Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə6/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   2   3   4   5   6   7   8   9   ...   156

 

18 


boyun  qaçıranlar  və  fərariliklə  mübarizə,  torpaqlarımızı  qoruyacaq 

sərhəd  qüvvələrinin  yaradılmasında  iĢtirak,  siyasi  partiyalara,  fəhlə 

partiyalarına,  milli  komitələrə  və  ictimai  təĢkilatlara,  mədən-zavod 

komissiyalarına, həbsxanalara, mətbuata, poçt-teleqrafa və digər ra-

bitəyə,  dəmiryoluna  və  avtomobil  nəqliyyatına,  neft  sənayesinə, 

yol-tikinti  və  təsərrüfat,  sanitariya  və  abadlıq  iĢlərinə,  ticarət  ob-

yektlərinə  nəzarət  etmək,  dini  təĢkilatları  və  cəmiyyətləri  qeydə 

almaq,  milli ədavət  törədilməsinin qarĢısını  almaq, həmçinin  bütün 

siyasi, hüquqi normativ aktların və sənədlərin yaradılmasında iĢtirak 

etmək və s. DĠN-in əlavə və dolayı vəzifələri sırasına daxil idi. 

...  Gürcüstanın  münasibətinin  soyuqlaĢmağa  baĢlaması  və  öz 

ərazisini tərk etməyi tələb etməsi üzündən Azərbaycan Milli ġurası 

və  Azərbaycan  Müvəqqəti  Hökuməti  1918-ci  il  iyunun  16-da 

Tiflisdən Gəncəyə köçdü. Hökumətin iqamətgahı Fətəli xanın Gən-

cədəki  ata  evi  seçildi...  (Sonra  hökumət  Azərbaycan  Kənd  Təsər-

rüfatı  Akademiyasının  indiki  binasına  köçmüĢdü).  Ertəsi  gün,  iyu-

nun 17-də axĢam yenə Fətəli xan Xoyskinin baĢçılıq etdiyi 2-ci hö-

kumət  kabineti  yaradıldı.  Ġkinci  hökumət  kabineti  12  nazirlikdən 

təĢkil edilmiĢdi.Nazirlərdən 6 nəfəri 1-ci hökumət kabinetinin üzvü, 

digər 6 nəfəri isə yeni nazir seçilən Ģəxslər idi. 

F. Xoyski həm ikinci (17 iyun 1918-dekabr 1918-ci il) və üçün-

cü  (26  dekabr  1918-ci  il-14  mart  1919-cu  il)  hökumət  kabinetləri 

dövründə və sonrakı fəaliyyətində də çox böyük iĢlər görmüĢ, onların 

təĢkilatçısı, həyata keçiricisi olmuĢdu. F. Xoyskinin rəhbərliyi altında 

Azərbaycan  Cümhuriyyətinin  dövlət  dili  türk  dili  elan  edilmiĢdi  (27 

iyun  1918-ci  il).  Gəncədə  gizirlər  (praporĢiklər)  məktəbi  açılmıĢdı 

(1918-ci ilin iyunu), üçrəngli, aypara və səkkiz guĢəli Milli Bayrağı-

mız qəbul edilmiĢdi (9 noyabr 1918-ci il). Azərbaycan milli müstəqil 

polisi təsis edilmiĢdi (2 iyul 1918-ci il). Yüz ondörd ildən sonra Yeli-

zavetpol  Ģəhəri  və  quberniyasının  adı  dəyiĢdirilərək  Gəncənin  tarixi 

adı yenidən özünə qaytarılmıĢdı (30 avqust 1918-ci il) və s. 

Yeri gəlmiĢkən,Gəncə sözünün etimalogiyası barədə müxtəlif 

ehtimallar  mövcuddur.  Bir  fikir  belədir  ki,”Gəncə”  farsca  (Pəhləvi 

dilində) “xəzinə”, ”dəfinə”, ”məhsul saxlanan yer” deməkdir. Ərəb-

lər  Gəncəni  “Cənzə”  adlandırmıĢlar  (həmin  mənada).  Ermənilər 

“Qandzak”  deyirdilər.  Gürcülər  “Qanqza“  adlandırırdılar.  Bəzi 




 

19 


mənbələr  yazır  ki,  Gəncə  azəri  sözü  olub,”açıq  yer”,  ”gen  (Gəncə) 

yer” deməkdir; Gəncə sözünü tayfa adı ilə əlaqələndirənlər də var... 

Gəncənin salındığı tarix dəqiq deyil... Gəncə Bərdədən sonra ikinci 

Ģəhər  hesab  olunurdu.  ġimali  Azərbaycan  ərazisini  ərəblər  vaxtıilə 

“Arran” adlandırırdılar. Paytaxtı Bərdə idi. Mərhum görkəmli arxe-

oloq,  tarix  elmləri  namizədi  Ġsaq  Məmməd  Rza  oğlu  Cəfərzadənin 

(14 avqust 1895 - Gəncə - 5 yanvar 1982, Bakı) fikrincə, Gəncə V 

əsrdə  salınmıĢdı...  Orta  əsrlərdə  Gəncə  müxtəlif  feodal  dövlətlərin 

paytaxtı  idi...  O  cümlədən  Gəncə  Bəylərbəyliyinin  (16-cı  əsr)  və 

Gəncə  xanlığının  (1747-1804)  paytaxtı  olmuĢdu.  Gəncə  xanlığı 

1813-cü  ildən  Yelizavetpol  dairəsi  adlanmıĢdı.  1840-cı  il  aprelin 

10-da  çar  Rusiyasının  Qafqazda  həyata  keçirdiyi  inzibati  islahatlar 

zamanı  Yelizavetpol  qəzası  yaradılmıĢdı  (qəza  -  mahal,  rayona 

bərabər  inzibati  ərazi  vahidi  idi).  Qəza  4  məntəqədən  -    Qazax, 

ġəmĢəddil, Yelizavetpol  və  Ayrum  məntəqələrindən  ibarət  idi. 

ġəmĢəddil  18-ci  əsrin  ortalarında  (1747)  yaranmıĢ  sultanlıq 

idi. Ərazisi 4200 verst (1 verst 1067 kvadrat metrə bərabərdir), əha-

lisi qızılbaĢ türk tayfalarından olan zülqədərlərdən ibarətdi. Mərkəzi 

Öksüzlü (Tovuz ərazisində) obasıydı. ġəmĢəddil sultanlığına Zülqə-

dərovlar  baĢçılıq  edirdilər.  Zülqədərovlar  əsasən  Xılxına  kəndində 

yaĢayırdılar. ġəmĢəddil Sultanlığı zaman-zaman Gəncə xanlığına və 

Kartli  Çarlığına  tabe  olsada,  daim  müstəqillik  uğrunda  çarpıĢmıĢ-

dı... Tarixdə ġəmsəddin Sultanlığı (mahalı) da adlandırılan ġəmĢəd-

dil Sultanlığı 1801-ci ildə Rusiyanın tərkibinə qatılmıĢdı... ġəmĢəd-

dilin  ilk  sultanı  Sultan  Allahverdi  Zülqədər  olub.  O,  1747-1761-ci 

illərdə sultanlıq etmiĢdi. ġəmsəddilin  ən qüdrətli  sultanı  Nəsib  sul-

tan olmuĢdur (1797-1819). Lakin onu azərbaycanlıların qəddar düĢ-

məni,  rus  general-leytenantı,  knyaz  Valerian  Madatov  (1782-1829) 

(əslində Madatyan; Madatov Qarabağ mahalının Dizaq məlikliyinin 

Tuğ  kəndində  (indiki  Martuni-Xocavənd  ərazisindədir)  anadan 

olmuĢdu; V. Madatyan Qarabağda həm də at oğrusu kimi də tanınır-

dı...)  müstəqilliyə  can  atdığı  üçün  yanına  çağırıb  həbs  etdirmiĢ, 

oradan  Tiflisə  apartdırmıĢdı.  Tiflisdən  isə  əvvəlcə  Kazana,  daha 

sonra  isə  Xarkov  Ģəhərinə  sürgün  etdirmiĢdi.  Nəsib  sultan  1819-cu 

il mayın 11-də öldürülmüĢdü... ġəmĢəddil (ġəmsəddin) hazırda Er-

mənistanın ərazisində - Berd rayonunun tərkibindədir... 




 

20 


...1867-ci il dekabrın 9-da çar hökumətinin qərarı ilə mərkəzi 

Yelizavetpol olan Yelizavetpol quberniyası yaradılmıĢdı (quberniya 

vilayətə bərabər inzibati  ərazi  idarəetmə vahididir). Onun tərkibinə 

Yevlax, ƏrəĢ, Nuxa, Qazax, CavanĢir, Karyagin, Zəngəzur və ġuĢa 

qəzaları  daxil  idi.  1869-cu  ildə  Gəncə  Yelizavetpol  quberniyasının 

paytaxtı edilmiĢdi. Yelizavetpol quberniyasını 1872-ci ilədək hərbi 

qubernator idarə edirdi. Sonuncu tarixdən isə qubernator idarə etmə-

yə  baĢlamıĢdı.  Quberniya  idarəçiliyinə  qubernator,  onun  müavini, 

qəza müfəttiĢləri, tərcüməçilər, xüsusi iĢlər məmuru və s. daxil idi. 

Quberniyanın  inzibati  polis  aparatı  və  bütün  hökumət  idarələri  və 

mülki  hakimiyyət  qubernatorun  nəzarətində  idi...  1804-1918-ci  il-

lərdə Gəncə Yelizavetpol adlanırdı. Bu, Gəncənin Rusiya qoĢunları 

tərəfindən 1804-cü il yanvarın 3-də zəbt olunması və 18 il hakimiy-

yətlik  etmiĢ  axırıncı  Gəncə  xanı  Ziyadoğlu  Cavad  xan  Qacarın 

(1786-1804)  döyüĢ  meydanında  qəhrəmancasına  həlak  olmasından 

sonra  çarın  verdiyi  fərmanı  ilə  əlaqədar  idi.  Beləki,  çar  Birinci 

Aleksandr  Pavloviçin  2  (bəzi  ədəbiyyatlarda  3)  mart  1804-cü  il 

tarixli  fərmanı  ilə  Gəncə  adı  ləğv  olunmuĢ  və  Gəncənin  alınması 

münasibətilə arvadı  Yelizavetanın Ģərəfinə Yelizavetpol adlandırıl-

mıĢdı.  Bu,  Gəncəni  iĢğal  edən  Qafqazda  rus  qoĢunlarının  baĢ  ko-

mandanı, gürcü əsilli ganeral-mayor, knyaz Pavel Dmitriyeviç Sisi-

anovun  (əslində  SisianiĢvili)  (20  sentyabr  1754,  Moskva  -  8  fevral 

1806, Bakı) təklifi ilə olmuĢdu. Çarın fərmanı Gəncə Cümə Məsci-

dində  oxunmuĢdu.  Hətta  həmin  vaxtdan  “Gəncə”    sözünü  iĢlədən 

adamlardan 1 manat cərimə alınırdı... 

Qeyd:  2006-cı  ildə  YUNESKO-nun  və  İSESKO-nun  xoşmə-

ramlı  səfiri,  Azərbaycanın  birinci  xanımı,  millət  vəkili  Mehriban 

xanım Əliyevanın dəstəyilə “Cavad xan adına Tarix və Mədəniyyət 

Fondu”  yaradılıb  fəaliyyət  göstərir.  Fondun  prezidenti  Gəncənin 

başı müsibətlər çəkmiş məşhur Ziyadxanlılar nəslinin davamçıların-

dan  olan  Valid  Ziyadlıdır.  Fond  hər  il  yanvar  ayının  4-də  Cavad 

xanın və oğlu Hüseynqulu xanın rus istilaçıları ilə döyüşdə qəhrə-

mancasına şəhid olduqları gün anım (xatirə) tədbirləri keçirir... 

Beləliklə,  Azərbaycan  Xalq  Cümhuriyyəti  dövründə  məhz    

F.  Xoyski  hökumətinin  30  avqust  1918-ci  il  tarixli  qərarı  ilə  Yeli-

zavetpol adı ləğv edilmiĢ və Gəncənin tarixi adı bərpa olunmuĢdu... 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə