Kəskin mədə-bağırsaq qanaxmalarının diaqnostika və müalicəsi üzrə klinik protokol


İLKİN DİAQNOSTİKA VƏ MÜALİCƏ TƏDBİRLƏRİ



Yüklə 221,04 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix17.11.2017
ölçüsü221,04 Kb.
#11024
1   2   3   4   5   6   7

 

12

İLKİN DİAQNOSTİKA VƏ MÜALİCƏ TƏDBİRLƏRİ 



Klinika 

Xəstə qəbul şöbəsində cərrah tərəfindən müayinə olunur, KMBQ 

faktı  və  ağırlıq dərəcəsi ilkin olaraq klinik əlamətlərə  əsasən təyin 

edilir: 


 

Qan və ya qəhvə çöküntülü qusmanın (hematomezis) olması 



(vizual və ya anamnezində qeyd edilməklə) 

 



Qətranvarı  nəcis ifrazı (melena) (anamnezində qeyd edilməklə 

yanaşı perrektum yoxlanılmaqla təsdiqini tapmalıdır) 

 

Kəskin qanitirmənin simptomokompleksi (başgicəllənmə, 



halsızlıq, qulaqlarda küy, göz qaralması, ürəkdöyünmə, soyuq 

tərbasma); 

Vəziyyəti son dərəcə  ağır olan xəstələrin ilkin müayinəsi və 

yardım göstərilməsi prosesinə  cərrahla yanaşı reanimatoloq da cəlb 

oluna bilər. 

 

Görüləcək tədbirlər 

 

Xəstə təcili olaraq stasionara qəbul edilir, reanimasiya şöbəsində 



yerləşdirilir, cərrah və reanimatoloqlar tərəfindən müayinə edilir 

(B).  

 



Əməliyyatxanaya təcili  əməliyyatın aparılması ehtimalının 

olduğu barədə məlumat verilir. 

 

Xroniki qanaxmaları olan xəstələr isə cərrahi şöbəyə qəbul edilir, 



müayinə və müalicəsi planlı qaydada aparılır. 

Təcili qaydada həyata keçirilən müayinə və müalicə tədbirləri 

 



Kəskin MBQ əlamətləri ilə daxil olmuş  xəstələrə ilkin olaraq 

rutin müayinələr, vəziyyəti stabilləşdikdən sonra ikincili − geniş 

müayinələr aparılır; 

 



Anamnezdə  mədə-bağırsaq, qaraciyər, dalaq və hematoloji 

xəstəliklərin olması, antikoaqulyant və qeyri-steroid iltihab 

əleyhinə (QSİƏ) dərmanların qəbulu dəqiqləşdirilir

 



Periferik, ehtiyac olarsa mərkəzi venalardan biri kateterizasiya 

olunur; 


 

Laborator müayinələr üçün qan götürülür (hemoqramma, qanın 



biokimyəvi analizi, koaquloqramma); 

 



Sidik kisəsi kateterizasiya olunur (C)

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

13



 

Nazoqastral zond (NQZ) qoyulur (C)

 

H2-histamin blokatoru (ranitidin, famotidin və s.) və ya proton 



pompası inhibitorlarından biri (omeprazol, pantoprazol və s.) 

parenteral – vena daxilinə təyin edilir (A)

 

Xəstələrə itirilmiş qanın həcminə, hemodinamik göstəricilərinə 



uyğun infuzion-transfuzion terapiya başlanılır. Hb < 70 q/l və ya Ht 

< 25% olan xəstələrə hemotransfuziya aparılır (C)

 



Koaquloqrammanın göstəriciləri, xəstənin yaşı, yanaşı  xəstəlikləri 

nəzərə alınmaqla hemostatik terapiya (vikasol, aminokapron 

turşusu, transamin, disinon, kalsium-xlor məhlulu, fibrinogen, 

trombositar kütlə və s.) fərqli tərkib və həcmdə aparıla bilər (D); 

 

Şəkər, elektrolit balansı, qanın qaz tərkibi (PO



2

, PCO


2

  və Ph) 

tənzimlənir; 

 



Hemodinamik göstəricilər stabilləşdikdən sonra təcili endoskopiya 

müayinəsi edilir; 

 

Qarın boşluğunun US (dopler) müayinəsi aparılır; 



 

Xəstə  hərtərəfli monitorinq nəzarətində saxlanılır (hemodinamika, 



Hb, Ht, tənəffüs, sidik ifrazı, NQZ-dən ifrazat, melena, huş və digər 

əlamətlər), sonraki tədbirlər qanaxma mənbəyinin xarakterindən və 

qanaxmanın davam edib etməsindən asılı olaraq seçilir (A)

 

Kəskin qanitirmənin dərəcəsinin qiymətləndirilməsi 



I dərəcə – yüngül qanitirmə: xəstənin ümumi vəziyyəti kafidir, 

zəif taxikardiya (100 vurğu/dəq.), A/T – normaya yaxın, Hb – 100 

q/l, mərkəzi venoz təzyiq (MVT) – 5-15 mm su st, diurez azalmayıb, 

DQK-nin defisiti – 20%-ə qədər, metabolik asidoz yoxdur. 



 

II dərəcə – orta dərəcədə qanitirmə: xəstənin ümumi vəziyyəti 

orta ağırlıqda, nəbz – 120 vurğu/dəq, sistolik A/T – 80 mm c.süt-dan 

aşağı olmur, Hb – 100-80 q/l, DQK-nin defisiti – 20-29%, zəif 

oliquriya, kompensə olunan metabolik asidoz. 



 

III dərəcə – ağır qanitirmə: xəstənin vəziyyəti ağırdır; nəbz – 

120 vurğu/dəqiqədən yuxarı, A/T – 80 mm c.süt-dan aşağı, MVT – 0, 

oliquriya, Hb – 80 q/l-dən az, DQK-nin defisiti – 30% və çox, 

metabolik və respirator asidoz. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

14

Qanitirmənin dərəcəsini qiymətləndirməklə yanaşı  xəstədə 



təcili fibroezofaqoqastroduodenoskopiya (FEQDS) yerinə 

yetirilir (A).  

FEQDS ilə qanaxmanın səbəbi, lokalizasyası, davam etməsi və 

ya dayanması, hemostazın etibarlı  və ya etibarsız olması müəyyən 

edilir. 


FEQDS-ə mütləq əks-göstərişlər: 

 

xəstənin aqonal (terminal) vəziyyətdə olması; 



 

qida borusunun daralma ilə olan  xəstəlikləri (qida borusunun 

çapıq strikturası); 

 

xəstənin manipulasiyadan qəti imtina etməsi (alınmış 



iltizamnamə ilə təsdiq edilməlidir). 

FEQDS-ə nisbi əks göstərişlər: 

 

Miokard infarktı (kəskin mərhələ); 



 

Beyin qan dövranının kəskin pozulması; 

 

Kəskin ürək-damar və ağ ciyər çatışmazlığı (III dərəcə); 



 

Psixi pozğunluq; 

 

Aortanın böyük ölçülü anevrizması. 



Endoskopik üsulla diaqnozu dəqiqləşdirmək mümkün olmadığı 

halda nişanlanmış eritrositlərlə radioizotop müayinəsi və ya qarın 

aortasının visseral şaxələrinin (yuxarı çöz, qastroduodenal, dalaq və 

sol mədə arteriyaları) selektiv angioqrafiyası yerinə yetirilir (A).  

Situasiyadan asılı olaraq qanayan damarın embolizasiyası  və ya 

2-6 gün müddətində vazopressin yeritmək məqsədi ilə angioqrafik 

kateterin saxlanılması məsləhət görülür (C). 

Mədə-bağırsağın rentgen-kontrast müayinəsi, KT yalnız qanaxma 

dayandıqdan sonra aparıla bilər (əgər ehtiyac olarsa) (B)

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



Yüklə 221,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə