KəXRİ valehoğlu qarapapaqlar



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə7/57
tarix29.01.2018
ölçüsü144 Kb.
#22929
1   2   3   4   5   6   7   8   9   10   ...   57

FƏXRİ VALEHOĞLU
Fəxralı,  Səfikürd  və  Qızılhacılı  təki  Gəncəbasar  kəndlərinin 
əhalisi bu zaman köç edənlərin törəmələrindəndir.  M ənbələrdən 
məlum  olur ki,  19-eu  əsrdə  Şirvanda  Göyçay  sahilində  «sünnü 
tatarların  yaşadığı»  Ulaştı-Şıxlı  kəndi  olub.  (Sözgəlişi:  Ucar  ra­
yonunda  Göyçay  nəhri  yaxınlığında  Qarabörklü,  Tərtər  rayo­
nunda  isə  Qaçağan kəndi  var).  Borçalı  qarapapaqları  Naxçıvana 
da miqrasiya ediblər. Belə ki, naxçıvanlı diyarşünas  Rəsizadənin 
1920-ci  ildə  məşhur şərqşünas-alim  K.  Smirnova  təqdim  etdiyi 
bir  sənəddən  bəlli  olur  ki,  XX  yüzilin  əvvəllərində  Naxçıvan 
diyarında yaşayan 23 türk tayfasından birinin adı 
S a d a x lı 
olub və 
bu tayfam Borçalınm Sadaxlı kəndindən köç edib  Şərurun  Yen- 
gicə kəndində yurd salan qarapapaqlar təşkil edirdi.1
XVIII yüzilin ortalarında Azərbaycanda xanlıqlar yarandıqda 
Borçalı  sultanlıq elan olundu.  1770-74-cü illərdə  Qafqazı  gəzib- 
dolaşmış  akademik  Hildenştedt  bu  dövrdə  Borçalı,  Qazax  və 
Pembek  mahalının  əhalisinin  böyük  əksərinin  «tərəkəm ə  tatar­
larından»,  geridə  qalan kiçik  hissəsinin  isə  erm ənilərdən  ibarət 
olduğunu, bu «tərəkəmə tatarlan»nın asanlıqla Osmanlının  təsiri 
altına  düşdüklərini,  Tiflisdə  müsəlmanların  3  m əscidə,  erməni­
lərin  isə  kiçik  bir  kilsəyə  sahib  olduqlarını,  Qaxetin  Muğanlı, 
Qaracalar,  Kəpənəkçi və Qızılhacılı kəndlərində  toplam  250  tə­
rəkəmə ailəsinin yaşadığını, Nadir şah Əfşann Qaxetdə Yor çayı 
qıraqlarında  ömür  sürən  10 000  tərəkəmə  ailəsinin  yurd-larını 
dağıdıb başqa yerlərə səpələdiyini və bu ailələrdən 500-ünü Də- 
mirçihasanlıya  yerləşdirib  onlar  üçün  yeni  kəndlər  saldı-ğını 
yazırdı.1
 2
XVIII  yüzilin  sonlarında Kartli-Qaxet  çarlığı  tərkibinə  daxil 
olan  borçahlar  Xudu  bəy  başçılığında  çar  II  İraklinin  yanında 
yer alaraq yadellilərə qarşı mərdliklə döyüşdülər.
1  Gürcüstan  EA  Əlyazmalar  İnstitutu,  №  155,  K.Smimovun  arxivi,  «Мате­
риалы  по  истории  и  этнографии  Нахичеваньского  края,  1936,  s.  20 
(Müəllif repressiya olunduğu üçün əsər çap olunmamışdır -  F.  V.).
2  Бах:  И.  Гилденштедт.  Географическое  и  статистическое  описание 
Грузии и Кавказа,  СПБ,  1809.
26
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
1.3.  TİFLİS  VƏ  ƏTRAFINDAKI  QARAPAPAQ  ELLƏRİ 
RUSİYAYA  BİRLƏŞDİRİLDİKDƏN  SONRA
1783-cü  il  iyulun  24-də  Rusiya  ilə  Kartli-Qaxet  çarlığı  ara­
sında  müqavilə  (traktat)  imzalandı.  Həmin  müqaviləyə  əsasən 
Kartli-Qaxet  çarlığı  tərkibində  olan  Qazax,  Şəmşəddil  sultan­
lıqları  Borçalı  ilə  birlikdə  Rusiya  İmperiyasının  himayəsi  altına 
keçdi.  1800-cü  ildə  rus  imperatoru  I  Pavel  II  İraklinin  oğlu  XII 
Georgini  gürcü çarı, onun böyük oğlu Davidi isə onun varisi elan 
etdi.  Şahzadə  Davidin  varis  elan  olunması  XII  Georginin  digər 
oğullarının  narazılığına  və  taxt  uğrunda  çəkişmələrin  başlan­
masına  səbəb  oldu.  1800-cü  ilin iyun  ayında Borçalınm  Şüləver 
məntəqəsində yaşayan şahzadə Aİeksandr birbaşa çarın nəzarəti 
altında olan Qazax bölgəsinin onun tabeliyinə verilməsini  istədi 
və rədd cavabı aldı1.  İstədiyini ala bilməyən şahzadə buna etiraz 
əlaməti  olaraq  öz  en  yaxm  adamları  ilə  Şüləverdən  Qarsa, 
oradan da İran şahının varisi  şahzadə Abbas M irzənin Araz çayı 
sahilindəki  düşərgəsinə yollandı və orada böyük hörmətlə qarşı­
landı.  Bundan  sonra  İranda  hökmranlıq  edən  türk  qacar  sülalə­
sinin  qanadları  altında  yaşayan  şahzadə  Aleksandr  Gürcüstanda 
rus hakimiyyətini devirmək üçün mübarizə aparmağa başladı.
1801-ci  ildə  rus  imperatoru  Kartli-Qaxet  çarlığının  ümumiy­
yətlə ləğv olunub Rusiyaya birləşdirilməsinə dair manifest imza­
ladı.  Bu  manifest  orijinaldan  Gürcüstanda  daha  çox  işlənən  iki 
dilə  -   Azərbaycan  türkcəsinə  və  gürcü  dilinə  tərcümə  olundu2. 
Rusiyanın  Qafqazda  ələ  keçirdiyi  torpaqlarda  idarəçilik  birbaşa 
imperatorun  təyin  etdiyi  canişin  vasitəsilə  həyata  keçirilirdi.  İlk 
canişin  general  К.  T.  Knorrinqdən  sonra  rus  çarının  Qafqazdakı 
canişini  vəzifəsini  aşağıdakı  generallar yerinə  yetirdilər:  P.D.Si- 
sianov  (1802-1806-cı  illərdə),  İ.V.Qudoviç  (1806-1809-cu  illər),
1  Исторический  очерк  Кавказских  войн  от  их  начала  до  присоединения 
Грузии,  Тифлис,  1899, с.  323.
2  Акты  Кавказской  Археографической  Комиссии  (АКАК),  I  cild,  Tiflis, 
1866, s. 414.
27


FƏXRİ VALEHOĞW
A.P.Toraıasov (1809-ll),\AP.Vemiöloy {1816-1827),  İ.F.Paske- 
viç  (1827: 1831),  Q,V.Äozeıi: <1831-1837),  Y.A.Qolovin  (1838- 
1842),  A.İ.Neydqart  (1842-1844),  M.S.Vorontsov  (1844-1854),
N.  N.Muravyov (1854-1856), A.İ.Baryatinski (1856-62-ci  illər).
Qarapapaqlar  ilk  başda  rus  hakimiyyətini  qəbul  etmirdilər. 
General  İ.  Lazarev  yazırdı:  «Qazaxlılar,  borçalılar  və  ümumiy­
yətlə tatarlar bizə heç cür sadiq deyillər, kiçik bir dəyişiklik  olsa 
bizə  qarşı  çıxacaqlar,  onlara Gənçə xanı  da qoşulacaq».  1801-ci 
il 23 iyulda Lazarev Borçalı-Dəmirçihasanlı və Qazax yörələrinə 
gedib  KartlbQaxet çarlığı  ləğv  edildikdən  sonra  qardaşları  kimi 
rus hökmranlığını tanımaq istəməyən şahzadə Davidin tabeliyin- 
deki ağaların çoxuna rus çarına sadiqlik andnaməsi  qəbul  etdirir.
O,  çarın canişini general Knorrinqə  1802-ci  ilin yayında  hazırla­
dığı  raportunda  yazırdı:  «Şahzadə  David  de  çoxdan  müşahidə 
olunduğu kimi onların (rus .əleyhdarlarının - F .  V.) cərgəsinə qo­
şulub və onlara öz köməkliyini edir. Bu günlərdə, m ən Tiflisdən 
çıxdığım zaman  o təmiz hava udmaq və sağlamlığına qovuşmaq 
bəhanəsiylə  dağlara,  Borçalı  tatarlarının  yanına  gedib.  İndi  o, 
Borçalı  tatarları  ilə  bir; yeridə  yaşayır  və  yəqin  ki,  oradan  heç 
vaxt qayıtmayacaq»
1802-ci  ildə  tərtib olunmuş  Loru//Lori  qəzasının  türk  kənd­
lərinin siyahısından o dövrdə Borçalıdan başqa Qazax  mahalında 
da  Faxralı,  Qızılhacılı,  Kolagir/ZKolayır,  Pəm bəkdə  Qaçağan, 
Saral, Hamamlı,  Şəmşəddildə Qullar,  Quşçu,  Qırıxlı  kəndlərinin 
olduğu  aydınlaşır1;  Mənbələr  1821-ci  ildə  Borçalı  çökəyinin 
Çələbili  kəndinin  Mustafa  Yadigarovun,  Çələbili-Yadigarov 
kəndinin  Mirzə  İsmayıl  bəy  Yadigarovun,  Qoşakilsə  və  Qaya- 
qocalı arası bütün kəndlərin isə Borçalı vəkili Uğurluxan  ağanın 
tabeliyində olduğunu göstərir;
Rəsmi  arxiv bəlgələrine  əsasən, XIX  əsrdə  Borçalı  kəndlə­
rindən Darbazda -  Eyyub Alı oğlu və İsmayıl Qoca oğlu, Bolus- 
Kəpənekçidə  -   Ağakişi  bəy  Molla  Ağakişi  oğlu,  Faxralıda  -
1 AKAK, I cild, s. 461-474.
28
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
Nu-ru  Daşdəmir  oğu,  Saraçlıda  -   İbrahimxəlil  İsmayıl  oğlu, 
Qaraca-larda -  Mirzalı  ağa,  Sarvanda -  M in a sa z   M ə h ə m m ə d  
ağa  (1801-ci  ildə)  və  İbrahim  Xəlil  oğlunun  (əsrin  ortalarında), 
Qa-rakeşəlidə  -   Pənah  ağa  Kamil  oğlu,  Dəmirçihasanlı- 
Kəpənək-çidə  -   Kərim  ağa  Əhmədqasım  ağa  oğlu,  Keşəlidə  -  
Nəbi  ağa  Vəli  bəy  oğlu,  Qasımlıda  -   Qasım  ağa  k ə n d x u d a  
v ə z if ə s i-n i,  Darbazda  -   Abdulla Piri  oğlu,  Yuxarı  Güləverdə
-   Qurban  İmamqulu  oğlu,  Qoçuluda -   Allahverdi  Bayram  oğlu, 
Hasanxo-calıda  -   Kazım  Kərim  oğlu,  Kolayırda  -   Qurbanəli 
Ağahüseyn  oğlu  və  Qurban  M əmmədəli  oğlu,  Bala  Muğanlıda
-   Xəlil  Tanrıverdi  oğlu,  Bolus-Kəpənəkçidə -   Yolçu Talib oğlu 
və  İbrahimxəlil  Qaravəli  oğlu,  Faxralıda  -   M əmməd  Əhməd 
oğlu,  Qaçağanda -  Xangəldi  Məmməd oğlu, Axlımahmudluda -  
Meh-dixan  İsgəndər  oğlu,  Tərkavündə  -   İmaməli  Qulu  oğlu 
(1831-ci  ildə),  Çələbili-Yadigarovda  -   Nəbi  Yaqub  oğlu, 
Ulaclıda  -   Namaz  Bürcü  oğlu,  Qasımlıda  -   Qasım  N əcəf oğlu 
k o x a ,   yəni  kəndxudanm  köməkçisi  vəzifəsini  icra  edirdilər, 
Borçalı  din  adamlarından  Axund  Molla  Süleyman  M əmməd 
Talib 
oğlu 
(Sarvan), 
Molla 
Hacı 
Əhməd 
Vəli 
oğlu 
(Dəmirçihasanlı-İl-məzli),  Molla  Cəfər  Yəhya  oğlu  və.  Molla 
Y usuf  Molla  M əhəm m əd  oğlu  (Faxralı),  Molla  Kazım  Molla 
Nəbi  oğlu  və  qardaşı  Molla  Həsən  (Arxılı),  Axund  Molla 
Əhməd  Molla  Qurban  oğlu,  Axund  Molla  Süleyman  M əşədi 
Təhmuraz oğlu,  Molla Hümmət  Sadıq oğlu  və  Molla  Əmiraslan 
Sadıq  oğlu  (Ərcivan-Sarvan),  Abdulla  Molla  İsmayıl  oğlu 
(Dəmirçihasanlı-Kəpənəkçi),  Molla  Alı  Bulud  oğlu  və  Mustafa 
Əfəndi  Veysəl  oğlu  (Bolus-Kəpənəkçi),  Mürsəl  Əfəndi  Molla 
Hüseyn  oğlu  və  Axund  M olla  Hasan  Molla  Əli  oğlu  (Qasımlı), 
Hacı 
M əhəm m əd 
Əfəndi 
Hacı 
Şəfi 
Əfəndi 
oğlu 
(Dəmirçihasanlı-Kosalı),  Hacı  Musa  Əfəndi  Hacı  İsa  oğlu 
(Kürtlər),  Axund  Molla  Hasan  Tanrıverdi  oğlu  (Qaçağan)  və  bu 
kitabın  müəllifinin  ulularından  Hacı  Molla  M əhəmməd  Qulu 
oğlu və oğlu Molla Qulu (Darvaz) yaşadıqları kəndin « p r ix o d »
29


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə