Kimlər xatırlanar görəsən?



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə7/31
tarix14.05.2018
ölçüsü0,63 Mb.
#43495
1   2   3   4   5   6   7   8   9   10   ...   31

 
17 
 
Zabit müəllim  mənən, ruhən çox  gözü tox, sözün həqiqi mənasında ağayana bir 
adam idi.Onun münasibətində, insanlara diqqət və qayğısında hər şey qarşı tərəfi 
təmin  edən  bir  səviyyədə  idi.  “Yaşamaq  –  sadəcə  nəfəs  almaq  deyil,  həyatın 
nəfəsini duymaqdır” fikri yüzdə yüz Zabit müəllim kimi adamlara şamildir. 
                                                                    Buludxan Əziz oğlu Xəlilov 
                                                            filologiya elmləri doktoru, professor 
 
 
Zabit  müəllim  vicdanlı,  namuslu,  sözü  bütöv  kişilərdən  idi.  Çətin 
məqamlarda  təmkinli,  qürurlu  olmağı  bacarırdı.  Onda  alimliklə  müəllimlik 
qovuşuq vəziyyətdə idi. Adı Azərbaycan dilini yaxşı tədqiq və tədris edən alimlər 
sırasında çəkilirdi. 
                                                                               Əzizxan TANRIVERDİ 
filologiya elmləri doktoru, professor 
 
 
 
Tanrı  Zabit  müəllimə  zamanla  addımlamaq,  uzağı  görə  bilmək,  məqamı 
dürüst anlamaq, insan-ları olduğu kimi dərk etmək kirdarı vermişdi. Mehribanlıq, 
səmimiyyət,  təbiilik  onun  ruhunda,  canında  idi.  Son  dərəcə  humanist,  ədalətli, 
obyektiv,  mərd  və  mər-həmətli  insan  idi.  Haqsızın  -  haqlıya  üstün  gəlməsinə 
dözməzdi və hər vəchlə bunun qarşısını alardı.  
                                                                                                Himalay Qasımov 
                                                            Azərbaycan Dövlət Pedaqoji Universitetinin 
                                               “Azərbaycan ədəbiyyatı tarixi” kafedrasının 
                                        müdiri, filologiya üzrə elmlər doktoru, professor 
 
                            
 
Müdriklərdən biri deyir ki, biz insan deyəndə onun əxlaqını  nəzərdə tuturuq. 
Əxlaqdan  kənar  insan  yoxdur.  Zabit  müəllim  yaxşı  ata,  yaxşı  qohum,  yaxşı  işçi, 
tanınmış dilçi alim olmaqdan  əvvəl yüksək, əxlaq və fəzilət sahibi idi. Onun bütün 
hərəkətləri əxlaqi prinsiplərə söykənirdi. 
            
 
 
Fərrux Rüstəmov
 
            
 
Professor  
 
Zabit  müəllim    ünsiyyətin  ilk  anlarından  müsahibinin  diqqət  mərkəzində 
olur,  qəlbinə,  duyğularına,  şüuruna  asanlıqla  nüfuz  edə  bilirdi.  Ondakı  ünsiyyət 
mədəniyyəti  sanki  fitri qabiliyyət,  ilahi vergi  səviyyəsində idi. Özü kimi  sözü  də 
bütöv  olan  Zabit  müəllim  təpədən  dırnağa  qədər  səmimiyyət  mücəssiməsi  idi. 


 
18 
 
Zabit  müəllim  sözün  həqiqi  və  dürüst  mənasında  başqalarına  ziyan  vurmamaq 
üçün ziyanı özünə rəva bilən nadir insanlardan idi. 
            
 
 
 
 
 
               Məhərrəm Hüseynov 
Dosent 
Filologiya fakültəsinin dekan müavini 
 
 
 
 
 
 
 
 
Zabit  müəllim  hərənin  yaddaşında  bir  cür  qalıb.  Mənim  yaddaşımda  isə  o 
daha  çox  "sadə",  "yetim-yesirə  çörək  verən",  səmimi  və  qayğıkeş  bir  insan  kimi 
qalmışdır.  Insanlara  qayğı  ilə  yanaşmaq,  sadəlik  və  səmimilik  Zabit  müəllimdə 
yüksək səviyyədə idi və onun həyat amalına çevrilmişdi.  
Zabit 
müəllimi 
səciyyələndirən  cəhətlərdən  biri  də    məhz  onun  hər  kəslə  öz  dilində  danışmaq 
bacarığı idi.  
 
Fəxrəddin Yusifov,  
ədəbiyyat  və  onun  tədrisi 
metodikası kafedrasının dosenti,  
pedaqogika üzrə fəlsəfə doktoru 
 
 
 
 
Onun  həyat  amalı  az  danışıb,  faydalı  iş  görmək,  insanların  yaxşı 
keyfiyyətlərini düzgün qiymətləndirmək, insanlara həmişə xeyirxaqlıq göstərmək, 
sözü üzə demək, başqasının dalınça danışmamaq və s.idi. 
                                                                             Allahverdi Hacıyev 
 ADPU-nun Azərbaycan dili və onun tədrisi                           
                                                    
 metodikası kafedrasının  dosenti   
 
 
Yaşından,  vəzifəsindən,  cəmiyyətdə  tutduğu  mövqeyindən  asılı  olmayaraq 
onun  insanlarla  münasibəti  səmimi,  etibarlı  və  ələxsus  ikiüzlülük  və  dostluğa 
xəyanət ona tamam yad idi.  
                                                            
 
 
Nəsrəddin Musayev 
Azərbaycan    Dövlət  Pedaqoji 
Universtetinin  Baş mühasibi 
 
Zabit müəllim bir alim, dekan müavini kimi də tam yerində idi. Hafizəsi, 
oratorluğu,  təşkilati  işgüzarlığı,  tələbələrə  doğma  münasibəti  onun  mükəm-
məlliyindən xəbər verirdi. Nitq mədəniyyətinə dair tədqiqatı ilə onun nitqi arasında 
bir təbii və elmi müvazilik var idi.   


 
19 
 
                                                           
 
                                
  Adil Balıyev 
Azərbaycan dili və onun tədrisi metodikası 
kafedrasının baş müəllimi 
 
 
 
Zabit  müəllim  insanlıq  yükünü  cismani  ömrünün  axırına  qədər  ləyaqətlə 
daşıyan  insanlardandır.  Onun  şəxsi  keyfiyyətlərini  xatırlamaqla  əsl  insan 
xarakterinin bütün cizgilərini özündə cəmləşdirdiyini görmək mümkündür.  Zabit 
müəllim dünyada ən böyük nemətə sahib olan xoşbəxt insanlardandır.  
                                                            
 
Nizami Süleymanov 
Azərbaycan  Dövlət İqtisad Universtetisi  
“Azərbaycan tarixi” kafedrasının  dosenti 
 
 
 
Zabit  müəllim  mənim  qəlbimdə  xeyirxah,  vətənpərvər  və  gələcək  nəsillərə 
örnək olan şərəfli ömür yaşamış bir insan, bir ailə başçısı kimi yaşayır.  
                                                                                            
Əyyubov Əlirza 
 
 
Zabit  müəllim  çox  saf,  ürəyi  təmiz,  sadə,  eyni  zamanda  ciddi  bir  insan  idi. 
Dediyi  hər  bir  sözün  üstündə  duran,  dostlarına  qarşı  sadiq  və  mərd  olub.  Onun 
gözəl  xüsusiyyətlərindən  biri  də  onun  təbiiliyi  idi.  Yəni  cəmiyyətdə,  kollekticdə 
necə vardırsa ailədə də eyni xasiyyətə malik idi. 
Həyat yoldaşı Qeysər xanım 
 
Zabit müəllim ziyalı olmaqla bərabər insanlarla münasibətində çox sadə idi. 
O,  öz  torpağını  sevən,  elinə-obasına  yüksək  qiymət  verən  şəxs  idi.  O,  harada 
olurdusa  oranın  mühitinə  şənlik  qatırdı.  Həyatda  yaşamağı  və  bunu  insanlarla 
bölüşməyi sevirdi. 
                                                                                       Qaynı Ədalət Süleymanov. 
 
Müəllimlik dünyada ən çətin, lakin həm də ən şərəfli gözəl peşədir. Müəllim 
öz  xalqı,  vətəni,  millətinin  gələcəyi  üçün  qəlbini  məşəl  kimi  yandıran,  varını, 
dövlətini  on  minlərlə  tələbənin    yetişməsində  görən  bu  yolda  şəxsi 
məhrumiyyətlərinə  dözən  fədakar  insan  olmalıdır.  Müəllim  zəkalarda,  qəlblərdə, 
müqəddəslik  toxumu  səpən  bir  qüvvə  olmalıdır.  Zabit  müəllim  məhz  belə 
ziyalılardan  idi. 
 
 
 
 
 
 
 
 
 
 
Gəlini Mehparə. 


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə