42
ildə güllələnmiĢdi) ərə getmiĢ və onun soyadını qəbul etmiĢdi.
UĢaqları olmamıĢdı. Tamara xanım Xoyski 1990-cı ildə 88 yaĢında
vəfat etmiĢdir.
Fətəli xanın üç qardaĢı və bir bacısı vardı. Ġsgəndər xanın ġəh-
rəbanu xanımdan olan bacıları Tubu bəyim 1837-ci ildə anadan
olmuĢ və 1871-ci il noyabrın 10-da cəmi 34 yaĢında dünyasını də-
yiĢmiĢdi... Fətəli xanın böyük, ögey qardaĢı Cahangir xan Xoyski
Ġsgəndər xanın Səadət bəyimdən olan övladı idi. O, 9 sentyabr
1849-cu ildə döğulmuĢ və 1920-ci ildə 71 yaĢında vəfat etmiĢdi...
Cahangir xan Titulyar məsləhətçi idi... Cahangir xanın kiçik oğlu
Teymur xan Xoyski 1891-ci il noyabrın 27-də Gəncədə anadan ol-
muĢdu. Gəncə klassik gimnaziyasını və 1915-ci ildə Tiflis hərbi
məktəbini bitirmiĢdi. Birinci Dünya müharibəsində iĢtirak etmiĢ,
artilleriya kapitanı rütbəsi almıĢdı.Azərbaycan Xalq Xümhuriyyəti
dövründə milli ordumuzda xidmət göstərmiĢdi. CavanĢir alayında 1-
ci batalyonun komandiri idi. Gəncə üsyanında (24 may - 4 iyun
1920-ci il) bolĢeviklərə qarĢı savaĢmıĢdı. Azərbaycanda sovet haki-
miyyəti qurulduqdan sonra 1920-ci ilin iyununda həbs edilərək ailə-
silə birlikdə Sibirə sürgün olunmuĢdu...
Fətəli xanın Cahangirdən sonrakı, özündən böyük ikinci qar-
daĢı Hüseynqulu xan Xoyski (22 sentyabr 1869, Gəncə - 7 dekabr
1955, Ġstanbul) xalqımızın istiqlaliyyəti uğrunda axıradək mücadılə
aparmıĢ Ģəxsiyyətlərdən biri olmuĢdur... Fətəli xan Xoyskinin bir
qardaĢı da (ögey) Səadət xanımdan olmuĢ Abbasqulu xan idi. O,
1878-ci il avqustun 8-də Gəncədə anadan olmuĢ,1889-cu ildə vaxt-
sız, cəmi 11 yaĢında həyatdan köçmüĢdü.
Fətəli xan Xoyskinin ġəhrəbanu xanımdan olmuĢ sonbeĢik
qardaĢı Rüstəm xan Xoyski də (1888,Gəncə - 1939, Moskva) Azər-
baycan milli istiqlal hərəkatının fəal iĢtirakçılarından biriydi. O,
1888-ci il noyabrın 15-də Gəncədə doğulmuĢdu... Ġxtisasca hüquq-
Ģünas idi, Peterburq Universitetini (1913) bitirmiĢdi. Rüstəm xan
Xoyski 1918-ci ilə qədər hüquq-mühafizə orqanlarında xidmət
göstərmiĢdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə qardaĢı Fə-
təli xan Xoyskinin baĢçılıq etdiyi 1-ci və 2-ci hökumət kabinetlərin-
də ĠĢlər Ġdarəsinin müdiri iĢləmiĢdi. N.Yusifbəylinin baĢçılıq etdiyi
5-ci hökumət kabinetində himayə naziri vəzifələrində çalıĢmıĢdı (O,
43
Nikolayev (indiki Ġstiqlaliyyət) küçəsi 25-də otururdu, xidməti tele-
fonu 57-19; mənzil telefonu 9-01 idi). R.Xoyski Azərbaycanda so-
vet hakimiyyəti dövründə lazımlı, hazır savadlı bir kadr kimi Azər-
baycan SSR Ali Ġqtisad ġurası Rəyasət Heyətinin katibi, kooperativ
hüququ üzrə hüquqĢünas vəzifələrində iĢləmiĢdi. Lakin Xoyskilər
nəslinə mənsub Ģəxs kimi Azərbaycan SSR-in xüsusi xidmət orqan-
ları tərəfindən təqiblərə məruz qaldığından, Moskvaya köçməyə
məcbur olmuĢ, 1939-cu ildə orada vəfat etmiĢ və Novodeviçye mo-
nastrının qəbristanlığında, qaynı - mühəndis Ġ.Ġ. Yutkeviçin yanında
dəfn olunmuĢdur. Bu zaman Rüstəm xan Xoyskinin cəmi 51 yaĢı
vardı. UĢağı olmayıb.
Fətəli xan Xoyski Tiflisdə Azərbaycan dramaturgiyasının ba-
nisi Mirzə Fətəli Axundovun (1812, Nuxa (ġəki) - 1878, Tiflis) və
görkəmli Azərbaycan Ģairi Mirzə ġəfi Vazehin (1792, Gəncə - 1852,
Tiflis) qəbirləri yanında dəfn olunmuĢdur.Yeri behiĢtlik olsun!
Fətəli xan Xoyskinin xatirəsi xalqımız tərəfindən əziz tutulur
və əbədiləĢdirilmiĢdir. Azərbaycan xalqının ümummilli lideri Hey-
dər Əliyev Fətəli xan Xoyskinin Azərbaycan dövlətçiliyi tarixindəki
fəaliyyətini yüksək qiymətləndirmiĢdir. 1995-ci il dekabrın 18-də
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev “Fətəli xan
Xoyskinin anadan olmasının 120 illiyinin qeyd edilməsi haqqında”
sərəncam imzalamıĢdı. Həmin sərəncamla F.Xoyskinin anadan
olmasının 120 illiyinin təntənəli surətdə qeyd olunması üçün geniĢ
tərkibdə təĢkilat komitəsi yaradılmıĢdı.
Məhz ümummilli liderin diqqəti və qayğısı nəticəsində 1996-cı
il martın 9-da Tbilisidə Nəbatat bağında Fətəli xanın uyuduğu qəbi-
rüstü abidəsinin yenidən görülmüĢ abadlıq iĢlərindən sonra açılıĢı
olmuĢ, məzarı üzərində xatirə abidəsi ucaldılmıĢdır. AçılıĢda Azər-
baycan Respublikasının Prezidenti Heydər Əliyev və Gürcüstan
Respublikasının Prezidenti Eduard ġevardnadze iĢtirak etmiĢdilər.
Abidənin açılıĢ mərasimində H. Əliyev görkəmli tarixi Ģəxsiyyət
olan Fətəli xan Xoyskinin həyat və fəaliyyəti barədə geniĢ nitq
söyləmiĢ, onu yüksək qiymətləndirmiĢdi...
Gəncədə Fətəli xanın adına küçə vardır. Vaxtıilə orada yaĢadı-
ğı binaya 1992-ci il mayın 28-də xatirə baralyefi vurulmuĢdur. Fətə-
li xanın yaĢadığı malikanə Gəncədə filarmoniya tikilməsi ilə əla-
44
qədar Ġkinci Dünya müharibəsindən sonra sökülüb dağıdıldığından
onun baralyefini Azərbaycan Cümhuriyyətinin digər görkəmli xa-
dimi Adil xan Ziyadxanlının (Ziyadxanovun) salamat qalmıĢ Ģəxsi
mülkünün divarına vurmuĢlar (Ġndiki Gəncə Ġcra hakimiyyətinin
yeri isə vaxtı ilə Adil xanın qardaĢı, AXC-nin görkəmli ictimai-
siyasi xadimlərindən biri Ġsmayıl xan Ziyadxanlının (Ziyadxano-
vun) (1867 -1920) mülkü olmuĢdur).
Fətəli xan Xoyskinin adına Bakıda prospekt vardır. Vaxtilə
Bakıda yaĢadığı binaya (Filarmoniya ilə üzbəüz bina. KeçmiĢ Niko-
layev (Ġndiki Ġstiqlaliyyət) küçəsi, ev 21) xatirə lövhəsi vurulmuĢ-
dur. 1995-ci ildə Fətəli xan Xoyskinin anadan olmasının 120 illiyi
münasibətilə poçt markası buraxılmıĢdır.
BEHBUD XAN CAVANŞİR
(1877-1921)
Azərbaycanın görkəmli ictimai-
siyasi və dövlət xadimi. Azərbaycan
Xalq Cümhuriyyəti dövründə Fətəli
xan Xoyskinin 2-ci hökumət kabineti
zamanı (17 iyun – 7 dekabr 1918-ci il)
Azərbaycan Respublikasının daxili
iĢlər naziri olmuĢdur.
Qarabağ xanı Ġbrahim Xəlil xa-
nın yeddinci oğlu Məmmədqasım ağa-
nın oğlu PaĢa ağanın ikinci oğlu,
Azad ağanın (1845-ci ildə ġuĢada ana-
dan olmuĢdu) 4 oğlundan böyük oğlu
Behbud ağa CavanĢir 1877-ci ildə
ġuĢa Ģəhərində nəsil Ģəcərəsi əsil-
nəcabətə söykənən ailədə dünyaya
gəlmiĢdi. O, ġərqin qüdrətli sərkərdəsi və hökmdarı, Qırxlı – AvĢar
(ƏfĢar) Nadir Ģahın (1688-1747) öldürülməsindən ( 19 iyun 1747)
sonra müstəqillik qazanmıĢ, paytaxtı Pənahabad (indiki ġuĢa) olan
Dostları ilə paylaş: |