Kimsə bilməsin 1



Yüklə 0,57 Mb.
səhifə14/20
tarix25.06.2018
ölçüsü0,57 Mb.
#51418
1   ...   10   11   12   13   14   15   16   17   ...   20

Kimsə bilməsin  

 

85 


 

BİLSƏM. 

 

Gecə keçir, qıvrılıram yatağımda sağa- sola, 



Xəyalınla boylanıram sən getdiyin izə, yola. 

Yalvarıram Tanrımaki, arzularım gerçək ola, 

Sənin ala gözlərini dərya bilib bata bilsəm, 

Ya yox edib bu həsrəti, qollarında yata bilsəm. 

 

Necə gözəl işıq düşür, pəncərəmə- ay işığı, 



O da sanki gözlərindən oğurlayıb yaraşığın. 

Dövranı var deyirlər ki, bu dünyada hər aşiqin

Bu sevginin zirvəsinə mən səninlə çata bilsəm. 

Ya bu dərdi, bu kədəri öz içimdən ata bilsəm. 

 

Bilmirəm ki, mənim üçün uzaqdasan, ya yaxında?! 



Bilirəm ki, dövr edirsən damarımda hər axımda. 

Bu həsrətin şahidləri lal gecə də, Allahım da, 

Kömək etsə tənhalığı tənhalığa sata bilsəm. 

Bir də sevən canımızı bir-birinə qata bilsəm… 

 

 

 



 

 

     



       

 

 


Ramil Mərzili 

 

86 



 

BİR GÜN GƏLƏR… 

 

Yollar yaman uzun gəldi, 



Günahkarı döngələrmi ? 

Bir gün gələr mən gedərəm

Mən gedəndə gün gələrmi ?! 

 

Qısılar dodağa sözün, 



Bürünər kədərə üzün. 

Bulud kimi dolan gözün 

Sıxdıqca leysan ələrmi ? 

 

Dərdlərin sığmaz qucağa, 



Səpilər küncə, bucağa. 

Dönüb korkəsməz bıçağa, 

Həsrət köksünü dələrmi ? 

 

Qəflət yuxusundan oyan, 



Çox uzağa getmə, dayan. 

Üz qabığına sığmayan 

Bədən ruhsuz dincələrmi ? 

 

Yollar yaman uzun gəldi, 



Günahkarı döngələrmi ? 

Bir gün gələr mən gedərəm, 

Mən gedəndə gün gələrmi ?! 

 

 



 

 

 



           


Kimsə bilməsin  

 

87 


 

GƏL ... 

 

Kədərini  mənə  ver, 



Sənə sevinc gətirim. 

Çıxarıb  tikanları, 

Qəlbində gül bitirim . 

 

Sənə SEVİRƏM desin, 



Hər cümləm, hər sətirim. 

Səni alıb özündən, 

İlim- ilim  itirim ... 

 

Uzun sözə gərək yox, 



Qoy  fikrimi  bitirim. 

Gəl səni burdan alıb, 

Qocalığa  götürüm ... 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

          



 

 


Ramil Mərzili 

 

88 



 

KAŞKİ… 

 

Bircə axıb düşüncəndən, 



Hisslərinə  hopa bilsəm... 

Beyninin hər qırışında, 

Varlığımı tapa bilsəm... 

 

Sonra düşüb damarına, 



Ureyinə  axa  bilsəm... 

İçindəki  “mən”ə  dönüb, 

Səndən sənə baxa bilsəm. 

 

Görüm necə görünürmüş



İnsan özü öz içindən. 

Tapıb deyim sevdiyimi, 

Ən müqəddəs söz içindən. 

 

Sonra qucaqlayım səni, 



Öz içində... Ruh sevinə. 

Addımlayam sevgin boyu, 

Hakim olam qəlb evinə. 

 

Məndən uzaq getmə deyə, 



Tutunardım  əllərindən. 

Ya dönüb yaz  yağışına, 

Asılardım  tellərindən... 

 

Kədər dolu yaşa dönüb, 



Süzülərdim  yanağına. 

Bir ömür qurban olardım, 

“Kaşki” deyən dodağına... 

 



Kimsə bilməsin  

 

89 


 

MƏN... 

 

Soyuq qış gecəsi, qaranlıq otaq, 



Bir sükutdur, bir həsrətin, birdə mən. 

Düşünürəm təkrar gəlsəm dünyaya, 

Tapıb səni sevərdimmi birdə mən ?! 

 

Ürəyimdə yaşatsam da mən səni, 



Bəlkə çoxdan dəfn olundum səndə mən. 

Vaxt  var  idi  bu  eşq  üçün  əzizim

Çox dəyişdik, mən sən oldum, sən də mən. 

 

Kədər olub izləyəcəm bir ömür, 



Dolaşacam saçlarında dəndə mən. 

Bir eşq üçün yazqabağı cücərən, 

Suya möhtac toxum da mən, dən də mən. 

 

Hisslərin dolanbac yolunda azdım, 



Keçdim bərələri, düşdüm bəndə mən. 

Bu eşqə sığınan bir kölə idim, 

Göydə Tanrı səndin, yerdə bəndə mən. 

 

Həsrət məni hər gün çəkir tarıma, 



Gücüm yoxdur, yenilirəm dərdə mən. 

Bu gənc yaşda  ay zalımın balası, 

Varmı görən mənim qədər dərd əmən?! 

 

 



 

 

 



              


Ramil Mərzili 

 

90 



 

ZAMANIN AXIŞI... 

 

Ruhumun önünə keçən olmadı, 



Namərdtək arxadan güllədilər. 

Əyninə kəfən də biçən olmadı, 

Yedilər, içdilər, kef elədilər... 

 

Çiyninə götürüb nakam ruhumu, 



Daşıyır bədənim can yaddaşına. 

Ötən gülüşümü, keçən ahımı, 

Çəkib düyünləyir qan yadaşına. 

 

Gözdən, könüllərdən çox uzaq yerdə, 



Tənha bir məzar var fikrin altında. 

Sən demə ruhlar da yatar qəbirdə, 

Barmaqlar can verər zikrin altında... 

 

Bədənim ruhumun qəbrinə baxır, 



Yanır, qan ağlayır canımın içi. 

Mənim zamanım da geriyə axır, 

Qırx oldu, qalıbdı, yeddisi, üçü... 

 

 



 

 

 



 

 

 



 

 

 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə