KəXRİ valehoğlu qarapapaqlar



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə14/57
tarix29.01.2018
ölçüsü144 Kb.
#22929
1   ...   10   11   12   13   14   15   16   17   ...   57

FƏXRİ  VALEHOĞLU
m əhkəm ənin  çıxardığı  yekun  qərarı  dinləmək  üçün  Tiflis  Qəza 
M əhkəm əsinə  gəlm ələri  barədə  məlumatlar  dərc  edilmişdir. 
«Tiflisski  vestnik»  qəzetində  Tiflis  Dairə  M əhkəm əsində  «Meh­
di  bəyin  övladlarına,  dul  arvadı  Sitarəyə  və  Yavakim  Ter-Kaza- 
rova  himayədarlıq  edən» 
İsra fil  Yadigarovun
  Konstantin  və 
Aleksandr  Zubalovlara  və  Nikolay  və  Artaşes  Ter-Qukasovlara 
qarşı  m əhkəm ə  işinin  dinlənməsinin  1875-ci  il  15  may  tarixinə 
təyin  edildiyi  bildirilirdi.1 Əlavə  edək  ki,  bu  səpgili  materiallara 
Gürcüstan M ərkəzi  Tarix Arxivində saxlanılan  bəlgələrin  içində
B O R Ç A L IN IN   T A R İX İ  A B İD Ə L Ə R İ
Qoçulu  körpüsü və qalası
1
Тифлисский вестник» qəz.,  1875,  10 may (№ 50), s. 4.
Baydar-Dəmirçihasanlı sultanlarının 
uyuduğu Çələbilər məzarlığı
Köhnə Tiflis. 
Şah Abbas məscidi
Tiflis Cümə məscidi 
və Narınqala
Köhnə Tiflis XX yüzilin


FƏ XR İ VALEHOĞLU
də  çox  rastlamr.  Onlardan  misal  üçün  1852-ci  ildə  knyaz Orbe- 
liani  ilə  A nxlı  kəndinin  sakinləri  arasında  mübahisəli  torpaq 
sahəsiyle  bağlı1,  1856-cı  ildə  Mamay  kəndinin  sakini  İbrahim 
ağa M əm m ədəli oğlu v ə knyaz Memisov arasında mübahisəli su 
arxı  ile  bağlı1
 2,  Böyük  K əpənəkçi  kəndinin  sakinləri  Allahverdi 
Zərgər oğlunun,  Qurban  Sərdar oğlunun  və Molla  Qasım oğlu­
nun  Şanşiev  soyadlı  zadəganların  Bolnis  dərəsindəki  mülkləri­
nin sərhədlərinin  1873-cü ildə yerölçən Uşnarov tərəfindən düz­
gün m üəyyən edilmədiyi ilə bağlı şikayətləri  əsasında3,  1874-cü 
ildə  Sarvan v ə   Qızılhacılı kəndliləri  ilə knyaz  Orbelianlar,  Sala- 
qovlar və  Corayevlər arasında torpaq üstündə  yaranmış mübahi­
sə  nəticəsində4,  Allahyar  ağa  H ətəm   ağa  oğlu  Mursaqulovun 
Borçalı  qəzasının  Muğanlı  daçası  ilə  bağlı  yerölçən  Teymura- 
zova  qarşı  1898-ci  ildə  yazdığı  şikayət  əsasında5  Tiflis  dairə 
m əhkəm əsində  baş  vermiş  çəkişmələri  əks  etdirən  sənədləri 
göstərmək olar.
Dahi gürcü yazarı İlya Çavçavadze (1837-1907) Tiflisə yaxın 
bölgələrdə yaşayan qarapapaqları belə səciyyələndirirdi:  «... Biz 
tərəflərin  tatarı  evdə  oturmağı  xoşlamır.  Onun  ürəyi  gəzmək 
üçün daim bayıra doğru can atır. Tatarın sevdiyi at və silahdır, atı 
və  silahı  varsa,  o kənddə,  eləcə  də  evdə-ailədə  kişi  sayılır.  Kö­
çəri  həyat tərzi  tatarın oturaq həyat sürənlərə nisbətən  daha dö­
yüşkən  olmasına zəmin  yaradır.  O  yaxşı  minicidir.  Uşaq  vaxtın­
dan at minməyi  ve  silah  işlətməyi  öyrənir.  Ona bu  imkanı  ailəsi 
ile etdiyi səyahətlər (yaylaq-qışlaq köçləri) yaradır.
Tatar cəsur,  cürətli və ürəklidir.  O həmçinin istiqanlı və söh- 
bətcildir.  Dediyi  sözü  əvvəlcədən  ölçüb-biçir,  asanlıqla  insanı 
yanıldıb öz təsiri  altına salır,  o cümlədən qaçaqlığa sövq  edir.  O 
həm  də tədbirlidir.  Cinayət qanununun  eyər-əksiyini yaxşı  bilir.
1 GMTA, f. 26,  s. 25, № 923, v.  10.
2 GMTA, f. 26, s.  25, №  1394, v.10.
3 GMTA, f.  116, № 258, s. 932, iş № 
7
, v .  18.
4 GMTA, f.  116,, 268/a, s. 932, iş № 7.
5 GMTA, f.  116, №  1581, s.  17110, iş№ 37.
54
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
Etdiyi cinayətin məsuliyyətindən yaymmaq yollarım da bilir.  Bu 
m əsələdə  ona  tatarların  bir-birinin  əlini  yuması  da  kömək  edir. 
Tatarlarda  bu  yolla  bir-birinin  tərəfini  saxlamaq,  yəni  bir-birini 
satmamaq borc  sayılır.  Demək olar ki,  hər  bir tatarın  məhkəmə 
işində öncədən hazırlanmış yalançı şahidlərə rast gəlinir.
Tatara kimsə  etibar etsə  və ya tatar kiməsə  etibar etsə,  çətin 
ki,  onlar  bir-birinə  satqın  çıxsınlar.  Tatar  onun  gözündə  ağıllı, 
təcrübəli  və  m ərd  görünən  adama  asanlıqla,  dinməz-söyləməz 
tabe olur.  Bu dinməz-söyləməz tabeçilik birgə hərəkət üçün  bö­
yük qala-istehkamdır. Ona görə də tatarlar asanlıqla birləşib dəs­
tələr yaradaraq  qaçaqlıqla  məşğul  olur və  bu  onlar üçün  adi  bir 
şeydir.  Təkbaşına  qaçaqlıq  edən  tatara  rast  gəlmək  çətin  m ə­
sələdir....
Tatar osetin  kimi  və  yaxud daha  uyğun desək,  bir cənub  in­
sanı  kimi  tez  əsəbiləşib  özündən  çıxandır.  Ümumiyyətlə  başqa­
larına qarşı  sakit,  təmkinli  davranır,  nəzakətlidir.  Ancaq  incitsə­
niz  ürəyi  dönəcək,  xəncərə  və  tüfəngə  əl  atacaq.  Hirsini  ürə­
yində  saxlamağı,  qəzəbini  gizlətməyi  də bacarır.  O qürurlu-dur, 
təhqir  edilib  alçaldılmağı  asanlıqla  qəbul  edə  bilmir,  tale  onu 
qonşusu və dostu ilə  dava-dalaşda üzləşdirsə, onlara belə güzəş­
tə  getməz.  Heyf almaq  məqsədilə  onu  təhqir  edənin  ve  qəzəb- 
ləndirenin ot tayasını, bəzən  də ev-eşiyini  yandırmaq onun üçün 
adi  bir işdir.  Bununla hirsi  soyumasa, boğaza yığılmış və qəzəbli 
tatar  adam  öldürməkdən  belə  çəkinməz.  Çox  zaman  belə  cina­
yətlər adi  işlərdən  əm ələ  gəlir və  tatarı  qaçaq düşməyə  məcbur 
edir.  Çünki  onun  bundan  başqa  çarəsi  yoxdur,  evdə  otur-sa 
qanunun təqibindən qurtula bilməz.  Ona görə də tatar qaçaq-lara 
bizdə az rast gəlinmir.
Biz dedik ki, tatarlar evdə oturmaqdan çox gəzməyi xoşlayır. 
Buna  görə  də  tatar nə  qədər kasıb  olsa  da  gözəl  geyinib-keçin­
məyi,  yaxşı  yaraq,  yaxşı  kəmər-xançal  (xəncər)  gəzdirməyi  və 
ümumiyyətlə  başqalarının  gözündə  qəşəng  görünmək  üçün 
bəzək-düzəyi  sevir.  Başqa  millətlərin  -   gürcü,  erməni  və  ya 
osetinlərin  eyni  imkana  malik  olan  kişiləri  ilə  müqayisədə  tatar 
geyinib-keçinməkdə, bəzək-düzəkdə hamısından üstündür.
55


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə