327
zaman həqiqi istintaq aparılmamıĢ”, ”qondarma Ģahidlər”in və
“iddiaçı”ların sözlərinin və verdikləri ifadələrində yazdıqlarının nə
dərəcədə düzgün olduğu yoxlanılmamıĢ, bunlar əsasındada tələm-
tələsik saxta sənədlər tərtib edilmiĢdi. Bir də bu bəllidir ki, Xudadat
bəyi Azərbaycan FK-nın müstəntiqi M.Safikyan dindirib. Özüdə
necə? Bütün iĢgəncələrə mərdliklə dözən Xudadat bəy ona qarĢı
irəli sürülən saxta ittihamları qətiyyətlə rədd edib. Buna baxmaya-
raq, o, qəddarcasına qətlə yetirilib... Özü də gizlicə... Konkret hansı
Ģəraitdə? Bax, bu, hələ də qaranlıq qalan sualdır. Hərçənd, tədqiqat-
çı-alim, elmlər doktoru Xaləddin Ġbrahimli yazır ki, Xudadat bəyi
tələm-tələsik mühakimə edərək, məhkəmənin hökmü ilə Bakıda
1920-ci il mayın 20-də xəlvəti güllələmiĢlər...
X. Rəfibəylinin nə cür əqidəli və amallı bir Ģəxsiyyət oldu-
ğunu onun dostları da, düĢmənləri də yaxĢı bilirdi. Odur ki, dostları
onun ölümünə çox heyifslənirdilər. ”MəĢhur vətənsevən Əli Əkbər
Rəfibəylinin oğlu Xudadat bəy Azərbaycanın iĢğalı üzərindəki Gən-
cədə vali ikən həbs olunmuĢ, Gəncədə zühur edən üsyan əsnasında
edam edilmiĢdir. Fədakar bir millət adam idi. Məhəmməd Rəsul-
zadə”. Böyük M.Ə.Rəsulzadə özünün yazdığı “Azərbaycan Cüm-
huriyyəti” kitabında Xudadat bəy Rəfibəylini “Ġstiqlal ġəhidi”
adlandırmıĢdır”...“Hayıf, Xudadat bəy kimi məĢhur cərrahı xəbə-
rimiz olmadan öldürüblər. Bu iĢdə Həmid Sultanovun bağıĢlanmaz
səhvi olub” (H. Sultanov Azərbaycan SSR-in ilk xalq daxili iĢlər
komissarı idi). Bu sözləri də Xudadat bəyin öldürülməsindən sonra-
lar xəbər tutan Azərbaycan SSR XKS-in sədri doktor N. Nərima-
nov demiĢdi. Görəsən, bu, adi səhvin nəticəsi idi? Xeyr! Xudadat
bəyin də, baĢqa onun kimi milli təəssübkeĢlərimizində hamısı əslin-
də, əvvəlcədən hazırlanmıĢ siyahı və düĢünülmüĢ tədbirlə aradan
götürülmüĢ və bilərəkdən məhv edilmiĢdilər...
Son tarixi ədəbiyyatlarda Xudadat bəyin də 1920-ci il mayın
12-də Bakının yaxınlığındakı Nargin (əsl adı Böyük Zirədir) adası-
na aparılaraq, həmin il iyunun 6-da bir qrup (79 nəfər) görkəmli
Azərbaycan ictimai-siyasi xadimi və yüksək rütbəli hərbçisi ilə bir
sırada güllələnməsi öz əksini tapmıĢdır...
Haşiyə: Bakının yaxınlığında, Bakı buxtasını dənizdən ayıran
Nargin adası adlandırılan Böyük Zirə (“zirə” çökəklik deməkdir)
328
AbĢeron yarımadasının cənubunda, 15 kilometrlik məsafədə yer-
ləĢir. 18-ci əsrdə Rusiyanın Xəzər sahillərində üzən “Svyetoy
Qavriil” (“Müqəddəs Cəbrayıl” freqatı bu yerə gəlib çıxanda
matroslar onu Baltik dənizindəki adaya bənzətmiĢ və çar Birinci
Pyotrun Ģərəfinə “Nargin” adlandırmıĢdılar... BaĢqa bir ehtimala
görə, bu haqda məlumatı bilən çar Birinci Pyotr (1682-1725)
Kaspi dənizindəki Böyük Zirə adasını Fin körfəzindəki Nayyssar
adasına bənzətmiĢ və ona “Nargin” demiĢdi...1883-cü ildə Ba-
kıda fəaliyyət göstərən isveçli Nobel qardaĢları neft daĢıtdırar-
kən gəmiləri qayaya dəyib qəzaya uğradığından bu qaranlıq ada-
da mayak inĢa etdirmiĢdilər. 1905-ci ildə Ģahzadə Ordenburqun
təlimatı üzrə Nargində yeni əsir düĢərgəsi salınmıĢdı...Birinci
Dünya müharibəsində (1914 -1918) Qafqaz (türk) cəbhəsindəki
döyüĢlərdə (məsələn,SarıqamıĢ döyüĢündə (dekabr 1914 - yanvar
1915) və s.) məğlub olan əsir türk, avstiryalı, çex və alman əsgər-
lərini bu düĢərgəyə sürgün etmiĢdilər. Türk və alman əsirlərinin
Nargin adsında acından-susuzluqdan qırıldıqları barədə faktlar
vardır...
...1917-ci ilin noyabrında N. Nərimanov o vaxt “ölüm cəzi-
rəsi”, ”kabus adası”, ”Xəzər qəbirstanlığı” adlandırılan Narginə get-
miĢdi. Nargində bu adanı “ilanlar yuvası” adlandırırdılar... Nargin-
dən səhərə yaxın evinə qayıdan N. Nərimanov orada gördüyü dəh-
Ģətli mənzərələrdən, əsirlərin dözülməz hallarından özünə gələ bil-
mir, dinclik tapmırdı. Elə hey papirosu bir-birinə calayırdı “Ölüm
cəzirəsi”...Göz yaĢı tökdürən cəzirə.Burada 1200 insan... hazır ölüm
növbəsində durmuĢdu... 6 min də bu növbəyə hazırlaĢırdı... Nargin-
dən qayıtdığı günün ertəsi N.Nərimanov “Hümmət” qəzetində
“Göz yaĢı tökdürən cəzirə”adlı məqalə dərc etdirmiĢdi.O,
məqaləsindəki bir parçada yazırdı:
“KaĢ, mən bu cəzirəyə getməyəydim. KaĢ, bir dəri, bir sümük
bədənləri, sifətsiz gözləri, ah-zar edən insanları görməyəydim. KaĢ,
“Əfəndim,su!”, ”Əfəndim,yemək”, ”Əfəndim, paltar” sözlərini eĢit-
məyəydim. KaĢ, çılpaq, dodaqları soyuqdan titrəyən, üzləri bozar-
mıĢ atasız-anasız balaca balalarla söyləĢməyəydim. KaĢ xəstəxana-
da baĢları kərpic üstə can verən igidlərə rast gəlməyəydim!”.
Beləliklə, Nargindəki dəhĢətli əsir düĢərgəsinin mənzərəsi aydın
329
olur.A.Bakıxanovun nəvəsi Zinyət xanım danıĢırmıĢ ki ,onun babası
Məmməd bəy Məmmədbəyov çar polkovniki olmuĢdu. Azərbaycan
Cümhuriyyəti tərəfinə keçdiyinə görə sovet hakimiyyəti qurulduq-
dan dərhal sonra onu həbs edib Nargin adasına aparmıĢ və güllələ-
miĢdilər... Nargində təsadüfən sağ qalmıĢ tək-tük əsirlərdən biri,
məĢhur neft milyonçusu ġəmsi Əsədullayevin ticarət müdüri olmuĢ
Ağa Amiraqov sonralar söyləyirdiki, əsirləri bir-bir, adbad çağırıb
sadəcə güllələyirdilər... Onu da güllələdikdən sonra elə bilmiĢdilər
ki, ölüb və gətirib sahilə atmıĢdılar. Lakin A.Amiraqov ölməyibmiĢ,
huĢunu itiribmiĢ. Balıqçılar onu tapıb xilas etmiĢdilər... Doxsanıncı
illərin əvvəllərində Nargin adasının adı dəyiĢdirilib yenidən Böyük
Zirə adlanırılmıĢdı.Lakin minlərlə günahsız məzlumun ruhunun
üzərində dolaĢdığı bu mənhus adada turizm Ģəhərciyi salıb gəir
götürmək təklifləri ilə bulunanlarda vardı...
Yeri gəlmiĢkən, Azərbaycanda sovet hakimiyyəti qurulduq-
dan sonra 11-ci ordunun Siyasi Ġdarəsinin Xüsusi ġöbəsinin rəisi,
əvvəli matros olmuĢ, ermənipərəst Semyon Pankratov güllələnməsi
üçün (özüdə Nargində) 99 nəfər görkəmli ictimai-siyasi xadimi və
yüksək rütbəli hərbçimizi həbs etmiĢdi. Onların içərisində Xudadat
bəy və baĢqalarıyla yanaĢı Azərbaycan Cümhuriyyətinin hərbi nazi-
ri,tam artilleria generalı S. Mehmandarov və onun müavini, general-
leytenant Ə.ġıxlınski də vardı. Bundan xəbər tutan Azərbaycan
hökumətinin baĢçısı N.Nərimanov köməkçisi Nurməmməd bəy
ġahsuvarova tapĢırmıĢdı ki,S.Pankratovu tapıb onun yanına gətirsin.
S. Pankratovu qəbulunda bilərəkdən saatlarla gözlətdikdən sonra N.
Nərimanov 99 nəfərin siyahısı ilə tanıĢ olduqdan sonra bu özbaĢına-
lığa görə bərk qəzəblənmiĢ və siyahının üstünə yazmıĢdı: ”Güllələn-
məsin!”. O,S.Pankratovu otağından qovmuĢ,N.ġahsuvarova əmr et-
miĢdi ki, dustaxxanaya gedib, general S. Mehmandarovu və Ə. ġıx-
lınskini azad edib, hamama aparsın, onlar yuyunub paltarlarını də-
yiĢsinlər və sonra yanına gətirsin...
...Xalqının 20-ci əsrin əvvəllərində əldə etdiyi müstəqilliyini
qoruyub saxlamaq yolunda və bu gün üçün canını fəda edən Xu-
dadat bəyin üstündə düz 70 il “xalq düĢməni” adı gəzdi...Yalnız
1990-cı il iyulun 2-də Azərbaycan SSR prokurorluğunda Xudadat
bəy Ələkbər oğlu Rəfibəyov haqqında vaxtıilə qaldıılmıĢ 12 may
Dostları ilə paylaş: |