Keynsçilik və onun metodoloji prinsipləri



Yüklə 11,52 Kb.

tarix20.09.2018
ölçüsü11,52 Kb.


Keynsçilik və onun metodoloji prinsipləri

 

Kembric məktəbinin ən böyük nümayəndələri olan A.Marşalın və A.Piqunun tələbəsi olan 



C.Keyns 1883-cü ildə Kembricdə məntiq və iqtisadi nəzəriyyə professoru ailəsində anadan olub. 

Atasının iqtisadiyyat müəllimi olması  onun gələcəyinə mühüm dərəcədə təsir etmişdi.C.Keynsin 

iqtisadi fikrinin ən dəyərli cəhəti ondan ibarətdir ki, bazar iqtisadiyyatına sırf təkmilləşən, özü-

özünə  tənzimlənən  bir  mexanizm  kimi  baxmamış,  əksinə  onun  təbiətinə  vaxtaşırı  xronoloji 

böhran  törədici  elementlərlə  əhatə  olunduğunu  sübut  etmişdir.  Kapitalist  iqtisadiyyatının 

sərbəstliyini,  o  çatışmaz  cəhəti  kimi  qeyd  etmiş  və  onun  mütləq  dövlət  tərəfindən  idarə 

olunması  zəruriliyini  sübuta  yetirmişdir.  İlk  dəfə  olaraq  yüz  ildən  yuxarı  davam  edən  A.Smitin 

"İqtisadi sistemi"ndə mühüm yer tutan "azad bazar" ideyasının "tənzimlənən bazar" ideyası ilə  

əvəzolunması oldu.Keynsçilik sənayecə inkişaf etmiş ölkələrdə dərin iqtisadi böhran olduğu və 

neoklassik nəzəriyyənin nu böhranda zəif olduğu XX əsrin 30-cu illərində meydana gəlmişdir.  

C.Keynsin  iqtisadi  təliminin  metodoloji  əhəmiyyəti  ondan  ibarətdir  ki,  o  cəmiyyətdəki 

bütün  iqtisadi  hadisələrini  mikroiqtisadi  yanaşma  ilə  makroiqtisadi  təhlil  edərək  ilk  dəfə  

kapitalist  iqtisadiyyatının  makroiqtisadi  təhlilini  vermişdir.  İqtisadi  təfəkkür  tərzinin 

formalaşmasında psixoloji qanunların rolunu üzə çıxarmışdır. Xüsusən "səmərəli tələb"in əmələ 

gəlməsində dövlətin stimullaşdırıcı imkanlarını göstərmişdir. 

İşsizliyin  aradan  qaldırılmasına  görə  hər  cür  əmək  haqqının  azaldılması  metodlarının 

əleyhinə  çıxmışdır.  Müəyyən  işsizlik  səviyyəsini  saxlamaqla,  tam  məşğuliyyətin  həyata 

keçirilməsi  istiqamətlərini  müəyyən  etmişdir.  İstehsal  miqyası  ilə  istehlakın  miqyası  arasındakı 

birbaşa  əlaqəni  izah  etməklə,  gəlirlərin  artım  səviyyəsini  göstərmişdir.  İstehlak  səviyyəsi  ilə 

gəlirlərin səviyyəsi arasındakı fərqin, ümumi işsizliyin azalması nəticəsində psixoloji qanunların 

təsiri nəticəsində sonuncunun xeyrinə dəyişildiyi istiqamətini əsaslandırmışdır. 

İnvestitsiyanın  artımı  ilə  gəlirlərin  artımı  arasındakı  birbaşa  əlaqənin  mahiyyətinin 

əsaslandırılması C.Keyns nəzəriyyəsinin ən incə məsələlərindəndir. 

Keynsçilik  nəzəriyyəsinin  əsas  müddəaları  „  Məşğulluğun,faizin  və  pulun  ümumi 

nəzəriyyəsi“  əsərində  əks  olunmuşdur.O,neoklassik  nəzəriyyəni  qəbul  etmirdi.Onun  fikrincə 

iqtisadiyyat  yalnız  bazar  mexanizmi  vasitəsilə  idarə  oluna  bilməz,yəni  kənardan  müdaxilə 

olmadan.Belə  ki,  Keyns  bazar  iqtisadiyyatının  dövlət  siyasətilə  düzəltməyi  qeyd  edirdi.Keyns 

çoxlarının qəbul etdiyi „Sey qanunu“nu ciddi tənqid etdi.Həmçinin Keyns iqtisadiyyatın istehsal 

və  məşğulluğa  görə  real  vəziyyətini  təhlil  edərək  belə  bir  qənaətə  gəlir  ki,bu  göstəricilərin 

dinamikası təklif deyil,tələb amillərindən asılıdır. 

Keynsin 

nəzəriyyəsi 

məşğulluq 

nəzəriyyəsi 

adını 

almış 


iqtisadi 

siyasət 


proqramıdır.Məşğulluq  adı  altında  istehsalın  həcmi,vəziyyəti  və  milli  gəlirin  miqyası  başa 

düşülür.


Keyns  göstərirdi  ki,  məşğulluğun  artımı  ilə  milli  gəlir  də  artır,  deməli,  istehsalın 

səviyyəsi  də  yüksəlir.  Digər  tərəfdən  istehsalın  miqyasının  genişləndirilməsi,  məşğulluğun 

təmin  edilməsi  investisiyaların  səviyyəsindən  bilavasitə  asılıdır.  Sahibkarlar  investisiyanı  o 

vaxta qədər axtarırlar ki, kapitalın "son səmərəlilik" həddi faizi səviyyəsinə enir. 



: referatlar -> iqtisadiyyat
iqtisadiyyat -> Referat mövzu: Müəssisə Maliyyəsi Fənn: Maliyyə Tələbə: Qənbərov Cəlil Kurs: III qrup: 300 baki 2011 plan
iqtisadiyyat -> ƏMƏYİN ÖDƏNİLMƏSİ
iqtisadiyyat -> Camalov röyal
iqtisadiyyat -> Fəsil 8 Maliyyə nəzarətinin təşkili prinsipləri
iqtisadiyyat -> Referat mövzu: Bazar iqtisadiyyatı şəraitində müəssisənin yeni iqtisadi mahiyyəti və hüquqi təşkilati formaları
iqtisadiyyat -> Referat mövzu: Maliyyə Nəzarəti Tələbə: Astanov Ruslan Qrup: 36 Kurs: Müəllim: Həsənova Afidə
iqtisadiyyat -> İxtisas : İqtisadi resursların idarə edilməsi kurs I Ş İ Mövzu: “Anbar təsərrüfatının təşkili və təkminləşdirilməsi istiqamətləri”
iqtisadiyyat -> Biznesin qiymətləndirməsi fəaliyyəti və metodları
iqtisadiyyat -> Beynəlxalq iqtisadi münasibətlərin mahiyyəti və əsasları
iqtisadiyyat -> 7. Beynəlxalq maliyyə təşkilatları


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə