Kimsə bilməsin 1



Yüklə 0,57 Mb.
səhifə1/20
tarix25.06.2018
ölçüsü0,57 Mb.
#51418
  1   2   3   4   5   6   7   8   9   ...   20


Kimsə bilməsin  

 

 



 

 

 

 

 

 

 

(Şeirlər)  

 


Ramil Mərzili 

 



 

Naşir: 


Müşfiq XAN 

 

Korrektor: 



Vüsalə Süleyman 

 

Mətn tərtibatı: 



Bəxtiyar Ələkbərov 

 

Dizayn və qrafika: 



Teymur Fərzi 

 

Ramil Mərzili. Kimsə bilməsin. Şeirlər 

“XAN” nəşriyyatı. Bakı–2016. 128 səh. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ISBN:

 

9000000060064 



© Ramil Mərzili / 2016 

© “XAN” nəşriyyatı / 2016 

 


Kimsə bilməsin  

 

 



 

ÖN SÖZ 

 

 

 

 

 

 

Yazılacaq 

 


Ramil Mərzili 

 



 

 

 


Kimsə bilməsin  

 

 



BU ŞƏHƏR ÖZÜ DƏ YETİMDİ… 

 

Sən elə bilirsən yaşamaq asan, 

Ölməksə nə qədər çətindi sənsiz?! 

Hardan biləsənki, sənin yoxluğun, 

Mənim varlığıma xətmdi sənsiz... 

 

Qulağım apardı, çatdım səsinə, 



Sükut laylay dedi, yatdım səsinə. 

Elə həsrətəmki, addım səsinə, 

Hər günüm ölümdü, itimdi sənsiz... 

 

Ha düzdüm, yerinə oturmur daşlar, 



Günüm sənlə bitər, səninlə başlar. 

Küçələr, meydanlar, ağaclar, quşlar, 

Bu şəhər özü də yetimdi sənsiz... 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 


Ramil Mərzili 

 



 

XƏYALI ÖZÜNDƏN BÖYÜK ADAMLAR. 

 

Bir gecəlik qonağımdı, qalacaq, 



Mənlə birgə xəyallara dalacaq. 

Ayılacam, yenə də yox olacaq, 

Oyatmayın, şirindi bu yuxular. 

 

Öz- özümə düşmənəm mən axşamlar, 



Göz yaşım gizlicə qəlbimə damlar. 

Xəyalı özündən böyük adamlar, 

Büdrəyəndə öz  içindən yıxılar... 

 

Son ümidə kimi soya da səni, 



Danışa, dinləyə, duya da səni. 

Onun toxunuşu oyada səni

Bir andaca qəm- kədərin yox olar. 

 

Öz yeri var hər ağrının, acının, 



Adı “Sən”miş bu dərdin əlacının. 

Əllərimdən ətri gəldi saçının, 

Ovcumdamı gizlənibmiş qoxular?! 

 

 



 

 

 



 

 

 



      

 

 

 


Kimsə bilməsin  

 

 



DARIXMAQ. 

 

Yenə sənsiz darıxıram, 



Darıxmaq necə olurki... 

Gündüz daha çox sənsizəm, 

Darıxmaq gecə olurki ?! 

 

Darıxmağın bir yolu var, 



Darıxmaqdan min yol gəlir. 

Sənsizliyin dörd qolu var, 

Dörd yandan bağrımı dəlir. 

 

Darıxmağın adı mənəm, 



Darıxmağın dadı səndə. 

Bu hisslərin közü mənəm

Bu hisslərin odu səndə... 

 

Darıxmağın rəngi mənəm, 



Darıxmağın qoxusu Sən... 

Ürəyimin dincliyi sən, 

Gözlərimin yuxusu Sən... 

 

Gündüz daha çox sənsizəm, 



Darıxmaq gecə olurki ?! 

Yenə sənsiz darıxıram, 

Darıxmaq necə olurki ? 

 

 



 

 

 



 


Ramil Mərzili 

 



 

SƏN YOXSAN… 

 

Sənindəmi solub çöhrən, bənizin, 



Bu eşq ölsə, qoyma qala əl izin ... 

Bu günümün fotosu bu, əzizim,  

Həsrət də var, kədər də var, sən yoxsan. 

 

Mənlə birgə bu möhnəti daşıyan, 



Qəmi sevib, "sevincini boşayan", 

Ürəyimin özəyində yaşayan, 

Nisgil də var, dözüm də var, sən yoxsan. 

 

Taleyimi qırmanclayır kor düyün, 



Yaşamıram, gün üstünə gəlir gün. 

Saatların nə önəmi mənimçün, 

Gündüz də var, gecə də var, sən yoxsan. 

 

Yaddaşımdan itir adım, soyadım, 



Ağrılar qoymurki, gecəni yatım. 

Üç hissəylə bütövləşir həyatım, 

Yaşam da var, ölüm də var, sən yoxsan... 

 

 



 

 

 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə