117
Ģun arasında bolĢevizmi yaysın. Hərbi nazir təsdiq edir ki, bu cür
təbliğat nəticəsində hazırda orduya çağırlanların sayı xeyli azalmıĢ-
dır və qorxur ki, tamam heçə enə bilər.
Məlumat üçün bunu bildirməklə Siz cənablarınızdan xahiĢ
edirəm ki, Nərimanov Sizin general-qubernatorluğunuzda peyda
olsa, onun tutulması barədə sərəncam verəsiniz.
Bu barədə Gəncə qubernatoruna da mənim tərəfimdən teleq-
rafla məlumat verilmiĢdir.
Daxili iĢlər naziri: Xasməmmədov”.
X. Xasməmmədov daxili iĢlər naziri iĢlədiyi dövrdə bir isla-
hatçı kimi Azərbaycan polisinin fəaliyyətinin təĢkilinin planauyğun
Ģəkildə gücləndirilməsinin konsepsiyasını irəli sürmüĢdü.Onun döv-
ründə Azərbaycan Xalq Cümhuriyyəti DĠN-in və orqanlarının for-
malaĢmasının ikinci mərhələsi baĢlanmıĢdı. Xəlil bəy polis məmurl-
arının özbaĢınalığı və sui-istifadə hallarına qarĢı sərt tədbirlər
görürdü...
O, qatı, siyasi və transmilli cinayətkarlıqla mübarizədə Bakı-
dakı müttəfiq dövlətlərin Müvəqqəti Polis Komissarlığı ilə birgə
fəaliyyətin və əməkdaĢlığın həyata keçirilməsinə çalıĢırdı.Onun
1918-ci il dekabrın 9-da Bakıdakı müttəfiq dövlətlərin qoĢunlarının
komandanı, general-mayor V. Tomsona raportunda “DaĢnaksütyun”
partiyasının fəal üzvləri Stepan Lalayan, Türkiyədə çetebaĢı (quldur
baĢçısı),”qulağı kəsik”, ”qanlı” Andronik Ozanyan Torosi (1865-
1927); ermənilər onu “erməni Harribaldisi” kimi qələmə verir-
dilər), Dro (Drastamat) Kanayan, Qaregin Njde, Tatevos Əmirov,
Amazasp və digərlərinin baĢçılığı ilə erməni cəza (bandit) dəstələri-
nin Azərbaycan ərazisində törətdikləri cinayətkar fəaliyyətindən
bəhs edir və onlara qarĢı mübarizədə müttəfiqlərin polis qüvvələ-
rinin də cəlb olunmasını, Azərbaycan polisi ilə birgə mübarizəsinin
təĢkilində kömək göstərilməsini zəruri hesab edirdi.
X.Xasməmmədov Parlamentdəki çıxıĢılarından birində bildir-
miĢdi ki, hazırda polisdə faktiki mövcud olan digər köməkçi
vəzifələri və xidmətləri qanuniləĢdirmək lazımdır. Xəlil bəy keçmiĢ
çar Rusiyası DĠN-in tipində yaradılmıĢ Azərbaycan polisinin ayrı-
ayrı xidmət sahələrinin saxlanılmasının tərəfdarı idi...
118
...Azərbaycan DĠN-in maliyyə durumu heç də ürəkaçan
deyildi. Belə ki, 1919-cu ilin yanvarına olan məlumata görə, DĠN-ə
dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti cəmi 114.634.614 rubl
təĢkil edirdiki, buda digər nazirliklərlə müqayisədə ən aĢağı məbləğ
idi.Məsələn, əgər hökumət 1919-cu ilin dövlət büdcəsində Yollar
Nazirliyinə 515.318.578 rubl, Hərbi Nazirliyə 399.454.242 rubl,
Maarif Nazirliyinə 103.055.150 rubl,Ticarət Nazirliyinə 51.314.981
rubl, Ədliyyə Nazirliyinə 34.381.059 rubl, hətta Poçt və Teleqraf
Nazirliyinə 22.051.524 rubl ayırmıĢdı.Odur ki, X.Xasməmmədovun
təqdimatı və təklifləri əsasında Azərbaycan hökuməti 1919-cu ilin
əvvəlində həmin il üçün Daxili ĠĢlər Nazirliyinin illik büdcə xərc-
lərini artıraraq 20 milyon manat miqdarında müəyyən etmiĢdi.
X.Xasməmmədovun rəhbərliyi altında DĠN xətti ilə həyata
keçirilən, keçmiĢin müsbət təcrübəsi nəzərə alınmaqla və dövrün
tələblərinə uyğun yenidən sağlam əsaslarla davam etdirilən zəruri
dəyiĢikliklər idi. Xəlil bəyin əmri ilə əvvəllərdən mövcud olan qoro-
dovoy, pristavlıq və qəza rəisliyi institutları, qubernatorluq və qu-
berniya inzibati idarəçiliyi, o cümlədən Bakı və Balaxanı-Sabunçu
Polismeysterliyi saxlanmıĢdı. 1919-cu ilin əvvəllərində Daxili ĠĢlər
Nazirliyinə tabe olmaqla Bakı Qradonaçalnikliyi də bərpa olunmuĢ-
du.Ümumiyyətlə,bütün ölkədə xalis polis xidmətinə keçilmiĢdi.
Xəfiyyə mühafizə xidmətində də heç bir dəyiĢiklik edilməmiĢdi.
Bakı Ehtiyat polisi və qorodovoylar məktəbinə qəbul da bərpa olun-
muĢdu. AbĢeron yarımadası hüdudlarını əhatə edən xüsusi general-
qubernatorluq yaradılmıĢdı.
1919-cu il martın 20-də Azərbaycan Xalq Cümhuriyyəti Par-
lamentinin iclasında Daxili ĠĢlər Nazirliyi iĢçilərinin əmək haqları-
nın artırılması məsələsi müzakirə olunmuĢdu. Bu vaxt Parlamentdə
6 nəfərlə təmsil olunan “DaĢnaksütyun” fraksiyasının lideri ArĢak
Malxazyan (“DaĢnaksütyun”dan əlavə Parlamentdə “Erməni fraksi-
yası” da vardı, lideri ArĢak Paronyan idi) söz alıb yeni Ģtatlar layi-
həsinin iclasın gündəliyinə salınmasına eirazını bildirərək,bunu belə
əsaslandırmıĢdı ki, güya bu, Parlamentin Əsasnaməsinin 86, 87 və
103-cü maddələrinə ziddir, həm də bunun hələ vaxtı çatmayıb.Bu
yerdə Xəlil bəy söz alaraq söyləmiĢdi:
119
- Daxili ĠĢlər Nazirlyi tərəfindən Parlamentin iclasına təqdim
olunan Ģtatların təsdiq edilməsi barədə qanun layihəsi üç məqsəd
güdür: 1-cisi, qulluqçuların əmək haqqını artırmaq; 2-cisi, bir sıra
yerlərdə qulluqçuların sayını çoxaltmaq və 3-cüsü, bir sıra idarələr
və vəzifələr var ki, hazırda faktiki fəaliyyət göstərirlər, onların
fəaliyyətini qanunla təsdiq etmək”. O, daha sonra demiĢdi: ”Biz bu
layihədə Nazirliyin gələcək quruluĢunu təqdim etmiĢik. Bundan əla-
və mütləq ləğvedici komissiya yaratmaq lazımdır ki, o 2 ay ərzində
Gəncədə və digər yerlərdə ləğv edilmiĢ polis strukturlarının sənəd-
lərini nəzərdən keçirib onlara xitam verilməsini baĢa çatdırsın”.
Layihənin təsdiqi növbəti iclasa keçirilmiĢdi.Azərbaycan
Parlamentinin 1919-cu il 3 aprel tarixli növbəti iclasında çıxıĢ edən
müsavatçı Ağa Əminov (1888-1921) ununla əlaqədar bildirmiĢdi:
”Daxili ĠĢlər Nazirliyi ən iri təĢkilatdır və o, böyük iĢ aparır.
Əlbəttə,onun fəaliyyətindədə çatıĢmazlıqlar var. Lakin hesab edirəm
ki, biz təqdim olunan bu qanun layihəsini indi qəbul etməliyik”.
Onun təklifindən sonra Azərbaycan hökumətinin Büdcə-Maliyyə
Komissiyası tərəfindən Daxili ĠĢlər Nazirliyinin yeni Ģtatları üzrə
aĢağıdakı yeniliklər bəyan olundu:
1. Zaqatala Ģəhərində pristav vəzifəsi polismeyster vəzifəsi ilə
əvəz edilir.Zaqatala pristavı Nuxa və ġuĢa pristavları ilə eyni
miqdarda maaĢ alacaqdır.
3. 1) Bakı polismeysternin əmək haqqı 2.300, qulluqçuların
maaĢı isə ayda 1800 manata çatdırılır.
4.Yeni maaĢlar bu il yanvarın 1-dən qüvvədə sayılır.
5.Əmək haqlarının qaldırılması haqqında hazırkı qanun hü-
quq-mühafizə orqanlarında öz xidmətlərini tərk edən Ģəxslərə Ģamil
edilmir.
6.Atlar üçün yem pulunun miqdarı Bakı və Balaxanı-Sabunçu
polismeysterlikəri üzrə ayda 600 manat (ildə 7.200 manat)... müəy-
yən edilir.
9. Qəza rəislərinin yol pulu ildə 8.400 manat, onların kömək-
çiləri üçün 4.200 manat, sahə pristavları üçün 3.000 və onların
köməkçiləri üçün 1800 manat müəyyən edilir.
...Azərbaycan Parlamentinin 9 aprel 1919-cu il tarixli icla-
sında Daxili ĠĢlər Nazirliyinin həmin müzakirə edilən 14 maddədən
Dostları ilə paylaş: |