Kimlər xatırlanar görəsən?


həm  də  ən  böyük milli  sərvətlərimiz  olan  ana  dilimizin  gözəlliyini,  zənginliyini



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə5/31
tarix14.05.2018
ölçüsü0,63 Mb.
#43495
1   2   3   4   5   6   7   8   9   ...   31

 
12 
 
həm  də  ən  böyük milli  sərvətlərimiz  olan  ana  dilimizin  gözəlliyini,  zənginliyini 
yaĢadan tükənməz bir xəzinədir. 
 
Aşıq  poeziyasnın  ayrı-ayrı  görkəmli  nümayəndələrinin  yaradıcılığı 
ədəbiyyatşünaslıq,  folklorçuluq  baxımından  hərtərəfli  tədqiq  olunsa  da,  dilçilik  
problemləri  mövqeyindən  hələ  kifayət  qədər  araşdırılmamışdır.  Halbuki,  aşıq 
poeziyası  dilimizin  tarixi  inkişaf  proseslərinin  öyrənilməsi  üçün  ən  mötəbər 
mənbələrdən biridir. Lakin bu vaxtacan aparılmış dilçilik, o cümlədən də dil tarixi 
üzrə  araşdırmalar  əsasən  yazılı  ədəbiyyat  materiallarına  əsaslanmış,  aşıq 
poeziyasının tükənməz imkanlarından gərəyincə bəhrələnmişdir. 
 
Tanınmış dilçi alim, filologiya elmləri namizədi, dosent Zabit Məmmədovun 
bir-birinin  ardınca  nəşr  olunmuş  iki  kitabı  filologiya  elmimizdə  müşahidə  olunan 
bu boşluğun aradan qaldırılmasına xidmət edir. “Klassik aşıq poeziyasının leksik-
sematik xüsusiyyətləri” (2006) və “Klassik aşıq poeziyasının fonetik və qrammatik 
xüsusiyyətləri”  (2008)  adlı  bu  monoqrafiyalar  həm  məzmununa,  həm  də  elmi 
dəyərinə görə qeyd olunan aktual vəzifənin öhdəsindən gəlməyə tamamilə qadirdir. 
 
Dilçiliklə folklorşünaslıq elmlərinin kəsişmə xəttində dayanan bu tədqiqatlar 
eyni  zamanda  iki  mühüm  funksiyanın  yerinə  yetirilməsini  təmin  edir.  Birincisi, 
aşıq  ədəbiyyatının  öyrənilməsində  indiyəcən  yol  verilmiş  çatışmazlıqları  ortadan 
götürür,  ikincisi  isə,  aşıq  poeziyasının  sistemli  linqvistik  tədqiqata  cəlb  olunması 
Azərbaycan dilinin tarixi planda öyrənilməsini daha da dolğunlaşdırır. 
 
Aşıq poeziyasının ən zəngin klassik dövrünün (XVI-XIX əsrlər- Qurbanidən 
Aşıq Ələsgərə qədər) öyrənilməsinə həsr olunmuş bu əsərlərdə şeir sənətimizin bu 
sahəsinin dil-üslub xüsusiyyətləri filologiyamızda ilk dəfə olaraq geniş əhatəli və 
sistemli şəkildə tədqiq olunmuşdur. 
 
Azərbaycan  şifahi  xalq  ədəbiyyatı,  xüsusən  də  onun  peşəkar  ədəbi 
yaradıcılıq  sahəsi  sayılan  aşıq  ədəbiyyatı  janr  və  forma  əlamətlərinə  görə  son 
dərəcə zəngin və rəngarəngdir. Aşıq poeziyası xalqımızın milli bədii təfəkkürünün 
ən  səciyyəvi  xüsusiyyətləri  ilə  yanaşı,  Azərbaycan  dilinin  zəngin  fonetik,  leksik-
sematik və qrammatik potensialını da özündə əks etdirir. 
 
Z.Məmmədovun  tədqiqatları  bütün  bu  xüsusiyyətləri  ciddi  elmi 
arqumentlərlə,  zəngin  dil  materialı  əsasında  açıb  göstərir.  Alim  belə  bir  qənaətə 
gəlir  ki,  tarixi  kökləri  ilə  qədim  ozan  sənətinə  bağlı  olan,  bu  möhtəşəm  özül 
üzərində  misilsiz  inkişaf  yolu  keçəcək  sənət  meydanına  ölməz  bədii  yaradıcılıq 
nümunələri çıxaran klassik aşıq poeziyası həm də dilimizin əzəmətli tarixi abidəsi 
kimi  dəyərləndirilməlidir.  Özünü  xalqın  bədii  təfəkkürünün  ifadəçisi  kimi  təsdiq 
edən aşıq, həm də şifahi xalq sənətinin çoxəsrlik inkişafı boyu cilalanaraq yüksək 
kamillik  səviyyəsinə  çatmış  dil  sərvətinin  qoruyucusu  və  daşıyıcısı  olmuşdur. 
Tarixən  yazılı  ədəbiyyata  nisbətən  daha  qədim  köklərə  malik  olan  şifahi  xalq 
ədəbiyyatı eyni zamanda yazılı ədəbi dilin təşəkkülünə və inkişafına da böyük təsir 
göstərmişdir.  Bu  qənaətlərini  nəzəri  mülahizə  və  konkret  dil  faktları  ilə 
əsaslandıran  müəllif  göstərir  ki,  aşıq  poeziyasının  dil  materiallarının  ədəbi 
dilimizin  inkişafı  mövqeyindən  qiymətləndirilməsi  bütünlükdə  ana  dilimizin 
tarixinin elmi cəhədən öyrənilməsi imkanlarını daha da genişləndirir.  


 
13 
 
 
“Klassik  aşıq  poeziyasının  leksik-sematik  xüsusiyyətləri”  adlı  birinci 
monoqrafiyada  Z.Məmmədov  aşıq  poeziyası  dilinin  bu  cəhətlərini  materialın 
təbitənə uyğun olaraq, “Lüğət tərkibi”, “Onomastika”, “Sematika”, “Frazeologiya” 
kimi  fəsillər  üzrə  araşdırmışdır.  Hər  bir  bölmədə  qoyulan  problemə  müvafiq 
olaraq,  klassik  aşıq  poeziyasının  ayrı-ayrı  nümayəndələrinin  yaradıcılığından  son 
dərəcə zəngin şeir nümunələri tədqiqata cəlb olunmuşdur. 
 
Bu  kitabın  elmi  redaktoru  AMEA-nın  müxbir  üzvü,  filologiya  elmləri 
doktoru,  professor  A.Qurbanov,  rəyçiləri  isə  professor  Ə.Tanrıverdi  və  professor 
Z.Xəlildir. 
 
Qeyd  etmək  lazımdır  ki,  aşıq  şeirinin  dil  xüsusiyyətlərinin  araşdırılması, 
müəyyən mənada, hətta yazılı ədəbiyyatın dilinin tədqiq edilməsinə nisbətən daha 
maraqlı  məzmun  kəsb  edir.  Belə  ki,  canlı  danışıq  dilinə  daha  yaxın  olan  aşıq 
poeziyası dildə baş verən prosesləri daha bariz şəkildə əks etdirir və buna görə də 
tədqiqat  üçün  yazılı  ədəbiyyatdan  öz  spesifikliyi  ilə  fərqlənən  maraqlı  və  zəngin 
material verir. 
 
Z.Məmmədovun  bu  məsələyə  həsr  olunmuş  “Klassik  aşıq  poeziyasının 
fonetik  və  qrammatik  xüsusiyyətləri”  adlı  ikinci  monoqrafiyası  “Fonetika”, 
“Morfologiya” və “Sintaksis” fəsillərindən ibarətdir. 
 
Birinci monoqrafiyada olduğu kimi, burada da tədqiqatın elmi  səviyyəsi ilə 
yanaşı,  təhlilə  cəlb  olunmuş  bədii  materialın  zənginliyi  və  rəngarəngliyi  diqqəti 
cəlb edir. 
 
Bu kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Ə.Tanrıverdi, 
rəyçiləri isə prof. H.Balıyev və prof. M.Nuruyevadır. 
 
Klassik  aşıq  poeziyasının  yaradıcıları,  canlı  xalq  dilinin  bütün  təbii 
imkanlarını  klassik  yazılı  poeziyanın  incəlikləri  ilə  məharətlə  uyuşduran  ustad 
sənətkarların  yaratdığı  ədəbi  nümunələr  son  dərəcə  zəngin  dil  keyfiyyətlərinə 
malikdir.  Aşıq şeiri ana  dilimizin  fonetik,  leksik-sematik, qrammatik quruluşunu, 
ifadə  potensialını  və  poetik  üslubiyyatının  imkanlarını  əks  etdirmək  baxımından 
əvəzsiz bir mənbədir. Onun bu vaxtacan dilçilik tədqiqatlarından kənarda qalması 
həm də dilçilik elmimizin ümumi səviyyəsinə bir məhdudluq gətirirdi. 
 
Filologiya  elmləri  namizədi  Zabit  Məmmədovun  tədqiqatları  həm  aşıq 
poeziyasının  öyrənilməsi,  həm  də  Azərbaycan  ədəbi  dil  tarixinin  mühüm  bir 
sahəsinin ilk dəfə olaraq sistemli şəkildə araşdırılması baxımından dəyərlidir. 
İlham Abbasov  
“Xalq qəzeti” 
 
 
 
 
 
 
 
 
 


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə