KəRĠm ağa fateh



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə7/7
tarix03.08.2018
ölçüsü1,12 Mb.
#60578
1   2   3   4   5   6   7

18 

 

təmərrüd



25

 edibdir.  Şah  Təhmasib  Dərviş  Məhəmməd  xanın  bu  hərəkatından 

qəzəbnak  olub,  İrandan  qoşun  gətirib,  Dərviş  Məhəmməd  xana  tənbih  etməyə 

Şəkiyə gəlibdir. Dərviş Məhəmməd xan qaçıb miyani-kühdə

26

 Gələsən-görəsən ilə 



mövsum (məşhur) olan vadidə təhəssün

27

 edibdir. Noxu və Şəki adamlarının bəzisi 



Gələsən-görəsən  və  bəzisi  Noxudan  yuxarıda    Kiş  qalasına  gedibdirlər.  Şah 

Təhmasib  hər  gün  o  qalanın  üstə  qoşun    göndərib,  axirüləmr  Kiş  qalasını  fəth 

etdirib,  qalanı  dağıtdırıbdır.  Dərviş  Məhəmməd  xan  bu  haləti  görüb,  Gələsən-

görəsəndən  fərar  edəndə  şahın    adamlarının  əlində  giriftar  olub;  başın  kəsib,  şah 

hüzuruna  gətiriblər.  Şəki  xəlayiqi  də  istiman

28

   edib.  Şah  əfv  eləyib,  buyruq 



veribdir, hər kəsə (kəs) gəlib, məqamında sakin olublar. Dərviş Məhəmməd xanın 

oğlu Bağı bəy də şah hüzuruna gəlib, şah öldürtməyibsə də, xanlıq hökümətini də 

Bağı bəyə verməyib. 

Noxu  adamlarından  Hüseyncan  adlı  bir  şəxsi  müntəxib  edib,  məliklik 

fərmanı veribdir ki, Şəkinin umuratlarını dolandıra. Məlik Hüseyncan da... sənədə 

vəfat edib, oğlu Qayim yüzbaşı şahın əmrilə məliklik edibdir...sənədə Məlik Qayim 

vəfat edib, oğlu Məlik Əhməd adlı Noxuda məlik olub, Şəki vilayətinin hökümətin 

dolandırıbdır.  Şahın  fərmanı  ilə  məzkürüləsami

29

   maliklər  neçə  il  ki,  məliklik  



ediblər.  Şəki  vilayətinin  xərc  və  tövcilərin  şaha  verməyiblər.  Şah  o  illərin 

daxodunu


30

,  məzkur  Məlik  Əhməddən  istədibdir,  verməyə  qüdrəti  olmayıb.  Şah, 

Məlik Əhmədin ixtiyarın qət etdirib Noxu əşxaslarından  Hüseynqulu adlını məlik 

təyin  edib,  fərman  veribdir...sənədə  Məlik  Hüseyqulu  vəfat  edib.  Əvvəlki 

məliklərin  nəslində  Əlimərdan  adlı  şah  fərmanilə  məlik  olub,  Şəki  vilayətinin 

hökümətini  dolandırıbdır...sənədə  məlik  Əlimərdan  vəfat  edib,  onların  nəslindən  

Məlik  Nəcəf  fərmanilə  Noxuda  məlik  olub,  rəiyyətlərə  zülm  və  təəddilər

31

   



edibdir.  Rəiyyətlər  bunun  zülmündən  şaha  şikayət  ərizəsi  göndəriblər.  Şah  əmrilə 

Noxu  əşxasları  fövqdə

32

 məzkur  Dərviş  Məhəmməd  xanın  nəsli  və  nəsəbindən  



Çələbi adlını özlərinə vəkili-zübdə edib. Şah da  Çələbiyə vəkillik fərman veribdir 

ki,  Məlik  Nəcəf  üstə  baxıcı  ola.  Məlik  Nəcəf  onun  mərifətilə    ümüratları 

dolandırıb,  bir  neçə  müddət  o  hal  üzrə  güzəranları  olub,  axırda  Məlik  Nəcəf  

Çələbinin  kəlamına  guş verməyib,

33

 xəlayiqə  zülm  və  sitəmə  şuru  edibdir.  Çələbi 



                                                           

25

. Baş qaldırmaq, itaət etməmək. 



26

 .Dağlar arasında. 

27

 .Sığınaq. 



28

. Aman istəmək. 

29

. Adları çəkilən. 



30

. Mədaxilini. 

31

 .Zülm, əzab. 



32

. Yuxarıda. 

33

 .

Qulaq asmayıb. 




19 

 

də  xəlayiqi  üstünə



34

 cəm  edib  Məlik  Nəcəfi  qətlə  yetiribdir.  Bə´də

35

 xəlayiq  



Çələbini xan nəsb edibdirlər. 

Çələbi  xanın  nəsli  belədir  ki,    Çələbi  xan  bini  kəndxuda  Qurban,  bini 

Əlican,    bini  Əsgər  bəy,  bini  Əlican  bəy,  bini  Baqi  bəy,  bini  Dərviş  Məhəmməd 

xan. ...İran şahı Nadir şah Çələbi xanın o hərəkətlərin və  əməllərin eşidib, qoşun 

götürüb, Hacı Çələbi xana tənbih əzmilə Şəki vilayətinə gəlibdir. Hacı Çələbi xan 

da  Noxunun  adamların  götürüb  Gələsən-görəsən  dağının  damənində  Gavan  ilə 

mövsüm  yerdə  nüzul  edibdir.  Hacı  Çələbi  xanın  adamları  gecələr  gəlib,  miyani-

meşələrdən  tüfəng  atıb,  şahın  ordusuna  xəsarət      veribdirlər.  Nadir  şah  oradan 

intiqal edib, Noxunu yandırıb, bir sahəti-vəsiədə mütəməkkin

36

 olub bir neçə kərrə 



Gələsən-görəsənə qoşun göndərib, qalib ola bilməyib,  müraciət edib, İran tərəfinə 

gedib, Muğan (adı) ilə məşhur yerdə nazil olub

37

, sakin olubdur. 



Hacı Çələbi xan da adamları ilə Gələsən-görəsəndən gəlib Noxuya. Nadir 

şah  Muğandan  qoşun  göndəribdir  ki,  Noxunu  qarət  edib, Hacı  Çələbi  xanı  dutub 

aparalar. Gəlib gecə Noxunun bir tərəfin qarət edib, Hacı Çələbini duta bilməyib, 

qayıdıb  gediblər.    Bədə    Hacı  Çələbi  xan,  oğlu  Həsən  ağanı  şah  hüzuruna 

göndəribdir ki, qarət mallarını və əsirlərini təvəqqe edə. Şah da tənə və sərzənişlə 

əmvali-mənhubələrini

38

 verdirib  və  əsirlərini  mürəxxəs  edibdir.  Bədə  Nadir  Şah 



Xorasana gedib, orada məqtul olub, İran sahibsiz qalıb, Hacı Çələbi  xan da qoşun 

götürüb İrana-Təbrizədək gedibdir və qarət edib, qayıdıb gəlibdir. 

İranda    Əmir  Aslan    sərdar  şahlıq  ümuratların  dolandıran  olub,  qoşun 

götürüb Şəki üstə  gəlibdir ki, Hacı Çələbi xana tənbih edə. Hacı Çələbi xan oğlu 

Həsən  ağanı  qoşunla  o  sərdarın  qabağına  cəngə  göndərib.  Həsən  ağa  cəngdə 

məqtul olub, o sərdar qayıdıb İrana gedibdir. 

Ondan  bir  müddət  sonra  Hacı  Çələbi  xan  azarlayıb,  vəfat  edibdir,  1168  

(1754-55)-ci  sənədə.  Sonra  üç  nəfər  oğlu:  Ağakişi  xan

39

,  Hacı    Əbdülqadir  xan, 



Cəfər  ağa.  Və  bir  nəvəsi    Hüseyn  xan,  davada  məqtul  olan    Həsən  ağanın  oğlu 

qalıbdır. 

Hacı  Çələbi  xandan  sonra  oğlu  Ağakişi  xan    Noxuda  xan  olub,  Qumuq 

xanı Məhəmməd xanın qızın alıbdır. Məhəmməd xanla  Hacı Çələbi xanın arasında 

bir cuzi ədavət varmış. Məhəmməd xan, o müqəddəmədən

40

  bir neçə il sonra  Ərəş 



mahalına  gəlib,  Ağakişi  xanı  öz  hüzuruna  təklif  edib  və  qətlə  yetiribdir.  Gəlib 

Noxunu zəbt edib və  Hacı Çələbi xanın mədfunat pulların çıxardir. Bu halda  Hacı 

                                                           

34

 .Başına. 



35

 .Sonra. 

36

 .Geniş bir sahədə yerləşib. 



37

 .Düşüb. 

38

 .Qarət olunmuş mallarını. 



39

 .Bəzi sənədlərdə bu ad Ağakiş xan yazılmışdır

40

 .



Hadisədən.

 



20 

 

Əbdülqadir xan həccə getmiş imiş və Cəfər ağa da mütəvari



41

 olub gizlənib imiş və 

Hüseyn xan da Məhəmməd xanın sitəmindən fərar edib, Şamaxı xanı Ağası xandan 

istimdad


42

 edibmiş.  Ağası  xanın    Hüseyn  xana  qoşun  verməyin    Məhəmməd  xan 

eşidib,    Noxudan  fərar  edib,  Qumuğa  gedibdir.  Hüseyn  xan  da  gəlib  əmisinin 

məsnədində

43

 xan  olubdur,    1184  (1770-71)-cü  sənədə.  Cəfər  ağa  da  zavirədən 



çıxıb,  xanlıq  iddəasına  düşübdür.  Hüseyn  xan    Cəfər  ağanı  qətl  etdiribdir.  Hacı 

Əbdülqadir xan  Məkkədən gəlib bu haləti görəndə üç nəfər bəylərlə Noxudan fərar 

edib, gedib Kür kənarında  Dardoqqaz ilə  mövsüm olan məqamda  sakin olubdur. 

Ətraf və əknafdan

44

 üstünə (başına) külli adam cəm olub, adını Hacı xan təsmiyə



45

 

ediblər.  Hüseyn  xan  oğlu    Məhəmmədhəsən  xanı  barışıq  üçün  əmisi    Hacı  xanın 



yanına göndəribdir. Bu da  Məhəmmədhəsən xanı dutdurub Qarabağ xanı  İbrahim 

xana  göndərib  ki,  həlak  etdirə.  İbrahim  xan    Məhəmmədhəsən  xanı  məxfidə 

gizlədib,  köynəyin  qana  bulayıb,  Hacı  xana  göndəribdir  ki,  qətl  etdirmişəm.  Hacı 

xan  neçə  müddət  orada  qalıb,  axırda  noxulu    Hacı  Rəsul  bəyi  bir  dəstə  adamla 

gizlin  Noxuya  göndəribdir.  Bəğtətən

46

     Noxu  qalasına  daxil  olub  Hüseyn  xanla 



cəng  edib,  Hüseyn  xanı  məcruh  eləyib,  qalanı  zəbt  edibdir.  Hacı  xana  adam 

göndərib.  Bu  da  gəlib  Hüseyn  xanı  boğdurub  öldürür,  1198  (1783-84)-ci  sənədə, 

Noxuda  xan    olubdur.  Bir  müddət  xanlıq  edib.  Məzkur  İbrahim  xan 

Məhəmmədhəsən  xanı  zühura  çıxarıb  Car  vilayətinə  göndərib.  Car  vilayətinin 

əşxasları qoşun götürüb, Məhəmmədhəsən xanı Noxuya gətiribdilər. Hacı xan fərar 

edib  Şirvana  gedibdir.  Məhəmmədhəsən  xan    Noxuda  xan  olub,  qoşun  götürüb, 

Hacı xanı dutmağa Şirvana gedib və Hacı xanı dutub, qətlə yetirib, qayıdıb Noxuya 

gəlib, hökümətə məşğul olubdur. 

...sənədə  Məhəmmədhəsən  xan  Noxuda  müstəqilən  xan  olandan  sonra 

qardaşı  Fətəli  xanın  gözlərin  çıxartdırıb  kor  eləyibdir.  Axır  qardaşı  Səlim  xan 

Fətəliyə  olan  siyasəti  görüb,  mütəvəhhiş  olub  fərar  edib.  Müddəti-mütəmad

47

 



Carda  qalıb,  Cardan  və  Avardan  qoşun  cəm  edib  götürüb,  Noxuda  xan  olmağa. 

Məhəmmədhəsən xanla cəngə gəlib, Göynük qəryəsinin

48

 şərq cənubunda davaları 



vaqe  olub.  Məhəmmədhəsən  xan  məğlub  olub,  fərar  edibdir.  Bu  halda  da  İran 

sərdarı Divəli (Dəvəli) Mustafa xan külli qoşunla Şəkiyə gəlib, Xaçmaz mahalında, 

Hacı  Pir  Əhməd  cəmənilə  mövsüm  yerdə  nüzül  edib,  mütəməkkin  olubdur. 

Məhəmmədhəsən  xan  o  sərdarın  yanına  istimdada  gedibdir.  O  sərdar 

Məhəmmədhəsən  xanı  dutdurub,  gözlərin  çıxartdırıb,    Qarabağa  Ağa  Məhəmməd 

                                                           

41

 .

Qaçaq.



 

42

 .



Kömək istəmək.

 

43



 .

Taxtında.

 

44

 .



Ucqar yerlərdən.

 

45



 .

Ad qoymaq.

 

46

 



.Qəflətən, gözlənilmədən.

 

47



 .

Uzun müddət. 

48

 .Kəndinin. 



 


21 

 

xan  hüzuruna  göndəribdir.  O  sərdarın  özü  də  qayıdıb  İrana  gedibdir.  Səlim  xan 



1210 (1795-96)-cu sənədə gəlib Noxuda xan olubdur. Ağa Məhəmməd şah haman 

sənədə  Şişə  qalasını  fəth  edə  bilməyib,  Məhəmmədhəsən  xanı  da  götürüb  İrana 

aparıbdır.  Ağa  Məhəmməd  şah  bir  neçə  müddət  qalıb,  Məhəmmədhəsən  xanı  da 

məhbus  götürüb,  Şişə  qalası  üstə  külli  qoşunla  hərəkət  edibdir.  Qarabağda  Ağa 

Məhəmməd şah qətl olunub, Məhəmmədhəsən xan bisahib qalıb. Şirvanlı Mustafa 

xan  Məhəmmədhəsən  xanı  Şirvana  aparıb,  külli  qoşunla  Məhəmmədhəsən  xanı 

gətirib,  Noxuda  xan  nəsib  edib  gedibdir.  Səlim  xan  da  tab  gətirməyib,  qaçıb 

Qarabağa, qayınatası İbrahim xanın  yanına gedibdir. Bir neçə  il  müddəti-mədid

49

 

Məhəmməshəsən  xan  Noxuda  xanlıq  edib,  axırda  Mustafa  xan  Şirvanilə 



Məhəmmədhəsən  xanın  aralarında  ədavət  peyda  olub,  Şirvanlı  Mustafa  xan, 

Məhəmmədhəsən  xanın  kinəsin

50

 Qarabağdan  Səlim  xanı  aparıb  götürüb, 



Məhəmmədhəsən xanla cəngə gəlib. Məhəmmədhəsən xanın tab və tavanı olmayıb 

əczlə Şirvanlı Mustafa xanın yanına gediblər. Mustafa xan, Məhəmmədhəsən xanı 

və  Səlim  xanı  götürüb  Şirvana  aparıb,  Şirvan  bəylərindən  Şeyx  Əli  bəyi 

göndəribdir  ki,  gedib  Noxuda  naib  olub,  xanlıq  ümuratların  dolandıra.  Noxu 

adamları  Şeyx  Əli  bəyin  gəlməyi  müqəddəməsin  eşidib  o  işə  razı  olmayıb. 

Məhəmmədhəsən xan (ın) qardaşı Fətəli xanın Noxuda xan olmağın eşidib, yoldan 

qayıdıb,  Şamaxıya  gedib,  o  əhvalatı  Mustafa  xana  məlum  edibdir.  Mustafa  xan 

Məhəmmədhəsən  xanı  Şamaxıda  saxlayıb,  qardaşı  Səlim  xanı  mürəxxəs  edibdir. 

Səlim xan da Ərəş mahalına gəlib ətraf və əknaf vilayətdən külli cəmiyyət üstünə 

(başına) cəm edib, gecə  bəğtətən Noxu qalasına  bilacəng

51

 daxil  olub,  Fətəli  xanı 



əzl edib, xan olubdur. Bir neçə müddət xanlıq edib və Rusiya dövlətinə Səlim xan 

tabe  olub.  Rusiya  imperatoru  ona  xanlıq  fərmanı  veribdir.  O  da  ixlasla  itaət 

edirmiş.  Bir  neçə  müddətin  mürurundan  sonra  Rusiya  qoşunu  Qarabağlı  İbrahim 

xanı  Qarabağda  qətlə  yetiribdir.  Səlim  xan  İbrahim  xanın  o  vaqeəsindən 

mütəvəhhiş olub Rusiya dövlətindən rügərdan

52

  olubdur. 



 

                                                           

49

 .Uzun müddət. 



50

 .Acığına. 

51

 .Döyüşsüz. 



52

 .Üz çevirib




22 

 

Rusiya  qoşunu Səlim  xana  tənbih etməyə  gəlibdir. Səlim  xan fərar edib, 



İrana  gedibdir.  Rusiya  qoşunun  generalı  Noxunu  zəbt  edib,  Fətəli  xanı  xan  nəsb 

edibdir.  O  əsnada  İran  xanı  Xoylu  Cəfərqulu  xan  İran  şahından  rügərdan  olub, 

Tiflisə gəlib, Rusiya imperatoru Noxunun xanlığın Cəfərquluya verdi. 7-8 il xanlıq 

edib, vəfat etdi. Oğlu İsmayıl xan Noxuda xan olub 3 ildən sonra vəfat etdi. Oğlu 

övladı qalmadı. Bundan sonra Noxuda komendant təyin olundu, xan olmadı. Səlim 

xanın övladları İrandadır. Bir oğlu Süleyman xan Qarabağda vəfat edib, övladları 

oradadır. Adları naməlumdur və bir qızı da Noxuda Mahmud ağada idi, Fəxrənnisə 

xanım  adlı.  Məhəmmədhəsən  xan  Hacı  Tahirxanda  (Həştərxanda)  vəfat  edibdir, 

1246  (1830)  il  rəbiyələvvəl  (avqust)  ayında.  Noxuda  3  nəfər  oğlu:  Abdulla  ağa, 

Əbdürrəhim  ağa  və  Haşım  ağa  namlar  olub,  Abdulla  ağanın  iki  nəfər  oğlu  olub: 

Hüseyn,  Cəfər  ağa  namlar  və  Haşım  ağanın  da  iki  nəfər  oğlu  olub:  Sadıq  ağa, 

Əbdülhəmid  ağa  namlar  və  3  nəfər  qız  övladı  olub.  Əbdülhəmid  ağanın  bir  qız 

övladı var imiş. O da Haşım ağa oğlu Əbdülhəmid ağanın övrəti olub. Fətəli xanın 

Kərim ağa

53 

adlı bir oğlu var idi, vəfat edib. 4 nəfər oğlu və iki nəfər qızı qalıbdır: 



Əbdülhəmid ağa, Mustafa ağa

54

, İsmayıl ağa, Cəfər ağa namlılar və Hacı xan, Hacı 



Əbdülqadir xan Hacı Çələbi xan oğlu qalmayıbdır. Bir nəfər qız Balaxanım xanım 

adında  Yelisulu  Daniyal  bəydə  idi.  Onu  tərk  edib  Ruma  gedibdir  və  Hacı  Çələbi 

xanın oğlu Ağakişi xanın oğlu Bala Hacı xandır. Bunun oğlu da Mahmud ağadır. 

Mahmud ağadan iki oğlan qalıb:  Ağakişi bəy, Mirzə  bəy adlı və  iki nəfər də  qız 

qalıbdır və Məhəmmədhəsən xanın qızı Tutu ağa, İsmayıl xanın övrəti idi. İsmayıl 

xandan bir qız var idi, İsgəndər xanda və bir qızı Səkinə xanım, o da Zaman bəydə, 

Məhəmmədhəsən  xan  rəiyyətzadə  çox  övrət  alıb.  Xeyrənnisa  xanım  Tutu  ağanın 

anasıdır. Nuri xanım  Abdulla ağanın anasıdır. Cəvahir xanım Əbdürrəhim ağanın 

anasıdır  və  Haşım  ağanın  anası  çoxdan  vəfat  edibdir,  adı  bilinmədi.  Fətəli  xanın 

övrəti  Xurşid  xanım  Kərim  ağanın  anasıdır  və  Səlim  xanın  övrəti  Qarabağlı 

İbrahim xanın qızıdır. İranda vəfat edib adı məlum deyildir

55

 



 

 

                                                           



53

 Kərim ağa “Şəki xanlarının müxtəsər tarixi” əsərinin müəllifidir. Fateh təxəllüsü ilə şer yazarmış. 

54

 S.Mümtazın yazdığına görə Kərim ağa Fatehin oğlu Mustafa ağa şair olub, təxəllüsü şuxi imiş (Hacı 



Seyid Əbdülhəmid. “Şəki xanlarının sülaləsi”. Bakı, 1930, səh.9) 

55

 Səlim  xanın  arvadının  adı  Tutu  bəyimdir  (Qafqaz  arxeoqrafiya  komissionunun  aktları.  III  cild,  səh, 



333).  


23 

 

MÜNDƏRĠCAT 



 

1.Ön söz........................................................................................................3 

2.Kərim Ağa Fateh, Şəki xanlarının müxtəsər tarixi....................................9 

3.Hacı Səyid Əbdülhəmid . Şəki xanları və onların nəsilləri.......................22  

 

 



24 

 

 



 

 

 



 

 

 



ИЗ ИСТОРИИ ШЕКИНСКОГО ХАНСТВА 

/на азербайджанском языке/ 

 

«ИЗДАТЕЛЬСКО-ПОЛИГРАФИЧЕСКОЕ ОБЬЕДИНЕНИЕ 

«АЗЕРБАЙДЖАНСКАЯ ЭНЦИКЛОПЕДИЯ» 

 

БАКУ 1993 



 

ИБ 77 

 

 



 

 

 



 

 

 



 

 

 



Yığılmağa  verilmişdir  25.02.92.  Çapa  imzalanmışdır  6.08.93.  Formatı 

60x90 


1/

16

  şərti  çap  vərəqi  1,3    Tirajı  10.000.  Sifarişi  226.  Müqavilə  qiyməti. 



Azərbaycan  Respublikası  Mətbuat  və  İnformasiya  Nazirliyi  “Azərbaycan 

Ensiklopediyası” Nəşriyyat-Poliqrafiya Birliyi Bakı-370004. Böyük Qala küçəsi 41 

“Şərq-Qərb” mətbəəsində çap olunmuşdur. Bakı. Aşıq Ələsgər küçəsi. 17. 

 

  



Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə