KəXRİ valehoğlu qarapapaqlar



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə8/57
tarix29.01.2018
ölçüsü144 Kb.
#22929
1   ...   4   5   6   7   8   9   10   11   ...   57

FƏXRİ VALEHOĞLU
m o lla s ı,  ailələri  isə  im tiy a z lı  ru h a n i  a i l ə l ə r i   təbəqəsinə 
daxil edilmişdilər.
XIX  əsr  qarapapaq  ellərində  qaçaqlıq  hərəkatının  geniş 
vüsət  aldığı  bir  dövrdür.  Valeh  Hacılar:  «Borçalı-Qazax  mahal­
larında  sinfi  qarşıdurmanın  və  çarizmə  qarşı  azadlıq  uğrunda 
mübarizənin  ilk  və  ən  geniş  yayılmış  forması  qaçaq  hərəkatı 
idi»1.  Azərbaycan  Sovet Ensiklopediyasındakı  «Qaçaq hərəkatı» 
məqaləsində  oxuyuruq:  «Qaçaq  hərəkatının  ictimai  mahiyyəti 
geniş  xalq kütləsinin qaçaqlara köməyi  ilə  təsdiq  olunur.  Əhali, 
xalq mənafeyi uğrunda mübarizə  aparan  qaçaqları  müdafiə  edir­
di.  Kəndlilər qaçaqları ərzaq,  at,  silahla təmin  edir,  onlara  gecə­
ləmək üçün yer verir, hökümətin təqibindən gizlədirdilər.  19-cu 
əsrin  axırlarında  qaçaq  hərəkatını  boğmaq  üçün  Zaqaf-qaziyaya 
ezam olunmuş general-leytenant D.Skalon Peterburqa göndərdiyi 
məlumatda etiraf edirdi  ki,  kəndlilər  qaçaqlara  qarşı  çox  qonaq­
pərvərdirlər. ..  Qaçaq hərəkatı çar müstəmləkəçilərini vahiməyə 
salır,  onlar  isə  qaçaqlara  qarşı  şiddətli  cəza  tədbir-lərinə  əl 
atırdılar.  Hakimiyyət  orqanları  qaçaqlara  qarşı  hərbi  hissələr, 
mühafizə dəstələri göndərir, onlara amansız divan tuturdu.  1894- 
cü  ildən  isə  qaçaqlar  adətən  ölüm  hökmü  çıxaran  hərbi  səhra 
məhkəməsinə  verilirdi...  Lakin  bütün  bu  tədbirlər  qaçaq  hərə­
katının qarşısını ala bilmirdi...
Qaçaq  hərəkatı  qeyri-mütəşəkkil,  kortəbii  olub,  yerli  xarak­
ter daşıyırdı,  siyasi  şüurluqdan  uzaq  idi»2.  XIX  əsrin  ortalarında 
Gürcüstana səyahət etmiş  baron  fon-Qakstqauzen  də  qarapapaq- 
lann  yaşadığı  bölgələrdə  qaçaqlığm  geniş  yayıldığını  vurğula- 
yaraq  yazırdı:  «Tiflis  ətrafına  yanmca  saatlığa  belə  gəzintiyə 
çıxmaq  istəsən  silahlı  olmalısan.  Xalq  qaçaqlar haqqında böyük 
həvəslə  danışır.  Misal  olaraq  mən  burada  qaçaq  Arsenin  tarix­
çəsini göstərmək istəyirəm»3.
1
2
3
V. Hacılar. XIX yüzillikdə Borçalıda qaçaqlıq hərəkatı, Tiflis, 2003, s. 6. 
ASE,  III cild, Bakı,  1979, s.  105.
А. Гакстгаузен.  Закавказский край,  1857, СПб, с.76.
30
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
Borçalı  və  Qazax  mahallarının  sakinlərindən  T əhm asib- 
qulu,  Arıxlı  Əli  ağa Eyyub ağa oğlu (1785-?),  Marabdalı  gürcü 
A rsen,  Baydarlı  Nağı  bəy,  Həşim oğluV
. *  (7-1855),  Qarapapaq 
kəndindən Dəli  ağa  Əli ağa oğlu, Abdallı  K or İsm ayıl (7-1877), 
M ığırlı  İsk ə n d ə r  Piri  oğlu  (7-1877),  D arvazlı  M ehralı  Məmli 
oğlu  (1844-1906),  mahalın  adlı-sanlı  ağalarından  biri  olan 
Qasımlı  Daşdəmir ağanın  övladları  A stan  ağa  (1852-7)  və  Paşa 
(1853-1873),  T əhləli  K ərim ,  Qıraq  K əsəmənli  K ərəm   İsk ən ­
d ə r  oğlu  Mollazaloğlu  (1860-1909),  Qızılhacılı  H alay  bəy  H ü­
seyn  ağa  oğlu  Mürsəqulov  (1867-1899)  və  b.,  eləcə  də  Ağbaba 
qarapapağı  Dəli  Y usuf  XIX  yüzildə  fəaliyyət  göstərən  qaçaq 
dəstələrinin adıbəlli başçılarından idilər.
XIX yüzilin ortalarında ruslar Osmanlıda daldalanan və  mü- 
təmadi  olaraq  sərhədi  keçib  onlara  xələl  yetirən  qarapapaq  qa­
çaq  dəstələrinin  qarşısını  almaq  üçün  hiyləgər  bir üsula  əl  atır­
lar.  Onlar  Rusiya  İmperiyasına  tabe  olub  mərdlikdə,  cəsarətdə 
və  qaçaqlıq  hünərində  öz  Alosmandakı  soydaşlarından  geri  qal­
mayan Qazax-Borçalı qarapapaqlanndan  süvari  gözətçi dəstələri 
yaradırlar.  Bu  dəstələrə  nüfuzlu  ağalar  başçılıq  edirdi.  Bununla 
ruslar  «bir  gülləyle  iki  dovşan  vurmaq  almaq»  istəyirdilər.  Bi­
rincisi,  Qazax  və  Borçalı  ağalarını  mülk  toxunulmazlığı  və  az 
olmayan aylıq məvaciblə təmin etməklə  bir çox həmyerlilərinin 
tutduğu  yoldan  çəkindirməyə,  yəni  qaçaqlıq  edib  Rusiya  döv­
lətinə  ziyan  vurmalarının  qarşısını  almağa,  ikincisi  də  qardaş 
qanı  axıtmaqla  bir-birlərindən  Cavaxet//Cavax  silsiləsiylə  ayrı­
lan  Qazax-Borçalı  və  Axısqa//Axalsıx  paşalığmın  qarapapaqları 
arasında əlaqələri soyutmağa cəhd edirdilər.
1808-ci  ilin  yayında  Başkeçid-Cavax  sunurunda  Axısqa  pa- 
şalığına  sığınmış  qarapapaq  qaçaqları  ilə  gözətçi  qarapapaqlar 
arasında  ilk  ciddi  toqquşma  baş  verir.  Bu  toqquşmada  gözətçi­
lərdən B orçalı  Ə m irx a n   ağa və Q azaxlı  M ustafa  ağa  fərq-
*  Rus  qaynaqlannda  Qeşim-oqlu,  İşim-oqlı  kimi  göstərilən  bu  cəsur  Borçalı 
türkünün Həşimoğlu olduğunu təxmin etdik.
31


FƏXRİ VALEHOĞLU
lənirlər,  qaçaqlardan  Baydar  sultanının  1788-ci  ildən  Axısqada 
yaşayan  qardaşı  Əhməd  ağa  həbs olunur.  Düz  iki  il  sonra  qara- 
papaqlar  arasında  daha  böyük  bir  vuruşma  baş  verir.  Bu  vuruş­
mada  Qars  qarapapaqlarınm  öndəri  Q ara  b ə y   (Q ara  M a h ­
m ud  bəy)  də  800  nəfərlik  dəstəsiylə  Axısqa  qarapapaqları  tə­
rəfdə olur.
Canişin  general  Tormasovun  yazışmalarından  1810-cu  ilin 
yayında  89  Borçalı  qarapapağmm «məşhur qaçaq»  T ə h m a s i b -  
q u lu n u n   başçılığı  altında  Axısqa  hüdudundan  Borçalıya  qayı­
darkən rus yeger alayının əsgərləri ilə atışdığı bəlli olur.1 Markiz 
Pauluççi  1811 -ci  ildə  Borçalı  mouravı  (idareçisi)  Mirmanoz 
Eristova  Borçalıda  soyğunçuluqların  qarşısını  almaq  məqsədilə 
Faxralı  və  Tsintsğaro  (Cinsqar)  kəndlərində  etibarlı  ağaların 
başçılığı  altında yaxşı  silahlanmış  20  qarapapaq  atlısından  ibarət 
iki qarovul postu yaratmağı əmr edir.*
 2
Yermolovun  canişinliyi  dövründə  Borçalı,  Qazax,  Şəmşəd- 
dil,  Pembək və Şürəgel mahallarına  əlahidde bölgə -  «tatar dis- 
tansiyası»  statusu verilir. Bu çağlarda həyata keçirilən radikal  is­
lahatlar nəticəsində  Qazax,  Şəmşəddil və  Borçalım  ruslara qarşı 
etiraz  dalğası  bürüyür.  Hökumət  əleyhinə  baş  vermiş  qiyama 
başçılıq  edən  iki  nüfuzlu  ağalar  -   Şəmşəddilli  mayor  N ə sib  
su lta n   və Qazaxlı mayor M u stafa  ağa  Ş ıx lı  Rusiyaya sürgün 
edilirlər.  1822-ci  il  4  martda  Yermolovun  əmrilə  Tiflis  axundu 
T a n rıv e rd i  d ə   rus  hakimiyyətini  qəbul  etmək  istəmə-diyi 
üçün sürülür.3
XIX yüzilde Qafqaz çoxsaylı müharibələr məkanına çevrilir. 
Bu  dövrdə  iki  Rusiya-İran  (1804-13-cü  və  1826-28-ci  illər)  və 
dörd Rusiya-Osmanlı (1806-12,  1828-29,  1853-56  və  1877-78-ci 
illər)  müharibəsi  baş verir.  Hərbi  əməliyyatlar səhnəsinin  tam 
mərkəzində  ömür  sürən  döyüşkən  qarapapaqlar  müharibənin 
bütün  ağırlıqlarım  öz üzərlərində  hiss  edirlər,  onların  böyük  bir
'  AKAK, III c„ Tiflis,  1869, s.480.
2 AKAK, V c., Tiflis,  1873, s.  111.
3 AKAK, VI c .,Ih ., s. 481.
32
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXt
bölümü  öz  dədə-baba  yurdlarını  tərk  etməyə  məcbur  olur.  Ya­
şadıqları coğrafiyada hökm sürən savaşların hamısında istər-istə­
məz  fəal  iştirak  etmək  zorunda  qalan  qarapapaqlar  ən  mübariz 
türk  uluslarından  biri  olduqlarını  döyüş  meydanlarında dəfələrlə 
sübut  edirlər.  XIX əsrdə  Qafqazda baş vermiş  sa-vaşlara aid rus, 
gürcü, türk qaynaqlarının böyük əksəriyyəti bu savaşlar sırasında 
qarapapaqların  göstərdikləri  igidliklərdən  dö-nə-dönə  bəhs  edə­
rək müharibənin  taleyini  həll  edə biləcək qədər gücə malik olan 
bir  toplum  olduqlarını  vurğulayırdılar.  Müharibə  aparan  imperi­
yaların  hər  biri  onları  mərdliklərinə  bələd  olduqları  üçün  öz  tə ­
rəflərinə  çəkməkdən  ötrü  bütün  im-kanlarmdan  istifadə  edir­
dilər.  Ruslar bu  m əsələyə  daha çox  əmək və  m əsrəf sərf etmək 
məcburiyyətində  idilər.  Çünki  onları  qarapapaqlarla  nə  qan,  nə 
dil, nə də ki, din birləşdirirdi.
1804-13-cü  illər  Rusiya-İran  (rus-qacar)  və  1806-12-ci  illər 
Rusiya-Osmanlı  müharibələrində  rus  ordusunda  olan  qarapa- 
paqların  bir  hissəsi  B o rç a lı  Ə ly a z   (İ ly a s )  a ğ a n ın   başçılı­
ğında döyüşüblər.  1826-28-ci illər Rusiya-İran (rus-qacar) müha­
ribəsində  borçalılarm  böyük  bir qismi  Abbas  M irzə  Qacarın  ən 
yaxın  ətrafına  daxil  olan  Borçalı  qarapapağı  N a ğ ı  x a n ın  
komandanlığı  altında  ruslara  qarşı  savaşmışlar.  1828-29-cu  illər 
və  1853-56-cı  illər  rus-türk  savaşında  rus  ordusu  tərkibində 
Qazax,  Borçalı  və  Şəmşəddil  ağalan  və  onların tabeliklərindəki 
kəndlilərdən  ibarət  süvari-müsəlman  alayı  (3  saylı)  təşkil  olun­
muşdu.  1853-56-cı  illər  cəngində  (Krım  savaşı)  rusların  Əla- 
hiddə  Qafqaz  Korpusu  tərkibində  Q a s ım lı  D a ş d ə m ir   a ğ a  
başçılığıqında  əksəriyyəti  Borçalı  və  Qazax  mahalından  olan 
300  nəfərlik  qarapapaq  könüllüsü  vuruşurdu.  1877-78-ci  il  rus- 
türk savaşında Daşdəmir ağanın oğlu S ə m ə d   ağa  ruslar tərəfdə 
döyüşən  30  nəfərlik  Borçalı  oxotnikinə  (könüllüsünə)  rəhbərlik 
edirdi.  Məşhur  Borçalı-Qazax  ərənlərindən  H ə -ş im o ğ lu   ve 
D ə li  a ğ a   Krım  savaşında,  rus  generallarının  və  yazarlarının  öz 
tərəflərinə  cəlb  edəmmədikləri  üçün  üzün-tülərini  gizlədə 
bilmədikləri  və  nəticədə  onun  türk ordusunun  kavaleriya  (süva­
ri)  generalı,  partizan  generalı  olub  bir  neçə  min-lik  qoşun  dəs­
33


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə