Kəskin mədə-bağırsaq qanaxmalarının diaqnostika və müalicəsi üzrə klinik protokol



Yüklə 221,04 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix17.11.2017
ölçüsü221,04 Kb.
#11024
1   2   3   4   5   6   7

 

9



 

MBQ qanqusma və melena şəklində ortaya çıxır, kəskin anemiya

hemorragik  şok, orqan çatmazlığı törədə bilir, qaraciyər (Qc) 

xəstələrində isə bununla yanaşı ensefalopatiyaya və hepatorenal 

sindroma səbəb ola bilir; 

 



Hemoqlobin (Hb) və hemotokritin (Ht) ilkin nəticəsi aldadıcı ola 

bilər, xəstənin düzgün hemoqlobin və hemotokriti hemodinamika 

sabitləşdikdən sonrakı göstəriciləridir. 

 

Epidemiologiya 

Xəstəliyin diaqnostika və müalicəsi probleminin aktuallığı ilk 

növbədə əməliyyatdan sonrakı letallığın 4-9%-ə qədər, ağır dərəcəli 

qanitirmələr zamanı isə 15%-dən 50%-ə  qədər olması ilə özünü 

göstərir. Mədə-bağırsaq qanaxmaları (MBQ) qadınlara nisbətən 

kişilərdə 2,3-3 dəfə çox rast gəlinir. 

 

XBT-10 ÜZRƏ TƏSNİFAT



 

K 92.0  

Qanlı qusma 



K 92.1  

Melena 


K 92.2  

Dəqiqləşdirilməmiş mədə-bağırsaq qanaxması 



KLİNİK TƏSNİFAT 

MBQ yerinə, səbəbinə, qanaxma həcminə, ağırlıq dərəcəsinə  və 

davam etməsinə görə təsnif edilir

Yerinə görə: yuxarı və aşağı qanaxmalar 

 



Yuxarı qanaxmalar: qida borusu, mədə, 12bb və öd yollarından 

qanaxma; 

 

Aşağı qanaxmalar:  nazik bağırsaq, kor bağırsaq, çənbər 



bağırsaq, S-vari bağırsaq və düz bağırsaqdan qanaxma 

Ağırlıq dərəcəsinə (qanitirmənin dərəcəsinə) görə:  ağır, orta, 

yüngül dərəcəli qаnахмаlar təsnif olunur 



Davam etməsinə görə: dayanmış və davam edən qanaxma 

 



Dayanmış qanaxma: Hemodinamika və hemoqlobin miqdarı 

stabil qalır, qanqusma və melena müşahidə edilmir 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

10



 

Davam edən qanaxma: Hemotransfuziya aparılmasına 

baxmayaraq Hb-nin yetərli səviyyədə artmaması (500 ml qan Hb-

ni 1q/l, Ht-i 3 vahid artırır);  

 

Hemodinamikanın stabilləşməməsi; 



 

Qanqusma və melenanın təkrarlanması; 

 

Endoskopik müayinədə davam edən qanaxma və ya təzə qan 



laxtası 

Səbəbinə görə: xora və qeyri-xora mənşəli qanaxma 

 



Xora mənşəli qanaxmalar: 

 

Mədə və 12bb xəstəliyi; 



 

Mədə üzərində aparılan  əməliyyatlardan sonra residiv və 

peptik xoralar; 

 

Simptomatik xora mənşəli qanaxmalar (stress, dərman, 



endokrin, yanıq və başqa mənşəli ikincli xoralar). 

 



Qeyri-xora mənşəli qanaxmalar: 

 

Qida borusu, mədə və 12bb xəstəlikləri



 

Eroziv-hemorragik qastroduodenit; 

 

Mellori-Veys sindromu; 



 

Mədə və 12bb şişləri (xoş və bədxassəli); 

 

Portal hipertenziya sindromu; 



 

Diafraqmanın qida borusu dəliyinin yırtığı (DQBDY), qida 

borusunun divertikulu, xoralı ezofagit; 

 

Mexaniki zədələnmələr, yad cisimlər və s.; 



 

Cərrahi və endoskopik müdaxilələrdən sonrakı qanaxmalar; 

 

Qaraciyər, öd yolları  və  mədəaltı  vəzin xəstəlikləri (travma, 



şişlər, sistlər, abseslər və destruktiv pankreatit); 

 

Qan damarlarının xəstəliyi: Delafua sindromu (intramural 



arterio-venoz  malformasiya), aorta və ya onun şaxələrinin 

anevrizması, kavernoz hemangioma, Randyu-Veber-Osler xəstə-

liyi (çox saylı teleangiektaziyalar), psevdoksantoma və s.; 

 

Qan xəstəliyi: leykozlar, hemofiliya, Verlqof xəstəliyi



Şönleyn-Qenox xəstəliyi, pernisioz anemiya və s.; 

 

Sistem və başqa xəstəliklər: uremiya, amiloidoz. 



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

11

MBQ zamanı  təcili olaraq ilkin tədbirlər həyata keçirilir və 



hemodinamika stabilləşdirilir, qanaxma medikamentoz üsulla 

dayandırılır. Nozoloji səbəbin sоnrakı müalicəsi xəstənin vəziyyəti 

stabilləşdikdən sonra aparılır. 

Qanaxmanın müalicəsi: "konservativ → endoskopik →  cərrahi" 

ardıcıllıqla həyata keçirilir. Cərrahi müalicə medikamentoz və 

endoskopik müalicələr effekt vermədikdə  təcili  şəkildə,  əksər 

hallarda isə xəstənin vəziyyəti stabilləşdikdən sonra aparılır. 

 

KMBQ-nin MÜALİCƏSİNİN ÜMUMİ PRİNSİPLƏRİ 



KMBQ-nin müalicəsində 

əsas məqsəd qanaxmanın 

dayandırılması, profilaktikası  və effektli müalicəsidir. Bunun üçün 

qanaxmanın yeri və səbəbinin təyini, anemiya və şokun korreksiyası 

və səbəbin aradan qaldırılması tədbirləri yerinə yetirilir.  

Bu tədbirləri şərti olaraq üç ardıcıl mərhələdə ümumiləşdirmək olar: 

I mərhələ – İlkin tədbirlər: diaqnostika, ilkin yardım və 

medikamentoz hemostaz 



II mərhələ – Qanaxmanın endoskopik və ya cərrahi üsulla 

effektiv dayandırılması 



III mərhələ – Səbəbin aradan qaldırılması  və ya ikincili 

profilaktikanın aparılması 

Müasir xəstəxanalarda yuxarı MBQ ilə daxil olan xəstələrin 

müalicəsi ümumi qastroenteroloji şöbələrdə, aşağı MBQ ilə daxil 

olan xəstələrin müalicəsi isə cərrahiyyə şöbəsində aparılır. Son 10-15 

ildə  xəstələrin müalicəsinin daha optimal model və sxemləri 

yaradılmışdır, yuxarı MBQ diaqnozu ilə  qəbul edilmiş  xəstələrin 

müalicəsi ixtisaslaşmış xüsusi mədə-bağırsaq qanaxmaları 

şöbələrində aparılır (A).  

Bu  şöbələr digər palatalardan ayrı yerləşməli və  aşağıdakılara 

malik olmalıdırlar: 

 

xüsusi iş təcrübəsinə malik tibb işçiləri



 

təcili yardımın göstərilməsi protokolu; 

 

24 saat ərzində fəaliyyət göstərən qastroenteroloq; 



 

təcili endoskopiya üçün avadanlıq; 

 

mərkəzi venoz damarlara müdaxilə üçün imkanlar; 



 

qastroenteroloq və digər konsultantların birgə fəaliyyəti. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




Yüklə 221,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə