Kimsə bilməsin 1



Yüklə 0,57 Mb.
səhifə20/20
tarix25.06.2018
ölçüsü0,57 Mb.
#51418
1   ...   12   13   14   15   16   17   18   19   20

Kimsə bilməsin  

 

117 


 

7 saylı Bərdə L.T.İ-nin 

rəisi Yavər Qocamanov. 

 

   Ramil Mərzili: 



 Onunla cəmi bir neçə 

aydır  ki,  tanışıq.  Rəhbəri 

olduğum  idarəyə  işə  gəl-

diyi  gündən  onun  qeyri-

adi  hərəkətləri,  daim  fi-

kirli olması diqqətimdən yayınmadı. Mən əslən 

Göyçəliyəm  və  elə  bir  Göyçəli  tapılmaz  ki,  o 

şeir,  sənət,  saz,  söz  vurğunu  olmasın.  Gözümü 

açandan  evimizdə  atam  və  qardaşım  olmaqla 

iki şair görmüşəm. 

Bir gün ondan niyə fikirlisən, deyə soruşan-

da  o,  özünün  "Alın  yazım"  adlı  şeirlər  kitabını 

təqdim  etdi.  Kitabı  oxuyanda  yəqin  etdim  ki, 

Ramil Mərzili gənc olsa da onun mövzuları rən-

garəng  və  geniş  əhatəlidir.  İstər  ictimai,  istərsə 

də məhəbbət mövzularında uğurlu şeirləri var. 

              Demə ki, balamın balaları var, 

              Hələ sənin üçün yaşayıram mən.     

 

Deyən şair digər şeirində 



 

              Gəl, sarı qəlbimi, sarıya bilsən, 

              Unudum dünyanın dərdi, sərini.  

 

Ana varlığını, ana böyüklüyünü və ana sev-



gisini belə tərənnüm edir. Cənnət anaların aya-

ğının  altındadır  deyən  Həzrəti  Peyğəmbərimi-

zin sözünə bir növ öz şeiri ilə təravət gətirir. 



Ramil Mərzili 

 

118 



 

Öləndə səninçün yaşayım deyə, 

Yaşaya- yaşaya ölürəm Qadın.      - deyir 

Şair içtimai sözlərində də poeziyanın əngin-

liklərinə baş vurur, bəşəriyyətin amalı və dərdi 

ilə  yaşayan    böyük  insanların  bəzən  bir  büdrə-

yişdən  tənha  qalmasını  da  ustalıqla  oxucuya 

çatdırır. 

                   Xəyalı özündən böyük adamlar, 

                   Büdrəyəndə öz içindən yıxılar. 

Şair  Ramil  Mərzilinin  şeirlərinin  əsas  leyt-

mativi gözəllik, ülvi məhəbbət  və  ölməz sevgi-

dir. 

                      Yanaq güldü, dodaq ləçək, 



                      Bu xəyaldı, yoxsa gerçək? 

                      Tanrı, başıma sığal çək, 

                      Ruhumun ölən vaxtıdır.       

  Deyən şair gözəlin ilıq bir nəfəsinin hərarə-

tini Günəşdən də yuxarılara qaldırır. 

                       

Məni isitməyə bir nəfəs göndər, 

Göyü sızıldadan, yeri göynədən.      -   deyir. 

Mən ümid edirəm ki, gənc şairin yaxşı gələ-

cəyi var və bu kitabı geniş oxucu kütləsinin ma-

rağına  səbəb  olacaq.  Bu  yolda  ona  uğurlar  ar-

zulayıram. 

 

 

 



 

 

   




Kimsə bilməsin  

 

119 


 

Ülkər Əmirbəyova  

(həkim- 

homeosiniatr) 

 

İnsan  doğulduğu 



gündən  ömrünün  so-

nuna  qədər  yol  ge-

dir...  Hərə  bu  yolu  bir  cür  qət  edir.  Ramil 

MƏRZİLİ  keçdiyi  yolda  özünə  yol  yoldaşı  ola-

raq poeziyani seçib.  Onun  şeirləri oxucularının 

da ürəyindən xəbər verən, onların düşünüb, la-

kin  ifadə  edə  bilmədikləri  sözlərdir.  Bu  şeir-

lərdə  ən çox səmimilik, içdənlik nəzərə çarpır. 

Xalqımıza  çox zaman şair xalq  deyirlər və şeir 

yazan  insanların  sayı  get-gedə  artdıqca,  şəxsən 

mən, əcaba, həqiqətənmi bu belədir deyə düşü-

nürəm... Amma yox,  hər yazılan, hətta təəssüf-

ki, çap olunan yazı şeir deyil... Ramilin  şeirləri  

sətiraltı  mənalarla  zəngin,  axıcı, öz    “musiqisi” 

olan, müəyyən şeirləri kifayət qədər fəlsəfi yük 

daşıyan nümunələrdir. O, oxucusunu düşündü-

rə bilən (buna müəyyən mənada oxucunu məc-

bur edən), onunla kədərlənib, onunla sevinmə-

yə, ağlayıb- gülməyə  “vadar” edə bilən yazar-

lardandır. Əminəm ki, illər keçdikcə, o, daha da 

püxtələşəcək və yolunu zirvəyə doğru yönəldə-

cəkdir…  Uğur olsun. 

 

 

 



 

 



Ramil Mərzili 

 

120 



 

Bəhruz  Nəzərov   

(Aqrar Elm və İnforma-

siya Məsləhət Mərkəzi, 

Əkinçilik Elmi-Tədqiqat 

İnstitutu, Tərtər Bölgə 

Təcrübə Stansiyası 

Elmi işçi. 

                                                                                                      

 

Mən  çalışacam  ki,  mövzudan  uzaqlaşma-



yam,  əslində  tanıyanlar  bilir  ki,  ürəyim  dolu-

dur,  təfsilatı  ilə  rəylər  yazmağı,  öz  hisslərimi 

yazmağı xoşlamışam hər zaman. Ramil Mərzili 

mənim  ən  yaxın  bir  neçə  dostumdan  biridir, 

onun  haqqında  qısa  danışmaq  və  ya  yazmaq 

mənim üçün çox çətindir, həqiqətən ürəyim do-

ludur.  Bizim  dostluğumuz  tələbəçilik  illərimi-

zin  ilk  günlərindən  başlamışdır  və  bu  günə  ki-

mi  də  təxminən  17-18  ildir  ki,  uğurla  davam 

edir,  hətta  mən  deyərdim  ki,  günü-gündən  bu 

əlaqələr  daha  da  möhkəmlənir,  əbədiləşir,  şü-

kür Allaha. Mən bu sahə üzrə mütəxəssis olma-

dığım  üçün  bəlkə  də,  ədəbi  nöqteyi-nəzərdən 

onun  yaradıcılığını  düzgün  qiymətləndirə  bil-

mərəm,  buna  görə  üzr  istəyirəm  mütəxəssis-

lərdən, ancaq dərk etdiyim qədəri ilə deyə bilə-

rəm ki, hazırda çox az sayda gənc yazarlarımız 

var  ki,  şeirlərinin  hər  misrasında  böyük  fəlsəfi 

fikir  gizlənir,  inan  səmimiyyətimə  qardaş  hər 

şeirinlə  mənim  damarıma  basırsan,  sözün  mə-

cazi  mənasında.  Mən  şəxsən  sənin  gələcəkdə 

gənc  yazarlar  üçün  bir  örnək  olacağına  şübhə 




Kimsə bilməsin  

 

121 


 

etmirəm.  Həm  yaradıcılığın,  həm  də  ailə  hə-

yatın sağlam köklər üzərində qurulmuşdur, sə-

nin  nə  qədər  mükəmməl  bir  ailə  başçısı  oldu-

ğunu  biz  dostların  yaxşı  bilirik.  Unutmuşam 

kimə  aiddir  bu  fikirlər,  üzr  istəyirəm,  deyir 

“dahi  o  kəsdir  ki,  uzaqları  gördükcə  yaxınları 

qoynuna  alır”,  sən  dahisən  qardaş,  biz  dost-

larını  itirməmək  üçün  nə  qədər  əziyyət  çəkmi-

sən  bunu  görməməzlikdən  gələ  bilmərik.  Sən 

layiqsən  xoşbəxt  olmağa,  inan  mənə  xoşbəxt 

olmaq  üçün  insana  çox  az  şey  lazımdır,  bunu 

anlamaq  üçün  isə,  təəssüf  ki,  çox  şey...  Ramil 

Mərzili  yaradıcılığının  davamlı  olacağına  və 

illər  keçdikcə  daha  da  mükəmməlləşəcəyinə 

inanıram,  sözdən  ağırı  yoxdur  qardaş,  çalış  elə 

sözlərdən  istifadə  et  ki,  bütün  sevənlərinin, 

oxucularının  könülü  qaldıra  bilsin  bu  sözləri. 

“Yaşamaq  üçün  ölənlərin  yerini,  ölmək  üçün 

doğulanlar doldurar” çalış ki, nə qədər yüksəl-

sən də, bu həyatda sınaq üçün olduğunu və bü-

tün  qazandıqlarının  tək  səbəbkarının  Allah  ol-

duğunu unutma, hər zaman yaradanına dua et, 

elə  bir  dua  et  ki,  günahın  tövbənin  böyüklü-

yündən ağlasın, haqqa dəstək ver. Sənin daima 

söyləyəcək sözün və susacaq ədəbin olmuşdur, 

ona görə də şərəflə, ləyaqətlə, namusla yüksələ-

cəksən, inşaallah... 

 

 

 



 

 



Ramil Mərzili 

 

122 



 

Vüqar Mustafayev  

(Astara rayonunda 

müəllim). 

 

Əslində ədiblərin, ya-



zarların  fikirləri  içərisin-

də  fikir  bildirmək  o  qə-

dər  də  asan  deyil.  Lakin 

bu  insan  haqda  danış-

maq  həm  mənəvi  bor-

cumdur, həm də keyf ve-

ricidir.  Çünki,  Ramil  Mərzilinin  tələbə  yoldaşı, 

magistr yoldaşı və otaq yoldaşı, ən nəhayət ay-

rılmaz dostu olmaqdan  ziyada həm də ilk şeir-

lərinin  ilk  oxucularından  biriyəm.  Ramil  Mər-

zili poeziyamızın kiçik ulduzu kimi parıldayan 

ilk  vaxtdan  onun  yaradıcılığının  ilk  addımları 

ilə  yaxından maraqlanıram və onun pərəstişka-

rıyam. İllər ötdükcə o kiçik ulduz şəfəqləri daha  

çox  görünməyə  başladı.  Hazırda  Azərbaycanı-

mızın poeziya göylərində yeni bir Günəşin doğ-

duğunu  deyə  bilərik.  Ramil  kiçik  addımlarla 

irəliləyərkən  əsas  məqsədi keyfiyyətli  sənət  or-

taya  çıxarmaq  idi.  1999-2005-  ci  illərdə  yazdığı 

şeirlərinə  nəzər  salanda,  sanki,  üzündə  bir  tə-

bəssüm  yaranır    Ramil  Mərzilinin.  Təbiidir  ki, 

onun  ilk  vaxtlarındakı    şeirləri  bu  günki  yara-

dıcılığı  ilə  müqayisə  edilməyəcək  dərəcədə 

fərqlidir. Lakin Ramilin üzündə təbəssüm yara-

dan ilk şeirləri əslində o dönəmin tələbə gənclə-

ri  arasında    ən  gözəl  sevgi  şeirləri  hesab  olu-

nurdu.  O  qədər  sevilirdi  ki,  universitetlərdə, 



Kimsə bilməsin  

 

123 


 

kolleclərdə  gənclər  sevgililər  günündə,  8  mart-

da və başqa bayramlarda Ramil Mərzilinin şeir-

lər  kitabını  hədiyyə  olaraq  bir-birlərinə  verir-

dilər.  Zaman  ötdükcə  Ramilin  daha  da  püxtə-

ləşmiş    şeirləri  daha  böyük  auditoriyaya  sahib 

olmağa  başladı.  Atdığı  o  kiçik  addımları  artıq 

öz  yerini  daha  böyük  addımlara  verdi.  AYB- 

nin  üzvi  olmaqi,  Dünya  Gənc  Türk  Yazarlar 

Birliyinin  üzvü  olmağı  bunun  göstərgəsidir. 

Ramil  yaradıcılığının  ən  dəyərli  mükafatların-

dan  biri  də  Prezident  Təqaüdüdür  ki,  bu  onun 

səviyyəli  işinin  nə  dərəcədə  mükəmməl  oldu-

ğunu göstərir. Mən də öz növbəmdə  əziz dos-

tum, qardaşım  Ramil Mərziliyə  bu şərəfli yol-

da uğurlarının davamını arzulayıram. Dördün-

cü  kitabı  olan  bu  kitab  onun  şöhrətinə    şöhrət 

qatsın.  Ən  yaxın  zamanda  XALQ  ŞAİRİ    fəxri 

adına  layiq  görülsün  inşallah.  Valideynləri 

üçün  gözəl  övlad,  qardaşları  və  dostları  üçün 

gözəl  dost,  ailəsi  üçün  qayğıkeş  aile  başçısı, 

övladları üçün gözəl ata olmaqla yanaşı, Ramil 

Mərzili  həm  də  gözəl  şairdir.  Öpürəm  səni 

Qardaşım… 

 

 

 



 

 

 



 

 

 




Ramil Mərzili 

 

124 



 

 

 

SON  SÖZ. 

Əziz  oxucu,  əlində  tutduğun  bu  kitab  mə-

nim  təkcə  şeirlərimin  yerləşdiyi  bir  mənbə  de-

yildir. Burada diqqət etsən mənim acılarım, se-

vinclərim,  zaman-zaman  ağrılarım,  məhrəm 

duyğularım, həyat eşqim, bəzən intihar düşün-

cələrim,  yazıb-yaratmaq  ehtirasım,  saçlarımın 

dəni,  gözlərimin  nəmi  və  sair  toplanmışdır. 

Odurki,  təkcə  oxumaqla  keçmə,  yazıları  yaşa-

mağa  çalış.  O  zaman  daha  yaxın  olacağıq 

SƏNinlə... Ağrılarımı gördüyün an sarmağa ça-

lış, sevincimi görəndə gülümsə. Gözlərimin nə-

mini  sil,  dən  düşmüş  saçlarımı  qarışdır.  Beləcə 

səninlə dost olaq, amma KİMSƏ BİLMƏSİN... 

Həəə, unutmadan bunu da deyim. Haqqım-

da fikir söyləyən bütün dostlarıma, yaxınlarıma 

sonsuz  təşəkkür  edirəm.  Nə  yaxşıki,  varsınız. 

Yox, yoxxx, nə yaxşıki varımsınız ... 

 

                                                                                        



Dərin hörmətlə: Ramil Mərzili. 

 

 



 

 



Kimsə bilməsin  

 

125 


 

MÜNDƏRİCAT 

 

Bu şəhər özü də yetimdi… ............................................... 5 



Xəyalı özündən böyük adamlar. ................................... 6 

Darıxmaq. ............................................................................... 7 

Sən yoxsan… .......................................................................... 8 

Sıx da, get… ............................................................................ 9 

Ruhun səni unuda. ........................................................... 10 

Kəpənək  ömrü… .............................................................. 11 

Məni  isitməyə bir nəfəs göndər. ............................... 12 

Bir damla göz yaşı yatır… ............................................. 13 

Vurmadığın  sillə. ............................................................. 14 

Necə unudularam............................................................. 15 

Ömürdü yaşadığın?! ........................................................ 16 

Aldat  məni… ...................................................................... 17 

Əlimiz  çatmayanda… ..................................................... 18 

Uzalı qollarım qədərdi boyum. .................................. 19 

Üçün… ................................................................................... 20 

İstə… ...................................................................................... 21 

Saqi… ..................................................................................... 22 

Güman  yerisən. ................................................................ 23 

Sükutun  rəngi. .................................................................. 24 

Vaxtıdı… ............................................................................... 25 

Ürəyində bir məzarlıq yer saxla... ............................. 26 

Üstünə… ............................................................................... 27 

Son ümid. ............................................................................. 28 

Bəlkə  danışmayasan. ..................................................... 29 

Düşdü... ................................................................................. 30 

Ümidimdən as məni. ....................................................... 31 

Sənə bənzəyən ağrılar. .................................................. 32 

Nədən yer üzündə təkəm. ............................................ 33 

Eylədin. ................................................................................. 34 

Daş. ......................................................................................... 35 

Bu payız. ............................................................................... 36 

Bir kəlmə ilişib qaldı… ................................................... 37 




Ramil Mərzili 

 

126 



 

Ayrılıq  şeiri. ....................................................................... 41 

Adam...................................................................................... 42 

Ayrılıq. .................................................................................. 43 

Bir az. ..................................................................................... 44 

Dərd məndən doymadı. ................................................. 46 

Günahkar  dodaqlar. ....................................................... 47 

Kədəri  geyinib  gəldim. ................................................. 48 

Gecə olmaq istəyənim. ................................................... 49 

Məni şeir- şeir unudan qadın. ..................................... 50 

Payız… ................................................................................... 51 

Sevmədinmi məni heç? .................................................. 52 

Sənə məzar qazılmadı… ................................................ 53 

Sözümdə azdım… ............................................................. 54 

Zərrəbin. .............................................................................. 55 

Sən tərəfdən baxınca… .................................................. 57 

Bu can. ................................................................................... 59 

Üzünün rəsmini asıb gözümə. .................................... 61 

Ürəyin qəmlənməsin… .................................................. 62 

Ana  sığalı. ........................................................................... 63 

Nurayım… ............................................................................ 64 

Gedir. ..................................................................................... 65 

Dərdin görünən üzü. ....................................................... 66 

Get. .......................................................................................... 67 

İlahi... ..................................................................................... 68 

Kəpənək qurdu… .............................................................. 69 

“Q”  hərfi… ........................................................................... 70 

Xocalı. .................................................................................... 71 

Sənlə başdaşım. ................................................................ 72 

Var… ....................................................................................... 73 

Yavaş-yavaş… .................................................................... 74 

Bəzən… ................................................................................. 75 

Çək… ...................................................................................... 76 

Gəl ört ürəyimi … ............................................................. 77 

Gözümdən düşərsən. ...................................................... 78 

Tənha  qadın....................................................................... 79 

Müharibə  uşağı... ............................................................. 81 

Yəni… ..................................................................................... 83 




Kimsə bilməsin  

 

127 


 

Axı ... ....................................................................................... 84 

Bilsəm. .................................................................................. 85 

Bir gün gələr… ................................................................... 86 

Gəl ... ....................................................................................... 87 

Kaşki… ................................................................................... 88 

Mən... ...................................................................................... 89 

Zamanın axışı... .................................................................. 90 

Sənsizlədim......................................................................... 91 

Bir  bəndlik  şeirlər.......................................................... 92 

Dostların fikirləri ............................................................. 97 

 

 



 


Ramil Mərzili 

 

128 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Çapa imzalanıb: 05.03.2016 

Formatı: 70x100 1/16. Ofset çapı 

Həcmi: 8 

Sifariş № 239 

 

Qiyməti: 4.99 manat 



 

Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə