Kimlər xatırlanar görəsən?



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə4/31
tarix14.05.2018
ölçüsü0,63 Mb.
#43495
1   2   3   4   5   6   7   8   9   ...   31

 
10 
 
hüququnun 
həyata 
keçirilməsinə, 
onun 
inkişafına, 
tətbiq 
dairəsinin 
genişləndirilməsinə  xüsusi  diqqət  və  qayğı  göstərmişdir.  Dahi  öndərin  18  iyun 
2001-ci  ildə  “Dövlət  dilinin  tətbiqi  işinin  təkmilləşdirilməsi  haqqında”,  2  yanvar 
2003-cü ildə “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunların tətbiq 
edilməsi barədə fərmanları bu qayğının parlaq təzahürüdür. 
 
Azərbaycan  dili  hazırda  sözün  əsl  mənasında,  dövlətimizin  rəsmi  dilidir,  
geniş  və  şəriksiz  ictimai  ünsiyyət  vasitəsidir.  Elmi,  siyasi,  fəlsəfi  fikirləri  ifadə 
etmək,  bədii,  publisistik    təfəkkürün    gözəl  nümunələrini  yarada  bilmək 
baxımından dilimizin imkanları başqa dillərlə müqayisədə xeyli genişdir. Onu da 
qeyd edim ki, müstəqil dövlətdə yaşadığımız indiki dövrdə hərtərəfli inkişaf etmiş 
şəxslərin  tərbiyə  olunması  tələbi  dil  mədəniyyətini  vacib  məsələ  kimi  qarşıya 
qoyur və bu iş inkişafımızın ümumi ahəngi ilə bağlı olaraq indi daha böyük  maraq 
doğurur. Cəmiyyət üzvlərini bir-birinə bağlayan həyat tərzi, yüksək şüur, düşüncə, 
mənəvi  yaxınlaşma,  dostlaşma,  mehribanlıq  və  s.  kimi  yüksək  milli  keyfiyyətlər 
məhz indi nitqimizin düzgünlüyü və gözəlliyi qeydinə qalmağı həmişəkindən daha 
kəskin şəkildə qarşıya qoyur. Məhz  buna görə də ali məktəblərin çoxunda “Nitq 
mədəniyyətinin  əsasları”  adlı  fənn  tədris  olunur.  Bu  fənnin  tədris  məqsədi 
tələbələrdə öz fikirlərini həm yazılı, həm də şifahi formada düzgün, aydın, məntiqi, 
yığcam, səlis, zəngin, canlı, sadə, anlaşıqlı bir şəkildə ifadə edə bilmək bacarıq və 
vərdişlərini yaratmaqdır. Qeyd edək ki, nitq mədəniyyəti probleminə həsr edilmiş 
çoxsaylı elmi-tədqiqat işlərinə baxmayaraq, hələ də bu sahəyə dair mükəmməl bir 
dərslik  hazırlanıb  istifadəyə  verilməyib.  Lakin  Nadir  Abdullayev  və  Zabit 
Məmmədovun  müəllifliyi  ilə  çap  olunmuş  və  Təhsil  Nazirliyi  tərəfindən  dərs 
vəsaiti  kimi  təsdiq  edilmiş  “Nitq  mədəniyyətinin  əsasları”  kitabı  bu  baxımdan 
olduqca  gərəkli  vəsait  hesab  oluna  bilər.  7  fəsildən  ibarət  olan  vəsaitdə  nitq 
mədəniyyətinin  əsasları,  problemin  tədqiqatı  tarixi  və  nitq  mədəniyyətinə 
yiyələnməyin əhəmiyyətindən danışılır, mədəni nitqə verilən tələblər, şərtlər, nitqin 
ifadəliliyini  təmin  edən  vasitələr  və  s.  yığcam  şəkildə  şərh  olunur.  Burada, 
həmçinin,    nəzakətli  danışmaq  savadlı  və  mədəni  adamın  başlıca  keyfiyyəti  kimi 
qiymətləndirilir.  Bu  baxımdan  nitqin  etik  normaları  ilə  bağlı  bir  sıra  fikirlər, 
mülahizələr söylənilir, həyati faktlar, nümunələr gətirilir. 
 
Vəsaitdə yeri gəldikdə mədəni nitqə yiyələnməyin üsulları, yolları göstərilir, 
natiqlərə, mühazirəçilərə, müəllimlərə, söz sənəti ilə məşğul olan mütəxəssislərə və 
başqalarına məsləhətlər verilir. 
 
Kitabda  natiqlik  sənətinin  yaranma  tarixi  barədə  məlumat  verilərək  nitq 
mədəniyyətinin  əsl  vətəninin  qədim  Yunanıstan  olduğu  qeyd  edilir.  Göstərilir  ki, 
qədim  Yunanıstanın  ictimai-siyasi  həyatındakı  mübarizələr,  iqtisadiyyatda  baş 
verən  irəliləyiş,  elmi  tərəqqi  və  s.  ilə  bağlı  Afina  şəhər  dövlətində  natiqlik  sənəti 
inkişaf  etməyə,  yüksəlməyə  başlayıb.  Və  dövrün  tarixi  şəraitindən  qaynaqlanan 
natiqlik  sənəti  b.e.ə  V  və  IV  əsrlərdə    özünün  çiçəklənmə  dövrünü  keçib.  Lisi, 
İsokrat,  Andokid,  Hiperid,  Esxin,  Dinarx,  Likurq,  Demosfen,  Qorgi,  Koraks, 
Aristotel  və  b.  həmin  dövrün  görkəmli  şəxsiyyətləri,  alimləri,  ən  başlıcası  isə 
natiqləri olublar. 


 
11 
 
 
Kitabda həmçinin qeyd edilir ki,  natiqlik sənətinə qədim  mədəniyyət tarixi 
olan  Şərqdə  də  maraq  yaranmış,  dövrün  şair  və  filosoflarının  əsərlərində  ritorika 
elminə  insan  fəaliyyətinin  xüsusi  növü  kimi  qiymət  verilmişdir.  Firdovsi  (934-
1024), Əbu Əli İbn Sina (980-1037), Sədi Şirazi (XII-XIII əsrlər) və b. əsərlərində 
sözə  yüksək  qiymət  vermiş,  danışıq  qabiliyyətinin,  sözdən  istifadə  bacarığının 
insan  ləyaqəti  ilə  üzvi  bağlı  olduğunu  həkimanə  sözlərlə,  ifadələrlə  oxucularına 
çatdırmışlar. 
 
Vəsaitdə  həmçinin  Azərbaycanda  natiqlik  sənətinin  yaranma  tarixi  barədə 
məlumat  verilərək  göstərilir  ki, bu  sənət  xalqın  ədəbi-estetik  fikri  ilə  bağlı  qədim 
və orta əsrlərdə yazıçı və şairlərin şərh, risalə, təskirə, bədii əsərlərində yaranmış, 
təşəkkül  tapmışdır.  Burada  Azərbaycan  ədəbiyyatı  tarixində  nitqin,  danışığın 
gözəlliyinə  yüksək  qiymət  verən  dahilərimizdən  Nizami  Gəncəvi,  Məhəmməd 
Füzuli,  Saib  Təbrizinin  adları  xüsusilə  qeyd  olunur.  Kitabda  eyni  zamanda  XIX-
XX  əsrlərdə  yaşayıb-yaratmış  sənətkarlardan,  nəzəriyyəçilərdən,  natiqlərdən  bəhs 
olunaraq  M.Ş.Vazeh,  M.F.Axundov,  A.A.Bakıxanov,  Q.Zakir,  M.Ə.Rəsulzadə, 
F.X.Xoyski,  N.Nərimanov,  S.Vurğun,  X.R.Ulutürk  və  başqalarının  adları  bu 
sahənin ən görkəmli nümayəndələri kimi sadalanır. 
 
“Nitq mədəniyyətinin əsasları” kitabında ulu öndərimiz Heydər Əliyevin də 
adı  zəmanənin  ən  görkəmli  natiqlərindən  biri  kimi  çəkilir:  “Yüksək  kübarlıq, 
ziyalılıq etalonu olan Heydər Əliyev həm də bənzərsiz natiq idi. O, müdrik, ağıllı 
qərarları  ilə  yanaĢı,  danıĢığı,  nitqi  ilə  də  bu  dilin  keĢiyində  duran  bənzərsiz 
insan, böyük mütəffəkir və alim idi. Onun nitqlərində natiqlik sənəti özünün ən 
yüksək  zirvələrinə  ucala  bilmiĢdi.  Heydər  Əliyevin  ağıllara,  düĢüncələrə 
asanlıqla  yol  tapa  bilən  çıxıĢları,  nitqləri,  məruzələri  adamları    vətəndaĢlıq 
həmrəyliyinə, 
mənəvi-siyasi 
birliyə, 
milli 
dövlətçiliyimizin 
möhkəmləndirilməsinə, suverenliyimizin qorunub-saxlanmasına  səsləyir, Vətən 
övladlarını ana yurda məhəbbət ruhunda  tərbiyə  edirdi”. 
 
Kitabda  nitq  mədəniyyəti  üzrə  aparılan  işlərdə  ciddi  dönüş  yaradılmasının 
vacibliyi vurğulanır və bu baxımdan müasir təlim texnikasından, xüsusən, elektro-
akustik texnikadan istifadə edilməsi tövsiyə olunur. 
 
Ümid edirik ki, bu kitab ali məktəb tələbələri, nitq mədəniyyəti və natiqlik 
sənəti ilə maraqlanan geniş oxucu kütləsi üçün ən gərəkli vəsait olacaq. 
 
 
 
 
 
 
 
 
 
 
 
F.PaĢayev 
 
 
Zabit müəllim  “Klassik aşıq poeziyasının dili” mövzusunda  yazdığı doktorluq 
işini  tamamlamış və  müdafiəyəyə hazırlaşırdı. “Klassik aşıq poeziyasının leksik-
sematik  xüsusiyyətləri”  adlı  monoqrafiyası  haqqında  mətbuatda  gedən  yazını 
diqqətinizə çatdırırıq. 
 
 
AĢıq poeziyasının tədqiqində yeni söz                
AĢıq  sənəti,  xüsusən  də  onun  mühüm  tərkib  hissəsi  olan  aĢıq  poeziyası 
xalqımızın mənəvi dəyərlərinin, estetik ideallarının daĢıyıcısı olmaqla  bərabər, 


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə