KəRĠm ağa fateh



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə1/7
tarix03.08.2018
ölçüsü1,12 Mb.
#60578
  1   2   3   4   5   6   7


 

 



 

 

 

 

KƏRĠM AĞA FATEH 

 

ġƏKĠ XANLARININ MÜXTƏSƏR TARĠXĠ 

 

 

 

 

 

 

 

 

HACI SEYĠD ƏBDÜLHƏMĠD 

 

ġƏKĠ XANLARINI VƏ ONLARIN NƏSĠLLƏRĠ 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“AZƏRBAYCAN   ENSĠKLOPEDĠYASI” 

NƏġRĠYYAT-POLĠQRAFĠYA BĠRLĠYĠ 

BAKI  -  1993

 

 


 

BuraxılıĢına məsul:       Rza Əsgəroğlu. 



Korrektor:                     N.Hüseynova 

 

KƏRĠM  AĞA  FATEH.   “Şəki xanlarının müxtəsər tarixi”. 

 

HACI     SEYĠD      ƏBDÜLHƏMĠD. “Şəki xanları və onların 

nəsilləri”. 



 

2-ci, təkrar nəşri. 

“Azərbaycan  Ensiklopediyası” NPB 

B. 1993, 32 səh. 



 

Şəki  xanlığının  tarixindən  bəhs  edən  bu  kitabçada  verilmiş 

əsərlər  Azərbaycanın  XVIII-XIX  əsrlər  tarixinə  dair  mühüm 

mənbələrdən sayılır. Vaxtilə cəmi üç min nüsxə ilə  çap olunmuş  bu 

kitabçanın təkrar nəşri geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. 

 

 

 

0503000000-77        27-91 

M – 657 (07)- 93 

 

ĠSBN5 – 89600 – 007 – 4 

 

 

 



 

 

Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyat, 1958. 



© “Azərbaycan Ensiklopediyası” Nəşriyyat – Poliqrafiya Birliyi. 

Bəzi düzəlişlərlə təkrar nəşr, 1993. 



 

 


 

ÖN SÖZ 



 

Oxuculara  təqdim  etdiyimiz  “Şəki  xanlarının  müxtəsər  tarixi”,  “Şəki 

xanları  və  onların  nəsilləri”  adlı  əsərlər  Azərbaycanın  XVIII-XIX  əsrlər  tarixinə 

aid mühüm mənbələrdən hesab olunur. 

“Şəki  xanlarının  müxtəsər  tarixi”  elm  aləminə  hələ  1858-ci  ildən 

məlumdur. Həmin ildə akad. B.Dorn Azərbaycan dilində  yazılmış bu əsərin əslini 

“Əl-İntixabat-ül-bəhiyyə”  adlı  külliyatda  topladığı  tarixi  əsərlər  sırasında 

Peterburqda nəşr etdirmişdir.  Altmış altı il  keçdikdən sonra, həmin əsərin əsli   və 

ruscaya  tərcüməsi  “Azərbaycanı  Tədqiq  və  Tətəbbə  cəmiyyəti”  tərəfindən  nəşr 

etdirilmişdir.  Lakin təəssüflə  qeyd etmək lazımdır ki, hər iki nəşrdə əsərin həqiqi 

müəllifini  müəyyən  etməkdə  bağışlanılmaz  səhvə  yol  verilmiş  və  əsəri  başqa  bir 

şəxsin, bu əsərlə heç bir əlaqəsi olmayan adamın adı ilə nəşr etdirmişlər. 

B.Dorn yuxarıda göstərdiyimiz külliyatın 13-cü səhifəsində əsərin müəllifi 

haqqında belə deyir: “1858-ci ildə bu əsərin müəllifi haqqında Xanıkov  mənə belə 

yazmışdır: “Kiçik Şəki tarixinin müəllifi mənim dostum, nəslənbənəsl Şəki qazısı 

olan Hacı Əbdüssəlim

1

 əfəndinin oğlu Hacı  Əbdüllətif əfəndidən başqa kimsə ola 



bilməz. İndi bu adam altmış yaşındadır. O, ərəbcəni gözəl bilir, fars şerilə də xeyli 

məşğul olmuşdur. 1845 və 1846-cı illərdə o, İstanbula, Misirə və Məkkəyə getmiş, 

oradan  Suriya,  Bağdad,  Kərbəla,  Həmədan,  Tehran,  Təbriz  və  Şuşa  təriqilə 

vətəninə qayıtmışdır. 1848-ci ildə o, Dağıstan səyahətinə çıxmış və həmin vaxtdan 

Nuxada öz ailəsilə birlikdə rahat yaşamaqdadır. Bu xoş sima qoca, türkcə və farsca 

gözəl danışır. Mən 1848 və 1849-cu illərdə, iki dəfə ona qonaq olmuşam”

2

  

Buradan  aydındır  ki,  B.Dornu  bu  səhvə  sövq  edən  məruf  şərqşünas  və 



xüsusilə Qafqaz mütəxəssisi olan N.Xanıkovun belə bir qətiyyətlə verdiyi məlumat 

idi.  Bizcə,  əsərin  əlyazması  B.Dorn  və  N.Xanıkov  tərəfindən  dərindən  tədqiq 

edilməmiş  və  bu  da  belə  bir  səhvin  meydana  çıxmasına  səbəb  olmuşdur.  Bu 

şərqşünasların ardınca kor-koranə gedən prof. N. İ. Aşmarin və əsərin  1926-cı il 

nəşri  üçün  tərcümə  edən  A.  Dadaşov

3

   eyni  səhvi  təkrar  etmişlər.  N.  İ.  Aşmarin 



kitabın  müqəddiməsi  əvəzinə  yazdığı    24  sətirlik  məqalədə  N.  Xanıkovun    B. 

Dorna yazdığı məlumatdan başqa əsərə heç bir şey əlavə edə bilməmişdir. Bu isə 

əsərin  N.  İ.  Aşmarin  tərəfindən  nəinki  tədqiq  edilmədiyinə,  bəlkə  sadəcə  olaraq 

oxunmadığına belə dəlalət edir. 

                                                           

1

 



Bax: S.Mümtaz.  “Tənqid və mülahizələr”. “Maarif  işçisi” jurnalı 

N 2-3 (43-44), Bakı,1929. 

2

 Əbdüllətif  əfəndi  haqqında  daha  müfəssəl  məlumat  almaq  üçün  «Колониаьная  политика 



Российкого царизма в Азербайджана», II hissə, M.-L.,SSRİ EA  Nəşriyyatı,  1937 , səh. 25, 26, 28, 

29, 32, 344 səhifələrə və S.Mümtazın yuxarıda göstərilən məqaləsinə bax. 

3

 Əbdüllətif Əfəndi. “Şəki xanlarının müxtəsər tarixi” 



Azərbaycanı Tədqiq və Tətəbbə cəmiyyiti. Bakı, 1926. 


 

Bu səhv ilk dəfə S.Mümtazın  “Maarif işçisi” jurnalının 1929-cu il  2 və 3-



cü  nömrələrində  dərc   etdirdiyi  “Tənqid və  mülahizələr”  adlı  məqaləsində  aşkara 

çıxarılmışdır. S.Mümtaz qənaətləndirici dəlillərlə sübut etmişdir ki, bu kiçik , lakin 

olduqca  qiymətli  əsərin  müəllifi  Hacı  Çələbi  nəslindən  olub,  Şəkinin  son  xanı    -  

Fətəli xanın oğlu, Fateh təxəllüsü ilə şer yazan  Kərim ağadır. 

S.Mümtaz  həmin  əsəri  tədqiq    və  başqa  məxəzlərə  müraciət  edərək  belə 

bir  nəticəyə  gəlir:  “Fətəli  xan,  məşhur  Hacı  Çələbi  xanın  nəticəsi,  Həsən  ağanın 

nəvəsi 

və 


Məhəmmədhüseyn 

xan 


Müştaq 

təxəllüslünün 

oğludur. 

Məhəmmədhüseyn xanın üç oğlu var idi ki, onlar da Məhəmmədhəsən xan, Fətəli 

xan və Səlim xandan ibarət idi. Məhəmmədhəsən xan ilə Səlim xanın hər birinin üç 

oğlu olduğu halda, Fətəli xanın yalnız  bir oğlu var idi ki, o da türki və farsi şerləri 

ilə məşhur olan Kərim ağa Fatehdir”. 

Bu  sözlərin  həqiqət  olduğunu  müəllifin  özü  tərəfindən  tərtib  olunan  və 

əsərin  sonuna  əlavə  edilən  sülalə  cədvəli  və  əsərdə  nəzərə  çarpan  ayrı-ayrı 

cümlələr  təsdiq  edir.  Doğrudur,  müəllif  Şərq  adətinin  əksinə  olaraq,  istər  əsərin 

əvvəlində,  istərsə  də  sonunda  öz  adını  çəkmir,  lakin  o,  S.Mümtazın  dediyi  kimi, 

“əsərin  içində  bu  nöqtəni  anlatmaq  üçün,  bəzi  yerdə  lazımi  dərəcədə  məlumat 

vermişdir”. Məsələn, biz 19-cu səhifədə belə cümlələrə rast gəlirik. “Mənim atam 

Fətəli xan, Məhəmmədhəsən  xanın qardaşıdır. Onun anası  Ərəş sultanının qızıdır. 

Ərəş  sultanı  Məlik  Əlinin  oğlanları  o  vaxtda    Ərəşdə  böyük  ,  sikkəli  və  güclü 

bəylər  imiş  ki,  Fətəli  xanın  anasının  qardaşlarıdır.  Məhəmmədhəsən  xan  Fətəli 

xanın qohumları böyük və çox olmaq və özü də Hüseyn xanın istəkli oğlu olmaq 

səbəbindən ehtiyat edir ki, bəlkə xarab (xəyanət) eləyə, tutub Fətəli xanın gözlərini 

çıxardıb, özü də evində dustaq edər”. 

21-ci  səhifədə  yazılmışdır:  “Şəki  əhli,  böyük-kiçik  yığılıb  mənim  atam 

Fətəli xanın üstünə cəm olub, andlar içib, bərk ittifaq edib, tarixi islamiyyə min iki 

yüz on doqquzla olanda xan edərlər. İki üç ay xanlıq edər”. 

Yenə  orada:  “Mustafa  xan  görər  ki,  fikri  əmələ  gətirə  bilməz  və  Fətəli 

xanın  yanını  adam  göndərər  və  dostluq  edər  ki,  oğlunuda  da  göndərsin,  bir  neçə 

vaxt yanında qalsın. Məndə kiçik idim. Atam məni Şirvana göndərdi.” 

Nəhayət,  müəllif  axırda  özü  haqqında  belə  yazır:  “Səlim  xan  bir  az  dava 

edər,  bacarmaz,  çıxıb  Qızılbaş  tərəfinə  qaçar.  Nebolsin  yanaral  bu  vilayətin 

ixtiyarın  yenə  Fətəli  xana  verər.  Amma  Xoylu    Cəfərqulu  xan  Şəki  vilayətini 

padşahi-aləmpənahdan  istəyib,  padşah  da  ona  veribdirmiş.  Sonra  tarixi  islamiyyə 

min iki yüz iyirmi birdə olanda Cəfərqulu xan padşahın əmri ilə Şəki vilayətində 

xan oldu. Mən də Cəfərqulu əyyamı Şəkiyə gəldim”. 



Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə