Kəskin otit üzrə klinik protokol



Yüklə 171,53 Kb.
Pdf görüntüsü
tarix19.11.2017
ölçüsü171,53 Kb.
#11095


Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




Azərbaycan Respublikası Səhiyyə Nazirliyi  

kollegiyasının 3 fevral 2009-cu il tarixli  

3 saylı qərarı ilə təsdiq edilmişdir

 

 



 

 

KƏSKİN OTİTLƏRİN  

DİAQNOSTİKA VƏ MÜALİCƏSİ ÜZRƏ 

KLİNİK PROTOKOL 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Bakı - 2009

 

1



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

56.8 


K 59 

 

 



 

 

 



 

 

 



 

 

 



K 59  Kəskin otitlərin diaqnostika və müalicəsi üzrə klinik 

protokol – 28 səh.  

 

2

Klinik protokol Azərbaycan Respublikası  Səhiyyə 



Nazirliyinin səhiyyə islahatları  çərçivəsində ictimai 

səhiyyə kadrlarının hazırlanması üzrə Tədbirlər proqramı 

əsasında tərtib edilmişdir. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

3

 



Klinik protokolun redaktoru: 

C.Məmmədov – Səhiyyə Nazirliyi İctimai Səhiyyə və 

İslahatlar Mərkəzinin direktoru 

 

Klinik protokolun tərtibçilər heyəti: 

N.Hüseynov – Səhiyyə Nazirliyinin baş mütəxəssisi,  

Ə.Əliyev ad. ADHTİ-nin Otorinolarinqologiya kafedrasının 

müdiri, professor, t.e.d. 

A.Əfəndiyev – Ə.Əliyev ad. ADHTİ-nin Otorinolarinqologiya 

kafedrasının dosenti, t.e.n. 

T.Əhmədli – Ə.Əliyev ad. ADHTİ-nin Otorinolarinqologiya 

kafedrasının dosenti, t.e.n. 

L.Orucova – İctimai Səhiyyə və İslahatlar Mərkəzi tibb 

işçilərinin peşəkar hazırlığı şöbəsi, həkim-metodist 

 

Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsi tərəfindən 



rəy verilmişdir. 

 

 



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

4

İxtisarların siyahısı: 



KXO 

 – kəskin xarici otit 



KOO 

 – kəskin orta otit 



KT 

 – kompüter tomoqrafiya 



XBT-10 

 – Xəstəliklərin Beynəlxalq Təsnifatı, 10-cu buraxılış 



EÇS 

 – eritrositlərin çökmə sürəti 



RKT 

 – randomizasiya olunmuş klinik tədqiqat 



YTC 

 – yüksək tezlikli cərəyan 



UBŞ 

 – ultrabənövşəyi şüalanma 



 

Sübutların etibarlılıq dərəcəsi və elmi tədqiqatların tipləri 

Sübutların 

etibarlılıq 

dərəcəsi 

Sübutların mənbələri 

(elmi tədqiqatların tipləri) 

Ia 

Sübutlar meta-analiz, sistematik icmal və ya 

randomizasiya olunmuş klinik tədqiqatlardan (RKT) 

alınmışdır 



Ib 

Sübutlar ən azı bir RKT-dən alınmışdır 



IIa 

Sübutlar ən azı bir yaxşı planlaşdırılmış, nəzarət edilən, 

randomizasiya olunmamış tədqiqatdan alınmışdır 

IIb 

Sübutlar ən azı bir yaxşı planlaşdırılmış kvazi-

eksperimental tədqiqatdan alınmışdır 

III 

Sübutlar təsviri tədqiqatdan (məsələn, müqayisəli, 

korrelyasion tədqiqatlar, ayrı-ayrı halların öyrənilməsi) 

alınmışdır 



IV 

Sübutlar ekspertlərin rəyinə və ya klinik təcrübəyə 

əsaslanmışdır 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

5

Tövsiyələrin etibarlılıq səviyyəsi şkalası 



Tövsiyənin 

etibarlılıq 

səviyyəsi 

Tövsiyənin əsaslandığı sübutların  

etibarlılıq dərəcəsi 

•  RKT-lərin yüksək keyfiyyətli meta-analizi, 

sistematik icmalı və ya nəticələri uyğun 

populyasiyaya şamil edilə bilən, sistematik səhv 

ehtimalı çox aşağı olan (++) irimiqyaslı RKT. 

•  Sübutların etibarlılıq dərəcəsi Ia. 



•  Kohort və ya klinik hal - nəzarət tipli tədqiqatların 

yüksək keyfiyyətli (++) sistematik icmalı, yaxud 

•  Sistematik səhv riski çox aşağı olan (++) yüksək 

keyfiyyətli kohort və ya klinik hal - nəzarət tipli 

tədqiqat, yaxud  

•  Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 

sistematik səhv riski yüksək olmayan (+) RKT. 

•  Sübutların etibarlılıq dərəcəsi Ib və IIa. 

•  Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 

sistematik səhv riski yüksək olmayan (+) kohort və 

ya klinik hal - nəzarət tipli və ya nəzarət edilən, 

randomizasiya olunmamış tədqiqat, yaxud  

•  Nəticələri uyğun populyasiyaya bilavasitə şamil 

edilə bilməyən, sistematik səhv riski çox aşağı olan 

və ya yüksək olmayan (++ və ya +) RKT. 

•  Sübutların etibarlılıq dərəcəsi IIb. 

•  Klinik hallar seriyasının təsviri, yaxud  

•  Nəzarət edilməyən tədqiqat, yaxud  

•  Ekspertlərin rəyi.  

•  Yüksək səviyyəli sübutların mövcud olmamasının 

göstəricisidir. 

•  Sübutların etibarlılıq dərəcəsi III və IV. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

6

Protokol ilkin səhiyyə xidmətləri səviyyəsində çalışan 



otorinolarinqoloqlar, pediatrlar və ailə həkimləri üçün nəzərdə 

tutulmuşdur. 

Pasiyent qrupu: kəskin otit xəstəliyi olan 2 yaşdan yuxarı uşaqlar 

və böyüklər. 

 

Protokolun məqsədi:  

Kəskin otitli xəstələrdə diaqnostika və müalicənin adekvat, tam 

həcmli, eyni səviyyədə aparılmasını təşkil etmək. 



KƏSKİN XARİCİ OTİT 

Kəskin xarici otit (KXO) – xarici qulağın generalizə olunmuş 

iltihabı olub, prosesə  bəzən təbil pərdəsinin qoşulması ilə özünü 

büruzə verir. 



Epidemiologiya 

İl  ərzində  xəstələnmə coğrafi yaşayış yerindən və yaşından asılı 

olaraq ümumi əhali sayının 0,4-1%-ini təşkil edir. 

Müxtəlif ölkələrdə xarici otitlərin insanlar arasında yayılması 

qulaq xəstəliklərinin 17-23%-ini təşkil edir. Əgər xarici və orta 

qulağın iltihabı proseslərinin müştərək zədələnmələrini də  nəzərə 

alsaq, bu faiz daha da yüksəlmiş olur. 

Xarici qulağın iltihabının  əmələ  gəlmə tezliyi artmağa doğru 

meyllidir. Bu, hər  şeydən  əvvəl, peşə faktorlarının,  ətraf mühitin 

çirklənməsinin mənfi təsiri ilə, orqanizmdə immunoloji dəyişikliklərə 

səbəb olan dərman maddələrinin geniş  tətbiqi və stress halları ilə 

əlaqədardır. 



Etiologiya 

► 

Bakterial infeksiya 



−  Staphylococcus aureus 

−  Streptococcus pyogenes  

−  Pseudomonas aeruginosa 

► 

Göbələk infeksiyası  



−  Candida 

−  Aspergillus 

► 

Virus infeksiyası 



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

7

Axır illərdə göbələk mənşəli xarici otitlərin artması müşahidə 



olunur. Bu, hər  şeydən  əvvəl müasir müalicə metodlarının 

xüsusiyyətləri ilə 

əlaqədardır. Belə ki, antibiotiklərin, 

kortikosteroidlərin, sitostatiklərin uzunmüddətli tətbiqi ilə göbələk 

xəstəliklərinin inkişafına səbəb olan şərait kompleksi əmələ gəlir. 

Risk faktorları: 

► 

Regionar xroniki proseslər; 



► 

İmmun çatışmazlığı halları (birincili və ikincili); 

► 

Hormonal və maddələr mübadiləsi dəyişiklikləri, o cümlədən 



şəkərli diabet; 

► 

Allergiya; 



► 

İş  və istirahət  şəraiti (yüksək tozlu, çox rütubətli  şərait, 

barokomplekslərdə işlər); 

► 

Xarici qulaq keçəcəyi epidermisinin travmatizasiyası (istər 



birbaşa travma, istərsə də müxtəlif qulaq xəstəlikləri – ekzematoz 

proseslər, psoriaz, ekzema, xroniki orta otit, dermatitlər və s.); 

► 

Xarici  qulaq keçəcəyinin anatomik quruluşu və qulaq kirinin 



xüsusiyyətləri; 

► 

Üzgüçülük, çimmə; 



► 

İsti və nəm iqlim; 

► 

Eşitmə cihazından istifadə etmə. 



XBT-10 ÜZRƏ TƏSNİFAT 

H 60  


Xarici otit 

H 60.0  


Xarici qulağın absesi 

H 60.2  


Bədxassəli xarici otit 

H 60.3  


Digər infeksion xarici otitlər 

H 60.9  


Dəqiqləşdirilməmiş xarici otit 

KLİNİK TƏSNİFAT 

Xarici otitin aşağıdakı klinik növləri ayırd edilir: 

► 

Məhdudlaşmış (abses, çiban) 



► 

Diffuz 


► 

Bədxassəli (nekrotik) 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

8

Kəskin məhdudlaşmış XO xarici qulaq keçəcəyinin zarlı-

qığırdaq hissəsinin tük follikullarının və piy vəzilərinin 

infeksiyalaşması nəticəsində inkişaf edir. Ən çox karbohidrat 

mübadiləsi pozulmuş, hipovitaminozu (A, C, B qrupu) olan şəxslərdə 

əmələ gəlir.  



Kəskin diffuz XO xarici qulaq keçəcəyi dərisinin və  dərialtı 

qatının infeksiyalaşması nəticəsində (ən çox xroniki irinli orta otitlər 

zamanı) yayılmış forma kimi üzə çıxır. 

Bədxassəli XO xəstəliyin  ən ağır forması olub Pseudomonas 

aeruginosa  tərəfindən törədilir.  Ən çox insulindən asılı  şəkərli 

diabeti olan yaşlı  xəstələrdə  və ya immun çatışmazlığı olan gənc 

şəxslərdə rast gəlinir. Xəstəlik üçün infeksiyanın toxumaların dərin 

qatlarına çox tez yayılması  və qranulyasiyaların inkişafı, sümük 

toxumasının sekvestrasiyası xarakterikdir. Proses gicgah-çənə 

oynağının divarına yayıldığı zaman çeynəmə, ağzın açılması 

pozulmuş olur. Bu patologiya fonunda qonşu sinirlərin parez və 

iflicləri də mümkündür. 



DİAQNOSTİKA 

Şikayətlər 

► 

Qulaq nahiyəsində  kəskin ağrılar (bəzən ümumi baş  ağrıları): 



ağrılar iltihabi prosesin lokalizasiyasından asılı olaraq gicgah 

nahiyəsinə, çənəaltı sahəyə, gicgah-çənə oynağına irradiasiya edə 

bilər. Həmin ağrılar ağızın açılması və çeynəmə zamanı, traqusa 

və qulaq seyvanına toxunduqda güclənir 

► 

Eşitmənin zəifləməsi (adətən diffuz xarici otitlərdə müşahidə 



olunur), zəifləmə qulaqda tutulma hissiyyatından tam karlığa 

qədər ola bilər; 

► 

Qulaqda qaşınma (həmişə olmur); 



► 

Bədən hərarətinin yüksəlməsi (intoksikasiya səviyyəsindən asılı 

olaraq); 

► 

Ümumi vəziyyətin pisləşməsi, yuxunun pozulması,  əsəbilik 



(həmişə müşahidə olunmur). 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

9

Fizikal müayinələr 

► 

Qulaq seyvanının palpasiyası  və traqusun basılması zamanı 



ağrılar kəskin artır; 

► 

Otoskopiya zamanı xarici qulaq dərisinin infiltrasiyası, 



hiperemiyası hesabına keçəcəyin daralması: həmin infiltrasiya 

qulaq seyvanı ətrafı yumşaq toxumalara, məməyəbənzər çıxıntıya 

yayıla bilər. 

► 

Xarici qulaq keçəcəyində deskvamasiya olunmuş epidermis və 



irin hesabına kəskin qoxulu ifrazat kütləsi müşahidə edilir (diffuz 

xarici otitlərə daha çox xarakterikdir); 

► 

Qulaqətrafı limfa düyünləri palpasiya zamanı  bərkimiş  və  ağrılı 



olurlar; 

► 

Eşitmə, səsi nəql etmə aparatının pozulması tipində  zəifləmiş 



olur; 

► 

Məhdud xarici otit zamanı xarici qulaq keçəcəyinin divarlarının 



birində zarlı-qığırdaq hissədə bir və ya bir neçə  iltihabi düyün 

üzə  çıxır ki, onlarda da xəstəliyin mərhələsindən asılı olaraq 

nekrotik özək ola, yaxud olmaya bilər. Bu zaman xarici qulaq 

keçəcəyində başqa heç bir patologiya müəyyən edilmir. 

► 

Regionar limfa düyünlərinin böyüməsi 



Laborator müayinələr 

► 

qanın ümumi müayinəsi; 



► 

qanda və sidikdə qlükozanın təyini; 

► 

qulaq ifrazatının bakterioloji müayinəsi və mikrobların 



dərmanlara həssaslığının təyini; 

► 

qanın sterilliyinin təyini.  



İnstrumental müayinələr  

► 

Otoskopiya başlıca müayinə üsuludur (C). Bu metodu adi qulaq 



qıfı ilə yanaşı otoskop, mikroskop və endoskopun köməkliyi ilə 

də aparmaq olar. 

► 

Eşitmənin müayinəsi danışıq və kamertonlarla (akumetriya) və 



audiometrlərin köməkliyi ilə aparılır. Bu zaman alınan nəticələr 

eşitmənin səsi nəql etmə aparatının pozulması tipində 

zəifləməsini göstərir. 

► 

Bədxassəli XO zamanı rentgenoloji (KT) müayinə (C)



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

10

Differensial diaqnostika 

KXO aşağıdakı xəstəlik və hallarla differensiasiya edilir: 

 

1.  Kəskin orta otit (KOO) (cədvəl 1). Bu xəstəliyin diaqnozu xarici 

qulaq keçəcəyini təmizlədikdən sonra keçəcək genişləndirildikdə 

eşitmə funksiyasının bərpa olunmaması ilə  təsdiqlənir. Ancaq 

xarici qulaq keçəcəyi iltihabının təbil pərdəsinin epidermal qatına 

yayılması zamanı differensial diaqnostika çox çətinləşir. Bu 

zaman prosesin gedişinə gündəlik nəzarət düzgün diaqnoz 

qoyulmasına köməklik edir. 



Cədvəl 1. Kəskin xarici otitin kəskin orta otitlə                     

differensial diaqnostikası 

Simptomlar Kəskin xarici otitdə

Kəskin orta otitdə 

Qulaqda ağrı Var 

Var 

Eşitmənin zəifləməsi



Cüzi, qulaq 

keçəcəyinin ödemi 

və ifrazat zamanı 

Kəskin 


Qulaqda küy 

Yoxdur, xarici qulaq 

keçəcəyi dolu 

olanda ola bilər 

Müxtəlif intensivlikli 

Qulaqda qaşınma Var 

Yoxdur 

Traqusun basılması, 



seyvanın palpasiyası 

zamanı ağrı 

Kəskin ağrılı 

Ağrısız (erkən uşaq 

yaşlarından başqa). 

Xarici qulaq 

keçəcəyinin 

vəziyyəti 

Dəyişmişdir Dəyişməmişdir. 

İfrazat 


İrinli Selikli-irinli 

Bədən hərarəti 

Normal və ya 

subfebril 

Febril 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

11

2.  Mastoidit (cədvəl 2). KXO zamanı  şişkinlik və  ağrı qulaq 



seyvanının bitişmə  xətti üzrə olur, mastoidit zamanı isə  həmin 

əlamətlər məməyəbənzər çıxıntı nahiyəsində üzə  çıxır. Eyni 

zamanda, eşitmə pozğunluğu xarici otitlər zamanı keçici xarakter 

daşısa da, mastoidit zamanı bu pozğunluq daimi olur. 



Cədvəl 2. Xarici otitin mastoiditlə differensial diaqnostikası 

Simptomlar Xarici 

otitdə  

Mastoiditdə 

Təbil pərdəsinin 

vəziyyəti 

Dəyişməmişdir 

Dəyişmişdir 

(hiperemiya, 

infiltrasiya, tanınma 

nöqtələri təyin edilmir, 

təbil pərdəsinin 

perforasiyası 

mümkündür) 

Xarici qulaq 

keçəcəyinin genişliyi 

Qığırdaq hissədə 

daralmışdır 

Sümük hissədə 

daralmışdır(arxa-yuxarı 

divarın sallanması) 

İfrazatın xarakteri 

İrinli 


Pulsasiyaedici 

xarakterli,              

”rezervuar simptomu” 

Şuler, Mayer, 

Stenvers 

proyeksiyalarında 

gicgah sümüklərinin 

rentgenoqrafiyası, 

KT 

Gicgah 


sümüyünün 

dəyişilməsi təyin 

edilmir 

Məməyəbənzər çıxıntı 

hüceyrələrinin 

havalılığının itirilməsi 

və sümük əsasının 

struktur və tamlığının 

pozulması 

 

3.  Ağıl dişlərinin çıxması. Bu zaman müşahidə olunan ağrılar xarici 

qulağa irradiasiya edə bilər. Ancaq otoskopik dəyişkənliklərin, 

eşitmə  zəifləməsinin olmaması, qulaq seyvanının palpasiyasının 

ağrısız olması diaqnostikaya köməklik edir. Stomatoloqla 

məsləhətləşmək lazımdır. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

12

4.  Gicgah-çənə oynağının artrozoartriti. Bu xəstəliklərdə  də  ağrılar 



xarici qulaq nahiyəsində üzə  çıxa bilər. Xəstənin ağzının 

açılması, çeynəməsi pozularaq ağrılı olur. Diaqnoz otoskopiya 

zamanı dəyişikliklərin olmaması, oynağın palpasiyasında ağrının 

güclənməsi, ağzın açılması zamanı  çənənin xəstə oynaq tərəfə 

meyl etməsi, oynağın rentgen müayinəsi ilə  təsdiqlənir. 

Stomatoloqun məsləhəti lazımdır. 



KƏSKİN XARİCİ OTİTİN MÜALİCƏSİ 

Müalicənin məqsədləri  

  Xəstəliyin əlamətlərinin qısa müddətdə ləğv edilməsi; 

  Ağırlaşmaların inkişafının qarşısının alınması; 

  Residivlərin profilaktikası; 

  Həyat keyfiyyətinin yüksəlməsi. 

 

Müalicə zamanı su proseduralarından 7-10 gün ərzində imtina 



etmək lazımdır (xüsusən üzgüçülükdə) (B). 

Ağrılar yox olanadək eşitmə cihazının istifadəsi məhdudlaşdırıl-

malıdır (B). 

Müalicə, adətən, ambulator aparılır. 



Müalicə zamanı istifadə olunur: 

► 

Qulağın təmizlənməsi 



  Müalicə  həmişə xarici qulaq keçəcəyinin təmizlənməsindən 

başlanmalıdır. Bu məqsədlə antiseptiklərlə yuyulmadan və 

sorucudan istifadə edilir. Eyni zamanda pambıq və ya cuna 

piltələrdən də istifadə etmək olar. Bu zaman təmiz sahə 

alınana qədər həmin piltələri dəyişdirmək lazımdır. Digər 

tərəfdən, xarici qulaq keçəcəyinə  dərman maddələri də bu 

piltələrə isladılmış  şəkildə daxil edilməlidir. Həmin piltəni 

həkim, tibb bacısı və ya xəstə özü tətbiq edə bilər (C)

► 

Analgetiklər (ağrının intensivliyindən asılı olaraq yerli və ümumi 



təyin edilir) (B)

► 

Antibiotiklər 



  Yerli floraya uyğun təyin edilir (B). Onların daxilə  və ya 

parenteral qəbul edilməsinə ümumi vəziyyətdən asılı olaraq 

xəstəliyin birinci günündən qərar verilir. Əgər xəstənin 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

13

ümumi vəziyyəti kafi deyilsə, bədən hərarəti yüksəlmişsə, 



intoksikasiya əlamətləri varsa, antibiotiklərin təyini vacibdir. 

Həmin dərmanların tək halda yerli tətbiqi az effektlidir. Əksər 

hallarda antibiotik-qlükokortikoid qarışıqlarından istifadə 

etməyə üstünlük verilir. Bu qəbildən triasinalon-neomisin-

asetat turşusu damcıları daha üstündür. 

► 

Steroidlər 



► 

İltihab əleyhinə təsirə malik kimyəvi preparatlar 

  Bu məqsədlə topik alüminium-asetat damcılarından istifadə 

etməyə üstünlük verilir. 

► 

Fizioterapiya 



  Endoaural helium-neon lazer terapiyası aparılır (5-10 seans);  

  Xarici qulaq nahiyəsinə YTC və ya UBŞ  tətbiq edilir(5-10 

seans). 

Kəskin xarici otitin müalicə sxemi 

Etiotrop müalicə:  

► 

bakterial otitlər zamanı törədicinin növü və antibiotiklərə 



həssaslığından  asılı olaraq antibiotiklər təyin edilir – 

aminmüdafiəli penisillinlər, sefalosporinlər, ftorxinolonlar 

(uşaqlardan başqa) (B) 

► 

analgetiklər (göstəriş olsa) (B) 



► 

göbələk mənşəli zədələnmə zamanı flukonazol, klotrimazol 

► 

karbohidrat mübadiləsinin korreksiyası (xüsusilə  bədxassəli  



xarici otit zamanı). 

 

Yerli müalicə:

 

► 

xarici qulaq keçəcəyi çibanının başlanğıc mərhələsində 



alüminium-asetatdan istifadə edilir; çiban açıldıqdan sonra 

alüminium-asetat damcıları davam etdirilir və 10% natrium 

xlorid məhlulu ilə antibiotiklərin linimentləri (1% eritromisin, 

1% xlorfenikol və s.) növbələnərək tətbiq olunur; 

► 

proses uzandıqda çiban yarılır; (C) 



► 

diffuz xarici otitlər zamanı antibiotik və qlükokortikoidlər tətbiq 

edilir: prednizolon məlhəmi, flumetazon+klioxinol (lorinden C ), 

hidrokortizon+oksitetrasiklin (oksikort), betametazon+gentamisin 

(qaramisinlə selistoderm) – gündə 2-3 dəfə, 7 gün; (B) 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

14

► 



otomikozlarda xarici qulaq keçəcəyinə 2%-li xlornitrofenol 

damızdırılır, mikoqrammaya uyğun olaraq antifunqal dərmanlarla 

piltə gündə 1 dəfə yeridilir (izokenazol, ketokenazol, 1%-li 

klotrimazol, oksiklotrimazol kremləri). Müalicə 3-4 həftə aparılır. 

 

Bədxassəli xarici otitlərin müalicəsi: 

► 

göy irin çöplərinə qarşı spesifik bakteriofaq məhlulunun 



damızdırılması, poliferiment piltələrdən istifadə; 

► 

3-4%-li bor turşusu məhlulunun damızdırılması; 



► 

hiperbarik oksigenasiya; 

► 

parenteral antibiotikoterapiya (karbenisillin, seftazidim, 



seftriakson, siprofloksasin, moksifloksasin, levofloksasin və s.) 

 

Cədvəl 3Yerli müalicədə istifadə olunan dərmanlar 



Antiseptiklər 

Dərmanın adı Dozası 

Bor turşusunun 3-4%-li spirtli 

məhlulu 

(boric acid 3-4%) (B) 



 

Böyüklər: 2-3 damcı  

gündə 3 dəfə qulağa  

damızdırmalı və ya piltə ilə 

Pediatrik: 3-4 damcı  

gündə 3 dəfə qulağa  

damızdırmalı və ya piltə ilə 

Sirkə turşusu ilə alüminium-asetat

(acetic acid, aluminum acetate) (B)

Böyüklər: Eyni 

Pediatrik: Eyni 

Sirkə turşusu ilə hidrokortizon 

(acetic acid, hydrocortisone) (B) 

Böyüklər: Eyni 

Pediatrik: Eyni 

3%-li alüminium-asetat məhlulu 

(aluminum acetate 3%) 

Böyüklər: Eyni 

Pediatrik: Eyni 

2%-li sirkə turşusu məhlulu 

(acetic acid 2%) (B) 

Böyüklər: Eyni 

Pediatrik: Eyni 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

15

Antibiotiklər 

Ofloksasin (B)                 

(Floxin otic) 

Böyüklər: 5 damcı             

12 saatdan bir qulağa 

Pediatrik: 5-10 damcı          

12 saatdan bir qulağa 

Siprofloksasin                  

(Ciloxan) 

Böyüklər: 3 damcı             

12 saatdan bir qulağa 

Pediatrik: 3-5 damcı  

12 saatdan bir qulağa 

Siprofloksasin hidrokortizonla 

(Cipro HC otic) (B) 

Böyüklər: 3 damcı  

12 saatdan bir qulağa 

Pediatrik: 3-5 damcı  

12 saatdan bir qulağa 

Siprofloksasin deksametazonla (B)

(Cirpodex) 

Böyüklər: Eyni 

Pediatrik: Eyni 

Gentamisin betametazonla 

(Celestone phosphate otic) 

Böyüklər: 4 damcı  

gündə 4 dəfə qulağa 

Pediatrik: 4 damcı  

gündə 4 dəfə qulağa 

Neomisin, polimiksin B, 

hidrokortizon (B) 

(Cortisporin otic) 

Böyüklər: 4 damcı  

gündə 4 dəfə qulağa 

Pediatrik: 4 damcı  

gündə 4 dəfə qulağa 

Antifunqallar 

1%-li Klotrimazol qulaq damcısı 

(Zotrimin AF) 

Böyüklər: 3 damcı            

gündə 3-4 dəfə qulağa 

Pediatrik: 3 damcı            

gündə 3-4 dəfə qulağa 

Siklopiroksolamin (Brumixol) 

Böyüklər: 3 damcı gündə 3-4 

dəfə qulağa 

Pediatrik: 3 damcı gündə 3-4 

dəfə qulağa 

İzokenazol məlhəmi* 

Böyüklər: Eyni 

Pediatrik: Eyni 

 

*Klinik protokolun tərtib edildiyi dövrdə Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş dərman vasitəsi. 



 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

16

Metallarla (nikel, gümüş) təmas, yuyucu vasitələr (şampunlar, 



sabun), eşitmə cihazının işlədilməsi zamanı  əmələ  gələn kontakt 

dermatiti zamanı  həmin maddələrlə  təmasın kəsilməsi, eşitmə 

cihazından istifadə olunmaması tətbiq edilir (C). 

Mikroblara qarşı preparatların (neomisin) uzun müddət 

istifadəsindən sonra əmələ  gələn ikincili otitin müalicəsi zamanı 

allergik agent ləğv olunmalı və ayrı preparat təyin edilməlidir (B)



Residivləşmə 

Xəstəlik, adətən, qısa müddətə bitir. Ancaq bir çox hallarda 

residivləşmə qeyd olunur. Bu zaman vaksinterapiya, anatoksinlərin 

vurulması, autohemoterapiya, vitaminlər (A, B qrupu, C) tətbiq edilir. 

Ağır klinik gediş  və  bədxassəli xarici otit zamanı  təcili 

hospitalizasiya lazımdır. 



Cərrahi müalicə 

Ancaq bədxassəli gedişə malik XO zamanı göstərişdir: nekroza 

uğramış toxumalar xaric edilir. 

Proqnoz 

Əksər hallarda xoşdur. Bədxassəli gedişə malik XO istisna təşkil 

edir. Bu zaman ağırlaşmış anamnezi olan yaşlı insanlarda hətta 

letallıq da ola bilər. 



PROFİLAKTİKA 

 

XO profilaktikasında önəmli yeri  qulaqların  təsadüfi  əşyalarla  

və ya pambıqlı zondlarla təmizlənməsinin qadağan olunması tutur. 

Tozlu, rütubətli işlərdə, yüksək təzyiqli qaz mühitində çalışan şəxslər 

xüsusi nəzarət altında olmalıdırlar. Belə ki, bu şəxslərdə xarici qulaq 

dərisinin toz hissəcikləri ilə gündəlik mikrotravmaları, yüksək 

rütubət və  təzyiqin təsiri ilə  dərinin maserasiyası iltihabi prosesin 

əmələ gəlməsinə və davam etməsinə gətirib çıxarır.  

Xarici otitli xəstələrdə müalicədən sonra xarici qulaq 

keçəcəyindən kontrol yaxma götürülür; 3-4 ay qulağa su düşməkdən 

qorunmaq tövsiyə edilir; dispanser müşahidə 1 il ərzində aparılır.  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

17

PASİYENT ÜÇÜN MƏLUMAT 

XO xarici qulaq keçəcəyinin iltihabıdır. Bu iltihab infeksiya, 

allergiya və başqa səbəblərdən ola bilər. Qulaq damcıları ilə müalicə 

adətən effektli olur. 

Xarici otitin hansı simptomları var? 

Xəstələr,  əsasən, qulaqda ağrılar, eşitmənin zəifləməsi, 

qaşınmadan şikayətlənirlər.  

Xarici otitin yaranma səbəbləri hansılardır? 

Bəzi insanlar XO ilə  xəstələnməyə meyllidirlər. Onların 

qulaqlarına su, şampun, sabun, saç spreyləri və s. düşdükdə  həmin 

nahiyədə qaşınma yaranır və nəticədə xarici qulaq keçəcəyinin dərisi 

zədələnərək iltihaba təkan verir. İltihablaşmış dəri tezliklə infeksiya-

laşır. Bu yanlış dairə təkrar oluna bilər. İnsanlar qulaqlarını daha çox 

qaşıdıqca iltihab və infeksiya daha da artır, vəziyyət pisləşir və s. 

Xarici otitin baş verməsinə gətirib çıxaran digər səbəblər: 

-  Üzgüçülük. Üzgüçülüklə məşğul olanlarda olmayanlara nisbətən xarici 

otit 5 dəfə çox rast gəlinir. Bu, xarici qulaq keçəcəyinə su düşməsi ilə 

əlaqədardır. Xarici otiti bəzən “üzgüçü qulağı” da adlandırırlar.  

-  Hava. Xarici otit daha çox isti, rütubətli və “tərlədən” havada inkişaf 

edir. Ona görə də bu xəstəliyə ən çox isti ölkələrdə rast gəlinir. 

-  Dəri problemləri. Ekzema və ya psoriaz xarici qulaq keçəcəyi dərisini 

zədələyir və xarici otitin başlanmasına təkan verir.  

-  Qulaq kiri tıxaclarının yuyularaq təmizlənməsi. Bu, xarici qulaq 

keçəcəyini qıcıqlandıraraq iltihab törədə bilər.  



Xarici otit necə müalicə olunur? 

Həkim, adətən qulaq damcılarından ibarət olan qısa müalicə 

kursu təyin edir. Bu damcıların tərkibində infeksiyaya qarşı 

antibiotik və ödemlə qaşınmaya qarşı steroid olur. Müalicə bir həftə 

və ya xəstəliyin simptomları yox olana qədər davam etdirilir. 

Müxtəlif adı olan belə damcıların sayı kifayət qədərdir.  Əgər 

onlardan biri istənilən nəticəni verməzsə, həkim başqa tərkibli damcı 

təyin edir. 



Qulaq damcıları necə istifadə olunur? 

-  Xəstə, zədələnmiş qulaq yuxarı tərəfdə olmaqla uzanır.  

-  Qulağa bir neçə damcı dərman tökmək və həmin vəziyyətdə 1-2 dəqiqə 

uzanmaq; 

-  Qulaq seyvanının ön tərəfindəki qığırdaq çıxıntıya (traqus) bir müddət 

basmaqla damcını keçəcəyin dərinliyinə  yeritmək. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

18

Antibiotiklər 

Ümumi vəziyyət ağır olduqda və ya infeksiyanın qulaqdan ətraf 

toxumalara yayılması qorxusu olduqda bu dərmanlardan  istifadə olunur.  



Ağrıkəsicilər 

Ağrını aradan götürmək üçün,  adətən, parasetamol və ibuprofen 

tətbiq edilir. Qulaq nahiyəsinə qoyulan isti flanel və ya qızdırıcı 

kompreslər də həmçinin ağrını götürür. 



Qulaq keçəcəyinin təmizlənməsi 

Xarici qulaq keçəcəyinə pambıq piltə qoyulmur. Ancaq ifrazat 

çoxdursa, bir müddət bu ifrazatın təmizlənməsi üçün pambıq 

piltələrdən istifadə etmək olar. Bu zaman təmiz sahə alınana qədər bu 

piltələri dəfələrlə  dəyişmək olar. Xarici qulaq keçəcəyini pambıqlı 

çubuqla təmizləmək olmaz. Əgər siz bu çubuğu və ya hər hansı 

başqa  əşyanı qulağa daxil etsəniz, dərini zədələyib həmin yeri 

infeksiyalaşdırar və ağırlaşmalar törədərsiniz. Əgər axıntı qulaqətrafı 

nahiyələrə yayılarsa, əsgi parçası ilə təmizlənə bilər.  

Sonrakı müalicə 

Digər müalicələr iltihabın ağırlaşdığı hallarda və ya aparılan 

müalicə bir həftə ərzində köməklik etmədikdə təyin edilir.  

-  Həkim və ya tibb bacısı xarici qulaq keçəcəyini təmizləyə bilər. Onlar 

bunu xüsusi çubuğa dolanmış pambıqla və ya pambıq piltələr, ya da tibbi 

sorucu vasitəsi ilə həyata keçirirlər;  

Xarici qulaq keçəcəyi çox şişdikdə cuna piltə qulaq damcısı  xəstəliyi 



yaradan mikrobu təyin etmək üçün xüsusi piltə vasitəsilə ifrazatı xaric 

edə bilər. Bu, uyğun antibiotik qulaq damcılarını  təyin etmək üçün 

edilir (bəzi mikroblar bir çox antibiotiklərə həssas deyillər).

  

Xarici otitlə xəstələnməmək üçün nə etmək lazımdır? 

Xarici otitə meylli olmamaq üçün qulaq keçəcəyi daim quru 

saxlanılmalıdır. Bunun üçün:  

-  Xarici qulaq keçəcəyinə sabun və ya şampun daxil etmək olmaz. Belə 

hadisə olmasın deyə, keçəcəyə vazelinlə isladılmış pambıq qoyulmalıdır; 

-  Xarici qulaq keçəcəyinə düşmüş suyu xaric etmək üçün dəsmalın kənar 

ucundan və ya pambıqlı çubuqlardan istifadə etmək olmaz. Təmizliyi 

təbii yolla aparmaq lazımdır;  

-  Xarici qulaq keçəcəyini barmaqla, çubuqla, iti əşyalarla və s. ilə 

qaşımaq və ya təmizləmək olmaz. Qulaq keçəcəyi özü-özünü 

təmizləmək qabiliyyətinə malikdir; 

Üzgüçülüklə  məşğul olduqda xarici qulaq keçəcəyini quru saxlamaq 



lazımdır. Bu, qulaq keçəcəyinə xüsusi qoruyucular daxil etməklə  həyata 

keçirilir. Bəzi üzgüçülər silikon və ya rezin tıxaclardan istifadə edirlər, 

ancaq bu zaman qulaq keçəcəyi  dərisini qıcıqlandırmamaq əsas şərtdir.

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

19

KƏSKİN ORTA OTİT 

Kəskin orta otit (KOO) – patoloji prosesə daha çox təbil 

boşluğunun qoşulması ilə xarakterizə olunan orta qulağın kəskin 

iltihabi xəstəliyidir. Orta otit bir çox fəsadlaşmanın səbəbi ola bilər. 

Xəstəlik vaxtında müalicə edilmədikdə  və ya virulent infeksiya 

aparılan müalicəyə adekvat tabe olmadıqda, infeksiya orta qulaqdan 

qonşu nahiyələrə, o cümlədən kəllədaxili şöbələrə də keçə bilər. 



Epidemiologiya 

Xəstəlik geniş yayılmışdır (bütün LOR xəstəliklərinin 15-25%-ə 

qədərini təşkil edir), ancaq ən çox uşaq yaşlarında rast gəlinir. Orta 

otit xəstəliyi olan uşaqların hər 5 nəfərində (18%) xəstəliyin 

ağırlaşmış gedişi qeyd olunur. 12% xəstələrdə sonradan neyrosensor 

ağıreşitmə  və karlığa gətirib çıxaran daxili qulaqda neyroepitelial 

hüceyrələrin zədələnməsi baş verir. Eyni zamanda, proseslər uşağın 

dilinin açılması  və danışmağa başladığı dövrə  təsadüf edərsə, kritik 

rol oynaya bilər. 

Etiologiya 

  Streptococcus pneumoniae 

  Haemophilus influenzae 

  Moraxella catarrhalis 

  Streptococcus pyogenes 

  Staphylococcus aureus 

Bundan başqa virus infeksiyasının da müəyyən rolu var. 

Risk faktorları: 

► 

Soyuq fəsillər: orta otit əsəsən qışa təsadüf edir. 



► 

Yuxarı tənəffüs yollarının virus infeksiyası. 

► 

Bir dəfə xəstələnmiş şəxslərin orta otitlə xəstələnməsi şansı daha 



çoxdur. 

► 

Zəif immunitet. 



► 

Burun tənəffüsünün pozulması. 

► 

Sinus infeksiyaları. 



► 

Allergiya 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

20

Bunlardan əlavə uşaqlarda: 



► 

Ətraf mühit faktorları – passiv siqaret çəkmə, havanın 

çirklənməsi uşaqların immun sistemini zəiflədir və KOO ilə 

xəstələnmə riskini artırır. 

► 

İnkişaf anomaliyaları – sərt damağın bitişməməsi. 



► 

Orta qulaq boşluqlarında miksoid toxumanın olması (erkən yaşlı 

uşaqlarda) 

► 

Geniş, düz, qısa və daha horizontal yerləşmiş eşitmə borusu. 



► 

Udlaq badamcıqlarının hipertrofiyası və xroniki iltihabı. 

► 

Gicgah sümüyünün başa çatmamış pnevmatizasiyası. 



► 

Qastroduodenal reflüks. 



XBT-10 ÜZRƏ TƏSNİFAT 

H65  İrinsiz orta otit 

H66  İrinli və dəqiqləşdirilməmiş orta otit 

H67 Digər rubrikalarda təsnif olunmuş xəstəliklərdə orta otit 



KLİNİK TƏSNİFAT 

KOO-nun klinik gedişində 3 mərhələ müəyyən edilir: 

 

I – kataral iltihab mərhələsi 



 

II – irinli iltihab mərhələsi: 

a) təbil pərdəsinin perforasiyası öncəsi; 

b) təbil pərdəsinin perforasiyası 

 III 

mərhələ – reperativ və ya həll edilmə mərhələsi 



 

► 

Perforasiya öncəsi əsas şikayət qulaq ağrısıdır. Əksər hallarda bu 



ağrı çox şiddətli olur. Xəstədə intoksikasiya əlamətləri, yüksək 

hərarət, təbil pərdəsinin və qulaq sümükcüklərinin hərəkətliyinin 

məhdudlaşması nəticəsində qulaqda olan küy qeyd edilir. 

► 

Perforasiya mərhələsində qulaq pərdəsinin deşilməsi nəticəsində 



qulaqdan irinli möhtəviyyatın axması müşahidə olunur. Bunun 

nəticəsində qulaq ağrısı keçir, xəstənin vəziyyəti yaxşılaşır, 

hərarət azalır. İfrazat irinli selikli və yaxud qanla qarışıq ola bilər. 

Bir neçə gündən sonra axıntılar azalır və qatılaşır. 

► 

Reparativ mərhələdə axıntılar kəsilir, təbil pərdəsinin dəliyi 



bitişir, hiperemiyası keçir, tanınma nöqtələri aydın seçilir, eşitmə 

normallaşır. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

21

DİAQNOSTİKA 



Şikayətlər 

I mərhələ: 

  qulaqda ağrılar 

  eşitmənin zəifləməsi 

  qulaqda küy 

  bədən hərarətinin yüksəlməsi 

  başgicəllənmə (daimi deyil) 

  iştahanın azalması, ishal (uşaqlarda) 

II mərhələ: 

► 

Perforasiya öncəsi 



  ağrının artması 

  bədən hərarətinin daha da yüksəlməsi 

  zəiflik 

  eşitmə zəifliyinin daha da artması 

  qulaqda küy 

  başgicəllənmə, ürəkbulanma (daimi deyil) 

► 

Perforasiya 



  xarici qulaq keçəcəyində irinli ekssudatın olması 

  ağrının azalması 

  bədən hərarətinin azalması 

  intoksikasiya əlamətlərinin azalması 



III mərhələ: 

  xarici qulaq keçəcəyində irinli ekssudatın azalıb kəsilməsi 

  ağrının yox olması 

  bədən hərarətinin normallaşması 



Obyektiv müayinə 

► 

Otoskopiya zamanı  təbil pərdəsinin hərəkət məhdudluğu və 



dartılması ilə  bərabər damarların genəlməsi (I mərhələdə); təbil 

pərdəsinin  əhəmiyyətli hiperemiyası  və ekssudatın təsiri ilə 

şişməsi (II a mərhələsində); təbil pərdəsinin müxtəlif 

nahiyələrində perforasiyası və həmin perforasiyadan xarici qulaq 

keçəcəyinə  təkanla irinin daxil olması (“pulsasiyaedici refleks”), 

xarici qulaq keçəcəyində selikli-irinli ifrazat (II b mərhələsində) 

qeyd olunur. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

22

► 



Qulaqətrafı limfa düyünləri palpasiya zamanı bərkimiş və ağrılı 

olurlar (daimi deyildir) 

► 

Eşitmə, səsi nəql etmə aparatının pozulması tipində zəifləmiş olur 



► 

Kəskin orta otiti olan xəstələrdə müxtəlif ağırlaşmaların olması 

ehtimalını həmişə nəzərdə saxlamaq lazımdır. Belə ki, 

mastoiditin olub-olmamasını təsdiq etmək üçün qulaqarxası 

nahiyədə dəri örtüyünün pastozluğuna, qulaqarxası büküşün 

hamarlanmasına, qulaq seyvanının irəli qabarmasına, həmin 

nahiyədə flüktasiyanın olmasına fikir vermək lazımdır. Üz 

sinirinin nevritini (sifətin asimmetriyası), otogen meningiti 

(müsbət meningeal simptomlar) və s. də inkar etmək lazımdır. 

Laborator müayinə 

KOO-nun tipik gedişi zamanı periferik qanda neytrofil 

leykositoz, EÇS-in artması müşahidə edilir. Ağır gedişə  malik 

xəstəlik zamanı isə qan formulunun sola əhəmiyyətli dərəcədə meyli 

ilə leykositoz (bəzən 20x10

9

/l qədər və daha artıq) qeyd olunur. Bu 



dəyişikliklər eozinofillərin yox olması ilə yanaşı, arzuolunmayan 

əlamət kimi ağırlaşmaların inkişafına (mastoidit və s.) dəlalət edir. 



İnstrumental müayinə 

► 

Otoskopiya adi qulaq qıfı ilə yanaşı otoskop, pnevmatik otoskop 



və mikroskopla aparılır. (D) 

► 

Eşitmənin müayinəsi danışıq, kamertonlarla (akumetriya), 



audiometriya, timpanometriya vasitəsilə aparılır. Bu zaman 

konduktiv tipli eşitmə zəifliyi qeyd edilir. (D) 



Differensial diaqnostika 

Differensial diaqnostikası XO ilə aparılmalıdır (Cədvəl 1). 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

23

KƏSKİN ORTA OTİTİN MÜALİCƏSİ 



Müalicənin məqsədləri  

► 

Ağırlaşmaların inkişafının qarşısının alınması; 



► 

Residivlərin profilaktikası; 

► 

Xəstəliyin əlamətlərinin qısa müddətdə ləğv edilməsi. 



Müalicə, adətən, ambulator aparılır. 

Əgər başlanğıc mərhələsində olan ağırlaşmalar (mastoidit, 

beyindaxili ağırlaşmalar) varsa, xəstə  təxirəsalınmaz hospitalizasiya 

olunmalıdır. 



Kəskin orta otitin müalicəsi sxemi 

1.  Ağrıkəsicilər (analgetiklər) (D) 

Qulaq infeksiyası  ağrı verdiyi zaman ağrıkəsicilərdən ağrının 

sakitləşməsi və yaxud yüngülləşməsinə nail olana qədər istifadə 

etmək lazımdır. 

Bu məqsədlə  uşaqlarda, məsələn, parasetamol və ya ibuprofen 

verilir. Bu dərmanlar eyni zamanda yüksək hərarəti salır və  uşağın 

vəziyyətini yaxşılaşdırır. 

Lokal anestetik damcıların istifadəsi nəticəsində ağrının azalması 

qeyd edilir.  

2.  Yerli müalicə 

KOO-nun viral, bakterial və yaxud iki faktor eyni zamanda 

olduğunu identifikasiya etmək, səbəbini tapmaq və  tələb olunan 

terapiyanı təyin etmək çox hallarda çətin olur. Müalicə ağrını aradan 

qaldırmaq, orta qulağın drenaj funksiyasını bərpa etmək və perforativ 

mərhələdə irinin tezliklə xaric edilməsinə  şərait yaratmaqdan 

ibarətdir. Bu məqsədlə analgetik preparatlardan və yerli spirt-qliserin 

qarışığı  və 3%-li bor turşusundan istifadə etmək olar. Eşitmə 

borusunun funksiyalarını yaxşılaşdırmaq üçün buruna 

vazokonstriktorlar təyin edilir. 

3.  Antibiotiklər 

Bəzi hallarda orqanizmin infeksiya ilə mübarizəsinə şans vermək 

üçün antibiotiklər təyin olunmur. Ədəbiyyatda uşaqların 61%-də 

antibiotiklərin verilib-verilməməsindən asılı olmayaraq 24 saatdan 

sonra yaxşılaşma qeyd olunmuşdur. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

24

Amoxicillin hələ də seçim antibiotiki sayılır. 



► 

Birinci xətt: yüksək dozada amoxicillin (C) 

► 

Amoxicillinə allergiyası olan pasiyentlərə yüksək dozada 



azithromycin. 

► 

Amoxicillinlə müalicəyə baxmayaraq, davam edən əlamətlər 



olduqda yüksək doza amoxicillin/ clavulanate və ya 

azithromycin (C) 

► 

Ciddi bakterial infeksiyaya şübhə olduqda ceftriaxone istifadə 



etmək. (C) 

 

Antibiotik terapiyası 5 gün davam edir. Yaxşılaşma 48-72 



saatdan sonra qeyd olunsa da, infeksiyanın residivinin qarşısını 

almaq üçün antibiotiklər həmin qayda ilə 5-14 gün  təyin 

olunmalıdır. Çünki bütün patogen flora məhv olunmaya bilər. 

Amma kiçik dozalarda verilən bəzi antibiotiklərə rezistentlik 

yaranır və onların istifadəsi faydasız olur. 

Viral etiologiyalı  kəskin otitlərdə antibiotiklərin istifadəsi 

məqsədəuyğun deyil və bu hallarda simptomatik terapiya 

aparılmalıdır. Viral otitlər 7-14 günə müalicəsiz keçir. 

 

Əlamətlər 

Məqsədə uyğun müalicə və 

antibiotiklərin dozası 

Zəif simptomatikalı 

Nəzarət seçimi ibuprofen məsləhət 

olunur (D) 

Adi simptomatikalı 

İbuprofen+amoksisillin 

Böyüklər: 875 mq 10 gün 

Pediatrik: 4 yaşa qədər 80 mq/kq 5-

10 gün 


4 yaşdan yuxarı 40-60 mq/kq 5-10 

gün 


Amoksisillinə həssaslıq yoxdursa,  

Azitromisin 

Böyüklər: gündə 500 mq 3 gün 

Pediatrik: 30 mq/kq 1 doza 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

25

Başqa simptomlar 



(intoksikasiya) 

Yanaşı gedən xəstəlikləri aşkar 

etmək üçün laborator müayinələr 

aparılır 



Ceftriakson (C) 

Böyüklər: 1-2 q İM günlük 1-3 gün 

Pediatrik: 50-75 mq/kq/günlük 1-3 

gün 


Əgər simptomlar davam edirsə

Amoksisillin/klavulant (C) 

Böyüklər: 875/125mq 10 gün 

Pediatrik: 80mq/kq günlük 10 gün 

və yaxud azitromisin (C) 

Böyüklər: 1q günlük 3 gün 

Pediatrik: 20mq/kq günlük 3 gün 

Kiçik yaşlı uşaqlarda antibiotiklərin təyini məhduddur. (А) 

Ağrını azaltmaq üçün yağ damcılarından istifadə etmək lazım 

deyil. (В) 

Cərrahi müalicə 

Aparılan müalicəyə baxmayaraq xəstənin vəziyyəti 

yaxşılaşmırsa, təbil pərdəsinin kəsilməsi – parasentez aparılır. 

Parasentez daxili qulağın və beyin qişalarının qıcıqlanması əlamətləri 

olduqda təcili tətbiq edilməlidir.  

Proqnoz 

► 

Sağalma (təbil pərdəsinin tamlığının və eşitmə funksiyasının 



bərpa olunması) 

► 

Prosesin xronikləşməsi 



► 

Otogen ağırlaşmaların formalaşması (mastoidit, labirintit və s) 



Profilaktika 

KOO-nun qabağını almaq üçün yuxarı  tənəffüs yolları 

xəstəliklərinin profilaktikası  və rasional müalicəsi aparılmalıdır. 

Burun və burun-udlaqdakı infeksiya mənbələrinin vaxtlı-vaxtında 

sanasiyası olunmalıdır.  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

26

PASİYENT ÜÇÜN MƏLUMAT 



Orta otit necə meydana gəlir? 

Qulaq zarı arxasında yerləşən kiçik boşluq normalda hava ilə 

dolmuşdur. Hərdən soyuqdəymə nəticəsində bu boşluq maye (selik) 

ilə dolur ki, bu da sonralar bakteriya və ya viruslar vasitəsi ilə 

infeksiyalaşır. 

Orta otitin simptomları hansılardır? 

► 

Qulaq ağrısı, amma hər zaman olmaya bilər 



► 

Eşitmə zəifliyi bir neçə günə inkişaf edə bilər 

► 

Yüksək hərarət 



► 

Zarın deşilməsi nəticəsində maye xaric olunur və ağrılar keçir 



Orta otitin müalicəsi necə aparılmalıdır? 

Orta otit çox vaxt müalicəsiz 3-4 günə keçir. Adətən immun 

sistem  bakteriya və virusların  əmələ  gətirdiyi qulaq infeksiyasına 

üstün gəlməyə qadirdir. Təklif olunmuş müalicəyə  aşağıda qeyd 

olunanlar daxil ola bilər: 

► 

Ağrıkəsicilər 



Müalicənin  əsas amili simptomları aradan qaldırmaqdan 

ibarətdir.  

Ağrı  və  hərarətəgörə parasetamol və ya ibuprofen təyin etmək 

olar. Parasetamolun təsiri 4 saata qədər davam edir və  təkrar qəbul 

olunmalıdır.  

İbuprofen 8 saat təsir edir və  xəstələr üçün istifadədə daha 

rahatdır. 

Valideynlər qulaq ağrısının yüngülləşdirmək üçün qulaq 

damcılarından istifadə edirlər. 

► 

Antibiotiklər 



Aşağıda qeyd olunmuş hallarda istifadə oluna bilər: 

  İki yaşa qədər uşaqlarda 

  Ağır infeksiyalar zamanı 

  İnfeksiya 2-3 günə həll olunmayanda 

  Fəsadlaşmaların inkişafı zamanı 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

27

Orta otit zamanı hansı fəsadlaşmalar ola bilər? 

► 

Ümumiyyətlə, infeksiya təmizlənəndən sonra bir qədər selik 



qulaq zarı arxasında qalır və bir müddət eşitmənin zəifliyinə 

səbəb ola bilər. Bu hal 1-2 həftəyə  qədər sürə bilir və sonralar 

eşitmə normallaşır. Hərdən selik tam təmizlənmir və “yapışqan 

qulaq” inkişaf edə bilər. Bu zaman eşitmə hələ bərpa olunmur. 

► 

Təbil pərdəsinin perforasiyası, adətən, infeksiya təmizlənəndən 



sonra bitişir. Bəzi hallarda perforasiya uzun müddət  qalır və 

əlavə müalicə tələb edir. 

► 

Az təsadüflərdə infeksiya qulaq arxası nahiyəyə keçib mastoiditlə 



nəticələnə bilər. Nadir hallarda infeksiya daxili qulağa, beyinə 

keçə və yaxınlıqda yerləşən sinirləri zədələyə bilər. 

Qulaqdan irinli axıntılar və yaxud təbil pərdəsinin petforasiyası 

zamanı  xəstə 2 və ya 3 həftə  ərzində  təkrar müayinə olunmalıdır, 

qulağa suyun düşməməsi haqqında xəstəyə məlumat verilməlidir. 

6 ay ərzində orta otitin 4 və ya daha çox epizodu müşahidə 

olunan xəstələr mütləq ixtisaslaşmış müayinədən keçməlidirlər. 

Qulaqdan irinli ifrazat gələndə  təbil pərdəsini çox vaxt görmək 

mümkün olmur və bu zaman təbil pərdəsinin zədələnməsini nəzərdə 

tutmaq lazımdır. 

Az saylı  xəstələrdə  eşitmə  zəifliyi arta bilər, gələcəkdə  eşitmə 

problemləri olmaması üçün audiometrik müayinəyə ehtiyac vardır. 



Fəsadlaşmalar 

► 

Labirintitlər, meningitlər, kəllədaxili sepsis və ya üz sinirinin 



iflici nadir hallarda (1000 nəfərə 1 hadisə) rast gəlir. 

► 

Residiv verən hallar təbil pərdəsində çapıqların əmələ gəlməsi və 



eşitmə zəifliyinə, xroniki perforasiya və otoreya, xolesteatoma və 

mastoiditlərə  gətirib çıxara bilər. Xəstəliyin təkrar olunma 

hallarında antibiotiklərin istifadəsi zəruridir. 

► 

Azyaşlı uşaqlarda yüksək hərarət nəticəsində konvulsiya riski 



var. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

28

Ədəbiyyat: 



 

1.  Rosenfeld RM, Brown L, Cannon CR, Dolor RJ, Ganiats TG, 



Hannley M, Kokemueller P, Marcy SM, Roland PS, Shiffman RN, 

Stinnett SS, Witsell DL, American Academy of Otolaryngology – 

Head and Neck Surgery Foundation. Clinical practice guideline: 

acute otitis externa. Otolaryngol Head Neck Surg 2006 Apr; 

134(4 Suppl):S4-23. 

2.  University of Michigan Health System (UMHS). Otitis media. 

Ann Arbor (MI): University of Michigan Health System 

(UMHS); 2007 July. Guidelines for Clinical Care 

3.  Scottish Intercollegiate Guidelines Network: Diagnosis and 

management of childhood otitis media in primary care. 2003 

4.  Оториноларингология: национальное руководство/            

под редакцией В.Т.Пальчуна, 2008 г. 

5.  Клинические рекомендации. Стандарты ведения больных, 

Выпуск 2. 2008 г. Российский терапевтический справочник/ 

под ред. А.Г.Чучалина, раздел оториноларингология, 2008 г.  



 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 

Document Outline

  • otit_oblojka.png
  • Acute otitisA5.pdf

Yüklə 171,53 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə