Kimlər xatırlanar görəsən?



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə14/31
tarix14.05.2018
ölçüsü0,63 Mb.
#43495
1   ...   10   11   12   13   14   15   16   17   ...   31

 
35 
 
maddi,  həm  də  mənəvi  dayaq  olmuşdur.Oxuduğum  illərdə  vaxt  tapan  kimi 
əmimgilə gedərdim.Onun maraqlı söhbətləri sanki, mənə mənəvi qida verirdi. 
        Hər  zaman  əmimin  verdiyi  nəsihətlər  mənim  köməyimə  çatmış,dar  gündə 
əlimdən tutmuşdur.İndi əmimin yoxluğu mənim ürəyimdə dərin boşluq yaratmışdır 
və bilirəm ki, bu boşluğu heç kim əvəz edə bilməz.Belə bir fikir   var ki, həyatda 
əvəz  edilməz  insan  yoxdur.Amma    əmimin  yoxluğu  mənə  bunu    sübut  etdi  ki, 
mənim  üçün  bu  gözəl,  əziz,  doğma,  unudulmaz  əmim  həqiqətən    mənim  üçün 
əvəzedilməzdir  və  belə  də  qalacaqdır.Allah  ona  qəni-qəni  rəhmət  eləsin.Qəbri 
nurla dolsun.Amin.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
36 
 
Qardaşı oğlu - Alik Məmmədov 
  
 
 
 
 
Azərbaycan Respublikası Təhsil Nazirliyi 
Respublika Gənc Turistlər və Diyarşünaslıq 
Mərkəzinin direktoru 
 
 
 
 
 
Əmi həm də ata deməkdir. 
Неç  ağlıma  gətirməzdim  ki,  bir  vaxt  mən  həyatda  çox  əziz  sandığım  insan, 
əmim haqqında keçmiş zamanda danışacam. 
Onun  haqqında  söz  demək  həm  sevindirici,  həm  da  kədərləndirici  haldır. 
Amrna  gözal  və  xeyirxah  bir  insan  haqqında  söz  demək  ən  azından  mənim  həm 
qohumluq, həm də vətəndaşlıq borcumdur. О üzdən onun haqqında fikir düşüncə
 VƏ
 
xatirələrimi sizə çatdırıram. 
Mən Zabit əmimi təbiət kimi sadə, müdrik, xeyirxah bir insan kimi tanıyırdım. 
Uzun  ömür,  tale  yollarında,  elmi  yaradıcılıq  axtanşlarında  pillə-pillə  ucalan, 
ucaldıqca zirvələşən, başı qarlı dağlara bənzəyən bir insan idi o. 
Doğma  və  məhşur  adamlar  haqqmda  yazmaq,  söz  demək  bir  neçə  cəhətdən 
çətinlik  yaradır.  Hamıya  məlumdur  ki,  tarixin  ən  qədim  dövrlərindən  üzü  bəri 
tanınmış söz sahibi olmaq son dərəcə çətin və məsuliyyətlidir. 
Əmi  həmdə  ata  deməkdir.  Мənə  belə  gəlirki,  əmim  mənim  üçün  çox  şey 
etmişdir.  О,  mənə  hər  şey  vermişdir.  Bilik,  bacanq,  ağıl,  tərbiyə  vətəni  sevmək, 
böyüklərə qayğını о mənə aşılamışdır. Е1ə bilirəm ki, mən cəmiyyətdə  tutduğum  bu  
günki    mövqeyə  görə  ömrüm  boyu  ona  borcluyam.  Sağlığında  ona  çox  hörmət 
bəsləsəm də onun etdiklərinin mində biri deyil. Onun mənim əmim olduğuna həmiə9 
qürur duymuşam, yəqin ki, bundan sonra da belə olacaq. 
Elm  уə  qələm  sahiblərinin  insana,  həyata  dünyaya  baxışı  məhz  sözdən  gəlib 
keçir.  Əmim  Zabiti  sözü  duyan,  sözlə  insan  kimi  rəftar  edən,sözə  məhəbbətlə 
yanaşan, sözdə öz  istəyini  tapa bilən  bir insan kimi tanımışam. Çünki Zabit əmim 
duyub düşündüklərini, özünə yaxın və doğma olan sözə çevirməyi bacarırdı. Məncə, 
belə  xöşbəxt  alimlər  arasında  ədəbiyyata  və  sənətə  öz  qanı,  canı  ilə  xidmət 
göstərənlərdən biri elə Zabit müəllim idi. 
Azərbaycan  dili  ədəbiyyatın  zəngin  yaradıcılıq  imkanlarına  malikdir.  Bütün 
ruhu  ilə  yaradıcı  olan  Zabit  müəllim  bədii  duyumu,  xüsusilə  örnür  yolunun  ilk 
dövrlərinda  daha  çох  gənclik  illərinda  dilçilik  elmi  fəaliyyati  ilə  tən  gəlməsi  də 
böyük maraq doğrurdu. 
Bütün  bunlar  fəlsəfə  elmləri  doktoru,  böyük  pedaqoq  Zabit  \əmimin  əlavə 
portret çizgiləridr. Bu portretin  əsas çizgiləri fundamental elmi  əsərlər müəlifi olan 
böyük dilçi alimin parlaq obrazını canlandırır və əbədiləşdirir. 
Müəllim  adı  ali,  müqəddəs  bir  müraciət  forması  olmaqla  yanaşı,  həm  də 
şübhəsiz daşıyıcısının üzərinə böyük məsuliyyət qoyur. Müəllimlik peşəsinə gəlincə 
isə  bu  təkcə  öyrədən  gəncləri,  insanları  elmin  sirlərindən  hali  edən  demək  deyil. 
Müəllim  öz  şəxsi  nümunəsi  ilə  hamıya  həyat  dərsi  keçir,  ali  insan  fenomeni 
formalaşdırır. Demək Zabit əmim bir ömürlə neçə ömrə örnək olan şəxsiyyətlərdən 
biridir. 


 
37 
 
Tam  məsuliyyətlə  demək  olar  ki,  Azərbaycan  Dövlət  Pedaqoji  Universitetinin 
pedaqogika  fakultəsinə  rəhbərlik  edən  fəlsəfə  elmlər  doktoru  dosent  Zabit 
Məmmədovun  yetirmələri  də,  onu  uzaqdan,  yaxından  tanıyanlar  da,  eləcə  də 
televiziya ekranlarında qonağı olduğu verlişlərdən bələd olanlar da bu səmimi, 
sakit xoş baxışlı insanı özlərinə həqiqi mənada müallim-pedaqoq hesab edirlər . 
Zabit  əmimin  ömür  yoluna  nəzər  salsaq,  mübaliğəsiz  dünyanın  məhz  belə 
insanların,  alimlərin,  müəllimlərin,  atalarin.  oğulların  çiynində  dayandığını 
söyləsək yanılmarıq. 
Zabit  əmim  ən  uzaq  mənzilini  əvvəlcədən  dəqiq  təyin  edən  inamlı  alim 
olub. Ona görə də inamla addımlamışdı. Gurultulu şan-şöhrətdən  uzaq olan bu 
insan, itirdiklərini gec də olsa tapa bilmişdir. 
Мənə belə gəlir ki, Zabit müəllimin yazdığı elmi əsərlər xatirə abidəsidir, 
yaratdığı  əsərlər  üfüqlərə  yol  açmışdır.  O,  müallim  sənətini  sevmiş,  müallim 
sənəti də onu sevib. 
Mən  inanıram  ki,  illər  keçəcək,  onun  yaradıcığından  bəhrələnən  bir 
çoxları  elmi  əsərlər yazacaq,  yaradacaq.  Bu da  onun  əsərlərinə verilən qiymət 
olacaq . 
Onlar  Zabit  müəllimin  nəcib  və  pedaqoji  əməyindən  ilhamlanacaq,  elmi 
fəaliyyətimizlə  həmişə  fəxr  edəcəklər.  Siz  həyatda  olmasanız  belə  onlara, 
Azərbaycan xalqına daima şöhrət gətirəcəksiniz. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə