Kimsə bilməsin 1



Yüklə 0,57 Mb.
səhifə2/20
tarix25.06.2018
ölçüsü0,57 Mb.
#51418
1   2   3   4   5   6   7   8   9   ...   20

Kimsə bilməsin  

 

 



SIX DA, GET… 

 

Qarşımda dayanmısan, sükut kimi, lal kimi, 

Çox gözəl görünürsən, bənzərsiz xəyal kimi. 

Vida üçün gəlmisən, gedirsən sual kimi, 

Son dəfə məhəbbətlə gözlərimə bax da, get. 

 

Vaxt var idi görəntək asılardın boynumdan, 



İndi necə dayanır bəs əllərin qoynunda ?! 

Sıxılıram bu yaşda "gizlən-qaç" oyunundan, 

Ya qal, bilim mənimsən, ya bir yolluq çıx da, get. 

 

Qəlbimizdə nə varsa bütöv-küdurət oğramamış, 



Sevgiylə vuran ürək nifrətdən ağrımamış, 

Bu eşqin buz baltası ruhumu doğramamış, 

Həsrətinin oduna yandır da get, yax da get. 

 

Bu dünyadan bir sərnic səadəti sağ görüm, 



Bacarsan aldat məni, qaraları ağ görüm. 

Yaman dolmusan yenə, yağacaqsan yağ görüm, 

Gözlərini ovcuma bulud kimi sıx da, get ... 

 

 



 

 

 



 

 

 



 


Ramil Mərzili 

 

10 



 

RUHUN SƏNİ UNUDA. 

 

Verəndə də qisməti elə verə İlahi, 



Nə üzünü turşudub, nə ağzını əyəsən. 

Gündüzləri dünyanın dörd bir yanın dolaşan, 

Dərdlər mənim qəlbimdə gecələyir deyəsən. 

 

Yorğun ağrılarım da can çəkişir içimdə, 



Mən acıya məzarlıq olub getdim, ay ana. 

İki qəlbin həsrətin bir ürəyə yığmışam, 

Sürüyüb aparıram, harda dura, dayana. 

 

Sən mənimi doğmusan, ya mən boyda dərd ana, 



Necə daşıya bildin doqquz ay bu acını ?! 

Mən hər axşam girirəm ağuşuna kədərin, 

Hər gecə darayıram həsrətimin saçını ... 

 

O məndən uzaqdadı, çox uzaqdadı, ana, 



O çox sevdiyim gözlər indi dönüb buluda. 

Ən böyük ayrılıqlar ruhun ayrılığıdır, 

Ən böyük ağrı odur ruhun səni unuda... 

 

 



 

 

 



 

 

 



 

 

 




Kimsə bilməsin  

 

11 


 

KƏPƏNƏK  ÖMRÜ… 

 

Uçuq bir koman ola, 

Yağış döyən, yel əsən. 

Ömrü göyə sovurub, 

Verməyəsən yelə sən. 

 

Bir dəlisov yar ola, 



Hirsləndirib güləsən. 

Sonra saçın qoxlayıb,  

Bənzədəsən gülə sən. 

 

Çəkəsən hər nazını, 



Tutub şirin dilə sən. 

Deyəsənki, mənim ol, 

Nə dilərsən dilə sən. 

 

Pozub alın yazını, 



Özün yaza biləsən. 

Bircə kəpənək ömrün 

Yaşayasan belə sən... 

 

 



 

 

 



 

 

 



 

 

 




Ramil Mərzili 

 

12 



 

MƏNİ  İSİTMƏYƏ BİR NƏFƏS GÖNDƏR. 

 

Sığınıb gecənin qaranlığına, 

Tavanda gəzirəm baxışlarını. 

Bu ilin payızı qəlbimə düşüb, 

Yağdırır gözümdən yağışlarını. 

 

Yorğun kirpiklərim səlis dərzitək, 



Nəmdən libas tikir yanaqlarıma. 

Saxta gülüşlərin qırışlarıyla, 

Süzür göz yaşlarım dodaqlarıma. 

 

Dörd divar,xəyalın,bir tavan,bir mən, 



Qaranlıq gecədən bezən "yeddilik". 

Hələ çatmamışdan mənzil başına, 

Arzular tökülür, bağrımmı dəlik ?! 

 

İsti yatağımda buza dönmüşəm, 



Ruhum alışdıqca soyuyur bədən. 

Məni isitməyə bir nəfəs göndər, 

Göyü sızıldadan, yeri göynədən . 

 

Bürünüm o isti, xoş nəfəsinə, 



Çəkim xatirəni başım altına . 

Kədəri bol oldu göz yaşlarımın, 

Biraz sevinc səpim yaşın altına... 

 

 



Kimsə bilməsin  

 

13 


 

BİR DAMLA GÖZ YAŞI YATIR… 

 

Naşükrlər gördüm Allah, baxdım ömrüm boşa 

getmiş, 

Dəyəri bitib dostluğun, kəsdiyimiz çörəyin də. 

Kimə arxa çevirdimsə, ilk fürsətdə vurdu məni

Kürəyimin ağrıları yatıb qaldı ürəyimdə... 

 

Ağrılar baş qaldıranda onu xatırlatsın deyə, 



Bu ürəyi neçə yerdən parçalayan, qanadan var. 

Həyatımı alt-üst edən mələkmisən, şeytanmısan? 

Uçub gəldin, uçub getdin, bircə bildim qanadın 

var. 


 

Gecələri sübhə kimi yuxumu əlimdən alan, 

Bir ağrılı ürək qaldı dostlarımdan, 

sevdiyimdən. 

Ölü doğulur içimdə, başlamamış bitir arzum

Sənə adi görünməsin saçlarımda görünən dən. 

 

Bir damla göz yaşı yatır hər ağaran saçın altda, 



Qara saçlar ağ ümiddən süzülərək bəyazlaşır. 

Duyğularım çox üşüyür, bəlkə qəlbim açıq 

qalıb?! 

Tez ol, gəl ört ürəyimi, bax hava da ayazlaşır... 

 

 

 



 

 

 


Ramil Mərzili 

 

14 



 

VURMADIĞIN  SİLLƏ. 

 

Susmayın ağrılarım, 

Dillənin e, dillənin ... 

Kəndir salın boynuma, 

Yellənin e, yellənin ... 

 

Göz yaşım sətir- sətir, 



Şeirimi  göynədir. 

Görən o yanı nədir 

Ən sonuncu pillənin ?! 

 

Ordan baxım özümə, 



Kül üfürüm gözümə. 

Şəklin çəkim üzümə, 

Vurmadığın sillənin ... 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

          


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə