Kimlər xatırlanar görəsən?



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə2/31
tarix14.05.2018
ölçüsü0,63 Mb.
#43495
1   2   3   4   5   6   7   8   9   ...   31

 

 
Bir  haşiyəyə  çıxım.  Bir  dəfə  kafedrada  söhbət  valideynlərdən  düşmüşdü. 
Müəllimlər uşağın həyatında valideynin rolundan, onu itirmək qorxusu ilə bağlı öz 
xatirələrindən danışırdılar. Söhbət Zabitə çatdı. Onun atasız, çətinliklə böyüdüyünü 
bilirdik. Zabit sözə qoşuldu və anasını itirmək qorxusu ilə bağlı bir xatirə danışıb 
hamını  kövrəltdi.  “Mühaibə  qurtarsa  da  onun  çətinliyi,  ehtiyacları  çoxları  kimi 
bizim  qapımızdan  da  hələ  əl  çəkmirdi.  Mən  onda  ya  4-cü  ya  5-ci  sinifdə 
oxuyurdum. Gecə-gündüz həm oxuyur, həm də işləyib anama köməl edirdim. Bir 
dəfə  anam  bərk  xəstələnmişdi.  Hamı  bizə  yığılmışdı.  Mən  anamın  solğun  üzünə 
baxırdım,  əlimdən  heç  nə  gəlmirdi.  Ona  kömək  edə  bilmirdim.  Gah  əlini,  gah 
ayaqlarını sığallayırdım. Bu anda beynimdən sürətli fikir keçdi. Birdən anama bir 
şey olar mən nə edərəm. Bir də onu gördüm ki, həyətdə anamla birlikdə əkdiyimiz 
lobya kollarının içindəyəm. Heç kim görməsin deyə bir az da lobyanın sıx yerinə 
girdim. Əllərimə göyə açıb ağlayaraq Allaha yalvardım. O vaxt dediyim sözlər indi 
də yadımdadır. “İlahi, sən məni anamdan qabaq öldür, anasızlığı mənə göstərmə”. 
Bəlkə də Allah mənim sözümü eşitdi anamı qaytardı. Çünki o mənim həm atam, 
həm anam, yeganə dayağım güvənc yeri idi”. 
 
Çox  sevirdi  Zabit  anasını.  Bir  oğul  olaraq  anaya  olan  borcunu  layiqincə 
qaytardığını  hamımız  bilirdik.  Hərçənd  ana  borcunu  qaytarmaq  mümkün  deyil. 
Cavanlığında  anasının  çəkdiyi  əziyyətləri  həmişə  ona  unutdurmağa  çalışırdı. 
Demək olar ki, hər həftə İsmayıllıya, anasına baş çəkməyə gedirdi. Əminə xanım 
kafedranın  demək  olar  ki,  əksər  kişi  müəllimlərinin  anası,  bacısı  olmuşdu. 
Əksəriyyəti  Əminə  xanımın  gülər  üzünü  görüb,  süfrəsindən  dadıb,  qonağı 
olmuşdu. Elə son mənzilə də o təkcə Zabitin deyil, kafedranın ağsaqqalı professor 
Həsən  Balıyev  başda  olmaqla  Qabil  müəllimin,  Hüseyn  müəllimin,  Həmzə 
müəllimin,  Kamil  müəllimin,  Adil  müəllimin  çiynində  yola  salındı.  Bu  Zabit 
müəllimin  anasına  və  kafedra  əməkdaşlarının  ona  sonsuz  məhəbbətinin  və 
hörmətinin təzahürü idi.  
 
Bəli  Zabit  müəllim  anasına,  ailəsinə  kömək  etmək  üçün  orta  məktəbi 
bitirəndən sonra birbaşa ali məktəbə getmir, sənədlərini 1960-cı ildə Bakı Statistika 
texnikumuna  verir  və  oxuya-oxuya  kolxozda  mühasib  köməkçisi  işləyərək 
ailəsinin dolanışığına kömək etməyə başlayır. Lakin, ali təhsil almaq arzusu Zabiti 
bir  an  da  olsa  rahat  qoymur.  Bunu  Əminə  xanım  da    duyur  və  oğlunun  təhsilini 
davam  etdirməsi üçün  onu  Bakıya  yola salır.  Zabit arzularının  qanadında  Bakıya 
gəlir və V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) 
Tarix-Filologiya fakültəsinə daxil olur. Qayğılı, acılı-şirinli tələbəlik illəri bir-birni 
əvəz edir. Kitabxanalarda keçən gərgin günlər, saatlar, kitablarla fasiləsiz ünsiyyət 
gözəl  bəhrəsini  verir.  Zabit  1967-ci  ildə  institutu  fərqlənmə  diplomu  ilə  bitirir. 
Hələ  tələbə  olarkən  institutun  ictimai  işlərində  fəallıq  göstərən  Zabitə  fakültə  və 
institut  komsomol  komitəsinin  katibi,  fakültə  həmkarlar  təşkilatının  sədri 
vəzifələrini həvalə edirlər. Zabit müəllim ona tapşırılan bu vəzifələri öz işgüzarlığı 
və yüksək məsuliyyəti ilə doğruldaraq tələbələrin ən yaxın sirdaşına çevrilir. 
Tələbəlik illərində öz səmimiyyəti və çalışqanlığı ilə nəinki tələbələrin eləcə 
də müəllimlərin sevimlisinə çevrilən Zabitin həyatında dosent Adilə Namazovanın 
böyük rolu olur. Adilə xanım Zabitin təqaüd və yataqxana ilə təmin olunmasında 


 

 
böyük  rol  oynayır.  Hazırda  universitetimizin  ədəbiyyatın  tədrisi  metodikası 
kaferdasının  müdiri,  o  vaxt  V.İ.Lenin  adına  APİ-də  çıxan  “Gənc  müəllim” 
qəzetinin redaktoru olan professor Z.Xəlil Zabitin çalışqanlığını, işgüzarlığını onun 
haqqında yazdığı “Salam Günəş!” adlı məqaləsində əks etdirərək 1967-ci ildə çap 
etdirir.  Həmin məqaləni diqqətinizə çatdırırıq: 
 
“Salam, GünəĢ!” 
O,  yenə  də  sübh  çağı  oyandı.  Pəncərələri  açdı.  Təmiz  yay  havası  otağa 
doldu.  Hələ  günəş doğmamışdı,  buludların  ətəyi  təzəcə  alovlanırdı.  Hələ şəfəqlər 
təzəcə çıldırlanıb dənizə tökülürdü. 
Zabit nəzərlərini üfüqlərdən çəkmirdi. Üfüq nə gözəldir! Üfüq nə qəşəngdir! 
Adam bu maviliklərə qartal kimi qanad çalmaq istəyir. Bu gün Zabitin əhvalı daha 
yaxşı  idi.  Sonuncu  semestr  imtahanlarını da  “əla”  qiymətlərlə   vermişdi.  Qarşıda 
dövlət imtahanları dururdu. Sonra da əsil həyat başlayacaq. Illərlə əziz bir şeir kimi 
ürəyinin dərinliyində bəslədiyi müəllimlik həyatı... 
Zabit Diyallı kənd orta məktəbini bitirəndə yalnız müəllim olmaq haqqında 
düşünürdü.  ədəbiyyat  müəllimiBalaməmməd  Ağayev  də  ona  müəllim  olmağı 
məsləhət  görürdü.  Çünki  Zabit  Məmmədov  ədəbiyyat  dərsindən  həmişəyaxşı 
qiymətlər alardı. Əslində o, bütün fənnləri yaxşı oxuyurdu. Ədəbiyyata isə xüsusi 
həvəs göstərirdi. 
O, düşündüyü kimi də etdi. Sənədlərini V.İ.Lenin adına APİ-nin tarix-filoloji 
fakültəsinə təqdim etdi. Yüksək bal topladı. Instituta qəbul olundu. 
Sonra tələbəlik illəri. Həyəcanlı dəqiqələr... 
Zabit  Məmmədov  institutda  yaxşı  oxuduğu  kimi  ictimai  işlərdə  də  fəal 
çalışmağa başladı. Əvvəlcə qrup komsomol təşkilatının katibi oldu. Sonra fakültə 
bürosunun  üzvü    seçildi.  III  kursda  oxuyanda  onu  fakültə  komsomol  təşkilatının 
katibliyinə seçdilər. Yaxşı işləyərək etimadı doğrultdu. Nəhayət institut komsomol 
komitəsinin II katibi vəzifəsinə layiq görüldü. 
Indi  Zabit  əlaçılıq  təqaüdü  alır.  Institut  komsomolçularına  rəhbərlik  edir. 
Arzusu dövlət imtahanlarını başa vurmaqdır.   
O, pəncərədən artıq doğmağa başlayan günəşə baxıb sakitcə pıçıldadı: 
- Salam, Günəş. Mən bir neçə gündən sonra dövlət imtahanına gedəcəyəm. 
Sonra pəncərədən çəkildi. Yuyunub, geyindi. Mərkəzi küçəyə çıxıb institut 
tərəfə addımlayan tələbələrə qarışdı.  
Z.Xəlilov, 
V.İ.Lenin  adına  APİ-də 
çıxan  “Gənc  müəllim” 
qəzetinin redaktoru. 
 
 
Ictimai  işlər  Zabit  müəllimi  öz  müəllimlik  fəaliyyətindən  bir  an  da  olsa 
uzaqlaşdırmır. O 1968-ci ildə APİ-nin Azərbaycan dili və onun tədrisi metodikası 
kafedrasında  müəllim,  1975-ci  ildən  baş  müəllim.  1986-cı  ildən  isə  dosent 
vəzifəsində  çalışmışdır.  Zabit  müəllim  eyni  zamanda  1974-1976-cı  illərdə  Bakı 
partiya  komitəsinin  nəznindəki  Marksizm-Leninizm  universitetini  də  fərqlənmə 


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə