Kəşfiyyat quyularının yerləşdirilməsinin əsas prinsipləri



Yüklə 9 Kb.
tarix14.01.2018
ölçüsü9 Kb.
#20682

Kəşfiyyat quyularının yerləşdirilməsinin əsas prinsipləri

Yatağın və fərdi yatağın növündən və geoloji xüsusiyyətlərindən asılı olaraq kəşfiyyat quyuları müəyyən sistem üzrə yerləşdirilir. Kəşfiyyat quyuları sistemi dedikdə, yataq yaxud fərdi yatağın sənaye kateqoriyaları üzrə neft və qaz ehtiyatının hesablanması və fərdi yataqların işlənməyə hazırlanması üçün tələb olunan kəşfiyyat quyularının minimal sayının yerləşdirilmə qaydası nəzərdə tutulur. Kəşfiyyat quyularının minimal sayı dedikdə, onların elə miqdarı nəzərdə tutulur ki həmin quyular qazıldıqdan sonra əlavə (yeni) quyuların qazılması neft-qaz ehtiyatlarının hesablama parametrlərində gözə çarpacaq dərəcədə dəyişikliklərə səbəb olmasın. Kəşfiyyat işlərinin layihələndirilməsi zamanı struktur üzərində kəşfiyyat quyularının minimal sayı səmərəli yerləşdirilməlidir, onların qazılma ardıcıllığı müəyyən edilməlidir və geoloji-geofiziki, hidrogeoloji tədqiqatlar kompleksi işlənib hazırlanmalıdır. Bununla belə kəşfiyyat quyularının minimal sayı ehtiyatların B1,C1, C2 kateqoriyaları üzrə artımını təmin etməlidir. Kəşfiyyat quyularının yerləşdirilməsində 3 sistem mövcuddur: üçbucaq, halqavari və profillər sistemi



Üçbucaq sistemi. Növbəti kəşfiyyat quyusunun yerləşdirilməsi bərabərtərəfli üçbucağın təpəsində nəzərdə tutulur. Bu zaman fərdi yatağın hər tərəfli və bərabər işıqlandırılması əldə edilir. Lakin, nəzərə alınsa ki hər yeni quyunun qazılması yalnız qonşuda qazılan quyunun müsbət nəticələrindən asılıdır, bu zaman kəşfiyyat və fərdi yatağın sərhədləndirilməsi uzun müddət tələb edir. Hazırkı dövrdə fərdi yatağın sərhədləndirilməsindən sonra və layihələndirmə üçün məhsuldar layların geoloji quruluşu haqqında kifayət qədər məlumat alınandan sonra fərdi neft yataqları işlənməyə daxil edildiyinə görə üçbucaq üsulunu səmərəli hesab etmək olmaz.

Halqavari sistem. Bu sistemdə kəşfiyyat quyularının fərdi yataqda halqavari yerləşdirilməsi nəzərdə tutulur. Növbəti kəşfiyyat quyuları layların yatımı istiqamətdə konsentrik halqalar üzrə yerləşdirilir. Lakin bu sistem kollektorların tərkibinin, qalınlığının dəyişkən və qırılmalarla mürəkkəbləşmiş olduğu halda bu sistem effektiv olmur. Halqavari sistem bir çox növ fərdi yataqların kəşfiyyatı üçün təklif edilə bilməz. Belə fərdi yataqlara aiddir: litoloji, stratiqrafik, tektonik ekranlaşmış və b.

Profillər sistemi – üzrə kəşfiyyat quyularının yerləşdirilməsi onların minimal sayı ilə neft və qaz yataqlarının geoloji quruluşu barədə düzgün təsəvvür əldə etməyə imkan verir və bu səbəbdən də bütün növ yataq və fərdi yataqlar üçün yararlı hesab edilir. Məhsuldar horizontların litoloji tərkibinin mühüm dəyişkənliyə məruz qaldığı halda, layların yatımı istiqamətində kəşfiyyat quyuları əsasında qurulmuş kəsilişlər fərdi yatağın geoloji quruluşu barədə ən düzgün təsəvvür əldə etməyə imkan verir. Kəşfiyyat quyularının səmərəli yerləşdirilməsi üçün layların yatım bucaqlarını nəzərə almaqla profillər arası və profillər üzərində quyular arası məsafələri təyin etmək lazımdır. Bu zaman nəzərə almaq lazımdır ki layların yatım bucağı ilə quyular arası məsafə tərs mütənasibdir. Orta və iri ölçülü fərdi neft yataqları üçün layihələndirmə 2 mərhələdə aparılmalıdır. Birinci mərhələdə işlənmənin texnoloji sxemi tərtib edilir, sonra isə işlənmə layihəsi qurulur. Texnoloji sxem neft və qaz ehtiyatlarının hesablanması üçün istifadə edilən kəşfiyyat quyuları əsasında tərtib edilə bilər. Işlənmə layihəsi isə əlavə sayda quyuların qazılması və neftli qatın quruluşuna aid daha böyük məlumat əsasında tərtib edilməlidir.
Yüklə 9 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə