Kəskin mədə-bağırsaq qanaxmalarının diaqnostika və müalicəsi üzrə klinik protokol



Yüklə 221,04 Kb.
Pdf görüntüsü
səhifə7/7
tarix17.11.2017
ölçüsü221,04 Kb.
#11024
1   2   3   4   5   6   7

CƏRRAHİ ÜSULLARIN SEÇİLMƏSİ 

A  Hemodinamikası qeyri-stabil, əməliyyat riski yüksək və ya 

yanaşı xəstəlikləri olan yaşlı şəxslərdə cərrahi əməliyyat. 



Mədənin qanayan xorası olduqda: 

 



Qastrotomiya, qanayan xoranın tikilməsi (B); 

 



Qastrotomiya, qanayan xoranın kəsilib götürülməsi, 

piloroplastika, kötük vaqotomiyası (D). 



12b.bağırsağın qanayan xorası olduqda: 

 



Piloroduodenotomiya, qanayan xoranın tikilməsi (C)

 



Piloroduodenotomiya, qanayan xoranın tikilməsi, piloroplastika 

və kötük vaqotomiyası (D)



Qastroenteroanastomozun (QEA) qanayan peptiki xoraları 

olduqda: 

 



Qastrotomiya, qanayan xoranın tikilməsi, kötük vaqotomiyası (D). 

B  Hemodinamikası stabil, əməliyyat riski aşağı olan şəxslərdə 

cərrahi əməliyyat. 



Mədənin qanayan xorası zamanı: 

 



Antrumektomiya və kötük vaqotomiyası (antral xoralarda) (D); 

 



Mədənin Bilrot-I üsulu ilə rezeksiyası (antral xoralarda); 

 



Mədənin cismi və subkardial hissəsinin xoralarında Bilrot-II (B-

II) üsulu ilə  mədənin 2/3 hissəsinin rezeksiyası  və ya subtotal 

mədə rezeksiyası (C); 

 



Mədənin kardial hissəsinin qanayan xoralarında mədənin 

proksimal rezeksiyası (C). 



12b.bağırsağın qanaxma ilə ağırlaşmış xorası zamanı: 

 



Xoranın kəsilib götürülməsi, piloroplastika və vaqotomiya (kötük 

və ya selektiv mədə vaqotomiyası (SV) (C); 

 

Xoranın tikilməsi, piloroplastika və vaqotomiya (SPV, SV və ya 



kötük vaqotomiyası) (C); 

 



Mədənin B-II üsulu ilə distal rezeksiyası (C). 

Qastroenteroanastomozun qanaxma ilə  ağırlaşmış peptik 

xorası zamanı: 

 



Rekonstruktiv mədə əməliyyatı – Ru üsulu ilə mədənin  subtotal 

rezeksiyası; 

 

Ru üsulu ilə mədənin subtotal rezeksiyası və kötük vaqotomiyası 



(C). 

 

22

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

23

MƏDƏ EROZİYALARI, KƏSKİN XORALAR 



Antikoaqulyant və aspirinlə bağlı qanaxmalar 

İlkin tədbirlərə aşağıdakılar əlavə edilir (B)

 

Aspirin və antikoaqulyant preparatlar kəsilir; 



 

Bürüyücü preparatlar verilir



 

Trombositar kütlə, plazma köçürülür; 



 

Qanaxma dayanarsa antiulserogen, antihelikobakter müalicə 



aparılır, endoskopik nəzarət həyata keçirilir; 

Qanaxma dayanmırsa təcili əməliyyat edilir: 

 

Total qastrektomiya;  



 

Mədə arteriyalarının bağlanması. 



 

Sepsislə bağlı xora, stress xoraları 

İlkin tədbirlərə aşağıdakılar əlavə olunur (B)

 

Bürüyücü preparatlar (sukralfat 60 ml x 4 dəfə); 



 

Antiferment (kontrikal, aprotinin) təyin edilir; 



 

Plazma köçürülür; 



 

Faktor VII verilə bilər. 



Müalicə əsasən konservativ üsulla aparılır, davam edən qanaxma 

zamanı  səbəb mədə eroziyasıdırsa və bağırsaqlarda eroziv 

qanaxmalar yoxdursa, qastrektomiya edilə bilər. 

 

Mellori-Veis sindromu 

Müalicə əsasən konservativ üsulla davam etdirilir. İlkin tədbirlər 

effekt vermirsə, endoskopik müdaxilə edilir. Endoskopik müdaxilə 

də effektsiz olarsa, əməliyyat – qastrotomiya, çatın tikilməsi yerinə 

yetirilir (C). 

 

Zondun yataq yarası 

Zond qastroezofageal birləşmədə  və  mədədə yataq yarası 

törədərək, yataq yarasından qanaxmaya səbəb olur. Zondun 

çıxarılması  və ilkin tədbirlər  əksər hallarda effektiv olur. Buna 

baxmayaraq qanaxma davam edərsə, endoskopik müdaxilə (adrenalin 

inyeksiyası  və koaqulyasiya) edilir. Endoskopik müdaxilənin 

effektsizliyi böyük yataq yarasının olmasını göstərir və əməliyyat – 

qasrotomiya və yaranın tikilməsi gerçəkləşdirilir. Yanaşı çoxsaylı 

qanayan eroziyalar da olarsa, qasrektomiya edilir (D)

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

24

Mədə şişi 

Cərrahi müdaxilə ön plana çıxır.  İlkin tədbirlər qanaxmanı 

dayandırarsa, xəstənin vəziyyəti stabilləşdikdən sonra planlı qaydada 

əməliyyat edilir. Davam edən və ya təkrari qanaxmalarda təcili 

əməliyyat edilir. Yayılmış  şişlərdə palliativ rezeksiya, yayılmamış 

şişlərdə isə radikal cərrahi müdaxilə (subtotal ablastik mədə 

rezeksiyası, qasrektomiya) edilir (D). 

 

Biliar qanaxma 

İlkin tədbirlər effekt verməzsə, angioqrafiya və qanayan damarın 

embolizasiyası yerinə yetirilir (C). 

 

Destruktiv pankreatitlər zamanı MB qanaxması 

Qanaxma stress xoralarındandırsa, yuxarıda göstərilən  şəkildə 

müalicə olunur. Perforasiya ilə bağlı qanaxmalarda 

(pankreonekrozun nəticəsində  mədə-bağırsaq perforasiyası) ilkin 

tədbirlər faydasız olarsa və ya qanaxma təkrarlanarsa (belə 

qanaxmalar adətən güclü ağrılardan sonra baş verir), əməliyyat edilir. 

Nekroz ocağı boşaldılır, hemostaz və tamponada edilir, perforativ 

dəlik tikilir və ya eksiziya edilir (D). 

 

Hemorragik qastrit 

Müalicə  əsasən konservativ üsulla aparılır  (B). Cərrahi 

əməliyyata nadir hallarda ehtiyac ola bilər. Qastrektomiya və ya 

mədə arteriyalarının bağlanması yerinə yetirilir (C). 

 

AŞAĞI MƏDƏ-BAĞIRSAQ QANAXMALARI (AMBQ) 

Melena və qanlı  nəcis bu qanaxmaların  əsas  əlamətidir. Yoğun 

bağırsağın 

ən çox qanaxma törədən xəstəlikləri 

şişlər 


(adenokarsinoma, polip), xoralı kolit, divertikul və 

angiodisplaziyadır. Nazik bağırsaqlarda Mekkel divertikulu, 

angiodisplaziya rast gəlinir. Ağır və orta dərəcəli qanitirmə ilə (şok 

əlamətləri ilə müşayiət olunan) xəstənin aparılması yuxarı 

qastrointestinal qanaxmalarda olduğu kimidir. 

Kiçik və xroniki qanaxmalarda isə müayinə planı nisbətən 

dəyişir. 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

25

Ağır və orta dərəcəli qanaxmalar  



► 

Yuxarı qastrointestinal qanaxmada olduğu kimi ilkin tədbirlər 

(təcili xəstəxanaya qəbul, ilkin klinik müayinə, dirsək venasının 

punksiyası, müayinələr, infuziya, qan və plazma tədarükü və 

köçürülməsi, USM) həyata keçirilir (B); 

► 

Yuxarı qastrointestinal endoskopiya mütləq aparılır (B); 



► 

Yuxarı qastroduodenal endoskopiya neqativ olarsa, 

kolonoskopiya edilir (B); 

Bu ilkin tədbirlərin nəticəsinə – mənbənin təbiətinə  və 

qanaxmanın dayanıb-dayanmamasına əsasən qanaxmanı dayandırma 

və profilaktika tədbiri həyata keçirilir. 

 

Şiş mənşəli qanaxma 

Şişin radikal çıxarılması qanaxmanın dayandırılmasının etibarlı 

müalicəsidir. 

Qanaxma dayanarsa, xəstəni tam stabilləşdirib (Hb 90-100 q/l) 3-

4 gün hazırladıqdan sonra əməliyyata götürülür. Əməliyyat radikal 

şəkildə  (şişdən 4 sm distala, 10 sm proksimala, limfodisseksiya) 

aparılır, (vikril 3/0) tikişlərlə anastomoz qoyulur (D).  Qanaxma 

davam edərsə, əməliyyat təcili surətdə həyata keçirilir. 

Xəstənin vəziyyəti çox ağır olarsa, kolostoma çıxarılır (Hartman 

əməliyyatı), keçməməzlik  əlamətləri olmadıqda isə birincili 

anastomoz qoyulur (D). 

 

Divertikul mənşəli qanaxma 

Divertikul eksiziyası (açıq və ya laporoskopik) ilk seçimdir (D). 

 

Angiodisplaziyalar 

Angiodisplaziya daha çox bağırsağın sağ yarısında yerləşir. 

Endoskopik koaqulyasiya ilk seçimdir. Bu effektsiz olarsa və 

qanaxma davam edərsə, rezeksiya edilir. Əməliyyat vaxtı  çənbər 

bağırsaq və distal nazik bağırsaq endoskopik müayinə edilə bilər (C). 

 

Xoralı kolit 

 



Xoralı kolitlərdə (qeyri-spesifik, infeksion, işemik) əksər hallarda 

konservativ müalicə qanaxmanı dayandırır və spesifik müalicələr 

davam etdirilir. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

26



 

Qanaxma davam edərsə, xüsusən də toksik meqakolon və ya 

perforasiya  əlamətləri də varsa, təcili  əməliyyat – total və ya 

hissəvi kolektomiya icra olunur (D). 

 

Mekkel divertikulu 

Gənc yaş, qarında hərəkətli kütlə (divertikulda hematoma), 

profuz qanaxma, qastroduodenoskopiyada və kolonoskopiyada 

patologiyanın olmaması Mekkel divertikuluna yüksək şübhə yaradır. 

Oral kontrastlı KT və laparoskopiya diaqnozu dəqiqləşdirir. 

Divertikulun təcili eksiziyası radikal müalicədir (D). 

 

Mənbəyi tapılmayan aşağı mədə-bağırsaq qanaxmaları 

İlkin tədbirlərlə qanaxma mənbəyi tapılmayan xəstədə qanaxma 

profuz şəkildə davam edərsə, təcili laparotomiya və əməliyyatdaxili 

total endoskopiya həyata keçirilir (C). 

Ağır və orta dərəcəli qanaxması olan, nisbətən stabilləşmiş 

xəstələrdə: 

 

Oral kontrastlı KT aparılır; 



 

KT neqativdirsə, enteroklizis ön plana çıxır; 



 

Enteroklizis neqativdirsə, təkrari və diqqətli 



qastroduodenoskopiya və kolonoskopiya edilir (D). 

Bu müayinələrlə mənbə tapılmadıqda və qanaxma təkrarlandıqda, 

angioqrafiya (ümumi qaraciyər arteriyası, yuxarı  və  aşağı 

mezenterial arteriyalar) edilir (B). Angioqrafiyada da mənbə 

tapılmırsa və qanaxma davam edərsə (təkrarlanırsa),  əməliyyat 

aparılır. Əməliyyata laparoskopik başlanılır və Mekkel divertikulu və 

yoğun bağırsaq divertikulu axtarılır. Nəticə neqativ olarsa, açıq 

əməliyyata keçilir, mədə-bağırsaq, qaraciyər, mədəaltı  vəz vizual, 

palpator yoxlanılır. Mənbə tapılmırsa, total qastrointestinal 

əməliyyatdaxili endoskopiya yerinə yetirilir (D). 

Mənbəyi tapılmayan qanaxmaların  ən çox rast gəlinən səbəbləri 

angiodisplaziyalar və nazik bağırsaq polipləridir. 

 

Hemorroidal qanaxma 

Hemorroidektomiya radikal müalicə sayılır. Planlı  xəstələrdə 

düyünlərin bağlanması 

məsləhətdir. Çox ağır xəstələrdə 

skleroterapiya oluna bilər (B). 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

27

Septik və kimyəvi terapiyadan sonrakı qanaxmalar 

İlkin tədbirlər davam etdirilir. Əlavə olaraq bürüyücülər 

(sukralfat) və Vit. B15 (Bepantene) istifadə edilir (D). 

 

Kiçik və xroniki qanaxmalar  

Bu xəstələrdə  əsas hədəf qanaxmanın səbəbinin tapılmasıdır. 

Hərtərəfli anamnez, klinik, laborator müayinələr, nəcisdə gizli qan, 

kolonoskopiya, KT müayinələri aparılır. Enteroklizis və 

laparoskopiyaya ehtiyac ola bilər (D). 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

28

Ədəbiyyat: 



 

1.

 



The management of acute upper and lower gastrointestinal 

bleeding. A national clinical guideline, September 2008, 

Scottish Intercollegiate Guidelines Network. 

http://www.sign.ac.uk

 

2.

 



Ağayev B.A. – Cərrahi xəstəliklər, Bakı-2007, 808 s. 

3.

 



Rüstəmov E.A., Məmmədov K.B., Məmmədov Ə.Ə., Namazov 

A.Ə. “Kəskin qastroduodenal qanaxmalar zamanı müasir 

diaqnostika və müalicə taktikası” Metodik tövsiyə, Bakı-2001, 

29 s. 


4.

 

Агаев  Б.А.,  Алиев  В.М.,  Гараев  Г.Ш.,  и  др.  Острые  гастро- 

дуоденальные 

кровотечения 

язвенной 

этиологии. 

Методические рекомендации; Баку, 1997, 46  

5.

 



UK comparative audit of upper bleeding and the use of blood. 

London: British Society of Gastroenterology;2007.Available 

from 

http://www.bsg.org.uk/pdf_docs/



 

6.

 



Donalwe P.E., Nyhus L.M., Massive Upper Gastrointestinal 

hemorrhaye in Surgery of the Esophagus, stomach and small 

intestine (5th ed) Boston: Little, Brown, 1995 

7.

 



Laine L., Peterson  W.L. Bleeding peptic ulcer N.Enql. J. Med. 

331: 717-727 

8.

 

Воробьев  А.И.,  Городицкий  В.М.,  Шулутко  Е.М.,  Васильев 



С.  А.  Острая  массивная  кровопoтеря - М.  ГЭОТАР.  МЕД. 

2001-176 с.  

9.

 

Вербицкий  В.Г.,  Багненко  С.Ф.,  Курыгин  А.А.  Желудочно-



кишечные  кровотечения  язвенной  этиологии.  Патогенез, 

диагностика, лечение. СТП. – Политехника 2003, 242 с. 



 

 

 

 

 

 

 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



ƏLAVƏ №1 

 

Yuxarı MBQ-də müalicə alqoritmi 

 

 

 

Yuxarı MBQ 

Reanimasiya etmək 

Uğurludursa 

Uğursuzdursa 

 

Ac saxlamaq 

V/d mayelər t/o 

24 saat müddətində

 

endoskopiya +

 

endoskopik müalicə 

Əməliyyat, 

əməliyyat masaüstü, 

əməliyyat daxili 

endoskopiya 

Təkrari qanaxma 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

29

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


ƏLAVƏ №2 

 

Təkrar gizli MBQ-nin müalicə alqoritmi 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yuxarı mədə-bağırsaq traktının 

endoskopiyası və kolonoskopiya 

nəticəsiz olarsa

Təcili ağır 

qanaxmalarda

Planlı  

hallarda 

1. Nazik bağırsaqların 

təmizlənməsi 

2. Enteroskopiya 

3. Radionukleid müayinə

4. ERXP (Hemobilia) 

nəticəsi müsbət olarsa 

qarın kötüyünün 

angioqrafiyası ilə birgə 

5. Angioqrafiya 

Müalicə 

Hemobilia, 

pankreatik 

qanaxmalar,   

və nazik 

bağırsağın      

bəzi damar 

patologiyaların

da radioloji 

embolizasiya 

Qalan 

hallarda 

əməliyyat 

daxili 

endoskopiya 

ilə birgə 

cərrahi 

müdaxilə 

Mənfəzdaxili kontrastı 

aşkar etmək üçün təcili 

angioqrafiya. 

Yuxarı mezenterik 

arteriyanın 

angioqrafiyası 

neqativdirsə,            

qarın kötüyünün 

angioqrafiyası 

 

30

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


ƏLAVƏ №3 

 

Aşağı MBQ-da alqoritmlər 



 

Fibrosiqmoidoskopiya

 

B. Tipik hemorroidal 

qanaxmalar 

45 

yaşdan 

yuxarı 

DBDM 

PS 

RS 

İrriqoskopiya 

Səbəb tapılmır 

Səbəb tapılmır

 

Kolonoskopiya 



45 

yaşdan 

aşağı 

DBDM 

PS 

RS 

Müalicəyə 

tabe olmur 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

A. Tualet kağızında 

qan ləkələri 

45 

yaşdan 

aşağı 

Düz 

bağırsağın 

digital 

müayinəsi 

(DBDM) 

45 

yaşdan 

yuxarı 

DBDM 



Proktoskopiya 

(PS) 



Rigid 

siqmoido-

skopiya (RS)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

31

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


ƏLAVƏ №4 

 

Massiv düz bağırsaq qanaxması (hemorroidlər inkar olunmuşdur) 

 

 

Yuxarı MBT-nin endoskopiyası 

Hemostaz etmək 

(cərrahi, yaxud 

endoskopik) 

Qanaxmanın yeri 

naməlumdur

 

Yeri tapılır 



Yeri tapılmır

Stabildir 

Qeyri-stabildir 

Yeri tapılır 

Yeri tapılmır

Mezenterik 

angioqrafiya 

Laporatomiya + 

əməliyyatdaxili 

endoskopiya 

Qanaxma 


davam edirsə 

Selektiv  

angiokateter damarın 

daxilində saxlanmaqla  

laporatomiya 

Yeri tapılır 

Gözləməli

Stabildir 

Qanaxma yeri 

qeyri-müəyyəndir 

Qeyri-stabildir 

Kolonoskopiya 

Qanaxmanın 

yeri məlumdur 

Nişanlanmış 

eritrositlərlə 

sintoqrafiya 



 

32

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

 

 



 

 

 



 

 

 



Klinik protokolla bağlı  təklif və iradlarınızı 

Azərbaycan Respublikası  Səhiyyə Nazirliyinin İctimai 

Səhiyyə və İslahatlar Mərkəzinə göndərə bilərsiniz. 

 

Ünvan:  Bakı, H.Zərdabi küç., 96 

Tel: 431-60-88 

Faks: 430-52-85 

Email: office@isim.az 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 

Document Outline

  • obloska GIbleeding.pdf
  • GI bleeding A5 for Web.pdf
  • Klinik protokolla baqli.pdf

Yüklə 221,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə