Kəskin mədə-bağırsaq qanaxmalarının diaqnostika və müalicəsi üzrə klinik protokol



Yüklə 221,04 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix17.11.2017
ölçüsü221,04 Kb.
#11024
1   2   3   4   5   6   7

 

18

2-ci vəziyyət: Qanaxma dayanmır və ya təkrarlanır. 



Belə vəziyyətdə üç yoldan biri seçilir: 

1)

 



Təkrari endoskopik müdaxilə – hemostaz və ya skleroterapiya (A); 

2)

 



Cərrahi müalicə. Endoskopik müalicə qeyri-mümkün və ya 

effektsiz olduqda  aşağıdakı cərrahi müalicələrdən biri seçilir: 

 

Qida borusunun transseksiyası (D) 



 

Patsiora əməliyyatı (D) 

3)

 

Xəstə çox ağır vəziyyətdədirsə və ya əməliyyatdan imtina edərsə, 



Blekmor zondu qoyulur (D). 

 

Mədənin varikoz genəlmiş venalarından qanaxma 

Mədə varikozunda endoskopik müdaxilə imkanı yox 

dərəcəsindədir.  İlkin tədbirlər qanaxmanı dayandırırsa, qanaxmanın 

profilaktikası üçün aşağıdakılar edilir: 

 



β-blokatorlar (propranolol 20-40 mq /gün) (A); 

 



Antisekretor vasitələr (histaminoblokator və ya proton pompası 

inhibitorları) 

 

Portal hipertenziyanın səbəbinə  və qaraciyərin vəziyyətinə görə 



distal spleno-renalanastomoz və ya splenektomiya və ya 

transyuqulyar portosistem şuntlama (TİPS) (B). 

 

Qanaxma davam edərsə iki yoldan biri seçilir: 



 

Cərrahi müdaxilə-kardiofundal mexaniki tikiş qoyulması  və ya 



Patsiora əməliyyatı (D); 

 



Ağır vəziyyətdə  və ya əməliyyatdan imtina edilərsə, Blekmor 

zondu qoyulur (C). 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

19

MƏDƏ VƏ ONİKİBARMAQ BAĞIRSAĞIN 



XORA MƏNŞƏLİ QANAXMALARI 

Bu xəstələrdə  də ilkin tədbirlər həyata keçirilir və qanaxmanı 

dayandırma qaydası "medikamentoz → endoskopik →  cərrahi" 

ardıcıllıqla aparılır (A).  



1.   İlkin tədbirlər qanaxmanı dayandırsa –  

Xora əleyhinə müalicələr başlanılır:  

 

H2-histamin blokatorları – ranitidin 50 mq x 3 dəfə, kvamatel 



20mq x 2 dəfə və ya proton pompası inhibitoru (pontoprozol – 30 

mq v/d x 1 dəfə) 

 

Bürüyücülər – sukralfat (antepsin, maaloks və b.) 



 

Antihelikobakter pylori preparatları  (B) – (klaritromisin 0,5 x 2 



dəfə, amoksisillin 1,0 x 2 dəfə) 

Təkrarı endoskopik müayinələr aparılır (B)

 

Sağalma dinamikası varsa, müalicə 2-3 həftə müddətinə  qədər 



davam etdirilir və endoskopik yoxlama həyata keçirilir (B) 

 



Sağalma dinamikası yoxdursa, xəstə getdikcə  zəifləyirsə  və ya 

stenoz, maliqnizasiya kimi ağırlaşmalar aşkar edilirsə, cərrahi 

müalicə qaçılmazdır. 

 

2.  İlkin tədbirlər qanaxmanı dayandırmır və ya qanaxma 



təkrarlanırsa, iki yoldan biri seçilir: 

 



Endoskopik hemostaz (koaqulyasiya+skleroterapiya) və dinamiki 

nəzarət həyata keçirilir (B) 

 

Cərrahi müalicə endoskopik müalicə imkansız olduqda (kallyoz 



xora, maliqnizasiya şübhəsi, pilorik hissənin deformasiyası) 

seçilir (B)



Cərrahi müdaxiləyə seçim T.A.Forrest təsnifatı (1974) 

əsasında aparılır (D). 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

20

Kəskin MBQ endoskopik T.A.Forrest təsnifatı və cərrahi müalicə 



taktikası: 

Dərəcə 

Endoskopik 

müayinənin nəticəsi 

Cərrahi taktikanın 

seçilməsi 

F-I-A 

Xoralardan pulsasya 

edən arterial 

qanaxma  

- Xəstə reanimasiya və 

intensiv terapiya şöbəsinə 

yerləşdirilir. Dövr edən 

qanın həcmi, su-duz 

elektrolit pozğunluğu, 

həyat üçün vacib üzvlərin 

funksiyası korreksiya 

edilir. 


- Endoskopik hemostaz 

effektsiz olarsa, qısa 

müddətli hazırlıqdan sonra 

xəstədə təcili cərrahi 

müdaxilə aparılır. 

F-I-B 

Xoradan davam edən 

venoz və ya kapilyar 

qanaxma 


 

- Xəstə reanimasiya 

şöbəsinə yerləşdirilir. 

-Dövr edən qanın həcmi, 

su-duz, elektrolit 

pozğunluğu, həyat üçün 

vacib üzvlərin funksiyası 

korreksiya edilir.  

- Endoskopik hemostaz 

effektsiz olduqda qısa 

müddətli hazırlıqdan sonra  

xəstə təcili cərrahi 

müdaxiləyə götürülür. 

F-II-A 

Xoranın dibində 

görünən tromblaşmış 

damar 


- Xəstə reanimasiya 

şöbəsində yerləşdirilir; 

- Bir sutka ərzində 

aparılmış intensiv 

terapiyadan sonra qanaxma 

təhlükəsi saxlanılarsa, xora 

ilə uzun müddət əziyyət 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

21

çəkən, anamnezində 



qanaxma epizodu olan 

xəstələrə erkən cərrahi 

müdaxilə təklif edilir.  

F-II-B 

Xora üzərində fiksə 

olunmuş tromb-laxta 

- F-II-A ilə eyni qaydada 



F-II-C 

Xora üzərində 

hemorragik nöqtələr 

şəklində kiçik 

tromblaşmış 

damarlar 

(petexiyalar) – 

qanaxma yoxdur. 

- Xəstə planlı stasionar 

müayinə və müalicə üçün 

şöbədə yerləşdirilir, ilk 

həftə ərzində erkən cərrahi 

müdaxilənin aparılması 

məsləhətdir.  

- Cərrahi müdaxilədən 

imtina edən xəstələr 

ambulator müşahidə altında 

saxlanılır. 



F-III 

Qanaxma 


əlaməti 

aşkar olunmadı. 

- Xəstə müayinə və müalicə 

üçün şöbədə yerləşdirilir. 

 

Cərrahi müdaxiləyə aşağıdakı kateqoriyalı xəstələrin ehtiyacı olur: 



 

Davam edən və ya təkrar qanaxma ilə yaşlı  şəxslər. Onlar 



qanitirmə  və qanköçürməyə pis dözürlər. Bu şəxslərdə 

konservativ müalicə 24 saatdan artıq aparılmamalıdır (D)

 

Klinikaya 12b.bağırsağın profuz qanaxması ilə  ağırlaşmış xora 



xəstəliyi ilə daxil olan 50 yaşdan yuxarı xəstələr; 

 



Mədənin profuz qanaxması ilə ağırlaşmış xorası olan xəstələr. 

Aşağıdakı hallarda təcili əməliyyatlar yerinə yetirilir: 

 

Qanaxma və perforasiya ilə ağırlaşmış mədə və ya 12bb xorası; 



 

Qısa müddətdə 2500 ml qan köçürülməsinə baxmayaraq 



hemodinamikanın qeyri-stabil olması (C)

 



24 saat müddətində qanaxmanın davam etməsi (D)

Erkən əməliyyatlar aşağıdakı hallarda yerinə yetirilir: 

 

Qanaxmanın residiv ehtimalı yüksək olan xəstələr (F-IA; F-IB) 



(D)

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



Yüklə 221,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə