Kimsə bilməsin 1



Yüklə 0,57 Mb.
səhifə3/20
tarix25.06.2018
ölçüsü0,57 Mb.
#51418
1   2   3   4   5   6   7   8   9   ...   20

Kimsə bilməsin  

 

15 


 

NECƏ UNUDULARAM. 

 

Əlimdə son siqar da can verir, duman-duman, 



Darıxmağın özüyçün darıxıram çox zaman. 

Dərmanın bilmədiyim dərdə düşmüşəm 

yaman, 

Təklikdə hər kəsim var, çoxluqda tək oluram. 



 

Arzularım yüyrəkdir, ha qovsam da çatmıram, 

Dərdi ucuz alıram, alana da satmıram. 

Elə olur gecədən sübhə kimi yatmıram, 

Şimşəktəki çaxıram, bulud kimi doluram. 

 

Həsrət çöküb otağa, kədərdi yanım- yörəm, 



Buza dönən yataqda alışıb yanır çöhrəm. 

Bir gün hər şeydən bezib getsəm, səninçün 

görən 

Haçan yaddan çıxaram, necə unudularam?! 



 

 

 



 

 

 



 


Ramil Mərzili 

 

16 



 

ÖMÜRDÜ YAŞADIĞIN?! 

 

Məni ucaboy sanma, 



Gördüyünə aldanma. 

Bəlkə haqlısan, amma 

Ayaqlarım altında məni göyə qaldıran kədər 

yatır bir 

yığın... 

 

Qəlbim də dərd anbarı, 



Uçuq, sökük kandarı ... 

Girsən, yavaş ol barı, 

Çatdan ehtiyyatlı ol, sol küncdə bir balaca 

sevinc var, ona 

sığın... 

 

Gözlərimi qəm çəkir, 



Fikirlərim nəm çəkir. 

Hər gecə sitəm çəkib, 

Dururam öz qarşımda, kinayəylə deyirəm- 

"Ömürdü 


yaşadığın? " 

 

 



 

 

 



 

 

 



 

 



Kimsə bilməsin  

 

17 


 

ALDAT  MƏNİ… 

 

Hər ayaq izin üstə, 

Bir məzarım qazılsa… 

Bir ömür başdaşım ol, 

Bir ömür unut məni. 

Elçin Mirzəbəyli. 

 

 



Bir həzin xəzan yeli saçına toxunanda, 

Bir həsrətin nəğməsi qəlbində oxunanda, 

Ürəyim qəribsəyib, ovcuna sığınanda, 

Öp gözünün üstə qoy, sonra lap ağlat məni. 

 

Uzağa atmaq üçün dərdini qoy sapanda, 



Çönsün fələyin çərxi qəm yoğurub- yapanda. 

Bu dünya bazar yeri, alan da çox, satan da, 

Al kədərin əlindən, sevinclərə sat məni. 

 

Tənginəfəs arzular ürəyimə  salır  iz, 



Bu ağ- qara dünyanın nifrəti biz, eşqi biz. 

De- "Ölüncə səninəm, bitməyəcək eşqimiz", 

Bir ömür yalan söylə, bir ömür aldat məni... 

 

 



 

 

 



 

 

      



 


Ramil Mərzili 

 

18 



 

ƏLİMİZ  ÇATMAYANDA… 

(QADINIMA) 

 

Alıb öz ağuşuna, bu dərd səni aparsa



Əlim uzalı qalsa, ruhum fəryad qoparsa, 

Çölümüzdəki zülmət içimizə hoparsa, 

Qara rəngin altında üzümüz qalar, Ömrüm. 

 

Həsrət ha qovalasın, bizəki çatan deyil, 



Bilirəm, bu sevdanı başımdan atan deyil. 

Heç kimsə bu dünyanın sonunu tutan deyil

Özümüz qalmasaq da, izimiz qalar, Ömrüm. 

 

Bəzən sonuncu ümid ilk diləyə çevrilər



Göynədər sinəmizi, dərd ürəyə çevrilər. 

Baxarsanki, bir şəkil xatirəyə çevrilər, 

Əlimiz çatmayanda gözümüz qalar, Ömrüm... 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


Kimsə bilməsin  

 

19 


 

UZALI QOLLARIM QƏDƏRDİ BOYUM. 

 

Haçandı ürəyim göz yaşı içir, 



Sevinc cücərtdikcə, həsrəti biçir. 

Səni unutmağa yol hardan keçir ? 

De, girov ömrümü o yola qoyum... 

 

Köksümdə çırpınan qəlb- qan çanağı, 



Tez gözə çarparmış ruhun yamağı... 

Bükülüb olmuşam həsrət yumağı, 

Əyrilə- əyrilə    "quruyur suyum" ... 

 

Mənim dərdlərimdən mahnı bəstələ, 



Az qalır, qəbrdə olacaq  "toyum" ... 

Tapşır, şeirimə büksünlər məni, 

Uzalı qollarım qədərdi boyum .... 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



Ramil Mərzili 

 

20 



 

ÜÇÜN… 

 

Yüz dəfə "əyilirəm", 



Bir dəfə "qalxmaq" üçün. 

Dilimi dişləyirəm, 

Dişimi sıxmaq üçün. 

 

Ağlayaraq gülürəm, 



Gündə yüz yol ölürəm. 

İçimlə yol gəlirəm, 

Çölümə çıxmaq üçün. 

 

Balası ölmüş şirəm, 



Canımla əlləşirəm. 

Sözümlə güləşirəm, 

Özümü yıxmaq üçün... 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

            


Kimsə bilməsin  

 

21 


 

İSTƏ… 

 

Gözlərini borc ver mənə, 



Biraz özümçün ağlayım. 

Göz yaşımla yuyunmağı 

İstə, Sənə də saxlayım... 

 

Gəl yuyun, axsın günahın, 



Ucalsın ərşədək ahın. 

Varsa dərdin sən Allahın, 

Gətir, sinəmi dağlayım... 

 

Mən olammadın, incimə, 



Gəlmədin ölçü- biçimə. 

Səni gömmüşəm içimə, 

Örtüm, üstümü bağlayım.. 

 

 



 

 

 



 

 

 



                     

 

 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə