Kimlər xatırlanar görəsən?



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə3/31
tarix14.05.2018
ölçüsü0,63 Mb.
#43495
1   2   3   4   5   6   7   8   9   ...   31

 

 
diplomu ilə bitirir. Bu illər ərzində tədqiqat işlərini davam etdirən Zabit müəllim 
1983-cü  ildə  “S.S.Axundovun  hekayələrinin  leksikası  və  frazeologiyası” 
mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologia elmləri namizədi 
elmi adını almışdır. Müdafiədən sonrakı illərdə o, Azərbaycan dilçiliyinin bir sıra 
vacib problemlərini tədqiqata cəlb etmiş, bu elmin müxtəlif sahələrinə dair çoxlu 
sayda  məqalə,  metodik  vəsait  və  dərs  vəsaitləri  çap  etdirmişdir.  Onun  son 
dövrlərdə nitq mədəniyyəti ilə bağlı araşdırmaları diqqəti cəlb edir. Zabit müəllim 
“Azərbaycan  dili  təlimində  ifadəli  nitq”,  “Nitq  mədəniyyəti  məsələləri”, 
“Orfoqrafiya  və  orfoepiya  lüğəti”,  “Müasir  Azərbaycan  dilində    sxemlər”,  “Nitq 
mədəniyyətinin  əsaslarl”  adlı  kitabların  və  əllidən  artıq  elmi  məqalələrin 
müəllifidir. O, “Klassik aşıq poeziyasının dili” mövzusunda yazdığı doktorluq işini 
tamamlasa da vaxtsız ölüm ona müdafiyə etməyə imkan vermədi. 
 
Zabit müəllim uzun illər Azərbaycan Dövlət Pedaqoji universitetinin qəbul 
komissiyasında  məsul  katib,  pedaqoji  fakültənin  dekan  müavini  vəzifələrində 
işləmiş,  universitet  elmi  şurasının  üzvi  olmuşdur.  O,  müxtəlif  fəxri  fərman  o 
cümlədən medallarla və 2010-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 
“Qabaqcıl Təhil işçisi” döş nişanı ilə təltif olunmuşdur.  
Zabit  müəllim  ömrünün  sonuna  qədər  onun  üçün  doğma  olan  universitetdə 
çalışmış və 2011-ci ildə vəfat etmişdir. 
Əbədi  ürəklərə  köçmüş  Zabit  müəllimin  xatirəsi  onun  tanıyanların  xatirəsində 
daima yaşayacaq, sevgi və məhəbbətlə xatırlanacaq. 
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 

 
Zabit Məmmədovun elmi-pedaqoji və ictimai fəaliyyətinin  
 
 
 
 
xronologiyası (əsas tarixləri). 
Məmmədov  Zabit  Teymur  oğlu  1941-ci  ildə  İsmayıllı  rayonunun  Diyallı 
kəndində zəhmətkeş kəndli ailəsində anadan olmuşdur. 
1960-cı ildə - Diyallı kənd orta məktəbini bitirmişdir. 
1962-ci ildə - Bakı statistika texnikumunu bitirmişdir. 
1962-ci ildə - Azərbaycan dövlət Pedaqoji universitetinə daxil olur. 
1967-ci ildə - ADPU-nun Tarix-Filologiya fakültəsinin dil  
 
 
      
   ədəbiyyat şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir. 
1966-1970 - ci ildə - İnstitut komsomol komitəsinin katibi  
    vəzifəsində çalışmışdır. 
 
1968-ci ildə - Azərbaycan dili və onun tədrisi metodikası  
 
 
 
     Kafedrasında müəllim vəzifəsinə seçilib. 
 
1975-ci ildə - Azərbaycan dili və onun tədrisi metodikası 
      
 
 
   kafedrasına baş müəllim vəzifəsinə seçilib. 
 
1974-1976-cı illərdə - Bakı partiya komitəsinin nəzdindəki  
 
 
 
     Marksizm-Leninizm Universitetini fərqlənmə  
 
 
 
     diplomu ilə bitirmişdir. 
 
1983-cü ildə - “S.S.Axundovun hekayələrinin leksika və  
 
 
 
      Frazalogiyası” mövzusunda namizədlik  
 
 
 
      Dissertasiyası müdafiə etmişdir. 
 
1986-cı ildə -  Azərbaycan dili və onun tədrisi metodikası  
 
 
 
      kafedrasına dosent vəzifəsinə seçilmişdir. 
 
1994-1996-cı illərdə - İnstitutda qəbul komissiyasının məsul katibi  
 
 
 
      vəzifəsində çalışmışdır. 
 
                          ildə - Pedaqoji fakültənin dekan müavini vəzifəsində  
 
 
 
      çalışıb. 
 
1966-cı ildə - LKÇİ-nin fəxri fərmanı ilə təltif edilib. 
 
1969-cu ildə - ÜLKÇİ-nin fəxri fərmanı ilə təltif edilib. 
 
1970-ci ildə - SSRİ rəyasət heyəti tərəfindən “əmək Rəsadətinə  
 
 
 
     görə” yubiley medalı ilə təltif edilib. 
 
1970-ci ildə - Az. LKÇİ-nin 50illik yubiley münasibəti ilə Fəxri  
 
 
 
     Fərmanla təltif edilir. 
 
1974-cü ildə - institut retorluğunun Fəxri Fərmanı ilə təltif olunub. 
 
1981-ci ildə - Təhsil Nazirliyi tərəfindən Pedaqoji universitetin  
 
 
 
      60illiyi münasibəti ilə Fəxri Fərmanla təltif edilib. 
 
1985-ci ildə - Səlyan rayonunda pambıq yığımında fəal iştirakına  
 
 
 
     görə Fəxri Fərmanla təltif edilib. 
 
2009-cu ildə - “Xalq və Azərbaycan naminə” Fəxri diplomu ilə  
 
 
 
    təltif olunur. 
2010-cu ildə - Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən  
 
 
           “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş  
 
 
            nişanı ilə təltif olunur. 
2011-ci ildə vəfat edib. 


 

 
 
 
 
Elmi-pedaqoji fəaliyyəti
 
Azərbaycan dili elminin inkişafında dosent Zabit Məmmədovun xüsusi rolu 
vardır. Elmi kitablarının mövzu dairəsi və istiqaməti geniş olan dos. Z.Məmmədov 
Azərbaycan  dilinin  müxtəlif  sahələri  ilə  bağlı  dərslik,  monoqrafiya,  dərs  vəsaiti, 
metodik  göstərişlər,  məqalələr  çap  etdirmiş,  proqramlar  tərtib  etdirmişdir.  Z. 
Məmmədov təlim işinin əhəmiyyətini nəzərə alaraq nitqin müxtəlif məsələləri ilə 
əlaqədar  olaraq  birbaşa  mətbuat  vasitələri  ilə  oxucularına  mütamadi  olaraq 
məlumat  verirdi.  Buna  misal  olaraq  “Elmin  gücü”  qəzetində  2004-cü  ilin  23 
oktyabr  sayında  “Müəllimin  nitq  mədəniyyəti”,  2004-cü  ilin  noyabr  sayında 
“Müəllimin  diksiyası”,  2005-ci  ilin  fevral  sayında  “Nitqinizi  zənginləşdirirn”, 
2005-ci ilin may nömrəsində “Nitqin münasibliyi” məqalələrini göstərmək olar. 
 
Ümumiyyətlə  nitq  mədəniyyəti  məsələləri  həmişə  bir  dilçi  alim  kimi  onun 
diqqət  mərkəzində  olmuş  və  o,  professor  N.Abdullayevlə  birlikdə  “Nitq 
mədəniyyəti məsələləri” (Bakı, 1998), “Müəllimin nitq mədəniyyəti” (Bakı, 2011), 
“Nitq  mədəniyyətinin  əsasları”  (Bakı,  2008)  adlı  silsilə  dərs  vəsaitləri  yazıb  çap 
etdirmişdir. 
 
Ölkəmiz  müstəqillik  qazandıqdan  sonra  digər  sahələrdə  olduğu  kimi  təhsil 
sahəsində  də  ciddi  islahatlar  aparmaq  zərurəti  meydana  çıxmışdır.  Ən  ciddi 
çatışmazlığın  isə  tədris  vəsaitlərinin  yazılışı  zamanı  yarandığı  aydınlaşdı.  Çünki 
sovet  dönəmində  dərsliklərin  yazılışı  zamanı  bütün  hallarda  milli,  mənəvi 
dəyərlərin  deyil  sovet  ideologiyasının  ön  plana  çıxması  şərt  olaraq  qarşıya 
qoyulurdu.  Belə  şəraitdə  hazırlanmış  dərsliklərdən  hazırki  zamanda  bütünlüklə 
istifadə  etmək  təbii  ki  yaramazdı.  Odur  ki,  yaranan    boşluğu  aradan  qaldırmaq 
üçün  mənəvi  məsuliyyət  ilk  növbədə  aidiyyatı  sahələr  üzrə  çalışan  ziyalıların  və 
mütəxəssislərin üzərinə düşürdü. 
 
Zabit  Məmmədov  və  Nadir  Abdullayevin  müəllifliyi  ilə  yazılmış  “Nitq 
mədəniyyətinin  əsasları”  kitabı  mövcud  sahədə  yaranmış  boşluğun  aradan 
qaldırılmasında  əhəmiyyətli  rol  oynayacaqdı.  Müəllifin  xeyli  sayda  ədəbiyyatdan 
istifadə etməklə sanballı bir dərs vəsaiti hazırlayırlar. Kitabda nitq mədəniyyətinin 
yaranması və inkişafı haqqında kifayət qədər maraqlı məlumatlar verilmişdir. 
 
Dərs vəsaiti ilə bağlı F.Paşayevin “Azərbaycan” qəzetinin 28 fevral 2006-ci 
il  tarixli  nömrəsində  geniş  məqalə  çap  olunub.  Həmin  məqaləni  olduğu  kimi 
diqqətinizə çatdırırıq.  
 
 
 
 
“Nitq mədəniyyətinin əsasları” 
Nadir Abdullayev və Zabit Məmmədovun müəllifliyi ilə çap olunmuĢ bu kitab 
ali məktəb tələbələri, nitq mədəniyyəti və natiqlik sənəti ilə maraqlanan geniĢ 
oxucu kütləsi üçün ən gərəkli vəsaitdir. 
 
Məlum  olduğu  kimi,  xalqımızın  müstəqillik  və  suverenlik  əldə  etməsinə 
qədər,  xüsusən  sovet  dövründə  Azərbaycan  dili  formal  şəkildə  dövlət  dili  hesab 
edilmiş, dilimiz Konstitusiyada təsdiq edilən hüquqa, imtiyaza malik olmamışdır. 
Və yalnız respublikamız dövlət müstəqilliyi əldə etdikdən sonra ana dilimiz həqiqi 
mənada,  əməli  şəkildə  dövlət  dili  hüququ  qazadı.  Müstəqilliyimizin  sonrakı 
illərində isə ümummilli liderimiz Heydər Əliyev Azərbaycan dilinin Konstitusiya  


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə