376
HÜSEYN bəy MAHMUDBƏYOV
(1874-1920)
Hüseyn bəy Behbud bəy oğlu Mahmudbəyov 1874-cü ildə
ġuĢada əsilli ailədə anadan olmiĢdu. Ġbtidai təhsilini molla yanında
almıĢdı. Sonra Ģəhər məktəbində oxumuĢdu. Daha sonra ġuĢa qəza
idarəsində 2-ci dərəcəli dəftərxana xidmətçisi kimi iĢə baĢlamıĢdı.
Tərcüməçı və pristav vəzifələrini də daĢımıĢdı. Azərbaycan Xalq
Cümhuriyyəti dövründə əvvəlcə Zəngəzur və Cəbrayıl-Karyagin
(indiki Füzuli rayonu) qəzalarında böyük köməkçi, sonra isə qəza
rəisi vəzifəsində iĢləmiĢdi...1919-cu il yanvarın 15-də Qarabağ
General-Qubernatorluğu yarananda o, general-qubernator Xosrov
bəy Sultanovun köməkçisi (müavini ) vəzifəsinə təyin olunmuĢdu
(digər köməkçi erməni Qriqori Kələntərov idi...). H. Mahmudbəyov
bu vəzifədə AXC-nin süqutunadək xidmət etmiĢdi...
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra vəzifədən
kənarlaĢdırılaraq, bir müddətdən sonra həbs olunan Hüseyn bəy
Mahmudbəyov naməlum Ģəraitdə güllələnmiĢdi...
HƏMDULLA əfəndi ƏFƏNDİZADƏ
(1888-1929)
Həmdulla əfəndi milli istiqlaliyyətimizin fədakar keĢik-
çilərindən biri olmuĢdur. Həmdullah əfəndi Ġsmayıl əfəndi oğlu
1888-ci ildə Quba qəzasının Dəvəçi nahiyəsinin Qələgah kəndində
anadan olmuĢdu. Ġlk təhsilini kənd mollaxanasında və Qubadakı
mədrəsədə almıĢ, ərəb və fars dillərini öyrənmiĢdi.Sonra ikisinifli
rus məktəbini bitirib (1906) rus dilinə də yiyələnmiĢdi.
1918-ci il martın sonu-aprelin əvvəlində S. ġaumyanın sədr
olduğu Bakı XKS-in daĢnak Amazaspın baĢçılığı ilə qaniçən hərbi
dəstələri Qubaya doğru irəliləyərkən Dəvəçiyə daxil olub, dinc azər-
baycanlıları və digər müsəlman əhalisini qırmağa baĢlayanda Həm-
377
dullah əfəndi dostu, qonaqkəndli əfsanəvi qaçaq Mayılla birlikdə
əhalini ayağa qaldıraraq vuruĢmuĢ, əhalinin müdafiəsini təĢkil
etmiĢdi.
Əhali arasında böyük nüfuzu
olan Həmdulla əfəndi 1918-ci ildə
Azərbaycan Milli ġurasının “Azər-
baycan Məclisi-Məbusanın təsisi
haqqında” 19 noyabr 1918-ci il ta-
rixli qanuna əsasən Quba qəzasından
Əli bəy Zizikski ilə bərabər Azər-
baycan Parlamentinə millət vəkili
seçilmiĢdi. Eyni zamanda Əli bəy
Zizikski Bakı qubernatorunun böyük
köməkçisi (1-ci müavini), Həmdulla
əfəndi isə köməkçi (müavin) təyin
olunmuĢdu... Həmdulla əfəndi Azər-
baycan Parlamentində 13 nəfərin
daxil olduğu “Ġttihad” fraksiyasın-
da təmsil olunurdu. Onun adı fraksi-
ya siyahısında 7-ci oxunurdu. Həmdulla əfəndi bir millət vəkili
kimi vətəndaĢları Bakıda, Serkovnaya küçəsi, 109-da qəbul edirdi...
Həmdulla əfəndi iri dəstələr toplayıb Azərbaycanda 1920-ci
il 27 aprel iĢğalı ərəfəsində Ģimaldan azsaylı milli sərhəd qüvvələri-
mizi məğlub edərək Bakıya doğru irəliləyən 11-ci ordunun “Üçün-
cü Ġnternasional” zirehli qatarlarının və 299-cu atıcı polkunun ərazi-
mizə daxil olmasının qarĢısını kəsməyə cəhd göstərən Azərbaycan
Xalq Cümhuriyyətinin qatarlar qrupunun rəisi knyaz Ġ. Lordikipa-
nedzenin baĢçılıq etdiyi qüvvələrin sırasında vuruĢsa da, lakin qüv-
vələr qeyri-bərabər olduğundan geriyə çəkilməyə məcbur ol-
muĢdu...
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Həmdulla
əfəndi ona qarĢı müqavimətini davam etdirirdi. O, Əli bəy Zizikski-
nin, qaçaq Mayılın (1917-ci ildən Qonaqkənd Kənd Cəmiyyətinin
yüzbaĢısı idi. Qaçaq Mayıl Zahirov igidlikdə ad çıxarmıĢdı. At
nalını barmaqları arasında qırırdı. Əlli yaĢı tamam olmamıĢ, 1924-
cü ildə Azərbaycan FK-nın tutduğu muzdlu qatil tərəfindən arxadan
378
güllə ilə vurulub qətlə yetirilmiĢdi...), cağarlı Hatəm Əsgərovun
(1923-cü ildə Azərbaycan FK tərəfindən ələ keçirilib güllələnmiĢ-
di...) könüllü dəstələri ilə birlikdə Dərə Çiçəkdə toplantı keçirmiĢ
və 11-ci orduya qarĢı döyüĢ əməliyyatı aparmıĢdı...Həmdulla əfəndi
1920-ci il avqustun 30-da baĢına 2 min nəfərlik könüllü döyüĢçü
toplayaraq, bolĢeviklərə qarĢı vuruĢmuĢdu. Həmin könüllülərə
həmçinin ġəmsəddin əfəndi, türk zabitləri Ġsmayıl Əli əfəndi, Səttar
əfəndi, ġükür bəy və Arif əfəndi ġıxzadə baĢçılıq etmiĢdilər. 1920-
ci il sentyabrın 7-də Həmdulla əfəndi ġalomovun komandirlik etdiyi
11-ci ordu hissələrinin üzərinə hücum edib onu darmadağın etmiĢdi.
Lakin əlavə qüvvələr alan sovet ordu hissələri 245-ci atıcı polkunun
köməyi ilə 3 gün sonra, 1920-ci il sentyabrın 10-da Həmdulla
əfəndinin olduğu Qələgah kəndinə hücuma etmiĢ və döyüĢ zamanı
o, yaralanmıĢdı.Lakin Həmdulla əfəndini tutmağa müvəffəq
olmamıĢdılar. Həmdulla əfəndi nəhayət, çətinliklə də olsa, 1928-ci
ildə ələ keçirilib, həbsdə saxlanmıĢ, sonra isə Sibirə sürgün olunmuĢ
və orada vəfat etmiĢdi... Bu zaman onun cəmi 40 yaĢı vardı. Qeyd
etmək lazımdır ki, əslən Qubanın Zizik kəndindən olan yazıçı
Kərim Dünyamalı Həmdulla əfəndinin 1929-cu ildə Bakıda, Nargin
adasında güllələndiyini yazmıĢ və güllələnməzdən əvvəlki məhbus
paltarında olan Ģəkilini də kitabına daxil etmiĢdir...