Kimlər xatırlanar görəsən?



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə1/31
tarix14.05.2018
ölçüsü0,63 Mb.
#43495
  1   2   3   4   5   6   7   8   9   ...   31




 

 
 
 
Ön söz 
 
Harada  isə  uzaqlarda  çalınacaq  “Yanıq  Kərəmi”.  Yada  düşəcək  ötənlər, 
keçənlər... Ürəyimiz o illər üçün, o günlər üçün elə darıxacaq, elə qəribsəyəcək ki! 
Xatirələr  cığırı  ilə  o  illərə  dönsək,  həsrətlə  o  illərə  boylansaq  kimlər  yada  düşər, 
kimlər xatırlanar görəsən?  
 
 
 
Bir həsrətdir, 
 
 
 
Bu həsrətlə dinək gərək. 
 
 
 
O illərin xəyalıyla  
 
 
 
Hey alışıb yanaq gərək. 
 
 
 
Bir də, bir də  
 
 
 
O illərə biz qayıdıb, dönək gərək 
 
 
 
Xatirələr cığırıyla 
 
 
 
 
Xatirələr cığırıyla. 
Xatirələr  cığırı  ilə  bu  yaxın  uzaq  keçmişimizə  güzgü  tutaq  görək  kimlər 
vardı  dünənimizdə,  kimlər  xatırlanır,  yada  düşür  bu  günümüzdə?  Böyük  bir 
metodistlər  ordusunun  sərkərdəsi  professor  Ağamməd  Abdullayev,  öz  rəhbərinin 
qoyduğu ənənələri yaşadan, davam etdirən, Ağamməd müəllimin həm xələfi, həm 
sələfi  professor  Həsən  Balıyev  vardı  dünənimizdə.  Kafedramızın  anası,  qadın 
müəllimlərin sirr yoldaşı, məsləhətçisi, daxili aləmi də xarici görünüşü qədər gözəl 
olan  professor  Nabat  xanım  Abdullayeva,  dosent  Sona  xanım  Quliyeva  yaşayır 
könüllərdə.  Asta  yerişli,  sakit  təbiətli,  dili  “qadan  alim”  kəlməli,  dosent  Musa 
Həsənov, üzündən təbəssümü bir an əskik olmayan, dosent Hüseyn Hüseynov, öz 
təmizliyi,  dəqiqliyi  ilə  “Zakon  Məmməd”  adı  qazanan  dosent  Məmməd  Qaranı 
oğlu, üzdən bir qədər sərt görünən, ciddi davranışlı, lakin həddindən artıq kövrək 
ürək  sahibi  dosent  Əhəd  Əhmədov  vardı  yaxın  keçmişimizdə.  Bir  görünüşü  ilə 
hamının  üzündə  sevinc  yaradan,  duzlu  zarafatlı,  şaqrak  gülüşlü  dosent  İsmayıl 
İsmayılov,  sanki  bir  təmkin  mücəssəməsi  olan  dosent  Əhməd  Kəlləliyev,  dosent 
Nazim Əhmədov, Teyyar Cəfərov vardı yaxın keçmişimizdə.  
Və  bir  də,  bir  də  qəfil  gedişi  ilə  hamını  sarsıdan,  öz  səmimiyyəti,  əxlaqı, 
mənəvi  saflığı,  təmizliyi,  həyatsevərliyi  və  insanlara  münasibəti  ilə  çoxlarından 
fərqlənən dosent Zabit Məmmədov vardı dünənimizdə. 
Hər  birinin  həyatı  bir  örnək  olan  bu  insanları  yada  salmaq,  onları  tanıtdırmaq, 
yaddaşlarda, kitablarda yaşatmaq bizlərin borcudur. 
Bu xatirə kitabı ilə həyatının 45 ilini gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş 
görkəmli  alim,  səmimi  dost,  gözəl  müəllim,  nəcib  bir  insan  olan  dosent  Zabit 
Məmmədovun şərəfli və mənalı ömür yoluna güzgü tutacağıq. 
Həyat onsuzda müvəqqətidir. Bir gün yaranan bir gün öz köçünü dünyadan 
çəkməlidir.  Bizi  ağrıdan  Zabit  müəllimin  həyatdan  vaxtsız  köçməsidir.  Çünki  o, 
tələbələrinə,  dostlarına,  qohumlarına  və  ailəsinə  çox  lazım  idi.  Onun  xeyirxah 
məsləhətlərinə, köməyinə hələ çox ehtiyacımız olacaqdır. Bircə təsəllimiz odur ki, 
Zabit müəllim ömrünü, həyatını sərf etdiyi peşənin zirvəsinə qalxa bilmişdi... 


 

 
Harada  isə  uzaqlarda  çalınacaq  “Yanıq  Kərəmi”.  Yada  düşəcək  ötənlər, 
keçənlər...  Ürəyimiz    o  günlər  üçün  elə  darıxacaq  ki.  Bir  az  kövrələciyik,  bir  az 
sevinəcəyik, bir az da geriyə-gəncliyimizə qayıdıb cavanlaşacağıq... 
                                                   Pəri Paşayeva 
                                                  Filologiya fakültəsinin dekan müavini,dosent. 


 

 
Həyat və yaradıcılığı 
 
Ölərkən  surətində  təcəssüm  edən  zülmdən   
baĢqa bir Ģey qoymayıb gedən lərə ar olsun! 
V. Hüqo 
 
Tanrı  hərəyə  bir  ömür  bəxş  edir.  Ömrün  uzunluğundan,  qısalığındam  asılı 
olmayaraq,  taleyin  ona  bağışladığı  ömür  payından    səmərəli  istifadə  etmək, 
özündən sonra bir iz qoyub getmək bir çoxlarına nəsib olmur. 
 
Bu  kitabda  haqqında  söhbət  açacağımız  şəxs  ona  verilən  ömrü  şərəf  və 
ləyaqətlə  yaşayan,  zərif  duyğularla  yaşayıb-yaradan,  ADPU-nun  Azərbaycan  dili 
və onun tədrisi metodikası kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru, 
görkəmli  alim,  gözəl  müəllim,  səmimi  dost  olan  Zabit  Teymur  oğlu 
Məmmədovdur. 
 
Zabit  müəllim  həyatın  hər  üzünü  görən,  ziyalılığın  bütün  ağırlığını 
çiyinlərində  daşıyan,  ömrünün  ən  mənalı  anlarını  kitab-dəftər  arasında  keçirən 
alimlərimizdəndir. 
 
Taleyin  ona  tez-tez  bəxş  etdiyi  sürprizlərdən  sınmayan,  əyilməyən,  həyatın 
bütün ağrı-acısına sinə gərərək həyatdan zövq almağı bacaran bir insan idi. 
Zabit  müəllim  yaxşı  ata,  yaxşı  qohum,  yaxşı  həyat  yoldaşı,  yaxşı  işçi,  tanınmış 
alim  olmaqdan  öncə  həm  də  gözəl  əxlaq  və  fəzilət  sahibi  idi.  O  böyüklə  böyük, 
kiçiklə kiçik olmağı bacarırdı. Heç kəsi özündən narazı salmayan, olduqca diqqətli 
və həssas idi. Zarafat etməyi, maraqlı xatirələr danışmağı, şirin lətifələr söyləməyi 
sevərdi. 
 
Zabit  Məmmədov  1943-cü  ildə  Azərbaycanın  dilbər  güşələrindən  biri  olan 
İsmayıllı  rayonunun  Diyallı  kəndində  zəhmətkeş  kəndli  ailəsində  dünyaya  gəlib. 
Tale onu hələ dünyaya göz açmamış ata sevgisindən, ata məhəbbətindən məhrum 
edib.  Belə  ki,  o  hələ  anasının  bətnində  olanda  atası  Teymur  kişini  müharibəyə 
aparırlar.  Haminin  gedəni  gəlsə  də  Teymur  kişi  müharibədən  qayıtmır.  Bəxtinə 
atasızlıq qisməti yazılan Zabiti daim bir ata həsrəti, bir ata nisgili yandırır. Atasının 
şəkillərinə  baxaraq  ürəyində  bir  ata  obrazı  yaradan,  özü  üçün  atalı  dünya  quran 
Zabit xəyalında gah atasının əlindən tutub gəzməyi, gah da kişi kimi onunla yanaşı 
getməyi  canlandırarkən  bu  arzuları  gül  açmamış  solur.  Beləcə  atasızlıq  yeli  onu 
çox tez vaxtından qabaq haqlayır. 
Həm atasızlıq, həm müharibənin yazılmamış qanunları bütün uşaqlar kimi Zabitin 
də  uşaqlığını  əlindən  alır.  O  vaxtından  qabaq  böyüyür,  hər  vəclə  anasına  kömək 
etmək,  onu  qorumaq,  ailəni  dolandırmaq  üçün  gücü  çatan  və  çatmayan  bütün 
işlərdən  yapışmağa  çalışır.  Ailənin  bütün  çətinliyi  həyat  yoladışını  vaxtsız  itirən 
Əminə  xanımın  zərif  çiyinlərinə  düşür.  Müharibənin  bütün  məhrumiyyətlərinə 
dözərək  gecə-gündüz  fermada  çalışan  Əminə  xanım  gündüzlər  evin  kişisi  kimi 
çalışır, axşam qayğıkeş, mehriban ana olub uşaqlarını başına yığıb onları təkbaşına 
böyüdür. 
Balaca  olmasına  baxmayaraq  Zabit  anasının  ailənin  yaşaması,  sağ  qalması  üçün 
gecə-gündüz  çalışdığını  görür,  bir  uşaq  hissiyatı  ilə  onun  əziyyətini  duyur,  dərk 
edir, ona kömək etməyə çalışır, hətta onu itirməkdən qorxaraq qorumağa çalışır. 


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə