KəXRİ valehoğlu qarapapaqlar



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə20/57
tarix29.01.2018
ölçüsü144 Kb.
#22929
1   ...   16   17   18   19   20   21   22   23   ...   57

FƏXRİ VALEHOĞLU
Bardaqlı
153
B u r c a lı
213
Qaraqala
243
Qoçköy
615
Qırxpunqar
14
Dagköy
252
Zöhrabyayla
65
Göyərçin
208
İqnazor
201
Kamoköy
210
Kümbət
19
Kürdoy
202
Məscidli
146
Oxçoğlu
5
Hasançavuş
31
Seydican
465.'
Topacıq
4
Eyni  dövrdə  Qarsın  Arpaçayın  sağında  yerləşən  Naxçıvan 
(indiki  Diqor)  nahiyəsinin  kəndləri  Gellicanda  21,  Cirıqlıda  80, 
Türk Söyüdlüdə 62, Daşnıqda 32,  Ərdahan nahiyəsinə bağlı Çais 
kəndində  86,  Qars  mərkəzi  nahiyəsinin  Çamurlu  kəndində  211, 
Oltu nahiyəsinin Örtülü (indiki  Şənqaya) kəndində  isə 6 qarapa- 
paq qeydə alınmışdır.1 1
 2
3  mart  1918-ci  ildə Rusiyada hakimiyyəti  ələ almış bolşevik­
lərlə  osmanlılar  arasında  imzalanmış  Brest-Litovsk  anlaşmasına 
görə  Qars  və  ətraflan  40  illik  əsarətdən  sonra  yenidən  Ana 
V ətənə  qovuşur.  Bununla  barışmaq  istəm əyən  erməni  silahlı 
dəstələri  bölgənin  türk-müsəlman  məntəqələrində,  o  cümlədən 
Şürəgəl,  Zərşad, Çildir və Ağbabanın qarapapaq köylərində qət- 
liamlar törədirlər.  Diyarda yaranmış boşluqdan,  yəni  nə  türk,  nə 
də  ki,  rus  ordusunun  olmadığı  bir  məqamdan  istifadə  edən  az­
ğınlaşmış  ermənilərin vəhşiliklərinin qarşısını  almaq üçün  1918- 
ci  il  14  noyabrda  Qars  İslam  Şurası  adlı  bir  təşkilat  qurulur.  Bu 
təşkilatın  başqanlığına  «maarif  işlərinə  də  baxacaq  olan»  Bor-
1 Район  Тифлисско-Карсско-Эриванской железной дороги  в  экономичес­
ком  и коммерческом  отношениях,  Тифлис,  1897, с.  505-515.
78
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
çalının  Bolus  yörəsi  qarapapaqlarından  K ə p ə n ə k ç i   E m in  
a ğ a   seçilir.1
30  noyabr  1918-ci  ildə  Qarsda m üxtəlif bölgələrdən  olan  70 
nümayəndənin  iştirakı  ilə  konqress  keçirilir.  Konqressdə  Qars 
İslam  Şurasına  Milli  Şura  adı  verilir.  Milli  Şura  hökumətinin 
rəisliyinə  Şörəgəl  qayməqamı,  qarslı  C ahangiroğlu  İbrahim  
bəy,  müavinliyinə  isə  K əp ən əkçi  Em in  ağa  seçilir. .Bu  höku­
mətin  12  üzvündən Emin  ağadan başqa Çıldırlı  doktor Ə səd bəy 
Oktay,  Ağbabalı  Hacı  Abbasoğlu  Kərbəlayı  M əhəmməd  bəy, , 
Ağbabanın Qaraçanta kəndindən Hacıoğlu Əhməd bəy, Gümrülü 
Xalıçıoğlu  Yusuf bəy Arpaçay da qarapapaqlanydı. Çıldınn Purut 
və Koravel kəndlərindən müvafiq olaraq Kam il ağa Nəbioğlu və 
Mollamustafa  oğullarından  şair  Kamil  ağa  Milli  Şuranın  yerli 
təşkilatlarını  qurub  xalqı  milli  mücadiləyə  hazırlayırdılar.-Milli 
Şuranın  hökumət  üzvləri  bölgələrə  səfərlər edib  əhalini  müstə-. 
qil bir cümhuriyyətin qurulması üçün səfərbər edirdilər. Adlarını 
yuxanda çəkdiyimiz iki Kam il ağalar, Cala kəndindən Qoçubğlu 
M ansur  ağa,  Yuxan  Canbazlı  Ağhacanoğlu  Aslan  ağa,  Pekrə- 
şenli Ağadədə və başqa qarapapaq bəyləri  Çıldıra soxulmaq istə­
yən  ermənilərin  qarşısının  alınmasında  çox  yararlıqlar göstərdi­
lər.3
1919-cu  il  yanvarın  17-dən  18-nə  keçən  gecə  mərkəzi  Qars 
şəhəri  olmaqla  Batumdan  Ordubada  və  A ğn  dağından  Azqura 
qədər  əhalinin  çoxu  türk-müsəlman  olan  ərazidə  Cənubi-Qerbi 
Qafqaz  Cümhuriyyəti  yaradıldı.  Bu  yeni  cümhuriyyətdə  höku­
mət  rəisliyinə  yenə  Cahangiroğlu  İbrahim  bəy,  Parlament 
rəisliyinə  Ç ıld ırlı  Dr.  Ə sə d   b əy  seçildi,  Dəmiıyolları  vəzifəsi 
müdiri  Qaraçantalı Hacıoğlu  Əhməd bəyə həvalə  olundu.  T əəs­
süflər  olsun  ki,  bu  cümhuriyyətin  ömrü  az  oldu.  12  aprel  1919- 
cu  ildə  Qarsda. müsafir  olan  ingilis  alayı  gözlənilmədən  parla-
1  Ahmet  Ender  Gökdemir.  Cenub-i  Garbi  Kajkas  Hükumeti,  Ankara,  1989, 
s.66.
2 M. F. Kırzıoğlu.  Kars tarihi, s.  556.
3 Kars ili.  I sayı (Çildir, Hanak, Ardahan, Posof), Ankara,  1966, s.59.
79


FƏXRİ VALEHOĞLU
ment binasına soxularaq hökum ət üzvlərini  həbs  edib Malta ada­
sına sürgünə göndərdi.
30  oktyabr  1920-ci  ildə  Qars  işğaldan  qurtulduqdan  sonra 
Çıldırda  gürcü  işğalına  qarşı  600  könüllü  milis  toplanır.  İki  ta- 
burlu  Çildir  könüllü  alayı  qurulur.  Birinci  tabura  Purutlu  Kamil 
ağanın oğlu P a şa   b ə y ,  ikinciyə isə Çalalı  Q a sım   a ğ a   Əli oğlu 
komandanlıq  edir.  Bu  dönəm də  adlarım  yuxarıda  xatırladığımız 
iki  Kam il  ağalar  əsas  ordu  tərkibində  Gümrü  istiqamətində  er­
m ənilərlə savaşırdı.1
Türkiyəyə  növbəti  kütləvi  qarapapaq köçləri  1921-ci  ildə və 
1924-cü  ildən  sonra  olur.  Bu  dövrlərdə  Sovetlər  Birliyi  tərki­
bindəki  A ğbaba  mahalının  Ördəkli,  Balıqlı,  Göllü,  Seldağılan, 
Mustoğlu,  Bağçalı,  Mumuxan,  Söyüdlü,  Qarabulaq,  Sınıq və Xa- 
musa,  Q azax  mahalının  Soyuqbulaq,  B orçalı  mahalının Darvaz, 
K əpənəkçi,  Ağalıq,  Faxralı,  Orzuman,  Yırğançaq,  Bəzəkli,  Qe- 
mərli,  Keşəli,  İlməzli  və  A x ılk ələk   mahalının  Lebis,  Böyük 
Xosbiyyə  və  Göyyə,...  kəndlərindən  25  000-dən  çox  qarapapaq 
Qars  vilayətində  məskunlaşır.  Orxan Yeniaras  «Qarapapaq  tərə­
kəm ələrin  siyasi  v ə kültür tarixinə  giriş»  əsərində  Borçalı  qara- 
papaqlarının  böyük  bir  qolunun  Hacı  Musa  bəyin  öndərliyində 
köç  etdiyini  yazır.  Ağbaba  qarapapaqları  Qarsda  gəldikləri 
diyarın  adı  ilə  «Ağbaba  tərəkəmələri»,  Qazax,  Borçalı  və Axıl- 
keləkdən  köç  etmiş  qarapapaqlar  isə  «Gürcüstan  tərəkəm ələri» 
kimi  tanmırlar.  1950-ci  ildə Qars mahalında yaşayan  qarapapaq- 
ların sayı 50 000- dən çox olub.
1.7.  GÜNEY AZƏRBAYCAN (İRAN) QARAPAPAQLARI
İranda  qarapapaqlar yığcam  şəkildə  Sulduz,  Maku-Ovacıq  və 
Ərak  bölgələrində  yaşayırlar.  Sulduzda  onların  sayı  200  minə 
yaxın,  Maku-Ovacıq  və  Ərak  qarapapaqlanmn  sayı  isə  müvafiq 
olaraq 30-40 min və  15-20 min civanndadır.
1 Yenə orada, s. 60.
80
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
İnzibati-ərazi  cəhətdən  Qərbi  Azərbaycan  ostanma  (diyarı­
na)  daxil  olan  Sulduz  mahalına  İranda  «Qarapapaq  eli»,  orada 
yaşayan  qarapapaqlara  isə  eyni  zamanda  «borçalılar»  deyirlər. 
Bu  mahalda  qarapapaqlar  Sulduz  (indiki  Nəqədə/ZNəğədey)  və 
M əhəm m ədyar  şəhərlərində,  Xantavus,  Babahasan,  Mehdixan, 
Sultanyaqub,  Məmiyənd,  Lavaşlı,  Sarıdaş,  Firəngi  dağlarının 
ətəklərində,  Gadar,  Başlıqlıçay (Gülvan),  Gərgül,  Mehməd çay­
larının  vadilərində  yerləşən  100-dən  çox  kənddə  -   Saral,  Yadi- 
garlı,  Baranlı,  Baxçacıq,  Ada,  Hacıbağlı,  Həsənli,  Kəhrizəəcəm, 
Şeytanabad  (Tolqan),  Cəbəl  Təzəkəndi  (Dağlıq  Təzəkənd),  Su- 
laq  Təzəkənd  (Dəmyə  Təzəkənd),  Köpəkli,  Ar,  Balıqçı,  Ağa- 
bəyli,  Əminli,  Alagöz,  Hacıxanlı,  Dəmirçi,  Oxsar,  Şirvanşahlı, 
Pəyəcik,  Dərbənd,  Dilənçiarxı,  Şirinbulaq,  Məməli,  Lavaşlı, 
Karvansaray,  Topuzabad,  Dürgəh,  Daşdürgəhi,  Qaradüzgə,  Ər- 
zəxan,  Dürgəlütfəlixan,  Hələbi,  Kamus,  Gözayıran,  Kəhriz, Ağ- 
cazivə//Ağcazeyvə, Çaqqal Mustafa, Əzimxanlı,  Qaraəzimxanlı, 
Ağqala,  Ağtula,  Təzəqala,  Əcəmli,  Fərəhzad,  Fəxrzar,  Guni, 
Tabiyə,  Bayızara,  Bayramboğa,  Goranabad,  Coratabab,  Əzarlar, 
Rimazlar, Gözəllilər, Çiyanə,  Qaraçiyanə,  Şeyx Əhməd, Bəyim- 
qala,  Şəfiqala,  Dəşti-Mahur,  Təpə-Mahur,  Dostlar,  Rahdanə/- 
/Rahdəhnə,  Girdəqayıt,  Qalacıq,  Qaraqəssab,  Şeyx  Məruf,  Göl, 
Biçənli, Xmxına,  Daşlıqora,  Saxsıtepə,  Qalalar,  Xəlifan,  X əlifə­
li,  Zülümabad,  Qama,  Şərifəddin,  Gülvan,  Hacı  Firuz,  Heydəra­
bad,  Golad,  Şunqar  (Qartal),  Qazigürması,  Yunuslu,  Gürüklü, 
M əmiyənd,  Qaraməmiyənd,  Məmmədşah,  Görxana,  Kuhul//Ku- 
həl,  Paşagümovası, Qazaxgümovası və mahalın  digər kəndlərin­
də öm ür sürürlər1.  Ötən yüzilin 20-ci  illərində  İran qarapapaqla- 
nnın ümumi sayı 25 min nəfərə yaxın olub.1
 2
Xüsusilə qeyd etmək istərdik ki,  İranda islam  inqilabına qə- 
dərki  bütün  dövrlərdə  şahın  süvari  qvardiyası  qarapapaqlardan 
təşkil olunurdu.
1  İsa  Yeganə.  Qarapapaqların  tarix  və  mədəniyyətinə  b ir  baxış,  Nəqede, 
1990, s.40-42 (farsca)  ;  «Karadeniz araştırmalan», 2004, sayı 2, s. 53-54.
2 Karapapakh.  The Enciclopaedia o f  İslam, IV cild, London, 1975, s. 627.
81


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə