KəXRİ valehoğlu qarapapaqlar



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə2/57
tarix29.01.2018
ölçüsü144 Kb.
#22929
1   2   3   4   5   6   7   8   9   ...   57

FƏXRİ VALEHOĞLV
  Qori  şəh.)  diyarlarında,  Msxeta-Mtianet  diyarında  (mərkəzi- 
Msxeta şeh.), ölkənin paytaxtı Tiflis şəhərində, Kvemo Kartlinin 
inzibati  mərkəzi  Rustavi  şəhərində,  Acarıstan  M uxtar  Respub­
likasının mərkəzi  Batum  şəhərində  de  xeyli  sayda  yurddaşımız 
məskundur.  Tiflisdə  onlar  əsasən  şəhərin  Meydan  (Şeytan- 
bazar),  Ortacala,  Saburtala,  Cırdaxan,  Qazaxlar,  Çənlibel,  Vera, 
Vaşlicivar, Qırmagəl məhəllələrində cəmləşiblər.
Saqareco rayonunun (Qaraçöp mahalının)  Ləm bəli, Tüllər, 
Keşəli, Yor-Muğanlı, Düzəyrəm, Qazılar,  Baldoy  (Paldı)  və Qa­
rabağlı,  Telav rayonunun Qaracala və Laqodex rayonunun Qabal, 
Gəncələr,  Qaracalar,  Uzuntala  kəndləri  -   Qaxetin,  Msxeta  ra­
yonunun  Tsixisdziri  (Çömbərli),  Msxaldid,  Codoret,  Köhnə  Ve- 
cis  kəndləri  Msxeta-Mtianetin,  Qori  rayonunun  Ləvitana  (Zez- 
man) və Kaspi rayonunun Ferma, Sakadaqiano (Tatuşağı), Xidis- 
ğuri  (Körpüqulağı),  Cəngilər  (Qarabağlar),  Hasanalılar  kəndləri 
isə  Şida Kartli diyarının Azərbaycan-türk kəndləridir.  Bunlardan 
başqa Bolnis rayonunun BCazret və Tamaris qəsəbələrində, Dma- 
nis rayonunun mərkəzində və Qaş-qatala  (Sakire),  Qora və  Axa 
kəndlərində,  Mameul//Mameaul  rayonunun  Xocomu,  Mirzovka 
(Norgüğ),  Budyonovka,  Tamaris  və  Canxoş  kəndlərində,  Zalqa 
rayonunun  Livad,  Cinsğa-ro//Cızqar,  Göhnar  ve  Beşdaş  kəndlə­
rində,  Qardaban rayonunun Vazian,  Tetritsğaro  rayonunun  Sam- 
ğeret,  Saqareco  rayonunun  Qombor,  Dedoplistsğaro  (Şahquyu- 
lan)  rayonunun  Arxiloskalo  və  Leninovka,  Axmeta  rayonunun 
Kasristsğali,  Qori  rayonunun  Tedosminda  kəndlərində,  Karel 
rayonunun  mərkəzində  və  Aqara,  Kvenatkosa,  Yuxarı  Xəndək 
kəndlərində; Msxeta rayonunun Muxran, Aqarak, Telovan,  Sxal- 
tı, Daça ve Kaspi  rayonunun Kaloubani, Axalsopeli  (Təzəkənd), 
Axalkələk,  Papiani kəndlə-rində  isə  soydaşlarımız  başqa millət­
lərlə qarışıq yaşamaqda-dırlar.
1989-cu  ilin  rəsmi  statistik  məlumatına  görə,  Gürcüstanda 
əhalisinin çoxluğu baxımından 20  ən iri  kənddən  7-si  -  Sadaxlı 
(Mameul  rayonu),  Kəpənəkçi  (Bolnis  rayonu),  Qaracala  (Telav 
rayonu),  Faxralı  (Bolnis  rayonu),  Soğanlıq  (Qardaban  rayonu), 
Qızılhacılı  (Mameul rayonu), Ləmbəli (Qaraçöp  mahalı)  qarapa-
6
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
paq  kəndləri  idi.  2002-ci  ilin  yanvanna  olan  son  rəsmi  statistik 
bilgilərə görə  isə Sadaxlı  Gürcüstanın ən böyük kəndidir,  Telav- 
Qaracala  isə  böyüklüyünə  görə  3-cü  sıradadır.1  Bu  iki  kəndlə 
bərabər Qızılhacılı, Faxralı, Bolus-Kəpənəkçi, Ləmbəli, N əzərli
Soğanlıq,  Kosalı  (Qarayazı yörəsi), Alget (Mameul), Arıxlı  (Bo­
lus),  Ağtəhlə  (Qarayazı),  Qaracalar  (Qarayazı),  Qaçağan  (Mar- 
neul)  və  Darvaz  (Bolus)  Gürcüstanda  soydaşlarımızın  yaşadığı 
böyük kəndlər arasında ilk  15 yeri bölüşdürürlər.
Hazırda  Gürcüstanda  soydaşlarımızın  təqribi  sayı  500  min 
nəfərdir  və  onlar  say  etibarilə  gürcülərdən  sonra  ikinci  yeri  tu­
turlar.
Azərbaycan  Respublikasında  qarapapaqlar  əsasən  ölkənin 
günbatarında -  Qazax və Ağstafa  rayonlarında yaşayırlar. Qazax 
şəhəri,  Yuxarı  Salahlı,  Aşağı  Salahlı,  Orta  Salahlı,  Daş  Salahlı, 
Birinci  Şıxlı,  İkinci  Şıxlı,  Kəmərli, Qaymaqlı,  Əlibayramlı,  Çay­
lı,  Fərəhli, Aşağı  Əskipara, Yuxarı Əskipara, Alpout, Quşçu-Ay- 
nm ,  Barxudarlı,  Xanlıqlar,  Xeyrimli,  M əzəmli,  Xılxına,  Kolxəl- 
fəli,  Hüseynbəyli,  Ürkməzli,  Cəfərli,  Bala  Cəfərli,  Dəmirçilər, 
Qızılhacılı,  Kolayır,  Qazaxbeyli,  Musaköy, Ağköy-nək,  Kosalar, 
Qarapapaq,...  kəndləri Qazax rayonunun, Ağstafa şəhəri, Vurğun 
və Böyük Kəsik qəsəbələri,  Sadıqlı,  Muğanlı,  Saloğlu,  Köçvəlli, 
Zəlimxan,  Şəkərli,  Poylu,  Soyuqbulaq,  Qara-yazı,  Eynallı, 
Göyçəli,  Qıraq K əsəm ən, Dağ Kəsəmen,  Aşağı Kəsəmən, Pirili, 
Düzqışlaq,  Əzizbəyli,  Yenikənd,  Xətai,  Köçəs-gər,...  kəndləri 
Ağstafa rayonunun qarapapaq yaşayış məskən-ləridir.
1.2. QARA PA PA Q LA RIN   M ƏNŞƏYİ
Qarapapaqların m ənşəyi və çoxluqda olduqları Borçalı-Qazax 
bölgəsində məskunlaşmalarına dair bir sıra mülahizələr mövcud­
1  Gürcüstan  əhalisinin  2002-ci  il  ilk  ümummilli  siyahıyaalınmasının  əsas 
nəticələri,  Tiflis,  Gürcüstan  Dövlət  Statistika  Departamenti,  2003,  III  cild 
(gürcücə) ve «Qarapapaqlar» dərgisi, 2005, sayı  1, s. 22.
7


FƏXRİ VALEHOĞLU
QARAPAPgQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
dur. Azman türk tarixçisi M. F. Kırzıoğlu «Yuxarı K ür və Çoruk 
boylarında  Qıpçaqlar»  əsərində  bugünkü  qarapapaqların  əcdad­
ları  sayılan  Borçalı  və  Qazaxlı  adlı  iki  igid  atlı-köçəri  qıpçaq 
(kuman-xəzər)  uruğunun  eramızın  II  yüzilinin  sonları  və  IV 
yüzilinin  əvvəlləri  arasında  Şimali  Qafqazdan  Kür-Araz  çayları 
boylarına  dörd  dəfə  böyük  axm  etdiklərini  və  sonuncu  axın 
zamanı  Borçalı  (Debed)  çayı  və  mənbəyini  Pəm bək  dağından 
götürüb  Araz  çayına  qarışan  indiki  Ermənistan  ərazisindəki 
Qazax (A bar an//A varan) çayı ətrafındakı  ərazilərə yerləşdikləri­
ni, bu sulara da elə o vaxtdan öz adlarım  verdiklərini  iddia edir.' 
Azərbaycan  Sovet  Ensiklopediyasının  «Qazaxlar»  məqaləsində 
qıpçaq  mənşəli  etnik  birlik  olan  qazaxların  XI-XII  yüzillərdə 
gürcü çarları  II Georgi  (1072-89-cu illər),  Qurucu  David  (1089- 
1125), III Georgi (1156-84) tərəfindən Dəşti Qıpçaqdan  (Qıpçaq 
çölündən)  Azərbaycanın  günbatarına  köçürülərək  hərbi  qüvvə 
kimi  istifadə olunduğu,  XVIII  əsrdə  onların  bir hissəsinin  Qara­
bağa köçdüyü,  XIX  əsrin  ortalarında bir  sıra  tayfadan  (Qarapa- 
paq,  Çoban  Qara,  Saraclı, Dəmirçili,  Qafarlı,  Cəfərli,  Qarabağ­
lı,  Əli  Şəruriu,  Kərimbəyli,  Gödəkli,  Kərkibaşlı)  ibarət  olduğu, 
indiki  Qazax  şəhərinin  və  Azerbaycanın  m üxtəlif  yerlərində 
qazax etnonimi ilə əlaqədar bir neçə toponimin qazaxların adı ilə 
ilgili olduğu göstərilir (ASE, II cild, s. 570).  Azərbaycan tarixçisi 
Qiyasəddin Qeybullayev «Azərbaycanlıla-rın  etnogenezinə dair» 
əsərində  qazaxların  Azərbaycan  ərazi-sində  VII  əsrdən  əvvəl 
məskunlaşdıqları qənaətinə gəlir.2 «K. A.  Ş.»  imzalı m üəllif rus- 
dilli  «Tiflisskiye  vedomosti»  qəzetinin  1830-cu  il  14  avqustda 
nəşr  olunmuş  65-ci  sayında  yazıb:  «Qarapapaqlar  1078-ci  ildə, 
yəni Gürcüstanda II Georginin çarlığı dövründə Ciqun çayını ke­
çib  indiki  Qazax  distansiyasmın  ərazisində  məskunlaşmış,  ora­
dan  qonşu  əyalətlərə  və  Ermənis-tana  yayılmış  Qazaxlar  tayfa­
sına daxildirlər».  Qazaxların Qazax bölgəsinə  XI  əsrdə  köçməsi
1  M.  F.  Kırzıoğlu.  Yukarı-Kür  ve  Çoruk  boylarında  KIPÇAKLAR,  Ankara, 
1992, s. 43-46.
2 Г. А. Гейбуллаев. К  этногенезу азербайджанцев, Баку,  1991, с. 141.
fikrini eyniadlı mətbuat orqanının başqa bir sayında rus etnoqrafı 
və  tarixçisi  İvan  Şopen də  təkrarlayır.1
 2
 1  O,  özünün  «Qafqazın  və 
onun  sakinlərinin  qədim  tarixlərinə  yeni  qeydlər»  kitabında 
qazaxları  Türk-Aran  mənşəli  tayfaların  arasında  qıpçaqların  bir 
budağı  adlandırır və  qazax  sözünün  əm ələ  gəlm əsinə  dair müx­
təlif izahatlar verir:  «Zixiya-nın arxasında Papaqiya, Papaqiyanın 
arxasında  Qasaxiya,  Qasa-xiyanm  arxasında  Qafqaz  sıra  dağlan 
və Alanlar (yəni Asiya dağlıları) ölkəsi yerləşir...
Kazak  sözü  çoxlu  təfsirlərə  səbəb  oldu...  O  türk-tatar  sözü 
qoçaqdan əm ələ gəlib.  Onlar (qazaxlar -  F.  V.)  ön  alayları  təşkil 
edirdilər.  İndiyə  qədər  Validə  sultanın  daxili  keşikçi  dəstələri 
qozaklar adlanır...
Məsudi  onları  Qaşaq adlandırır və  Alaniyanm qonşuluğunda 
yaşadığını göstərir.  O deyir:  «Orada (Alaniyanm qonşuluğunda -  
F.  V.)  Rusov  (yəni  Azov)  dənizinə  qədər  uzanan  ərazidə  m əs­
kunlaşmış qaşaq xalqı yaşayır.  Onlar mülayim xasiyyətlidirlər və 
Maqlarm  dininə  (atəşpərəstliyə)  etiqad  edirlər.  ...A lanlar  onları 
özlərinə tabe etdirmək gücündə deyildi.
Şərqi-türk ləhcəsində qesaq, qaşaq ümumiyyətlə atlı  demək­
dir, qoçaq və qaçaq sözləri də eyni kökdəndir...
Çingiz  xan  öz  ordusunu  quranda  onu  Keziq  adı  verdiyi 
alaylara  böldü,  bu  söz  qasaq  sözünə  çox  yaxındır.  Bəlkə  də 
Kazaklar  bu  keziqlərin  və  yaxud  alayların  qalıqlarıdır.  Çünki 
Zaporojye (keçmiş Bərəbaş - F .   V.) kazak qoşunu inzibati cəhət­
dən polkovniklərin idarəçiliyində olan alaylara bölünürdü»2.
Tədqiqatçılar qarapapaq-qazax tayfalarının Sırdəryanm aşağı 
axarı  v ə  Balxaş  gölündən  başlamış  Dunayın  (Tuna  çayının) 
m ənsəbinədək  uzanan  Qıpçaq  çölünün  sahiblərindən  M ərkəzi 
Asiyada  həyat  sürən  qıpçaq  mənşəli  qaraqalpaqlar,  qazaxlar  və 
Ukrayna,  Rusiya,  Qazaxıstan  ərazilərində  yaşayan  kazaklarla 
etnik  bağlılığını  dilə  gətirməkdədirlər.  Görkəmli  alim,  qumuq
«Тифлисские ведомости» qəzeti,  1831,24 yanvar (№6-7), s.  50.
"  И.  Шопен.  Новые  заметки  на  древние  истории  Кавказа  и  его 
обитателей,  Санкт-Петербург (СПб),  1866, с.  293.
8
9


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə