KəXRİ valehoğlu qarapapaqlar



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə57/57
tarix29.01.2018
ölçüsü144 Kb.
#22929
1   ...   49   50   51   52   53   54   55   56   57

FƏXRİ VALEHOĞLU
görə  də  m arşal  Q urd  İsmayıl  Paşa  sultanın  tapşırığı  ilə  özünü 
yetirdi  köm ək  istəm ək üçün  Acıyurda,  Mehralı  bəyin  hüzuruna. 
M ehralı  bəy Qurd İsmayıl Paşanı  görüb çox sevindi.  Ustad deyiı 
ki,  Sivasm,  Q eysəriyyənin,  Ərzincamn,  Toqatın  en hörmətli p a ­
şalarını, bəylərini, ağalarını yığıb onun şərəfinə yeddi gün, yeddi 
gecə qonaqlıq verdi.  Sonra bərabər Bağdada yollandılar.  Bağdad 
valisi  onları  hörm ət-izzətlə qarşıladı.  Mehralı  bəy eşkiya Cəfərə 
təslim   olmaq  üçün  üç  gün  möhlət  verdi.  C əfər  Mehralı  bəyin 
adını-sanmı  çox  eşitmişdi.  Ona görə  də  Mehralı  bəyə  ismarladı 
ki,  əg ər məni  cəzalandırmasan  ömrümün  axırma kimi  sənin  s ə ­
daqətli qulunam. M ehralı  bəy kişi sözü verdi ki,  səni qurdalama- 
yacam.  Ondan sonra eşkiya Cəfər Mehralmı yanma gəldi  və ona 
ə n  yaxşı cins ərəb atlan hədiyyə etdi.
O  zamanlarda bütün  Ərəbistan Alosmanın  əlində  idi.  İngilis­
lə r türklərin gücündən qorxub Yəməndə aranı qatdı.  Orada y a şa ­
yan ərəblər türklərə qarşı üsyan qaldırdılar.  Çoxdandan qəlbində 
kin bəsləyən Rəşid Paşa Mehralı bəydən qurtulmaq üçün sultana 
yazdı  ki, bu üsyanı  yatırsa,  yalnız Mehralı  bəy yatıracaq.  Sultan 
R əşid  Paşanın  yazdığını  oxuyub  Mehralı  bəyi  görüşmək  üçün 
ikinci dəfə İstanbula dəvət etdi.  Yaşı  altmışı  ötmüş Mehralı b ə y  
öz hərbi  geyimini  geyindi, qılıncını da bağlayaraq  alayından  üç- 
dörd  nəfəri  götürüb  yollandı  yeddi  təpədə  yerləşən  İstanbula. 
Mehralı bəy Sultan sarayının mərmər pillələrini qalxanda, axsa- 
dığı  üçün  onun  qılıncmdakı  gümüş  ucluq  pillələrə  dəyib  səslə­
nirdi:  «tıq»,  «tıq»,  «tıq»,  «tıq»,...  Bu  tıqqıltını  Sultan  Əbdülhə­
m id da eşitdi, gördü ki, gələn gözlədiyi Mehralı bəydir. Tez aya­
ğa qalxıb onu qarşılamağa hazırlaşdı. Mehriban görüşüb xeyli s ə ­
mimi söhbətləşəndən sonra Sultan dedi:
-  Aslanım, düşmənlərimiz Alosmanı parçalamaq istəyir.  Y ə­
m əndə  ərəbləri  üsyana  qaldırıblar.  Hamı  deyir  ki,  bu  üsyanı 
yatırtsa Mehralı bəy yatıracaq. Ona görə seni çağırdım ki m əslə­
hətləşəm.  M ən  bilirəm  ki,  sən  onsuz  da  məmləkətimiz  üçün 
əvəzsiz işlər görübsən.  İndi yaşının da o vaxtı deyil. Yəmən çox 
isti  yerdir.  Sən  elə  istilərə  alışmayıbsan.  Bu  m əsələdə  sərbəst- 
sən. İsəyirsən get, istəm irsən getmə. K ef sənindir.
230
QARAPAPAQLAR  VƏ ONLARIN XIX ƏSR HƏRB TARİXİ
Mehralı  bəy Y əm ənə  getməyə  «yox»  deməyi  şərəfinə  sığış­
dırmadı.  Sivasa qayıdıb  alayını topladı.  Hazırlıq işlərinə başladı. 
Mehralı bilirdi ki, bu səfər çətin seferdi. Hamı deyirdi ki, Y əm ə­
nin  istisi  dözülməzdir,  oraya  gedən  bəri  başdan  ölmüş  sayılır. 
Odur ki,  dedi,  uzaq  səfərdi, nə  olar,  nə olmaz, yaxşısı  budur gəl 
qohum-əqrəbayla  halallaş-vidalaş.  Aldı  görək  Mehralı  bəy  ya­
xınlarına n ə dedi, biz deyək, eşidənlər şad olsun:
Gəlin halallaşaq, qohum-qardaşım,
Uzaq yerə bir zamana gedirəm,
Ya qismət sağ gələm, ya da gəlməyəm,
İlahi deyib amana gedirəm.
M ən ölsəm də vicdanımı atmaram,
Namərdlərin kölgəsində yatmaram,
Millətimi ərəblərə satmaram,
Əgər düşsəm çən-dumana gedirəm.
Mehralıyam artıq ötübdür yaşım,
Neçə-neçə qovğalar çəkib başım,
M ənim ilə gedir igid qardaşım,
Ərəb eli o Yəmənə gedirəm.
Mehralı  sözünü  qurtarıb bütün qohum-qəlrəbəsi  ilə görüşüb- 
halallaşdı.  Sonra üzünü oğlu Rüşdü bəyə tutub dedi:
-   Oğlum,  bilirsən  ki,  Yəmənə  gedənin  çoxu  geri  qayıtmır. 
Şər dem əsən  xeyir  gəlməz.  İşdi  gəlməsəm,  çalış  el  içində  hör­
mət-mərifət yiyəsi  ol.  Bu tərəfin  qarapapaqlarından muğayat  ol. 
Onda mənim də ruhum şad olar.  Əmin Alı  bəy də mənlə getmək 
istədi.  Ona görə də  bu gündən məni  bu torpaqlarda  sən  əvəz  et­
məlisən.
Mehralı  bəy Rüşdü bəyə öyüd-nəsihət verəndən  sonra tulla­
nıb  ata  mindi.  Ordusuna  nizamla  düzülməyi  əmr  etdi.  Mehralı 
bəyin özü rəsm i geyimdə alayın lap qabağında dururdu.  Mehralı 
bəy tərpənm ək  istəyəndə həyat yoldaşı  Bahar xanım  gözlərinin
231


FƏ XRİ VALEHOĞLU
yaşını abu-leysan kim i töküb onun qabağını kəsdi. Elə bil Bahara 
dedilər  ki,  M ehralı  bu  səfərdən  qayıtmayacaq.  Odur  ki,  siyah 
zülfündən  üç  tel  ayırıb  görək Mehralıya n ə  deyir və Mehralı  ne 
cavab verir.  H ər ikisinin tərəfindən ərz eyləyək, dinləyənlər sa | 
olsun.
Bahar xanım:
Sən gedirsən xudam üstünlə getsin,
Get, Mehralım, sağlıq ilə gələsən,
Yaradanım nicat versin işinə,
Get, Mehralım, sağlıq ilə gələsən.
Mehralı bəy:
Allahı çağırıb düşürəm yola,
Qorxma, yarım, sağlıq ilə gələrəm,
Talehimi fələk mənlə verərsə,
Qorxma, yarım, sağlıq ilə gələrəm.
Bahar hanım:
Sən gəlincə gözüm yolda olacaq,
Rəngim-ruhum saralacaq-solacaq,
Rüşdü bəyim sənsiz yalqız qalacaq,
Get, Mehralım, sağlıq ilə gələsən.
Mehralı bəy:
Yapışmışam ətəyindən Allahın,
İslamın pənahı o gözəl şahın,
Din yolunda götürmüşəm silahı,
Qorxma, yarım, sağlıq ilə gələrəm.
Bahar xanım:
Müşküldə qoydun Baharın işini,
Axıtdın gözündən qanlı yaşını,
Aparırsan özünlə qardaşını,
Get, Mehralım, sağlıq ilə gələsən.
232
QARAPAPAQLAR  VƏ ONLARIN XIX ƏSR HƏRB TARİXİ
Mehralı  bəy:
Qırx beş ildi nə ki qovğa etmişəm,
Allahımın ətəyindən tutmuşam,
Mehralıyam, artıq yaşa dolmuşam,
Qorxma, yarım,  sağlıq ilə gələrəm.
Hər  ikisinin  sözü  tamam  olmuşdu  ki,  Mehralı  bəyin  gözü 
geridə durub  gözləri  yaşla dolmuş  oğlu Rüşdü bəyi  aldı.  Dedi  ki,' 
gəl  bir-iki  kəlm ə  sözlə  bunun  da  könlünü  al.  Götürdü  görək 
Mehralı bəy oğlu Rüşdü bəyə nə  söylədi:
M ən gedirəm Rüşdü bəyim ağlama,
Köz qoyub da ciyərimi dağlama,
Alay getdi məni burda əyləm ə 
Oğul köz, düşdüyü yeri yaxar, kimə nə?
Oğul, dərd mənim deyil mi, vallah kimə nə?
Ta əzəl əzəldən yaşlıyam, yaslı,
Çiftə al qılıncın uclan paslı,
Mehralıyı sorarsan, əzəldən yaslı 
Oğul köz, düşdüyü yeri yaxar, kimə nə?
Oğul, dərd mənim deyil mi, vallah kimə nə
Mən gedirəm, Rüşdü bəyim sənə bir nişan, 
Susuzluqdan alaylan pərişan,
Heç iflah olurmu Yəmənə düşən?
Oğul köz,  düşdüyü yeri yaxar, kimə nə?
Oğul, dərd mənim deyil mi, vallah kimə nə?
Yəmən çölündə tabur qurayım,
Zalım düşmanlara hesab sorayım,
Fərman padişahdan orda öləyim,
Oğul köz, düşdüyü yeri yaxar, kimə ne?
Oğul, dərd menim deyil mi, vallah kimə nə?
233


FƏXRİ VALEHOĞLU
Y əm ən çölü viran olsun, dağ olsun,
Bizim ellər yaşarsın da bağ olsun,
M ən ölürsəm, Rüşdü bəyim sağ olsun,
Oğul köz, düşdüyü yeri yaxar, kimə nə?
Oğul, dərd mənim deyil mi, vallah kimə nə?
Mehralı  bəy  sarayında  heç  kəsin  xətrinə  dəyib-dolaşmırdı. 
Bütün işçiləri,  m ehtərlər,  qulluqçular, kənizlər ondan razı idilər. 
Heç  biri  istəmirdi  ki,  Mehralı  bəy  Y əm ənə  getsin.  Ona  görə 
Bahar xanım  bir yatıdan  Mehralı  bəyə  yalvar-yapış  eyləyib sax­
lamaq  istəyəndə,  qulluqçular,  m ehtərlər  də  bir  tərəfdən  alayın 
Y əm ənə  getməsinin  qarşısını  almaq  istəyirdilər.  Aldı  görək baş 
m ehtər Alı  bəyi  qardaşını  Yəmənə  getməkdən  çəkindirməkdən 
ötəri  nə  təhər  dilə  tutmağa  çalışdı,  biz  deyək,  eşidənlər şad ol­
sun:
Mehralı bəy Həmidiyyə alayı,
D üşm ənlər çıxardı türlü bəlayı,
Nədir, Alı bəyim, bunun qolayı?
Y əm ənə de, mənim ağam, Yəmənə,
Endimola Mehralı bəy Y əm ənə,
Qurdumola çadırları çəmənə.
Mehralıyı sokaklarda tutdular,
Ağamı da bir qurşuna satdılar,
Mehralıyı  Yəmənə də atdılar 
Y əm ənə de, mənim ağam, Y əm ənə,
Endimola Mehralı bəy Y əm ənə,
Qurdumola çadırları çəmənə.
Dövlətə bağlıdır onun bu başı,
Cahanda arasan bulunmaz eşi,
Zira altmışı ötübdü yaşı 
Yəmənə de, mənim ağam, Yəmənə,
Endimola Mehralı bəy Yemənə,
Qurdumola çadırları çəmənə.
234
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
Ərəb atlar gəldi bağlanmaq istər,
Kömüşlərin gəldi yağlanmaq istər,
Rüşdü bəy böyüdü, evlənmək istər 
Y əm ənə de, mənim ağam, Yəmənə,
Endimola Mehralı bəy Yəmənə,
Qurdumola çadırları çəmənə.
Qum təpəsi oldu görünməz otlar,
Aclıqdan ölürlər küheylan atlar,
Qardaş şəhid düşdü neçə igidlər 
Y əm ənə de, mənim ağam, Yəmənə,
Endimola Mehralı bəy Yəmənə,
Qurdumola çadırları çəmənə.
Hə,  əzizlərim!  Alay  Yəmənə  yola  düşdü.  Onların  keçdiyi 
yerlərdə  hamı  yolun  qırağına  tamaşaya  düzülürdü  ki,  Mehralı 
burdan  keçəcək.  Bir  müddət  sonra  gedib  çatdılar  Y əm ən  elinə, 
orada  da  igidlik  gösterib  düşməni  qırıb-çapdılar.  Ancaq  qarapa- 
paqlar  isti  yerin havasına  alışıq deyildilər.  Ona  görə  de  Mehralı 
bəy  Ərəbistanın istisinə,  susuzluğa dözməyib  xəstələndi.  Gördü 
ki, işi çox ağırdı. Bir gün elə oldu ki, su yoluna çıxdı. Bir də gör­
dü ki,  iki  murğu quşu gəlib bunun qarşısına qondu və  başladılar 
öz  dillərində  ötməyə.  Mehralı  bəy  öz-özünə  dedi,  ey  dili-qafil! 
Deyirlər bəzi  hallarda  məleykələr göyərçin,  bir  də  ahu  olub  bu 
donda adamm gözünə görükürlər. Olmaya bunlar da məleykədir­
lər, gel  Sivasa bir namə yaz at bunlara.  Əgər məleykə  olsalar bu 
naməni  apanb çatdırarlar.  Yox əgər adi quşlardısa,  onda məktu­
bum qalar. A lır görək Mehralı bəy nə yazır, tərəfindən ərz eylə­
yək, eşidənlər şad olsun.
Murğu quşu, bir Allahın eşqinə,
M ənim halımı Sivasa yetirin,
Qohuma, qardaşa, dosta, yarana,
Yol gözləyən vəfadara yetirin.
235


FƏXRİ VALEHOĞLU
İşdi gedər olsan bizim ellərə,
De ki, gözünü tikməsin yollara,
H əsrətin çəkdiyim şirin dillərə,
Vəfadarım o Bahara yetirin.
Xalqımın yolunda çəkmişəm cəfa,
Din-islamm zamınkarı qıl şəfa,
Dada yetiş Məhəmməd əl Mustafa,
Əli yollu ələmdara yetirin.
Özün m əleykəsən murğu donunda,
B əlkə sözün keçər haqqın yanında,
Yardım istəyərəm mənşər günündə,
Etm ə məni günü qara, yetirin.
Mehralı çəkdiyi dad ilə ahdı,
H ər şeyi xəlq edən qadir Allahdı,
M ənim qayıtmağım haqqa pənahdı, 
Acıyurddakı dostlara yetirin.
Mehralı  bəy  sözünü  tamamlayıb  dil  cavabında  bir  neçə  söz 
yazıb  naməni  büküb  atdı  həmin  quşlara,  ö z ü   dönüb  geri  getdi. 
Quşların biri  şığıyıb naməni  aldı dimdiyinə, pərvaz edib uçmağa 
başladı.  Gecəni  gündüzə qatıb gəldi Sivas elinə. Məktubu apanb 
düz  Bahar  xanımın  oturduğu  imarətin  qarşısında  yerə  atdı,  özü 
isə  ağaca qonub  tamaşa  eylədi.  Naməni  apanb çatdırdılar  Bahar 
xanıma.  Bahar naməni  oxuyub  bilir ki,  onu  quş gətirib.  Başına- 
dizinə döyə-döyə alır görək Murğu quşuna nə deyir:
Murğu quşu, bu naməni gətirdin,
Söylə görüm Mehralımı neylədin?
G ətiribən arzusuna yetirdin,
Söylə görüm Mehralımı neylədin?
236
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
Bir de görüm bu nə sual-sorğudur,
Bu yazılar haqdan gələn qurğudur,
Özün məlaikə,  donun murğudur,
Söylə görüm Mehralımı neylədin?
Yetirdinmi sən ağzına, dilinə,
Söylə, nə vəsiyyət etdi elinə,
M ən yazığı niyə saldı zülümə,
Söylə görüm Mehralımı neylədin?
Eşitmədim vəsiyyətini, sözünü,
Ağlar qoydu bu Baharın gözünü,
Çoxmu solğun gördün onun üzünü,
Söylə görüm Mehralımı neylədin?
Bahar sözünü qurtarıb başladı  ağlamağa.  Qulluqçuları  böyür- 
başına yığışıb  sakitləşdirməyə  başladılar.  Dedilər  ki,  hələlik  bir 
səda-soraq  yoxdu,  niyə  ağlayırsan? Bahar da  dedi  ki,  mən o  na­
məni oxuyan kimi bildim ki, Mehralının başında qaranlıq var.
İndi  sizə  xəbər  verim  Mehralı  bəydən.  Mehralı  bəy  istiyə 
dözməyib  ömrünü  bağışladı  oğluna.  Onu  Yəməndə  dəfn  etdilər. 
Mehralı  bəyin  alayındakı  igidlərin  çoxu  da  istiyə tab gətirməyib 
bu  dünyadan  köçdülər.  Təkcə  yüzbaşı  Əhməd,  çavuş  Mahmud, 
çavuş  Göyçə,  çavuş  Məhəmməd,  Yetim İsmayıl,  Turan  Ağca və 
Quşqayası kəndindən Hüseyn sağ-salamat geri qayıtdılar.
Mehralı  bəyin  ölüm  xəbəri  hər  yana  ildırım  təki  yayıldı. 
Anadolu  ellərində,  Borçalı  kəndlərində  ehsanlar verildi.  Acıyur- 
da  başsağlığına  dövlət  adamları  gəldi.  Aşıqlar,  şairlər  yas  sax­
ladı,  ağılar  dedi.  Mehralı  bəyin  yaxın  dostu,  onun  sarayının  ən 
hörmətli  qonağı,  saraydakı məclislərdə daim başa çəkilən Dəlik- 
daşlı  Aşıq  Ruhsəti  də  bu  xəbərdən  sarsıldı,  göz  yaşlarını  sel-su 
kimi axıtdı  və aldı  belə bir ağı dedi:
Bəlloldu getdiyin, mənim əfəndim,
İndelhan olanlar səni arayır.
237


F Ə X R İ VALEHOĞLU
Yıxıldı bir yanı qoca Sivasın, 
Dərvişan olanlar səni arayır.
Pozuldu əlvanı uca binanın,
Qəmi artdı içindəki çobanın,
Kəsildi qisməti xanə viranın,
Cənnətdə qılmanlar səni arayır.
Yüklədi köçünü can Memmədalı,
Bir zaman dillərdə söylənsin halı,
Mehralı qızının qırıldı qolu,
Axıtdı al qanlar, seni arayır.
Qayri-şahin uçdu, dalda yar qaldı,
Vəfasız dünyanın ömrü az qaldı,
Bağlar çiçək açmış, güllü yaz gəldi,
Baxçavan olanlar səni arayır.
Nə m üxalif dəydi fələyin daşı,
Nasıl yaxdı ayrılığın atəşi,
Yenə eşkiyalar qaldırdı başı,
Bəzirgan olanlar səni arayır.
Ham sənin kimi ellərdə rəhbər,
Səndən ziya umar günlər, gecələr,
Qarşılarda əsnaf, köylərde rəncbər,
Dağlarda çobanlar səni arayır.
Olanca muradın məhşərə qaldı,
Fələk bu bəlayı bizlərə saldı,
Aşıq Ruhsəti də məddahın oldu,
Neçə pəhləvanlar səni arayır.
H ə, mənim əzizlərim!  O vaxtdan aylar keçdi,  qərinələr,  illə r 
Ötdü,  bu  sədalar  çatdı  qədim-qayım  türk yurdu  Borçalıda  öm ür
238
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
sürüb  gün  keçirən  Aşıq  Məhəmməd  Sadaxlıya.  Aşıq  M əhəm ­
məd  Sadaxlı  da  bir  qədər  qəmlənib-kədərlənib  götürdü  alim 
qardaşı,  akadem ik  Valeh  Hacıların  «Borçalı  Mehralı  bəy  tarixi 
həqiqətlərdə»  kitabım  oxudu  və  onun  əsasında tanış  olduğunuz 
«Mehralı  bəy»  dastanını  düzüb-qoşdu,  sonda  da  Mehralınm  əv­
vəlcə igidliyini, sonra da ölümünü nəzmə çəkib bir duvaqqapma 
ilə görək n ə  dedi, biz söyləyək, eşidənlərə könül şadlığı:
İstəyirəm saz götürüb 
Belə bir dastanı deyim!
Söyləyim mahallara 
Eşitsin hər yam deyim!
Öz mahalı Borçalıdır 
Darvazdı məkanı deyim!
Əsil adı Mehralıdı,
Ləqəbi bəy, xanı deyim!
Dörd bir yana səda saldı,
Bir yan, Alosmanı deyim!
Borçalımn igid oğlu,
Bir can qoydu bu cahana,
Çoxlarına divan tutdu,
239


P
ro
fe
ss
o

V
a
le
h
 H
a
c
ıl
a
r
 v
ə
 u
st
a
d
 A
ş
ıq
 
M
ə
h
ə
m
m
ə
d
 S
a
d
a
x

: 
M
e
h
r
a

 b
ə
y
 ’
 d
a
st
a
n
ı 
y
a
r
a
n
ır
..
.
Ərdahan qalası
Qars qalası (1877-ci  il)


FƏXRİ  VALEHOÖLU
Düşmən qaldı yana-yana, 
Dolaşdı İran-Turanı, 
Ordan keçdi Alosmana, 
Dörd bir yana tel vurdular, 
Çox axtardılar bəhana, 
Xaliq özü pənahında, 
Saxladı o canı deyim!
Ər oğlu tək ad qazandı 
Aldı dağın havasını;
Qartal kimi zirvələrdə 
Saldı məskən-yuvasını. 
Uruslarla cəng eylədi 
Qazandı hər davasını;
Belə qəhrəman igidlə,
Heç kim etməsin bəhsini; 
Dağıdıb səfləri pozan, 
Böylə bir aslanı deyim!
Köç eylədi qoç Koroğlu, 
Çənlibel oylağı qaldı. 
Rüstəm öldürdü oğlunu, 
Sinəsində dağı qaldı.
Nə Nəbi, nə Qaçaq Kərəm, 
Nə d ə Qandal Nağı qaldı. 
Dağladın neçə sinələr,
Nə ürəyinin yağı qaldı, 
Neçələrini yola saldın, 
Alosman aslanı deyim.
Məmlinin qəhrəman oğlu, 
Tək gəlmişdi bu dünyaya. 
Gavurlara qan uddurdu 
Düşmən qaldı yana-yana. 
Ya ilahim, necə qıydın
242
OARAPAPAQLAR 

 O NLAm XI^Ə SRH Ə RBTAjÜ X^
Belə igid qəhrəmana. 
Mehralı tək igid oğlu 
Bir də doğacaqmı ana? 
Vaxtsız getdi bu cahandan, 
Etmirdim gümanı deyim.
Ey vəfasız fani dünya, 
Söylə, səndə mürvət hanı? 
Vaxtsız çox yola salıbsan 
Neçə-neçə qəhrəmanı! 
Tarix boyu kim unudar, 
Mehralı tək bir insanı? 
Ələsgər yazdı-yaratdı 
Dəli Alıya dastanı,
Sadaxlı aşıq M əhəmməd 
Qoşdu bu dastanı deyim!
Borçalı mahalı,  Sadaxlı kəndi,  2003-cü il.
Düzüb-qoşam:  Aşıq  MƏHƏMMƏD  SADAXLI
(Yazıya aldı: prof. M. Həkimli; 
Nəşrə hazırladı:  dr. F. Valehoğlu)
2 4 3


FƏ XRİ VALEHOĞLU
B İZ Ə   QALAN  ƏSL  BORC...
Valeh  Hacıların  «Borçalı  Mehralı 
bəy  tarixi  həqiqətlərdə»  adlı çox də­
yərli  kitabını  sonsuz  maraq,  diqqət 
və  heyrətlə  oxudum.  Bir  adam  bir 
ömürdə  neçə  dəfə  ölüb-dirilər?!  Ən 
böyük  heyrət  odur  ki,  ölüm  ayağında 
olan  Osmanlı  Türkiyəsini  əbədi  diri 
saxlayanlar olub  və  buna görə biz ta­
rixi  qəhrəmanlarımıza,  o  cümlədən 
babamız  olan  Mehralı  bəyə  borclu­
yuq.  Böyük  Türk  şairi  Nəcib  Fazil 
Kısakürəyin  bir  beytini  xatırlamaq 
yerinə düşər:
Bizə qalan əsl borc
əsrlik zamanlardan 
Tarixi təmizləmək
saxta qəhrəmanlardan.
Tarixi  saxta  qəhrəmanlardan  tə­
mizləmək  üçün  Mehralı  bəy  əlimiz­
də ən mötəbər açardır.
Zəlimxan  YAQUB 
şair, millə tvəkilL
«
Ziya
» qəzeti,  25  iyul,  2002-ci  il.
244
QARAPAPAQLAR  VƏ ONLARIN XIX ƏSR HƏRB  TARİXİ
CAZİBE  M ER K EZİ  KONAK
Sivasın  Ulaş  İlçesine  bağlı  Acıyurt  köyünde  bulunan  Mihrali 
Bey Konağı'  turizme kazandırılmak üzere Valilik tarafından  ona- 
rılıyor.  Vali  Hasan Canpolat yaptığı açıklamada Sivasın tarihinde 
çok önemli  yeri  bulunan ve çok zengin  Sivas tarihinin bir parçası 
olan  konağı  Valilik  olarak  onarıma  aldıklarım  söyledi.  Mihrali 
Beyin  Kafkasya kökenli  bir halk  kahramanı  olduğunu  ve  Acıyurt 
Köyünde  yaşadığını  belirten  Canpolat  şöyle  dedi:  «Mihrali  Bey 
Osmanlı  Döneminde  bu  bölgenin  güvenlik  bakımından  yetkilisi 
olmuştur.  Daha  sonra  Yemen  savaşına  yine  Osmanlı  ordusunun 
adına  gitmiş  ve  orada  şehit  olmuştur.  Kafkaslarda  Mihrali  Bey 
çok  sevilen,  sayılan  bir kişidir.  Dolayısıyla  Kafkasyayı  anayurda 
bağlayan  etkenlerden  birisidir».  Onarım  çalışmalarının  1  yılda 
tamamlanarak,  konağın  kültür turizmine  açılacağını  belirten  Vali 
Canpolat  «bu  konak  gezilib  görülecek  bir  müze  olacak.  Eğer ko- 
nağın  yan  tarafı  da  alına  bilirse  konaklama  amaçlı  kullanılacak. 
Mihrali  Bey  Konağı  önemli  bir  cazibe  merkezi  olacak»,  diye 
konuştu.
İl  Özel  İdare  Müdürlüğünden  kaynak  aktarılan  konağın  proje 
keşif bedelinin  271  milyar  lira  olduğu,  konağın  yapımı  için  yak- 
laşık  150 milyar lira harcama yapılacağı  öğrenildi.
Anadoluda  ender  görülen  ahşap  tavan  işçiliği  ve  ahşap  boya- 
masına  sahib  konak  Mihrali  Bey  tarafından  1892  yılında  yaptı- 
rıldı.  Adma  türküler  söylenen,  destanlar  yazılan  Mihrali  Beyin 
üçüncü  kuşak  torunu  Şemsettin  Doymuş  tarafından  Sivas  Valili- 
ğine  bağışlanan  konak  19-cu  yüzyıl  sivil  mimari  örneklerinden- 
dir.
«Yeni ülke» qəzeti, Sivas,  2004-cii il,  18 eylül (18 sentyabr).
'
 Konak -  Mehralı  bəyin malikanəsi -  
F.  V.
245


FƏXRİ VALEHOĞLU
M E H R A L I BƏYİN
Aslan yatağını görməyə g ə ld im , 
Qaldığı yerlərdir Mehralı bəyin. 
Konağı görüncə düşlərə daldım, 
Olduğu yerlərdir Mehralı  bəyin.
Satqınları almaz imiş araya,
A ğ deməmiş xətir üçün qaraya, 
Səksən birdə köçüb işdə buraya, 
Gəldiyi yerlərdir Mehralı bəyin.
H ər ana doğurmaz böyləsi əri, 
Həyatında addım atmamış geri, 
Arayıb könlüncə qalacaq yeri, 
Bulduğu yerlərdir Mehralı bəyin.
Dağların çökmüşdür duman üstünə, 
Şe'rlər yazmışam zaman üstünə, 
Beş yüz atlısını Yəmən üstünə, 
Saldığı yerlərdir Mehralı bəyin.
İsməti der cihad etdi yılmadı, 
«Hürriyət» demişdi həyatın dadı, 
Tarixdə şanına yakışan adı,
Ald

Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə