Kiçik, heyranedici, qədim alman şəhəri. Gecəyarısı bizim nüma yən də heyəti şə



Yüklə 25,31 Kb.
Pdf görüntüsü
tarix24.12.2017
ölçüsü25,31 Kb.
#17234


15

Kiçik, heyranedici, qədim alman şəhəri.

Gecəyarısı bizim nüma yən də heyəti şə -

hərin küçələri ilə hotelə sarı gedir. 

Hər -

çənd işıqforun qırmızı işığı yanır, amma



biz küçəni keçi rik, ona görə ki yaxınlıqda

bir dənə də avtomobil görünmür. 

Elə bu zaman qarşı səkidə da yanan bir

neçə almanın narazı don qultusunu eşidi -

rəm. Bizdən fərqli olaraq onlar işıqforun

yaşıl işığını gözləyirlər. Kü çələrdə bir dənə

də maşın yoxdur. Onlar isə dayanıb

gözləyirlər: nə var-nə var, işıqfor qırmızı

göstərir.

Mən fikirləşdim ki, bəlkə, demokratiya

dedikləri elə budur? Şüurda de mok ratiya,

bəlkə də, dövlətlə vətəndaş arasında ya -

zıl mamış ictimai razı laşmadır. Elə şeylər

var ki, vətəndaş ona nəzarət edə bilmir,

lakin dövlət ona əməl etməlidir. Elə

şeylər də var ki, dövlət ona nəzarət edə bilmir, lakin vətən daş yerinə

yetirməlidir.

Yediyi konfetin kağızını zibil yeşiyinə atmaq vətəndaşın borcudur. Dövlətin

borcu isə zibil yeşiyinə gedən yolu mümkün qədər qısaltmaqdır. Demokratik

dövlətin vətəndaşı başa düşür ki, polisin gəlişinə ehtiyac yaratmadan konfet

kağızını zibil yeşiyinə atmaq şəxsi ləyaqət məsələsidir. Demokratik dövlət isə

küçələrdə zibil yeşiklərinin sayını ço xaltmalıdır ki, çoxlu polis saxlamağa

ehtiyac olmasın. Hər iki tərəf üçün faydalı olan qarşılıqlı demokratiya prak -

tikası elə bundan ibarətdir. Onda vətəndaş dövlətə baxaraq deyir: “Ona bax

ha! Konfet də verir, zibil yeşiyi də qoyub. Başqa əlac yoxdur: gərək konfet

kağızını zibil yeşiyinə çatdırım”.



Fazil İsgəndərin “İşıqfor” hekayəsi 

əsasında işlənmişdir.

İŞIQFOR VƏ KONFET KAĞIZI

Oxu

1. Mətnin başlığına diqqət yetirin. Sizcə, işıqforla konfet kağızının nə



əlaqəsi ola bilər?

2

2


2. Mətndəki əsas fikri müəyyənləşdirin. Fərqləndirilmiş cümlələrdəki

fikirlərlə bağlı həyatdan misallar gətirin.

3. Müəllif işıqforu və konfet kağızını nəyin rəmzi kimi təqdim edib?

4. Hansı kəlamlar mətndəki fikirlərlə səsləşir?

l

Demokratiya, ilk növbədə, şüurlarda olmalıdır.



l

Cəmiyyət əxlaqlı olsa, qanunları daha asan tətbiq etmək olar.

(J.B.Molyer)

l

Biz azad olmaq üçün, ilk növbədə, qanunun qulu olmalıyıq. 



(Seneka)

l

Ədalətsiz qaydaların tətbiqi xalqa edilən ən böyük zülmdür.



(F.Volter)

l

Azadlıq ürəyimiz istəyəni yox, haqqımız çatanı etmək deməkdir.



(F.Volter)

l

Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşı -



sında məsuliyyətini və vəzifələrini də əhatə edir. 

(Azərbaycan Respublikasının Konstitusiyasından)

*

5. Qruplarla iş. Aşağıdakı aforizmləri şərh edin və öz fikirlərinizlə



genişləndirin.

6. Mətnin 1-ci cümləsi:

A) müxtəsər cümlədir.

B) adlıq cümlədir.

C) qeyri-müəyyən şəxsli cümlədir.

D) ümumi şəxsli cümlədir.

Ø Adlıq cümlə həm də geniş cümlə ola bilərmi?

7. Mətnin 2-ci cümləsini sintaktik təhlil edin. Cümlə üzvlərinin ifadə

vasitələrini müəyyənləşdirin.

Əgər millət eyni zamanda həm azad, həm də nadan olmağı

mümkün hesab edirsə, böyük yanlışlığa yol verir. (T.Cefferson)

I qrup: 


Demokratiya insanların şüurunda dəyişiklik deməkdir. Bu də yi şik -

lik inqilabla olmur, təkamül yolu ilə tədricən olur. (H.Əliyev)

II qrup: 

Əvvəlcə pis vətəndaş olmaq lazımdır ki, sonra yaxşı kölə olasan.



(Ş.Monteskyö)

III qrup: 

Demokratiya əksəriyyətin hakimiyyəti deyil, qanunun aliliyidir.

(A.Kamyu)

IV qrup: 

16

Dinlämä vä danışma



Dil qaydaları


8. Mətndə göy rənglə verilmiş cümlənin neçə qrammatik əsası var?

Cümlənin 1-ci iki hissəsini saxlamaqla qalan hissələrini elə dəyişin ki,

cüm  lələr arasında məna əlaqəsi olsun, lakin başqa bir fikir ifadə edilsin.

9. Cümlələrin quruluşca növünü müəyyənləşdirin. 

1. Elə əsər yazmaq lazımdır ki, oxucu ondan zövq alsın.

2. Məşhur alman riyaziyyatçısı Karl Qauss fizika və astro nomiya ilə

də məşğul olur, bir çox dillərdə sərbəst danışırdı. 

3. Vasko da Qama Hindistanın vitse-kralı təyin olunsa da, ölümü

gələcək müstəmləkə planlarını həyata keçirməyə mane oldu. 

4. Misir heroqliflərinin sirrinin açılması qədim dünya tarixinin öyrə -

nilməsində böyük rol oynadı. 

5. Qaliley deyirdi ki, əsl həqiqət həmişə gözlərimiz qarşısında olan

böyük bir kitabda – kainatın özündə yazılmışdır. 

10. Uyğunluğu müəyyən edin. Məna və qrammatik əlaqəni nəzərə alaraq

mü rək kəb  cümlələr  yaradın.

İki və daha artıq sadə cümlənin birləşməsindən yaranan cümlələrə



mürəkkəb cümlə deyilir; məsələn: 

O yollar mənim üçün çətin deyil, o yollara alış mışam.

Mürəkkəb cümlənin yaranmasında onun komponent lə rinin – tərki -

bindəki sadə cümlələrin məna və qrammatik cəhətdən əlaqələnməsi

vacibdir: 



Həyatda elə yaxşılıqlar olur ki, əvəzinə “sağ ol” demək azdır. 

QRAMMATİKA



MÜRƏKKƏB CÜMLƏ

lakin ondan yüz dəfə ağır ağac

gövdəsi suda batmır.

A

Son tədqiqatlar göstərir ki,



1

o, suda batır.



B

Amerikanı Kolumb kəşf etsə də,



2

hələ XIII əsrdə narkozla cərrahi

əməliyyatlar aparılırdı.

C

Bircə onu bilirəm ki,



3

“Yeni dünya” Ameriqo Vespuççinin

adı ilə adlandırıldı.

D

Kiçik daş parçasını suya atan kimi

dibinə gedir,

4

heç nə bilmirəm.



E

Əgər cisim sıxışdırdığı sudan ağır -

dırsa,

5

17



11. Verilmiş mürəkkəb cümlələrin tərkibindəki sadə cümlələri müəyyən

edin. Hər bir komponentin qrammatik əsasını göstərin.

1. Qədim yunanların inancına görə, tanrılar əlçatmaz Olimp dağında

yaşayır, onlara və bütün dünyaya isə baş tanrı Zevs hökmranlıq

edirdi.

2. Vaxtilə Təbrizdə karvansaraların sayı həddən artıq çox idi, çünki



şəhər İpək yolunun üstündə yerləşirdi.

3. Dünyada ən po pul yar kino qəhrəmanı Tarzandır: onun haqqında 88

bədii film çəkilib.

4. Dan ulduzuna “Karvanqıran” adı təsadüfən verilməyib: onu səmada

görən karvanlar vaxtı səhv salıb qaranlıqda yolu azırdı.

12. Hər bir cümlədəki fikri mürəkkəb cümlə şəklində ifadə edin.

1. Azərbaycanda bolşevik hakimiyyəti qurular-qurulmaz ölkəni rep -

ressiya dalğası bürüdü.

2. Uşaqlıqda yalan danışana böyüyəndə heç kim inanmaz.

3. Torpaqlarımız işğal olunan gündən babamı gülərüzlü görməmişəm. 

4. Anam bizə ehtiyatlı olmağı tapşırdı.

13. Hansı cümlələr birləşərək mürəkkəb cümlə yarada bilər? Səbəbini

izah edin.

1. Xaliq kitab oxuyur. Hava isti idi.

2. Bazar günü rayona getməyi planlaşdırırdıq. Maşınımız xarab oldu.

3. Qırğızıstan, Özbəkistan kimi ölkələrin qışı sərt keçir. Orta Asiyada

kontinental iqlim hökm sürür. 

4. Yazıçı həqiqəti yazmalıdır.  Antik ədəbiyyat dünya ədəbi fikrinin

beşiyi sayılır.

5. Qiymətlərim pis deyil. Öz üzərimdə bir az da çalışmalıyam. 

14. Cümlələrin əvvəlinə hansı variant artırılsa, mürəkkəb cümlə yaranar?

Hədəfi vuranda

Hədəfi vurmaq istəyirsənsə,

Hədəfi vurmaq üçün

İcra olunan hər bir işdə

... qüsurlar da ola bilər.

Bir iş görəndə

Dediyin əsəri oxumuşam.

Hansı əsəri demişdin, o əsəri oxumuşam.

Nümunə

İnsan nə isə yaradırsa,



18

… əllərin titrəməməlidir.



Yüklə 25,31 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə