373
Onun dəfninə Avropanın hər yerindən məsləkdaĢları və mübarizə
yoldaĢları gəlmiĢdilər. Hüseynqulu xan Xoyskinin qızı Valiyyə xa-
nım Xoyski böyük hörmətlə Ġstanbulun “Fəri köy” qəbristanlığında
dəfn olunmuĢdu...
C. Kazımbəyli mətbuat sahəsində məqalələrlə çıxıĢlar edirdi.
Onun hələ 1951-ci ildə Almaniyanın Münhen Ģəhərində çıxan
azərbaycanlı mühacirlərin təsis etdiyi Azərbaycan Milli Birlik TəĢ-
kilatının orqanı olan “Azərbaycan jurnalında “Qafqaz imperializm
ərəfəsində” məqaləsi dərc edilmiĢdi. C. Kazıımbəylinin Azərbaycan
Milli Birliyinin ABġ-da da çıxan orqanı “Azərbaycan” jurnalının
1953-cü il tarixli 12-ci (dekabr) nömrəsində “Gəncə üsyanı haq-
qında xatirələr” adlı məqaləsi dərc olunmuĢdu. Məqalədə o, ilk dəfə
olaraq Gəncə üsyanının tarixi ilə əlaqədar sovet dövründə təhrif
olunmuĢ fakta aydınlıq gətirmiĢdi. Belə ki, sovet tarixçiləri həmiĢə
Gəncə üsyanının 1920-ci il mayın 25-31-də baĢ verdiyini yazmıĢ-
lar. Cahangir bəy isə üsyanın təĢkilatçılarından biri kimi (Gəncə
üsyanı Cahangir bəyin iĢarəsi ilə baĢlanmıĢdı) onun 1920-ci il ma-
yın 24-də axĢam saat 8-də baĢlanıb, iyun ayının 4-də gecə saat 3
radələrində baĢa çatdığını yazmıĢdır. Bu faktı Cahangir bəyin qaynı,
Gəncə üsyanının iĢtirakçılarından biri, ömrünün sonunadək ABġ-da
mühacir həyatı yaĢamıĢ Zahid xan Xoyski, Nağı bəy ġeyxzamanlı
və baĢqaları da təsdiq etmiĢlər...
Ömrünün axır günlərini də mühacirətdə- Almaniyada keçirən,
orada fəaliyyət göstərən “Azadlıq” radiosunda iĢləmiĢ (C. Kazım-
bəyli “Azadlıq” radiosunun yaradıcılarından biri idi) polkovnik
Cahangir bəy Kazımbəyli 1955-ci il yanvar ayının 17-də Berlin
Ģəhərində müəmmalı Ģəkildə, 67 yaĢında vəfat etmiĢ və orada torpağa
tapĢırılmıĢdı... Həmin vaxt Türkiyədə çıxan qəzetlərdə dərc olunmuĢ
nekroloqlarda Cahangir bəyin ölümünün SSRĠ DTK-nın agentləri
tərəfindən təĢkil olunduğu yazılmıĢdı... Nekroloqlarda bildirilirdi ki,
ömrü boyu sovet quruluĢu ilə barıĢmaz olmuĢ Cahangir bəy Türki-
yədən Berlinə bir qadının “sifariĢi” ilə dəvət olunmuĢ və bundan çox
keçmədən onun müəmmalı Ģəkildə həlak olması xəbəri yayılmıĢdı...
Artıq yuxarıda bəhs etdiyimiz kimi, C. Kazımbəylinin həyat
yoldaĢı Valiyyə xanım Ġstanbulda “Fəri köy” qəbristanlığında dəfn
olunmuĢdu. Onların 3 oğlu qalmıĢdı. Böyük oğlu Əli bəy Ġstanbul-
374
da, ortancıl oğlu Mustafa bəy və övladları Ġtaliyada, kiçik oğlu Ab-
bas bəy isə PolĢada yaĢayırlar... (Qeyd: Bütün tarixi ədəbiyyatlarda
Cahangir bəy haqqında bəhs olunarkən onun atasının adı yazılma-
yıbdır. Baxmayaraq ki, Türkiyədə onu Kazımoğlu kimi çağırmış-
lar... Ehtimalımıza görə, Cahangir bəy böyük oğluna atası Əli bəyin
adını qoymuşdur... Əli bəy İstanbulda məşhur Taksim Meydanında
yaşayırdı...).
C. Kazımbəylinin qayınatası Hüseynqulu xana gəldikdə, o,
SSRĠ-nin düĢməni olan PolĢanın (Poloniyanın) rəhbəri, milliyyətcə
polyak tatarı olan Yuzef Pulsudskinin (1867-1935) dəvətilə bir
müddət orada yaĢamıĢ, sonra yenidən Ġstanbula dönmüĢdü. Hərbi
rütbəsi polkovnik olan Hüseynqulu xan 1925-ci ildən sonra Türkiyə
Cümhuriyyətinin prezidenti Mustafa Kamal PaĢa Atatürkün (1881-
1938) göstəriĢilə oğlu Ġsgəndər xanla birlikdə hərbi məktəbdə
tərcüməçi kimi çalıĢmıĢdı. Hüseynqulu xanın oğlu Ġsgəndər xan
ixtisasca hüquqĢünas idi. Hər ikisi rus dilini təmiz bildiyindən on-
lar Türk Hava Yolları Qüvvələrinin tabeliyində türklərə uçuĢ təlim-
ləri öyrədən rus təyyarəçiləri ilə tərcümə iĢlərinə cəlb olunmuĢdular
(bu, 1921-ci il martın 16-da Moskvada Türkiyə ilə RSFSR arasında
bağlanmıĢ dostluq və əməkdaĢlıq haqqında müqaviləyə uyğun idi).
(Tarixi dövrü mətbuatda Hüseynqulu xana general verilməsi barədə
məlumat da vardır...).
KƏRİM xan İRƏVANSKİ
(1883-1919)
Kərim xan Ġrəvanski məĢhur nəsildən olan Abbasqulu xan
Ġrəvanskinin (1830-1907) oğlu idi. O, 15 noyabr 1883-cü ildə Ġrə-
vanda anadan olmuĢdu. Çar ordusunda layiqli xidmətinə görə pol-
kovnik hərbi rütbəsinə yüksəlmiĢdi. Qafqazda Kabardin süvari pol-
kunda xidməti zamanı igidliyi ilə ad çıxarmıĢdı.Onun çar Ġkinci
Aleksandrın (1818-1881) qardaĢı, böyük knyaz Mixail Aleksan-
droviçlə və rus ordusunun görkəmli sərkərdəsi, həmyerlisi, general-
leytenant Hüseyn xan Naxçıvanski ilə yaxĢı münasibətləri vardı...
375
Kərim xan Ġrəvanski nümunəvi xidmətinə görə çoxlu müxtəlif
təltiflərə layiq görülmüĢdü. Azərbaycan Cümhuriyyəti hökumətinin
baĢçısı F. Xoyskiyə göndəril-
miĢ 28 yanvar 1919-cu il tarixli
364 nömrəli xidməti qeydlərdə
bildirilirdi ki, Kərim xan Ġrə-
vanski 1918-ci ilin sonu-1919-
cu ilin əvvəllərində olan dövrdə
erməni daĢnak ordusu ilə dö-
yüĢlərdə
azərbaycanlılardan
ibarət 1000 nəfərdən artıq Nax-
çıvan süvarilərinə komandirlik
etmiĢ və düĢmənə tutarlı zər-
bələr endirmiĢdir. Azərbaycan
Xalq Cümhuriyyəti höküməti-
nin 28 fevral 1919-cu il tarixli
qərarı ilə Bəhram xan Nax-
çıvanskinin baĢçılığıyla Cənub-
Qərbi Azərbaycan (Naxçıvan)
General-Qubernatorluğu
yarandıqda məhz Kərim xan
Ġrəvanski onun hərbi hissə üs-
rə köməkçisi (müavini) təyin
edilmiĢdi...
...1919-cu il martın 26-da Kərim xan Ġrəvanski Cənub-Qərbi
Azərbaycan (Naxçıvan) General-Qubernatorluğunun hərbi hissə
üzrə köməkçisi vəzifəsindən “tərxis” olunmuĢ və o, yenidən Qafqa-
za, Kabardin süvari polkuna qayıtmıĢdı. K. Ġrəvanski Nalçik Dairə-
sində milliyyətcə balkar olan bir əsilzadə ailəsindən çıxmıĢ ġənu-
də Kumukerovna Aydabulova (qız familiyası ġamĢita Qazıməhəm-
mədovna idi) evlənmiĢdi...
Polkovnik Kərim xan Ġrəvanski 1919-cu il oktyabr ayının 9-
da Volqaboyunda Saritsın cəbhəsində gedən döyüĢlərdən birində
həlak olmuĢdu...Cəbhə komandanlığının təĢkiltçılığı ilə Kərim
xanın nəĢi Nalçik Ģəhərinə gətirilərək oradakı Volnıy Aul qəbris-
tanlığında dəfn olunmuĢdu...
Kərim xan İrəvanski)
(şəkildə sağdan ayaqüstə)
Dostları ilə paylaş: |