84
Daxili ĠĢlər Nazirliyinə vits-ministr vəzifəsinə təyin olunduğu
ilk gündən Sadıq bəy təĢkilat-səfərbərlik məsələləri, polisin bütün
strukturlarının maddi-texniki təchizatı ilə məĢğul olmağa baĢlamıĢ-
dı. Onun ilk təkliflərindən biri Azərbaycan Xalq Cümhuriyyəti DĠN
üçün dövlər büdcəsindən ayrılan maliyyə vəsaitinin artrılması barə-
də idi.
Təyinat. 2 sentyabr 1919-cu il. Daxili iĢlər naziri əvəzi-vitse-
nazir, general-mayor M. Ağabəyzadənin əmri ilə ixtisasca hüquqĢü-
nas olan Əmir bəy Nəriman bəy oğlu Nərimanbəyov Bakının qu-
bernatoru, Əmir xan Cahangir xan oğlu Xöysaki isə onun böyük
köməkçisi vəzifələrinə təyin edilmiĢdi.
1919-cu ilin payızında Bakı quberniyasının təftiĢ edilməsi
haqqında məxfi məlumatları dinlədikdən sonra nazir əvəzi (vitse-
ministr) general-mayor M. Ağabəyzadə icarəyə verilən dövlət tor-
paqlarının xüsusi möhtəkirlərin əlinə düĢdüyünü, bu cür adamların
kənd təsərrüfatı ilə heç bir ümumi əlaqəsi olmadığını DĠN-in adın-
dan bəyan etmiĢ və həmin torpaqların ilk növbədə azərbaycanlı
kəndlilərə verilməsi təklifini irəli sürmüĢdü.
Məhəmməd Sadıq bəyin yaxından iĢtirakı ilə DĠN-in yeni
Ģtatları təsdiq edilmiĢ, əməkdaĢların maaĢları artırılmıĢdı. Belə ki,
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1919-cu il 20 mart tarixli
iclasında Daxili ĠĢlər Nazirliyinin Ģtatlarının təsdiqi məsələsinə bax-
mıĢ və onu geniĢ müzakirə etmiĢdi. Bu məsələ ilə çıxıĢ edən höku-
mətin Büdcə-Maliyyə Komissiyasının sədri Musa bəy Hacı Məm-
mədhüseyn oğlu Rəfibəyli (Rəfiyev) (Gəncə 1888 - Təbriz 1938)
bildirmiĢdi: ”1917-ci il fevral inqilabından sonra baĢ verən dəyiĢik-
liklər ilk növbədə Daxili ĠĢlər Nazirliyinə toxunub. Zaqafqaziya Ko-
missarlığı və sonrakı dövrlərdə də bir sıra dəyiĢikliklər olub, ancaq
DĠN-in Ģtatları indiyədək qnunveicilik qaydasında təsdiq edilməyib
ki, bu da onun öz iĢini normal davam etdirməsinə mane olur. Bakı-
da əvvəllər qubernatorun, qradonaçalnikin və quberniya Ġdarəsinin
dəftərxanaları ayrı-ayrılıqda mövcud idi. Sonra bu dəftərxanalar bir
dəftərxanada birləĢdirildi. Qubernator və qradonaçalnik əvvəllər
hərəsi bir köməkçiyə malik idilər. Ġndi Qradonaçalnikdə köməkçi-
nin əvəzinə qubernatorun kiçik köməkçisi vəzifəsi təsis olunur və
onun üzərinə gələcəkgə polisə rəhbərlik iĢi həvalə edilir. Dəftər-
85
xananın yanında quberniya Ġdarəsinin 3 məsləhətçisi, Arxitektura
ġöbəsinin rəisi, 1 katib, 2 köməkçi,1 mühafizə inspektoru, 11 gö-
zətçi və kuryerlər olacaq. Beləliklə, Qradonaçalnikliyin yanında xü-
susi tapĢırıqlar üzrə 4 məmurun əvəzinə 2 nəfər, 8 kargüzar əvəzinə
4-6 kargüzar köməkçisi əvəzinə 3 və 30 dəftərxana məmuru əvəzinə
20-si qalacaq.
ĠĢ həcminin böyüməsi ilə əlaqədar olaraq, polismeysterin ikin-
ci köməkçisi vəzifəsi təsis olunur. Əvvəllərdə bu vəzifəni pristav-
lardan biri icra edirdi ki, bu da onun birbaĢa öz vəzifəsinin icra
etməsini çətinləĢdirirdi. ġəxsi heyət 320 nəfər artırılır.Bunlardan
225 nəfəri piyada və 95-i süvari qorodovoydur.Bakı qəza rəisi
vəzifəsi də ləğv edilir və bu qəzanın bütün ərazisi Balaxanı-Sabunçu
Polismeysterliyinə birləĢdirilir, orada 1 köməkçi olacaqdır. Qorodo-
voyların sayı da artırılır,150-dən 200-ə çatdırılır.Bir sıra qəzalarda
bu zəruri deyildi, çünki onları mühafizə polisinin zabitləri əvəz
edirdi. Ġndi bu vəzifə də ləğv edilir.
Cavad qəzası (Mərkəzi Salyan idi) (indiki Salyan, Neftçala,
ġirvan, Biləsuvar, Sabirabad, Saatlı, ĠmiĢli, Beyləqan əraziləri) və
Göyçay qəzalarında 2 yeni sahə pristavlığı təsis olunur. Sahə pris-
tavlıqları yanında pristav köməkçisi vəzifəsi də təsis edilir.Bir sıra
Ģəhərlərdə, məsələn, Quba, Salyan və Lənkəranda indiyə kimi cəmi
1 pristav var.Ġndi yeni layihə üzrə 2-ci pristav vəzifəsi də təsis olu-
nur. Bakı Cinayət–Xəfiyyə ġöbəsi nəzarətçilərinin sayı 10 nəfərdən
15 nəfərə qaidırılır. Agentlərin sayı isə, əksinə, 50 nəfərdən 30 nəfə-
rədək endirilir. ġuĢa qəzasının iri Ağdam kəndində pristav vəzifələri
təsis edilir”.
M. Rəfibəyli sonra sözünə davam edərək,demiĢdi: ” KeçmiĢ
Zaqatala Dairəsi ləğv edilir və quberniya yaradılır. Orada inzibati
idarəçiik qubernatordan, onun 1 köməkçisindən, 1 məsləhətçidən,
xüsusi tapĢırıqlar üzrə 1 köməkçidən, 1 mühəndisdən, 2 kargüzar-
dan, 6 dəftərxana qulluqçusundan, 6 kuryerdən, 6 sahə pristavından
və onların 6 köməkçisindən, 6 dəftərxana məmurundan və 6 gözət-
çidən ibarət olaraq təĢkil edilir. Qaxda əvvəllər mövcud olan kənd
starĢinaları qalır. Zaqatala Ģəhərinin özündə pristav və 2 nəzarətçi,
15 qorodovoy və 2 kuryer var. ġəriət məhkəməsi də var ki, bu da
məhkəmənin sədrindən, 6 üzvdən, 1 kargüzardan, 3 dəftərxana mə-
86
murundan və 2 kuryerdən ibarətdir. Quberniyada 1 gözətçi inspek-
toru, 20 böyük gözətçi və 15 kiçik gözətçi heyəti var (gözətçilər
yəni, polis strajnikləri; çar Rusiyası dövründə 19-cu əsrin 90-cı il-
lərində Azərbaycan ərazisində qaçaqçılıq və kəndli hərəkatı geniĢlə-
nən zaman onunla mübarizə, habelə inqilabı hərəkatı yatırtmaq üçün
ayrıca polis komandası - polis strajası (strajnikləri) yaradılmıĢdı.
Polis strajası 1899-cu il avqustun 1-dən fəaliyyətə baĢlamıĢdı. Polis
strajnkləri uryadniklərə tabe idilər. Srajniklər 1918-1920-ci illərdə
əsasən Azərbaycanın sərhədlərini qoruyan polis qüvvəsi idi). Hesab
olunur ki, Azərbaycan kimi çoxda böyuk olmayan ölkədə quber-
natorların vəzifələrinə... ehtiyac yoxdur. Onların ləğvi vasitəçiliyi
aradan götürər və Daxili ĠĢləır Nazirliyinin xalqa daha yaxın olma-
sını asanlaĢdırar...
Əmək haqlarının artırılmasına da ehtiyac var. Çünki əməkdaĢ-
ların maaĢı digər nazirliklərlə (məsələn, maliyyə, ədliyyə və s.) mü-
qayisədə çox aĢağıdır. Buna görə DĠN qulluqçularının maaĢları yeni
Ģtat üzrə 16 dərəcəyə bölünməklə aĢağıdakı kimi olacaqdır :
1-ci dərəcə. Bakı qubernatorunun əmək haqqı ayda 3. 600
manat, digər qəzaların qubernatorlrı üçün 3. 000 manat;
2-ci dərəcə. Bakı vitse-qubernatorunun maaĢı-ayda 2. 700
manat, digər yerlərdə 2. 500 manat;
3-cü dərəcə. Bakı qubernatorunun kiçik köməkçisinin maaĢı-
ayda 2. 500 manat;
4-cü dərəcə. Bakı polismeysterinin maaĢı-ayda 2. 300 manat;
5-ci dərəcə. Bakı polismeysterinin böyük köməkçisinin və
Xəfiyyə ġöbəsi rəisinin maaĢı – ayda 1800 manat;
6-cı dərəcə. Qulluqçular – Bakıda 1600, Bakıdan kənarda
1500 manat;
7-ci dərəcə. Qulluqçular –Bakıda 1500, Bakıdan kənar 1400
manat;
8-ci dərəcə. Qulluqçular - Bakıda 1400, Bakıdan kənar 1200
manat;
9-cu dərəcə. Qulluqçular - Bakıda 1300, Bakıdan kənar 1200
manat;
10-cu dərəcə. Qulluqçular - Bakıda 1200, Bakıdan kənar 1100
manat;
Dostları ilə paylaş: |