30
uğrunda bolĢevik-erməni daĢnak qoĢunlarına qarĢı savaĢlarda Ģəhid
olmuĢ qardaĢ Türkiyə Ordusunun 1130 nəfər əsgər və zabiti Bakıda
Dağüstü parkda dəfn olunmuĢdur, Azərbaycan milli hərbi qüvvələ-
rinin verdiyi Ģəhidlər isə bundan 3-4 dəfə çox idi...
Lakin türklər daha Azərbaycanda qala bilməzdilər. Belə ki,
Birinci Dünya müharibəsində məğlub olmuĢ Osmanlı Türkiyəsinin
hərbi qüvvələrinin Mudros saziĢinə əsasən Azərbaycandan çıxarıl-
masını müttəfiqlər - Antanta ölkələri (Ġngiltərə, Fransa və ABġ)
təkidlə tələb edərək, 1918-ci ilin noyabrında Bakıya öz hərbi kon-
tingentini göndərmiĢdilər.
Türkiyə Ordusu Azərbaycanı tərk edəndən sonra, Böyük Bri-
taniyanın Ġrandakı ekspedisiya korpusunun komandiri general Vil-
yam (Uilyam) Monthomeri Tomson olmaqla müttəfiqləri təmsil
edən ingilis qoĢunları Ənzəli limanından “Kryuger”, ”Tula”, ”Eve-
lina”, ümumiyyətlə, 17 hərbi dəniz gəmilərində (həmin gəmilərdə
39 piyada briqadasının ingilis-fransız-amerikan hərbi kontingentin-
dən ibarət 1000 nəfəri və 800 hindli əsgəri, habelə polisi, müttəfiq
dövlətlərin – Ġngiltərə, Fransa və ABġ-ıın nümayəndəliyi vardı)
1918-ci il noyabrın 17-də Bakıya yan almıĢ və Ģəhərə daxil ol-
muĢdular. Onlar bundan əvvəl Bakıda yerləĢmiĢ ingilis generalı
L.Ç.Denstervili (1865-1946) və qoĢunlarını “əvəz” etmiĢdilər.
Ġngilislər bunu “açar” əməliyyatı adlandırırdılar... Həmin əməliyyat
1919-cu ilin avqustun sonlarına qədər davam etmiĢdi...
Haşiyə: General Lionel Çarlz Denstervil 1918-ci il sentyabrın
15-də Bakını tərk edib Ġranın Ənzəli (1925-ci ilədək Ənzəli ad-
lanıb. 1925-ci il dekabrın 12-də Qacarlar sülaləsini (1796-1925)
fars Pəhləvilər sülaləsi (1925-1978) əvəz edəndə Ģəhərə Pəhləvi
adı verilmiĢdi.1978-ci il 13 fevral inqilabından sonra Ġran
Müvəqqəti Ġnqilabi Hökumətinin qərarı ilə Pəhləvi adı götürül-
müĢ və Gilan vilayətində qədim liman Ģəhəri olan Ənzəli yeni-
dən öz tarixi adını bərpa etmiĢdir. Yeri gəlmiĢkən, Qacarlar azər-
baycanlı (türk) olsalar da, həmiĢə Tehranda Ģah taxtında oturur-
dular. Tehran Ģəhəri 9-cu əsrdən Ġranın paytaxtı olan Rey Ģəhəri-
nin yaxınlığında yerləĢirdi. Tehran 1785-ci ildən Ġranın paytax-
tıdır...) L.Ç.Denstervil Ənzəli limanına çatandan 3 gün sonra Bö-
yük Britaniya hökuməti onu vəzifədən kənarlaĢdırıb iqamətgahı
31
Ġranda yerləĢən yeni yaradılmıĢ müttəfiqlər ordusuna komandan
general V.M.Tomsonu təyin etmiĢ və tezliklə o, Bakıya gön-
dərilmiĢdi.
V.Tomson Bakıya daxil olarkən özünün qarĢılanma mərasi-
mindəki çıxıĢında demiĢdi: ” Biz buraya Türkiyə ilə imzaladığımız
müqavilə əsasında gəlmiĢik və biz ərazinizi qoruyan Osmanlı ordu-
sunu əvəz edəcəyik. Nə indi, nə də gələcəkdə sizin daxili iĢlərinizə
müdaxilə etmək fikrində deyilik”. Lakin F. Xoyski və Azərbaycan
hökumətinin üzvləri V.Tomsonun hələ Bakıya daxil olmazdan əv-
vəl sifariĢ verib bir neçə yeri, o cümlədən hökumətin oturduğu
“Metropol” mehmanxanasını (“Metropol” mehmanxanası əvvəllər
baĢqa bir Ģəxsə məxsus idi. Hərrac zamanı onu milyonçu Hacı Hacı-
ağa almıĢdı. Mehmanxana cəmi 38 nömrədən ibarət idi. Altında
mağazalar yerləĢirdi. Hər nömrənin qiyməti sutkada 1 manat 50
qəpikdən 5 manatadək olurdu. General Ç. Denstervil Bakıda olduğu
dövrdə ingilis qoĢunlarının hərbi qərargahı “Metropol” mehman-
xanasında yerləĢmiĢdi. ”Metropol” indiki AMEA-nın Nizami Gən-
cəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyidir. Muzey dahi
Azərbaycan Ģairi Nizami Gəncəvinin anadan olmasının 800 illiyi
münasibətilə Azərbaycan SSR Xalq Komissarları Sovetinin “Daimi
sərgi Ev-muzeyinin təĢkili haqqında” 1 noyabr 1939-cu il tarixli
4972 nömrəli sərəncamı ilə yaradılmıĢdı. Lakin Ġkinci Dünya müha-
ribəsi baĢlandığı üçün onun açılıĢı yalnız 1945-ci il mayın 14-də ke-
çirilmiĢ, muzey həm də Azərbaycan Ədəbiyyatı Muzeyinə çevril-
miĢdi) ingilis əsgərləri üçün boĢaltmaq haqqında verdiyi əmrlərdən
məyus olmuĢdular...V.Tomson Bakıya daxil olandan sonra hələ
Azərbaycan hökumətini tanımaq istəmədiyi kimi, onun Silahlı
Qüvvələrinə də etibar etmirdi. Qeyd etmək lazımdır ki, Azərbaycan
hökumətinin 1918-ci il 23 oktyabr tarixli iclasında Hərbi Nazirlik
yaradılması qərara alınmıĢdı. Qərar Nazirlər ġurası tərəfindən 1918-
ci il noyabrın 1-də imzalanmıĢdı. Qərara əsasən Nazirlər ġurasının
sədri F. Xoyski ilk vaxt hərbi nazir vəzifəsini də üzərinə götürmüĢ-
dü, onun müavini isə tam artilleriya (topçu) generalı Səməd bəy
(tarixi ədəbiyyatda “ağa” da yazılır) Mehmandarov təyin edilmiĢdi.
Odur ki, V.Tomsonun tələbi ilə 1918-ci il noyabrın 22-də Azər-
32
baycan Cümhuriyyətinin Hərbi Nazirliyi Bakıdan Gəncəyə köçmüĢ
və Bakıya yenidən bir də 1919-cu il aprelin 5-də qayıtmıĢdı.
Ġngilislərin bu cür tələbləri Azərbaycan Daxili ĠĢlər Nazirli-
yinə və polisinə də aid idi. Belə ki, onlar Azərbaycan polisinin
Bakıda ingilis hərbi polisinə cinayətkarlıqla mübarizədə və əmin-
amanlığı qorumaqda yaxĢı fəaliyyət göstərən nümayəndələrinə
zahirən “səmimi” sözlər deməyi əsirgəmirdilər. Məsələn, 1919-cu il
yanvarın 10-da Bakının güneral-qubernatoru V.Tomsonun əmri ilə
Bakı Polismeysterliyinin Xəfiyyə hissəsinin (bu struktur hələ çar
Rusiyası dövründə, 2 noyabr 1906-cı ildə yaradılmıĢdı) rəisi Həsən
bəy Fətəlibəyova (1886-1920) uğurlu fəaliyyətinə görə təĢəkkür
elan edilmiĢ və o, bir həftədən sonra Bakıdakı müttəfiq dövlətlərin
Müvəqqəti Polis Komissarlığının razılığı ilə Bakı ġəhər Polismey-
sterliyinin Xəfiyyə polisinin rəisi vəzifəsinə təyin olunmuĢdu...
Haşiyə: Həsən bəy Əhməd bəy oğlu Fətəlibəyov 18 dekabr
1886-cı ildə vaxtı ilə axırıncı Qarabağ xanı Sarıcalı-CavanĢir, ge-
neral-mayor Mehdiqulu xanın (1807-1822) mülku olmuĢ Ağda-
mın Ətyeməzli kəndində əsilzadə ailəsində anadan olmuĢdu. Qori
Seminariyasını 1916-cı il martın 5-də bitirmiĢdi.Buna qədər,
1914-cü ildə Qori Ģəhərinin pristavı iĢləmiĢ və yaxĢı xidmətinə
görə həmin il iyunun 1-də “Müqəddəs Vladimir” ordeninin 4-cü
dərəcəsinə layiq görülmüĢdü. 1917-ci il oktyabrın 29-da Tatar
(Azərbaycan) Süvari Alayının ehtiyat bölməsinə könüllü daxil
olmuĢdu. Həmin il noyabrın 23-də və dekabrın 5-də Müsəlman
Korpusuna əsgər yığmaq üçün Borçalı qəzasına ezam olunmuĢ-
du. 1918-ci il yanvarın 4-də ona uryadnik rütbəsi verilmiĢdi. Hə-
min tarixdən də Müsəlman Korpusunun komandiri, general-ley-
tenant Əli ağa ġıxlınskinin əmrilə oboz (araba hərbi karvanı) ko-
mandiri təyin edilmiĢdi. H.Fətəlibəyov ailə vəziyyəti ilə əlaqədar
1919-cu il yanvarın 4-də hərbi xidmətdən tərxis olunmuĢdu...
Sonra Bakı Polismeysterliyində məmur kimi qulluq göstərməyə
baĢlamıĢdı... H.Fətəlibəyov Bakı Polismeysterliyinin Xəfiyyə
Polisinin rəisi vəzifəsindən sonra Azərbaycan Xalq Cümhuriy-
yətinin Əks Ġnqilabla Mübarizə TəĢkilatının müavini vəzifəsinə
də təyin edilmiĢdi... Lakin onun gələcək aqibəti çox faciəli ol-
muĢdu. H.Fətəlibəyovun acı aqibəti haqqında bu bəllidir ki, sovet
Dostları ilə paylaş: |