KəRĠm ağa fateh



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə3/7
tarix03.08.2018
ölçüsü1,12 Mb.
#60578
1   2   3   4   5   6   7

 

Levond  xan  bilə  Gələsən-görəsən  qalasının  üstünə  göndərdi;  və  bir  para  xanları 



Əbruz ətəyində olan sığnaq üstünə göndərdi. 

Kiş qalasına gedən xanlar qalaya top və tüfəng urdular. Qala əhli gördülər 

(ki) qala xarab olur. Qalanın yaharın (açarın) özlərilə götürüb, padşahın hüzuruna 

gəldilər. Padşahın bunlara şəfəqqəti oldu və xələt verdi. Sonra padşah buyurdu Kiş 

qalasın söküb, xarab elədilər. Və padşah özü də qoşun ilə  sığnaq tərəfinə  hərəkət 

elədi. 


Sığnaq  əhli  padşahın  gəlməyin  və  Kiş  qalasının  xarab  olmağın  görüb, 

dəstə-dəstə, fovc-fovc padşahın hüzuruna gəlib, icz izhar elədilər. 

Dərviş Məhəmməd xan, bu adamların getməyin və özləri yalquz qalmağın 

görüb, peşiman olub bir gecə 400 adam götürüb, Gələsən-görəsəndən çıxdı ki, qaça 

gedə.  Bir  para  xanlar  ki,  Levond  ilə  o  həvalidə  durmuşdular    Dərviş  Məhəmməd 

xanın getməyin bilib, qoşun əhli yolların tutubdurlar. Bir az yol getməmiş bunlara 

çatıb,  dava  elədilər.  Dərviş  Məhəmməd  xanın  çox  adamları  ölüb,  Dərviş 

Məhəmməd xan özü şamlu Çərəndab Soltanın nökəri Kosa Pirqulu adlı ilə bərabər 

gəlib, dava elədilər. Kosa Pirqulu buna artıq gəlib başın kəsib, padşahın hüzuruna 

gətirdi. Padşah buna çox pul və xələt verdi və Şəki vilayətini zəbt elədi. Bu yerəcən 

“Aləm-ara” kitabinda yazıbdır. 

Dərviş Məhəmməd xanın oğlu Baqi bəy uşaq qalıbdır. Dərviş Məhəmməd 

xan öləndən sonra Şəki vilayətindən bir Hüseyncan adlı bir rəşid kimsə şaha qulluq 

edərmiş.  Şah  Təhmasib  onu  Şəki  mahalında,  fərman  verib,  məlik  edib.  Məlik 

Hüseyncan deyibdirlər və dəxi (daha) Şəki vilayətində xan qayırmayıb. Və Məlik 

Hüseyncanın oğlu  –  Məlik  Ziyaüddin Əhməd  yüzbaşı,  onun oğlu  –  Məlik Qasım 

yüzbaşı,  onun  oğlu  –  Məlik  Əhməd  xandır.  Bir  neçə  arxa  Şəki  mahalında  bular 

məliklik edibdirlər. Bulara Əskiməliklü deyərlər. 

Məlik Əhməd xan öləndən sonra uşaqları qalıb, Səfəviyyə padşahının biri 

adam  göndəribdir  ki,  Şəki  mahalının  neçə  əşya  (sənəlik)  şahın  dəxlin  onun 

övladından  alın.  Mühəssil  gəlib,  bunların  özlərin  və  övrətlərin  döyüb,  tamam 

mallarin  alıb  və  məliklik  adın  kəsib,  bir  özgə  nəsildən  bir  məlik  Şəki  mahalına 

fərman verib, məlik edibdir. Onun adı Məlik Hüseyn Saqidir. Bular da iki-üç arxa 

məliklik  edibdir.  Biri  Məlik  Əlmərdən  və  biri  də  Məlik  Nəcəfdir  ki,  bular  da  o 

nəsildəndir. Axırki Məlik Nəcəfdir, padşah (Nadir şah?) əyyamı malikdir. Və Baqi 

bəy ki Dərviş Məhəmməd xanın oğlu idi, onda bəylik olmayıb, onun oğlu Əlican, 

onun oğlu Əsgər və Əsgərin oğlu Alahverdi, onun oğlu Əlican və Əlicanın iki oğlu 

olub:  biri  Qurban  və  biri  Əhməd.  Qurbanın  oğlu  Hacı  Çələbi  və  Əhmədin  oğlu 

Hacı Şeyxəli. Hacı Çələbinin   Məlik Nəcəf məlik olanda, Şəkidə el arasında abru-

dövləti varmış. Hacı Şeyx Qulunun (Şeyx Əlinin) da dövləti varmış. Amma Hacı 

Çələbinin sikkəsi və rəşadəti ondan artıq imiş. 

Məlik  Nəcəf  padşahdan,  özündən  qulluq  olanda  sünni  əhlinə  çox  həvalə 

edərmiş və sünni əhlini çox incidərmiş. Sünni əhli bunun işindən təngə gəlib Nadir 

şaha ərz eylədilər ki, məlik qızılbaş olmaq səbəbi ilə bizi çox incidir. Qulluq dərgar 




10 

 

olanda  qızılbaş  əhlindən  bizə  çox  artıq  qoyur,  bizləri  xarab  eləyibdir.  Padşahın 



rəiyyəti  varıq.  Allah  xatirinə  bizə  bir  çarə  elə.  Padşah  onlara  buyurubdur  ki,  siz 

sünni  əhlindən  bir  yaxşı  adam  qəbul  eləyin,  qayırın  sünni  əhlindən  vəkil,  mənim 

yanıma gəlsin. Ona fərman verib, mən də vəkil elərəm ki, məlik onsuz bir iş duta 

bilməsin.  Sünni  əhli  şahın  əmrinə  görə,  məşvərət  edərlər  ki,  Hacı  Çələbinin  ata-

babalarında böyüklük var və özü də rəşid  və iş bilən adamdır. Bunu vəkil eləyək. 

O  vaxt  Hacı  Çələbi  də  (hələ)  həccə  getməmişmiş,  adına  Çələbi 

deyərlərmiş.  Xalq  bunu  vəkil  edib,  padşahın  hüzuruna  göndərərlər.  Şah  buna 

fərman  verib,  Şəki  mahalına  vəkil  edər  ki,  Məlik  Nəcəf  bunsuz  rəiyyətə  qulluq 

həvalə  eləməsin.  Fərman  alıb  Şəkiyə  gəlir,  adına  vəkil  Çələbi  deyibdirlər.  Məlik 

Nəcəfi  qoymazmış  ki,  sünni  əhlin  bihəq  yerə  incitsin.  Məlik  Nəcəf  bundan  ürəyi 

kinli,  ədavətli  olub,  bəhanə  axtarırdı  ki,  bunu  şahın  yanında  sahibi-təqsir  eləsin. 

Neçə vaxt bundan keçəndən sonra məlik şahın yanına gedər. Şah da  İran-Xarabda 

imiş. Şaha  ərz  elər ki,  Çələbi  məni qoymur  ki,  şahın qulluğun rəiyyətə  buyuram. 

Şahın qulluğunu tutmurlar. Nə özü qulaq asır, nə xalqı qoyur. Şah qəzəbnak olub, 

Çələbini  istər,  Çələbi  şahın  qulluğuna  gedər.  Şaha  bunun  gəlməyi  məlum  olur. 

Hüzura  istər.  Məlik  də  hüzurda  varmış.  Şah  Çələbiyə  acıqlanıb  ki,  mənim 

qulluğumu  nə  üçün  qoymursan  əmələ  gələ.  Bunu  öldürün!  Çələbinin  boğazına 

kəndir  salırlar.  Bu  halda,  kəndir  boğazında,  ərz  eləyər  ki,  başına  dönüm,  mənim 

təqsirim  nədir,  bihəq  yerə  məni  öldürürsən?  Şah  buyurur  ki,  məlik  deyir:  Çələbi 

qoymur şahın qulluğu əmələ gələ. Ərz eylər ki, sənə fəda olum, məsələn şahdan bir 

qulluq  gəlsə  məlik  dört-beş  qulluq  da  onun  üstünə  qoyub  rəiyyətə  həvalə  eylər. 

Mən deyirəm ki, şah məni vəkil edibdir. Razı olmanam ki, şahın rəiyyəti (ni) əbəs 

yerə  xarab  eləyəsən.  Məlik  bu  səbəbdən  xilaf  yerə  ərz  eylər.  Rəiyyət  padşahın 

ixtiyarındadır. 

Məlik  bu  sözdən  çox  qorxub,  şah  məlikə  çox  qəzəbnak  olub,  Çələbini 

mürəxxəs  eləyib,  irəlikindən  artıq  hökm  verib.  Çələbi  şahın  hüzurundan  çıxıb, 

fərmanın alıb, Şəkiyə gəlir və (şah-red.) Məliki də çox söyüb, Şəkiyə göndərir. Şah 

gecə  fikir  eləyib,  öz  əmirlərinə  buyurur  ki,  mənim  hüzurumda  bir  kəsin  həddi 

yoxdur  ki,  nəfəs  çəkə.  Şəkili  Çələbi  nə  cürət  sahibi  varmış  ki,  boğazında  kəndir 

cürət eləyib  bu  ərzləri mənə  elədi.  Heç sözün yanılmadı.  Əlbəttə  bundan bir xəta 

əmələ gələcək. Mənim zənnim xəta olmaz. 

Bir  neçə  vaxtdan  sonra  məlik,  Hacı  Çələbidən  yenə  pis  sözlər  şaha  ərz 

elər.  Şah  mühəssil  göndərir  ki,  Hacı  Çələbidən  yüz  tümən  cərimə  alın.  Mühəssil 

gəlib  Hacı  Çələbidən  pulu  istər.  (Çələbi  –  red.)  Vermənəm,  cürmüm  nədir  ki, 

cərimə  verim,  vermənəm  (deyər).  Bir  neçə  gün  keçər.  Sonra  mühəssil  deyər  ki, 

pulu  ver,  yoxsa  güclə  döyərəm  allam.  Hacı  Şeyxəli  ki,  Hacı  Çələbinin  əmisidir, 

deyər:    “Çələbi,  şahın  nökəri  ilə  yüzləşmə,  pulu  ver”.  Hacı  Çələbi  verməz.  Hacı 

Şeyxəli çox dövlətli imiş. Oğluna deyər ki, get evimdən pul gətir, cəriməni verək. 

Hacı Çələbi deyər: sən də vermə. Hacı Şeyxəli onun sözünə baxmaz. Gətirər pulu 



Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə