KəRĠm ağa fateh



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə4/7
tarix03.08.2018
ölçüsü1,12 Mb.
#60578
1   2   3   4   5   6   7

11 

 

verər.  Mühəssil  cəriməni  alır,  gedir.  Şaha  burda  keçən  işləri  ərz  eylər  ki,  Hacı 



Çələbi pulu vermirdi, əmisi verdi. Onu da qoymurdu. Sözünə baxmadı verdi. 

Bir neçə vaxtdan sonra Məlik Nəcəf, padşaha Hacı Çələbidən yenə təqsir 

ərz  elər.  Şah  bu  dəfə  Hacı  Çələbini  istər  ki,  hüzura  gəlsin.  Adam  gəlir  Hacı 

Çələbiyə  deyər.  Hacı  Çələbi  bilir  ki,  bu  dəfə  yenə  şah  buna  şübhə  edəcək.  Hacı 

Çələbi,  hər  nə  ki,  sünni  əhlinin  böyükləri  və  yüzbaşıları  var,  xəlvət  yığıb,  cəm 

eylər.  Deyər  ki,  şah  məni  istəyibdir,  amma  bu  dəfə  getsəm  bilirəm  ki, 

gəlməyəcəyəm.  Nə  deyirsiz.  Bular  tamamən  deyərlər  ki,  sən  getsən  biz 

Qızılbaşların  qulluğuna  tab  və  taqət  gətirmənik.  Səni  getməyə  qoymanıq.  Deyər: 

bəs indi mən nə desəm elə elərsiz? Deyərlər: Elərik. 

Sabahdan  Hacı  Çələbi  sünni  əhlinin  böyüklərini  və  rəşidlərini  götürüb 

gedib  Məlik  Nəcəfi  bir  para  övladları    ilə  qırıb  öldürürlər.  Təmanən  cəm  olub, 

tarixi  islamiyyə  min  yüz  əlli  altıda  olanda  Hacı  Çələbini  özlərinə  hakim  edib, 

Gələsən-görəsənə gedib, sığnaq elərlər.  

Bu  əhvəlatı  padşaha  ərz  elərlər.  Şah,  qoşun  göndərib,  gəlib    Daşbulaq 

kəndinin yanında Kotandüzü deyərlər, orada ordunu qoyub, bir para zübdə (seçmə) 

qoşun götürüb, Gələsən-görəsən tərəfinə gedər. Çox dava elərlər. Hər iki tərəfdən 

çox  adam  ölər.  Hətta  şahın  qabağında  pişxidmətin  urarlar.  Şahın  üməraları  ərz 

elərlər  ki,  sənə  fəda  olaq  bir para  ac,  bimənfəət  adamlardan  ötrü  qoşunu  nə  hacət 

qırdırırsan.  Sonra  şah  qəbul  edib,  qayıdıb  ordusunda  bir  para  vaxt  dəgləşib 

(əyləşib) sonra gedib, o bir ildə genə gəldi. 

Xülaseyi-kəlam üç il Hacı Çələbi Şəki əhli ilə Gələsən-görəsəndə oturub, 

çox  aclıq    və  tənglik  çəkibdirlər.  Sonra  şah  çıxıb  gedib.  Bunlar  da  Noxuya 

düşübdürlər.  Şah  gedib,  Xorasanda  şahı  öldürübdürlər.  İranda  məxşuşluluq  çox 

olubdur. Hacı Çələbi çox böyük olub, Təbriz vilayətinəcən buna qulluq edibdirlər. 

Nadir  şah  öləndən  sonra  İranda  bir  Əmir  Aslan  sərdar  olub.  O  da  Şəki 

vilayətinə qoşun çəkib gəlib. Hacı Çələbinin böyük oğlu Həsən ağa bir para qoşun 

ilə  gedib,  dava  edibdirlər.  Həsən  ağa  o  davada  ölüb.  Əmir  Aslan  sərdar  Şəki 

vilayətini ala bilməyib, qayıdıb gedibdir. 

Bir  neçə  vaxtdan  sonra  xoylu  Əhməd  xan  və  qaradağlı  Kazım  xan  (və 

qara) bağlı Pənah xan və gəncəli Şahverdi xan həsəd elərlər ki, Hacı Çələbi nəçün 

bir  belə  böyük  olmaq  gərək.  Bular  dördü  Gürcüstan  valisinə  adam  və  kağız 

göndərərlər  ki,  biz  və  sən  də  qoşun  götürüb  gedib  Hacı  Çələbiyə  tənbih  eləyək. 

Vali  çox  qoşun  yığıb  gəlir.  O,  dörd  xanlara  adam  göndərər.  Olar  da  gəlir.  Vali 

onların dördünü də dutub, öz qoşunu ilə Hacı Çələbinin üstünə gəlir. Xanları da öz 

yanında dustaq gətirir. Hacı Çələbi bunu eşidib, bu da qoşun götürüb gedib Şəmkir 

tərəfində vali ilə dava eləyib, vali çox pis basılıb, çox adamı ölüb, qayıdıb gedibdir.  

Hacı Çələbi o dörd xanları da valinin əlindən alıb, mürəxxəs eləyib

5

, öz ölkələrinə 



gedibdirlər. 

                                                           

5

. Azad edib. 




12 

 

Sonra bir kərə enə Gürcüstan qoşunu ilə vali gəlib Qanıq



6

  kənarında Hacı 

Çələbi xan ilə dava edib, genə basılıb gedibdir. 

Hacı  Çələbi  xan  12  il  hakimlik  edib,  tarixi  islamiyyə  min  yüz  altmış 

səkkiz də olanda mərhum olub, ölübdür. Oğlu Ağakişi bəy də yerində hakim olub. 

Surxay  xanın  atası  Məhəmməd  xanın  qızın  alıb,  beş  il  Şəkidə  xanlıq  edib.  Sonra 

Ağakişi  bəy  qızını  alan  Məhəmməd  xan,  Qumux  xanı  qoşun  ilə  Ərəş  mahalına 

gəlib, Ağakişi bəyə adam göndərər ki, qızımın əri gəlsin, görüşək. Ağakişi bəy də 

bir  para  adam  götürüb  gedər.  Ərəş  sultanı  Məlik  Əliməhəmməd  xan  ilə  sözü  bir 

olub.  Məhəmməd  xan  tarixi  islamiyyə  min  yüz  yetmiş  ikidə  olanda  Ağakişi  bəyi 

öldürər. Qoşunun götürər. Noxuya gələr. 

Hüseyn xan ki, Hacı Çələbinin böyük oğlu Həsən ağanın oğludur, o vaxt 

cahil  oğlan  imiş.  Şəki  bəylərinin  bir  parası  onu  götürüb  Şirvan  vilayətinə 

qaçıbdırlar.  Məhəmməd  xan  Noxuya  gəlib,  Hacı  Çələbinin  çox  pulun  və 

xəzinəsinin  yerini  duyubdurlar.  Yerdən  çıxarıb,  Noxuda  zülmlər  edib,  qırx  gün 

Noxuda qalıb. Qırx gündən sonra Şəki əhli dönüb, Hüseyn xanı Şirvandan gətirib, 

Məhəmməd  xanı  Şəkidən qovub, Hüseyn  xanı Şəkidə xan  edibdirlər. Ərəş sultanı 

Məlik  Əli  Hüseyn  xana  qulaq  asmayıb.  İki  il  Hüseyn  (xan)  xan  olandan  sonra 

İranda  bir  əfşar  Fətəli  xan  varmış,  sərdar  imiş,  Qarabağa  gəlir.  Məlik  Əli    Fətəli 

xan  (ın)  yanına  gedər  ki,  Şəkidə  onu  xan  eləyə.  Hüseyn  xan  bunu  eşidib,  bu  da 

peşkəş  ilə  sərdarın  yanına  gedər.  Sərdar  Fətəli  xan  bir  para  kəslərdən  və 

böyüklərdən  xəbər  alır  ki,  Şəki  vilayətinin  əsl  bəyzadəsi  Məlik  Əlidir,  yoxsa 

Hüseyn      xandır?    Ərz  elərlər  ki,  Hüseyn  xandır.  Onların  övladı  buların 

nökərləridir.  Həmişə  bunlara  qulluq  edibdirlər  .  Sonra  sərdar  Fətəli    xan  Məlik 

Əliyə  naxoş  olub

7

 ki,  ağanın  yüzünə  nəyçün  durursan,  deyib,  tutub  Hüseyn  xana 



verib. Hüseyn xana xələt verib ki, mən də səni xan elədim. Hüseyn xan Məlik Əlini 

alıb, Şəkiyə gəlir və Məlik Əlini öldürür və Şəkidə hakim olur. 

Hacı Çələbinin dörd oğlu var: Həsən ağa, Ağakişi bəy, Cəfər ağa və Hacı 

Əbdülqadir xan. Hüseyn xan (ın) xanlığından bir neçə il keçəndən sonra, bir para 

kəslər  Cəfər  ağaya  təhrik  verirlər  ki,  sən  Hacı  Çələbinin  oğlusan  Hüseyn  xan 

nəvəsidir. Nəyçün sən xan olmursan, o xan ola. Cəfər ağa da bundan ötrü Hüseyn 

xandan  ədavət  elər  ki,  gün-gündən  ədavət  aralarında  ziyad  olur.  Hüseyn  xan  nə 

qədər hərəkət edir ki, bunu islah eləyə çarə olmaz. Axırı iş çox bərki olur. Hüseyn 

xan çarə tapmaz. Cəfər ağanı ölürür. Və Hacı Əbdülqadir Cəfər ağanın qardaşıdır, 

bu  işdən  küdurət  edib,  bir  neçə  ildən  sonra  Şəki  bəylərindən  və  Ərmiş  (Ərəş) 

bəylərindən üstünə cəm edib,

8

 qaçıb Ərəşdə, Kür kənarında  Dardoqqaz adlı bir ada 



var, orada bir bərki səngər qayırıb, Qarabağlı İbrahim xan da, o da bulara   kömək 

olub, orda durarlar. Hüseyn xan ilə onun arasında bir neçə davaları olub. Ağakişi 

                                                           

6

 .Qanıq-Alazan çayı 



7

 .Acığı gəlib. 

8

 .Başına yığıb. 




Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə