edir.  Qeyd  etmək  də  yerinə  düĢərki, 

təkcə  1918-ci  ilin  yayı  və  payızında  Azərbaycanın  müstəqilliyi  və 

qazanılmıĢ müstəqilliyinin qorunub-saxlanması və möhkəmləndiril-

məsi  uğrunda  gedən mübarizədə,  aparılan qanlı  döyüĢlərdə  tam ol-

mayan məlumata görə Türkiyə hərbi hissələrinin 1130 əsgər və za-

biti Ģəhid olmuĢdur... 

BaĢ nazir, eyni zamanda daxili iĢlər naziri və həm də hüquq-

Ģünas kimi çar Rusiyasının və Osmanlı Türkiyəsinin polis və hərbi 

sisteminə,  fəaliyyət  təcrübəsinə  bələd  olan  F.  Xoyskinin  rəhbərliyi 

ilə Milli Ordu və polis quruculuğunda ilk vaxtlar keçmiĢ Müsəlman 

Korpusunda yeganə nizami qüvvə kimi Birinci atlı  “tatar”  alayının 

600 nəfərlik  qüvvəsindən  və Qafqaz  Müsəlman (Ġslam)  Ordusunun 

əsgərlərindən  istifadə  olunmuĢdu...  (tərkibi  Birinci  Dünya  müha-

ribəsində  iĢtirak  etmiĢ  azərbaycanlılardan  ibarət  “Tatar  alayı”nın 

tərxis  olunmuĢ  zabitlərindən  və  əsgərlərindən,  həmçinin  milli  təəs-

sübkeĢli  könüllülərdən  ibarət  dəstələrdən  olan  bu  qüvvəyə  “dikiy” 

(“vəhĢi”)  diviziya  da  deyilirdi.  Bu  diviziyanın  döyüĢçüləri  AXC 

dövründə Ģərəflə xidmət göstərmiĢdilər (Əslində, bunu millətçi rus-

lar vaxtıilə müsəlman döyüĢçülərinə həqarətlə demiĢdilər... Halbuki, 

”VəhĢi  diviziya”  1914-1917-ci  illərdə  çara  sədaqətlə  xidmət  et-

miĢdi...). 

F.  Xoyskinin  yaratdığı  Azərbaycan  Xalq  Cümhuriyyətinin 

Birinci  Müvəqqəti  Milli  Hökuməti  Tiflisdə  cəmi  20  gün  fəaliyyət 

göstərmiĢdi...F.Xoyski hökuməti baĢqa ölkənin (Gürcüstanın) ərazi-

sində  fəaliyyət  göstərdiyi  üçün DĠN-in  və onun orqanlarının təĢkili 

iĢi hələ zəif getmiĢdi... Belə Ģəraitdə nə mükəmməl struktur, nə də 




 

17 


ki,  nizami  hissələrin  yaradılması  ləng  gedən  prosesiydi...  Qeyd  et-

mək  lazımdır  ki,  o  zaman  Fətəli  xan  Xoyskinin  BaĢ  nazir  və  eyni 

zamanda daxili iĢlər naziri vəzifələrini öz üzərinə  götürməsi  Qərbi 

Avropa  modeli  idi.  Özü  də  F.  Xoyski  artıq  yuxarıda  qeyd  edildiyi 

kimi,  mülki  (sivil)  nazir  idi.  Hökumət  baĢçısının  eyni  zamanda 

daxili  iĢlər  naziri  vəzifəsini  ifa  etməyi  öz  üzərinə  götürməsi  o 

zamankı  çox  mürəkkəb  dövrdə  bu  Nazirliyin  olduqca  məsuliyyətli 

qurum  sayılması  və  onun  üzərinə  düĢən  vacib  vəzifələrlə  əlaqədar 

idi.  Xalq  Cümhuriyyətinin  elan  olunduğu  vaxt  ölkənin  ərazisində 

əsl anarxiya hökm sürürdü. F. Xoyski söyləyirdi ki, bir kənddən, o 

biri  kəndə  getmək  belə  təhlükəliydi.  Belə  bir  zamanda  gənc  Azər-

baycan  Cümhuriyyəti  hökumətinin  ilk  tədbirlərindən  biri  ölkədə 

anarxiyaya son qoymaq və ciddi qayda-qanun, nizam-intizam yarat-

maqdan ibarət idi. Bu iĢdə yeni  yaradılmıĢ Daxili ĠĢlər Nazirliyi və 

ona tabe olan polis orqanlarının rolu çox önəmli idi... 

Tiflisdə  rəsmən  bir  müstəqil  nazirlik  kimi  1918-ci  il  mayın 

28-də  təsis  edilən  F.  Xoyskinin  nazir  olduğu  Daxili  ĠĢlər  Nazirliyi 

də, ertəsi günü, yəni mayın 29-da digər yeni yaranan nazirliklər ki-

mi  fəliyyətə  baĢlamıĢ,  onun  ilkin  srukturları  və  orqanlarının  təĢkili 

getmiĢ, vəzifələri müəyyənləĢmiĢdi. Bu vəzifələr əsasən xüsusilə ilk 

dövrlərdə  öz  tətbiqi-təcrübi  əhəmiyyətini  saxlamıĢ  çar  Rusiyası 

DĠN-in (1840-1917) polis-jandarm sisteminin tarixi təcrübəsinin və 

ənənəsinin  həyata  keçirdiyi  əsas  funksiyaların  demək  olarki,  eyni 

idi.  Bu  funksiyalar  yerli  xüsusiyyətlərdə  nəzərə  alınmaqla  daxili 

iĢlər naziri F. Xoyskinin rəhbərliyi altında hazırlanmıĢ Azərbaycan 

Xalq Cümhuriyyəti Daxili ĠĢlər Nazirliyinin ilk Əsasnaməsində  öz 

əksini tapmıĢdı“. 

Ölkədə  daxili  sabitliyi  və  hüquq  normalarına  riayət  olunma-

sını təmin etmək, milliyətindən və dinindən asılı olmayaraq, bütün 

vıtəndaĢların  həyatını,  əmlakını  və  hüquqlarını  qorumaq,  cinayət-

karlıqla  mübarizə  aparmaq,  milli  ordu,  təhlükəsizlik  qüvvələri  ilə 

birgə ərazi bütövlüyümüzə təcavüzə cəsarət göstərə biləcək hər han-

sı qüvvəyə qarĢı mübarizə etmək DĠN-in ilk və baĢlıca funksiyaları 

idi.  Pasport,  Viza  və  Qeydiyyat  iĢləri,  VVAQ  və  nikah  məsələləri, 

hərbi  təlim  görmüĢ  adamlardan  kadr  ehtiyatı  hazırlamaq,  Azərbay-

can Ordusu sıralarına yeni çağrıĢçıların toplanması, hərbi çağırıĢdan 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə