Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə8/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   4   5   6   7   8   9   10   11   ...   156

 

24 


Cəbrayıl, CavanĢir, Qazax, ġuĢa, Cavad, Nuxa və ƏrəĢ qəzalarında) 

müstəqil Azərbaycan  polisinin yaradılmasına  baĢlanmıĢdı... 

F.  Xoyskinin  BaĢ  nazir  və  eyni  zamanda  daxili  iĢlər  naziri 

olduğu dövrdə Bakı Xalq Komissarları  Sovetinin  hərbi  qüvvələri 

ilə Azərbaycan  Xalq Cümhuriyyətinin qüvvələri arasında müharibə 

(Bakı  XKS  S.ġaumyanın  baĢçılıq  etdiyi  sovet  hakimiyyəti  idi. 

Tarixdə  “Bakı  Kommunası”  kimi  də  tanınır.  Cəmi  97  gün  mövcud 

olmuĢ Bakı XKS 1918-ci il aprelin  25-də yaranmıĢ  və  həmin  ilin 

iyulun 31-də süqut etmiĢdi. Əhalisinin sayı  83 min 150  nəfər  olan 

Bakı    quberniyası,  habelə  ġamaxı,  Quba,  Cavad  qəzaları,  Göyçay 

qəzasının  bir  hissəsi,  Dağıstan  Vilayəti  Bakı  XKS-in  hakimiyyəti 

altında  idi...1859-1860-cı  illərdə  çar  hökuməti  yeni  inzibati  ərazi 

islahatları keçirmiĢdi. Həmin islahatlar zamanı Quba qəzası Bakı Ģə-

həri ilə birləĢdirilmiĢ, ġamaxı quberniyası Bakı quberniyası adlandı-

rılmıĢdı. Tarixdə “Badkubə”, ”Badkuyə”, yəni  “küləkli yer” məna-

sını daĢıyan Bakı Ģəhəri 1959-cu ildən yeni yaradılan Bakı quberni-

yasının paytaxtı olmuĢ və paytaxt  ġamaxıdan  Bakıya köçürülmüĢ-

dü. Bu, ġamaxıda tez-tez  zəlzələnin  baĢ verməsi ilə əlaqədar idi). 

Bakı  XKS-in  Xalq  Daxili  ĠĢlər  Komissarlığının  (xalq  daxili 

iĢlər  komissarı  AlyoĢa  (Prokofi)  Caparidze  (15  yanvar  1880,  Gür-

cüstan (Kutaisi, ġardometi kəndi - 20 sentyabr  1918, Türkmənistan, 

Ağcaqum çölü) və digər inzibati qüvvələri də onun hərbi qüvvələri 

ilə  bərabər  (xalq  hərbi  komissarı  erməni  Qriqori  Korqnov  idi 

(əslində  Korqanyan)  (1886,Tiflis-1918,  Türkmənistan;  Ağcaqumda 

ingilislər  tərəfindən  güllələnib)  Azərbaycan  Cümhuriyyətinin  Milli 

Ordusuna  və  bizə  kömək  edən  türk  Qafqaz  Ġslam  Ordusuna  qarĢı 

qanlı döyüĢlər aparmıĢdı. Azərbaycanın  o vaxtkı paytaxtı  Gəncədə 

məskunlaĢan F. Xoyskinin hökuməti Bakını S. ġaumyanın rəhbərlik 

etdiyi  bolĢevik-daĢnak  qüvvələrindən  bacardıqca  tez  azad  etmək 

istəyirdi.  1918-ci  il    iyunun    ikinci    yarısından  etibarən  Qafqaz  Ġs-

lam  Ordusunun  və  Azərbaycan  hərbi  birləĢmələrinin  Bakıya  doğru 

birgə  hücumaları  daha  da  intensiv  xarakter  almıĢdı.  Çilligilli  Nuru 

paĢanın  (1889-1949)  komandan  olduğu  Qafqaz  Ġslam  Ordusunun  

hərbi  hissələri  Gəncəyə 1918-ci il iyun ayının 5-dən daxil olmağa 

baĢlamıĢdı. Nuru paĢa özü isə Gəncəyə  iyunun 8-dən  9-na  keçən  

gecə  gəlib  çıxmıĢdı... 




 

25 


Haşiyə: “Nuru” ərəbcə iĢığa aid olan” deməkdir. Faruq Mustafa 

Nuru  paĢa  1889-cu  ildə  Ġstanbulda,  əslən  Rumelidən  olan  hərbçi 

Hacı  Tofiq  Əhməd  paĢanın  ailəsində  dünyaya  gəlmiĢdi.  Faruq 

(bəzi  ədbiyyatda  Fəriq  də  yazılır)  Nuru  paĢanın  doğum  tarixi 

1881-ci il göstərilir... Məsələn, tanınmıĢ jurnalist, hərb tariximizin 

tədqiqatçı ġəmistan Nəzirli Nuru paĢanın 1889-cu ildə doğulduğu-

nu  yazmıĢdır.  Biz  ona  əsaslanmıĢıq...  Nuru  paĢa  29  yaĢında  ge-

neral-leytenant kimi ali hərbi rütbəyə layiq görülmüĢ bir sərkərdə 

idi.  O,  xidmətlərinə  görə  hələ  1916-cı  il  iyulun  29-da  Almaniya 

imperatorluğunun  “Dəmir  səlib”  medalı,  Osmanlı  sultanı  tərəfin-

dən “Altın-Ləyaqət (22 noyabr 1916), ”Altın–Ġmtiyaz” medalları, 

”Osmani” ordeni (6 fevral 1918) və “Məcidiyyə” ordeni (qılıncla 

birlikdə) (6 avqust 1918),“Üçüncü dərəcəli fəxri əsgər” fərqlənmə 

niĢanına  layiq  görülmüĢ,  ona  növbədənkənar  general-leytenant 

hərbi rütbəsi verilmiĢdi... SarıqamıĢ (Türkiyə ərazisindədir) döyü-

Ģündə (Birinci Dünya müharibəsində Osmanlı və Rusiya qoĢunları 

arasında  baĢ  vermiĢdir.  1914-cü  ilin  dekabrı  -  1915-ci  ilin 

yanvarında  olmuĢ  bu  savaĢ  Ənvər  paĢanın  hazırladığı  plan  üzrə 

davam etsədə, rüsların qələbəsi ilə baĢa çatmıĢdı. Bu döyüĢdə rus 

qoĢunlarına  general  Vorontsov  komandanlıq  etmiĢdi...)  könüllü 

olaraq 12-ci diviziyaya uğurlu komandanlıq etməsinə görə 15260 

saylı  “Ġstiqlal”  medalı  ilə  (16  yanvar  1929)  və  s.-lə  təltif  olun-

muĢdu.  QardaĢı,  Türkiyənin  hərbi  naziri  Ənvər  paĢanın  əmrilə 

Azərbaycana  kömək məqsədilə  1918-ci  il  aprelin  8-də Mosuldan 

(Ġraq) yola düĢmüĢ, həmin il mayın 25-dən Qafqaz  Ġslam Ordusu 

yaratmağa  baĢlamıĢ,  300  nəfər  qoĢunla  Cəbrayıl  səmti  ilə 

Göyçaya, oradan da iyunun əvvəlində Gəncəyə gələrək Azərbay-

canın  xilası  missiyasını  yerinə  yetirmiĢdi...  Bu  zaman,  1918-ci  il 

iyunun 7-dən Osmanlı ordusunun 56 və 106-cı piyada alaylarının 

təmsil  olunduğu  65  zabit  və  2475  əsgərdən  ibarət  əsas  diviziya 

qüvvələri  general  Vehib  paĢanın  (Yanya)  (1877-1940)  əmri  ilə 

Qazaxdan  Gəncəyə  hərəkət etməkdə  idilər.  1918-ci il 30 oktyabr 

tarixli  Mondros  saziĢinə  görə  Türk  ordusu  Bakını  tərk  etdikdə 

belə, Nuru paĢa mübarizəni davam etdirmək üçün Dağıstana get-

miĢ, orada müəyyən hazırlıq  aparmağa  baĢlamıĢdı. 1920-ci  il 27 

nisan  (aprel)  iĢğalından  sonra  Qarabağa  gələrək  iyun  ayında 




 

26 


Tərtər,  Ağdam  və  Bərdədə,  habelə  Zaqatalada    sovet  hakimiy-

yətinə  qarĢı  silahlı  çıxıĢlar  təĢkil  və  ona  rəhbərlik  etmiĢdi.  Lakin 

Nuru  paĢa  Türkiyəyə  qayıdarkən  Batumda  Mürsəl  paĢa  ilə 

birlikdə  həbs  olunmuĢ  və  ingilislərin  nəzarətində  saxlanmıĢdı... 

Onu sabiq dostları - Behbud xan CavanĢir, Nağı bəy ġeyxzamanlı 

və baĢqaları plan hazırlayıb  qaçırmağa müvəffəq  olmuĢdular.  Bu 

iĢə  general  Xəlil  paĢa  da  cəlb  edilmiĢdi.  Nuru  paĢa  1923-cü  il 

oktyabrın 4-də təqaüdə çıxmıĢdı. O, Ġstanbulda sənaye sahəsində 

çalıĢmıĢ, Ģəhərin yaxınlığındakı poladəritmə-dəmir tökmə zavodu-

na  rəhbərlik  etmiĢdi.  Ġkinci  Dünya  müharibəsi  zamanında  onun 

rəhbərlik  etdiyi  zavod  Türkiyə  ordusu  üçün  minaqayırma  və  əl 

qumbarası  istehsalı  ilə  məĢğul  olmuĢdu...  Nuru  paĢa  1949-cu  il 

martın 2-də Ġstanbulda  özünün həminki zavodunda naməlum sə-

bəblərdən  baĢ    vermiĢ  partlayıĢ  nəticəsində  həlak  olmuĢdu.  Bu 

zaman onun  60 yaĢı vardı. 

Yeri  gəlmiĢkən,  Türkiyənin  görkəmli  hərbi  xadimi,general-

leytenant  Ənvər  paĢa  (əsl  adı  Ġsmayıl  Ənvərdir)  (1881-1922)  Nuru 

paĢanın  qardaĢıdır.  O,  əvvəl  Almaniyada  Türkiyənin  hərbi  attaĢesi 

iĢləmiĢ  və  imperator  Ġkinci  Vilhelimlə  (27  yanvar  1859-4  iyun 

1941; 1888-1918-ci illərdə Almaniyanın imperatoru olmuĢdur) Ģəx-

si  dostluq  etmiĢ,  sonra  Türkiyənin  hərbi  naziri  vəzifəsinə  yüksəl-

miĢdi. Ənvər paĢa Nuru paĢanın ögey qardaĢı idi. O, həyatdan çox 

tez ayrılmıĢdı. Ənvər paĢa 22 noyabr 1881-ci ildə Türkiyənin Çilli-

gil  bölgəsində  anadan  olmuĢ,  4  avqust  1922-ci  ildə  Orta  Asiyada 

basmaçıların  dəstəsinin  baĢında  “qızıl  ordu”ya  qarĢı  vuruĢmada, 

Çegen  adlı  yerdə  Tacikstanda  41  yaĢında  həlak  olmuĢdu...  DöyüĢ-

dən  sonra  11-ci  ordu  döyüĢçüləri    28  cəsədi  saymıĢdılar.  Onların 

arasında üstündə gəzdirdiyi kiçik “Quran” da tapılan  Ənvər paĢa da 

vardı... Otuzuncu illərin ortalarınadək yerli əhali Ənvər paĢanın mə-

zarını “Həzrəti Ģah” (“müqəddəs Ģah”) adı ilə ziyarət  edirdi. Ənvər 

paĢa Hitlerin (20 aprel 1889-30 aprel 1945) (Əsl adı Adolf ġiklqru-

berdir) qibtə etdiyi... bir Ģəxs olmuĢdur. YetmiĢ dörd il sonra, 1996-

cı il avqustun 4-də onun yandırılmıĢ cəsədinin külü həmin vaxt Ta-

cikistana  səfər  etmiĢ  Türkiyənin  9-cu  prezidenti    Süleyman  Də-

mirələ  təqdim  edilmiĢdi  (S.  Dəmirəl  1  noyabr  1924-cü  ildə  Ġsparta 

Ģəhərində anadan olmuĢdur; 88 yaĢı var, hazırda Ankarada yaĢayır). 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə